Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-144/2021 09.02.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Səfərli Arzu Mahir qızının katibliyi, Cavabdeh2 nümayəndəsi vəkil X1, Cavabdeh "Cavabdeh1" MMC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdehlər "Cavabdeh1" MMC və Cavabdeh2, X3 və Cavabdeh3 qarşı “borc məbləğinin ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "Cavabdeh1" MMC və Cavabdeh2nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus olan və yararsız vəziyyətə düşmüş Metalların həcmli ştaplama, döymə və ya ştamplama ilə emalı üçün olan dəzgahın əsas dəyəri olan 50029 ABŞ dollarının, 20000 ABŞ dolları dəyərində olan həmin dəzgah üçün Azərbaycanda ödənilmiş gömrük rüsumu və əlavə dəyər vergisinin, dəzgahın quraşdırılması üçün Cənubi Koreyadan gətirilmiş mütəxəssislərin Azərbaycana gətirilməsi və yaşaması üçün çəkilən 15000 ABŞ dolları dəyərində olan xərcin, 25000 ABŞ dolları dəyərində olan iddiaçının işgüzar nüfuzuna dəymiş ziyanın, 2500 ABŞ dolları hüquqi xidmət xərclərinin Azərbaycan manatı məzənnəsi ilə, eləcə də 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı bir neçə ildir ki, Cavabdeh1 saxlama və yükləmə-boşaltma xidmətlərindən, Cavabdeh2 daşıma xidmətlərindən istifadə etmişdir. Azərbaycan Respublikasında həmin daşıma xidmətini Cavabdeh2 Azərbaycan Respublikasındakı filialı həyata keçirirdi. xx xxx 2019-cu il tarixində "Cavabdeh1"MsMaxClama yerindən digər təyinat məntəqəsinə çatdırılması üçün iddiaçının ona saxlama üçün verdiyi Metalların həcmli ştaplama, döymə və ya ştamplama ilə emalı üçün olan dəzgahı Cavabdeh2 Azərbaycan Respublikasındakı filialının yük avtomobilinə yükləmiş, iddiaçıya məxsus digər dəzgahı həmin yük avtomobilinə yükləmək üçün onun "Cavabdeh1"MMC ərazinizdə olan digər saxlama yerinə getməsini xahiş etmişdir. Cavabdeh2 Azərbaycan Respublikasındakı filialı yuxarıda qeyd olunan yüklü avtomobili "Cavabdeh1"M-MninCdigər saxlama yerinə yaxınlaşdırarkən sonuncunun ərazisində asfalt örtüyü ilə örtülməmiş hissədə Metalların həcmli ştaplama, döymə və ya ştamplama ilə emalı üçün olan dəzgah yük avtomobilindən yerə aşmış və həmin dəzgah yararsız vəziyyətə düşmüşdür. Qeyd olunan faktla bağlı dəfələrlə Cavabdeh2 Azərbaycan Respublikasındakı filialına və "Cavabdeh1" MMCp-ryeətenziyalar göndərərək onlarla görüşlər keçirilmiş, qeyd olunan dəzgahın quraşdırılması üçün Cənubi Koreyadan gətirilmiş mütəxəssislərin qeyd olunan dəzgahın əvvəlki vəziyyətə gətirilməsinin mümkün olmadığı və həmin şəxslərin dəzgahı quraşdırmadan öz vətənlərinə geri qayıtması və onların Aərbaycan Respublikasına gəlmə, qayıtma və qalma xərcinin də iddiaçının üzərinə düşməsi, hazırki işin hüquqi xidmətdən istifadə etməsi nəticəsində həllinə nail olmaq yolunda iddiaçının atdığı addımlar da hüquqi xidmət xərclərinə də gətirib çıxarması müzakirə olunmuşdur. Cavabdeh tərəflər göstərilən pretenziya və danışıqlara heç bir müsbət cavab verməmişdirlər. Qeyd olunan maddi ziyanla yanaşı, iddiaçı digər tərəfdaşı olan Azərbaycan Dövləti – Azərbaycan Respublikası Təhsil Nazirliyi qarşısında işgüzar nüfuzunu da itirmişdir. Belə ki, Metalların həcmli ştaplama, döymə və ya ştamplama ilə emalı üçün olan dəzgahın Azərbaycan Dövlətinə çatdırılması 5-6 ay ləngimiş və Azərbaycan Respublikası Təhsil Nazirliyinin həyata keçirdiyi layihə nəzərdə tutulduğu vaxtdan gec başaçatmışdır. Lakin aparılmış danışıqlar iddiaçı ilə cavabdehlər arasında olan mübahisənin həlli üçün heç bir müsbət nəticə verməmişdir. Bu əsasla da iddiaçı cavabdeh Murphy şirkətinə qeyd olunan dəzgahların saxlanması üçün ödəniş etməmiş, əksinə bundan sonra Murphy şirkəti iddiaçıya qarşı iddia qaldıraraq “İddiaçındə"nCavabdeh1" MMC-nin xeyrinə 8,985.66 USD əsas borc, 5,226 USD dəbbə pulu (cərimə) cəmi 14,211,66 USD vurulmuş zərərin əvəzi 1200 AZN və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun tutulmasını” məhkəmədən xahiş etmişdir.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli,142 nömrəli qərarı ilə təsdiq edilmiş Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydalarının 6.1-ci maddəsində qeyd olunur ki, Avtonəqliyyat vasitəsinə yükün yüklənməsi, həmçinin onun bərkidilməsi, örtülməsi, sarınması, boşaldılması, o cümlədən bağlamaların, örtüklərin çıxarılması, bortların (çənlərin lyuklarının) bağlanması və ya açılması, şlanqların salınması və çıxarılması, şlanqların vintlə bağlanması və ya açılması, müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, yükgöndərən (yükalan) tərəfindən yerinə yetirilməlidir. Həmin qaydaların 6.2ci Daşıyıcı avtonəqliyyat vasitəsinin banına yükgöndərən tərəfindən yüklənən yükün yüklənməsi və bərkidilməsi, bortların (lyukların) bağlanması prosesinə nəzarət etməlidir. Daşıyıcı, sifarişçi ilə razılaşma əsasında yükləmə-boşaltma işlərinin yerinə yetirilməsini öz üzərinə götürdükdə, yükləmə və boşaltma zamanı yükün onun günahı üzündən korlanmasına və yazədələnməsinə görə məsuliyyət daşıyır. xx xxx 2019-cu il tarixində Metalların həcmli ştaplama, döymə və ya ştamplama ilə emalı üçün olan dəzgahı daşıyan “MAN TGA18.410 YÜK” markalı **-GN-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi xx.xx.1961-ci il təvəllüdlü X3 hadisənin baş verməsində birbaşa məsuliyyət daşıyır. Məhkəmə araşdırması zamanı iddiaçı iddia ərizəsinə əlavə barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus olan və yararsız vəziyyətə düşmüş Metalların həcmli ştaplama, döymə və ya ştamplama ilə emalı üçün olan dəzgahın əsas dəyəri olan 50029 ABŞ dollarının, 20000 ABŞ dolları dəyərində olan həmin dəzgah üçün Azərbaycanda ödənilmiş gömrük rüsumu və əlavə dəyər vergisinin, dəzgahın quraşdırılması üçün Cənubi Koreyadan gətirilmiş mütəxəssislərin Azərbaycana gətirilməsi və yaşaması üçün çəkilən 15000 ABŞ dolları dəyərində olan xərcin, 25000 ABŞ dolları dəyərində olan iddiaçının işgüzar nüfuzuna dəymiş ziyanın, 2500 ABŞ dolları hüquqi xidmət xərclərinin Azərbaycan manatı məzənnəsi ilə, eləcə də 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehlər-"Cavabdeh1" MMC və Cavabdeh2, X3 və Cavabdeh3 müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi vəkil X2 bildirdi ki, geniş məhkəmə araşdırılması aparıldı. Mülki prosessual qanunvericiliyə əsasən iddiaçı öz istinad etdiyi halları sübuta yetirməlidir. Qarşı tərəflə münasibətlərin olması inkar edilmir. Müqavilə var, lakin müqavilə niyyətdir. Müqavilə əsasında hüququn yaranması üçün hərəkət olmalıdır. Yük Cavabdeh2nə yazılı bildiriş və qaimə əsasında təhvil verilməyib. Qaimə olmalı idi, orada yükün adı, növü, xarakteri göstərilməli idi. Əlavə olaraq əvvəlki məhkəmə iclasında iddiaçının nümayəndəsi iki xanım arasında yazışmaları təqdim etdi. O yazışmalar həmin günə aid yazışmalar deyil. Yük maşınının adı həmin siyahıda qeyd olunmayıb. Greentransın imzası şübhəlidir, lakin qarşı tərəfin imzası ümumiyyətlə yoxdur. Bu sənədlər iş üzrə sübut hesab oluna bilməz. Qeyd edilənlərə əsasən, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh "Cavabdeh1" MMC-nin nümayəndəsi Nümayəndə2 bildirdi ki, "Cavabdeh1" MMC ilə Unico arasında bir müqavilə bağlanıb. O da xx.xx.2018-ci il tarixli icarə müqaviləsidir. Həmin müqavilə üzrə Murphy öhdəliklərini tam yerinə yetirib. Ona görə iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi və cavabdehlər X3 və Cavabdeh3 hər hansı bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edərək, təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bundan əlavə o etiraf etmişdir ki, Unico ilə Greentrans arasındakı münasibətlər lazımı qaydada rəsmiləşdirilməmiş, Daşınma daşınma qaydalarına uyğun aparılmamışdır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv surətdə araşdıraraq, tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - İddiaçı (müştəri) və Cavabdeh2 (ekspeditor) arasında bağlanan xx.xx.2017-ci il tarixli daşınma xidməti üzrə müqavilədən görünür ki, ekspeditor haqzırki müqavilənin 3-cü bəndində müəyyən edilmiş pul məbləğinə və müştərinin hesabına aşağıdakı işləri yerinə yetirməyi, yaxud onların yerinə yetirilməsini təşkil etməyi öhdəsinə götürür. - İddiaçı (icarəçi) və "Cavabdeh1" MMC (icarəyəverən) arasında bağlanan MSCS/AZB/103/2018 saylı xx.xx.2018-ci il tarixli kommersiya icarə müqaviləsindən görünür ki, hazırki kommersiya müqaviləsi üzrə icarəçi icarəyəverənin Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi 28-30-cu kilometr ünvanda yerləşən anbarında müvafiq oşmalarda göstərilən şərtlərə uyğun olaraq ərazi icarəyə götürür. İcarəçi bu müqavilədə qeyd olunan razılaşdırılmış qaydada, müddətdə və şərtlərlə icarə haqqını ödəyir. - İddiaçı tərəfindən "Cavabdeh1" MMC-yə ünvanlanan pretenziya məktubundan görünür ki, xx.xx.2019-cu il tarixində "Cavabdeh1" MMC-nin saxlama yerindən digər təyinat məntəqəsinə çatdırılması üçün İddiaçı saxlama üçün verdiyi metalların həcmli ştamplama, döymə və ya ştamplama ilə emalı üçün olan dəzgahı Cavabdeh2 yük avtomobilinə yükləmiş və X7. Ltd-yə məxsus digər dəzgahı həmin yük avtomobilinə yükləmək üçün "Cavabdeh1" MMC-nin ərazisində olan digər saxlama yerinə getməsi xahiş edilmişdir. Cavabdeh2 qeyd olunan yükü "Cavabdeh1" MMC-nin ərazisində digər saxlama yerinə yaxınlaşdırarkən ərazidə asfalt örtüyü ilə örtülməmiş hissədə metalların həcmli ştamplama, döymə və ya ştamplama ilə emalı üçün olan dəzgah yük avtomobilindən yerə aşmış və həmin dəzgah yayarsız vəziyyətə düşmüşdür. Dəymiş ziyana görə dəzgahın əsas dəyəri olan 50029 ABŞ dollarının, 20000 ABŞ dolları dəyərində olan həmin dəzgah üçün Azərbaycanda ödənilmiş gömrük rüsumu və əlavə dəyər vergisinin, dəzgahın quraşdırılması üçün Cənubi Koreyadan gətirilmiş mütəxəssislərin Azərbaycana gətirilməsi və yaşaması üçün çəkilən 15000 ABŞ dolları dəyərində olan xərcin, 25000 ABŞ dolları dəyərində olan iddiaçının işgüzar nüfuzuna dəymiş ziyanın, 5500 ABŞ dolları hüquqi xidmət xərclərinin 10 gün müddətində ödənilməsi xahiş edilmişdir. - İddiaçı tərəfindən " Cavabdeh2nə ünvanlanan pretenziya məktubundan görünür ki, xx.xx.2019-cu il tarixində "Cavabdeh1" MMC-nin saxlama yerindən digər təyinat məntəqəsinə çatdırılması üçün İddiaçı saxlama üçün verdiyi metalların həcmli ştamplama, döymə və ya ştamplama ilə emalı üçün olan dəzgahı Cavabdeh2 yük avtomobilinə yükləmiş və X7. Ltd-yə məxsus digər dəzgahı həmin yük avtomobilinə yükləmək üçün "Cavabdeh1" MMC-nin ərazisində olan digər saxlama yerinə getməsi xahiş edilmişdir. Cavabdeh2 qeyd olunan yükü "Cavabdeh1" MMC-nin ərazisində digər saxlama yerinə yaxınlaşdırarkən ərazidə asfalt örtüyü ilə örtülməmiş hissədə metalların həcmli ştamplama, döymə və ya ştamplama ilə emalı üçün olan dəzgah yük avtomobilindən yerə aşmış və həmin dəzgah yayarsız vəziyyətə düşmüşdür. Dəymiş ziyana görə dəzgahın əsas dəyəri olan 50029 ABŞ dollarının, 20000 ABŞ dolları dəyərində olan həmin dəzgah üçün Azərbaycanda ödənilmiş gömrük rüsumu və əlavə dəyər vergisinin, dəzgahın quraşdırılması üçün Cənubi Koreyadan gətirilmiş mütəxəssislərin Azərbaycana gətirilməsi və yaşaması üçün çəkilən 15000 ABŞ dolları dəyərində olan xərcin, 25000 ABŞ dolları dəyərində olan iddiaçının işgüzar nüfuzuna dəymiş ziyanın, 5500 ABŞ dolları hüquqi xidmət xərclərinin 10 gün müddətində ödənilməsi xahiş edilmişdir. - Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-389/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, cavabdeh X7. Ltd-nin apelyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-158/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-158/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin olunmuş və cavabdeh X7. Ltd-dən 8985,66 ABŞ dolları əsas borc, 4,34 ABŞ dolalrı dəbbə (cərimə) pulu olmaqla, cəmi 8990 ABŞ dolları, həmçinin dövlət rüsumu kimi ödənilmiş 16,37 manat məbləğində pulun tutularaq iddiaçı "Cavabdeh1" MMC-nin xeyrinə ödənilməsi qət olunmuş, vurulmuş zərərin əvəzi kimi 1200 manat məbləğində pul tələbi hissəsində isə iddia rədd edilmişdir. Məhkəmə qeyd edir ki, hazırki iddia ərizəsi üzrə iddiaçı iddia edir ki, xx.xx.2019-cu il tarixində "Cavabdeh1" MMC-nin saxlama yerindən digər təyinat məntəqəsinə çatdırılması üçün İddiaçı saxlama üçün verdiyi metalların həcmli ştamplama, döymə və ya ştamplama ilə emalı üçün olan dəzgahı Cavabdeh2 yük avtomobilinə yükləmiş və X7. Ltd-yə məxsus digər dəzgahı həmin yük avtomobilinə yükləmək üçün "Cavabdeh1" MMC-nin ərazisində olan digər saxlama yerinə getməsi xahiş edilmişdir. Cavabdeh2 qeyd olunan yükü "Cavabdeh1" MMC-nin ərazisində digər saxlama yerinə yaxınlaşdırarkən ərazidə asfalt örtüyü ilə örtülməmiş hissədə metalların həcmli ştamplama, döymə və ya ştamplama ilə emalı üçün olan dəzgah yük avtomobilindən yerə aşmış və həmin dəzgah yayarsız vəziyyətə düşmüşdür. Buna görə dəymiş zərərin əvəzini xx.xx.2017-ci il tarixli daşınma xidməti üzrə müqavilə üzrə Cavabdeh2ndən və xx.xx.2018-ci il tarixli kommersiya icarə müqaviləsi üzrə "Cavabdeh1" MMC-dən, sürücü Cavabdeh3 və MAN markalı **-GN-*** nömrəli avtonəqliyyat vasitəsinin mülkiyyətçisindən tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 850.1-ci maddəsinə əsasən, yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 851-ci maddəsinə əsasən, yük göndərən daşımanın təşəbbüsçüsü olan və adından yük göndərilməsi rəsmiləşdirilən fiziki və ya hüquqi şəxsdir. Yük göndərən həm yükün daşımadan əvvəl olduğu şəxs, həm də yükün göndərildiyi şəxs (yük alan) ola bilər. Yük alan əqd əsasında yüklərin alınmasına səlahiyyətli fiziki və ya hüquqi şəxsdir. Daşıyıcı müqavilə əsasında və haqq müqabilində yükün olduğu yerdən təyinat yerinə daşınmasını həyata keçirən və mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan fiziki və ya hüquqi şəxsdir. Həmin Məcəllənin 853.1-ci maddəsinə əsasən, yük göndərən daşıyıcıya yük alanın ünvanı, çatdırılma yeri; yük yerlərinin miqdarı, qabı, tərkibi və brutto çəkisi; göndərmə müddəti və nəqliyyat növü. qiymətli obyektlər olduqda - onların dəyəri; habelə xüsusi təhlükəli və potensial təhlükəli yüklər olduqda - təhlükənin konkret növü və belə hallarda qəbul edilməli ehtiyat tədbirləri dəqiq göstərməlidir. Həmin Məcəllənin 853.1-1-ci maddəsinə əsasən. yük göndərən yükün daşınması müqaviləsinin lazımınca icrası üçün yükə aid olan sənədləri və digər məlumatları daşıyıcıya təqdim etməlidir. Həmin Məcəllənin 853.2-ci maddəsinə əsasən yük göndərən bu məlumatların və sənədlərin olmaması və dəqiqsizliyi nəticəsində dəyən zərərin əvəzini ödəyir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 854.1-ci maddəsinə əsasən, yük daşınması müqaviləsi və onun həyata keçirilməsi formulyar şəklində tərtib edilən sənədlə (qaimə ilə) təsdiq edilə bilər. Əksi sübuta yetirilənədək qaimə yük göndərən ilə daşıyıcı arasında müqavilə, bir və ya bir neçə daşıyıcı tərəfindən yükün daşımaya qəbul olunması, yük alan tərəfindən yükün qəbul edilməsi, müqavilə iştirakçılarından birinin bəyan etdiyi reklamasiyalar və ya qeyd-şərtlər, yük göndərənin və ya yük alanın yükə dair sərəncam vermək hüququ, daşıyıcının yükə girov hüququnun təsdiq edir. Həmin Məcəllənin 854.2-ci maddəsinə əsasən, qaimənin üç orijinalında yük göndərənin və daşıyıcının imzaları və ya ştempelləri olmalıdır. Qaimənin birinci nüsxəsi yük göndərənə verilir, ikinci nüsxəsi yükü müşayiət edir, üçüncü nüsxəsi isə daşıyıcıya verir. Həmin Məcəllənin 854.3-cü maddəsinə əsasən, qaimədə bu Məcəllənin 853-cü maddəsində göstərilən məlumatlar; qaimənin tərtib edildiyi yer və tarix; yük göndərənin adı və ünvanı;daşıyıcının adı və ünvanı; yükləmənin yeri və tarixi; yük yerlərinin adı və nömrələri, daşımanın qiyməti (yük daşınması üçün haqq, əlavə xərclər); zərurət olduqda daşımanın şərtləri barəsində yük göndərənin xüsusi göstərişləri göstərilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçının nümayəndəsinin özünün də etiraf etdiyi kimi, Greentrans-Logistics Sp.Z.O.O. ilə daşıma ilə bağlı hər hansı rəsmiləşdirilmə aparılmamış, xx.xx.2019-cu il tarixdə X7. Ltd-yə məxsus əmlakın Greentrans-Logistics Sp.Z.O.O şirkətinə daşıma üçün təhvil verilməsi ilə bağlı hər hansı qaimə və ya sənəd mövcud deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 89.3-cü maddəsinə əsasən, lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun R.Xəmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx xxxxx 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair x xxxxxx 2013-cü il tarixli qərarında qeyd olunur ki, insan hüquq və azadlıqlarının qorunması və müdafiəsi prosessual hüquq normalarına dəqiq riayət etməklə müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtləndirir ki, nəticədə konstitusiya əhəmiyyətli digər dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasındakı tarazlığa riayət olunsun. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması göstərilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) məhkəmələr tərəfindən ədalətli məhkəmə araşdırılması hüququ ilə bağlı irəli sürülən tələblərə əməl edilməməsini həmin hüququn pozulması kimi qəbul edərək bir sıra qərarlarında bununla bağlı öz hüquqi mövqeyini ifadə etmişdir. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə xx xxxxx 1994-cü il tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Göründüyü kimi daşımanın həyata keçirilməsi ilə bağlı hər hansı qaimə və ya yazılı bildiriş məhkəməyə lazımi qaydada təqdim edilməmişdir. Eyni zamanda "Cavabdeh1" MMC-nin saxlama yerində iddiaçıya məxsus əmlakın mövcudluğu barədə hər hansı sübut yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər "Cavabdeh1" MMC və Cavabdeh2, X3 və Cavabdeh3 qarşı “borc məbləğinin ödənilməsi” tələbinə dair iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı cavabdehlər "Cavabdeh1" MMC və Cavabdeh2, X3 və Cavabdeh3 qarşı “borc məbləğinin ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. İddiaçı X7. Ltd tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-144/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-144/2021
09.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver