Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1441/2021 07.05.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Aytən Heydər qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndələri X1 və X3 iştirakları ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsinə Bakı şəhərində Bakı Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 239.692,18 (iki yüz otuz doqquz min altı yüz doxsan iki) ABŞ dollarının, müqavilənin 5.1-ci maddəsinə əsasən hesablanmış 23.969,21 (iyirmi üç min doqquz yüz altmış doqquz) ABŞ dolları cərimə məbləğinin və müqavilənin 5.2-ci maddəsinə əsasən hesablanmış 23.969,21 (iyirmi üç min doqquz yüz altmış doqquz) ABŞ dolları cərimə məbləğinin, akkreditivin qüvvədə olduğu dövr üçün iddiaçı tərəfindən komissiya olaraq ödənilmiş 5.066,09 (beş min altmış altı) ABŞ dolları məbləğində xərclərin, akkreditiv açılması və s. əməliyyatlar üzrə iddiaçı tərəfindən komissiya olaraq ödənilmiş 2.400,00 (iki min dörd yüz) ABŞ dolları məbləğində xərclərin, hüquq xidmətləri üzrə ödənilmiş 3.000,00 (üç min) ABŞ dolları və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Özbəkistan Respublikasının hüquqi şəxsi olan "xxxx" MMC ilə Cavabdeh MMC arasında polietilen boruların hazırlanması və təqdim olunmasını nəzərdə tutan 04 avqust 2020-ci il tarixli ME-STP01 saylı müqavilə və eyni tarixli müqaviləyə 1 saylı Əlavə imzalanmışdır. Müqavilə şərtlərinə uyğun olaraq, polietilen boruların hazırlanması və təqdim olunması məqsədi ilə 239.692,18 (iki yüz otuz doqquz min altı yüz doxsan iki) ABŞ dolları "xxxx" MMC tərəfindən akkreditiv yolu ilə Cavabdeh MMC-yə əvvəlcədən avans olaraq ödənilmişdir. Lakin ödənişin edilməsindən uzun müddət keçməsinə baxmayaraq Cavabdeh MMC tərəfindən heç bir mal/material hazırlanmamış və "xxxx" MMC-yə təhvil verilməmişdir. Şirkətlər arasında bağlanmış 04 avqust 2020-ci il tarixli ME-STP01 saylı müqavilənin 3.1-ci maddəsinə görə, akkreditiv açıldıqdan sonra 15 iş günü ərzində hazırki müqavilə üzrə malların göndərilməsinə başlanılmalı idi. Həmin müqavilənin 3.2-ci maddəsinə əsasən, hər bir göndərmənin tarixindən etibarən 15 iş günü ərzində hazırki müqavilə üzrə malın çatdırılması həyata keçirilməli idi. Lakin Cavabdeh MMC tərəfindən müqavilənin qeyd olunan şərtləri yerinə yetirilməmiş və bu günədək "xxxx" MMC-yə heç bir mal/material çatdırılmamışdır. Bununla bağlı olaraq "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə dəfələrlə şifahi və yazılı qaydada xəbərdarlıqlar edilmiş, müqavilə şərtlərinin yerinə yetirilməsi xahiş olunmuşdur, lakin heç bir nəticə əldə olunmamışdır. Bu isə məlum olduğu kimi, qanunvericiliyin tələblərinə görə müqavilə şərtlərinin kobudcasına pozmaqdadır. Bundan başqa bildirilir ki, müqavilənin 5.1-ci maddəsinə əsasən, malın təhvilinin gecikdirildiyi hər gün üçün malın dəyərinin 1%-i miqdarında cərimə hesablanmaqdadır və hazırda hesablanmış cərimə məbləği 23.969,21 (iyirmi üç min doqquz yüz altmış doqquz) ABŞ dolları təşkil etməkdədir. Bundan başqa, müqavilənin 5.2-ci maddəsinə görə, malın ümumi təhvil müddətinin 1 ayı keçməsi səbəbindən ümumi müqavilə dəyərinin 10%-i miqdarında cərimə faizləri hesablanmışdır və bu məbləğ 23.969,21 (iyirmi üç min doqquz yüz altmış doqquz) ABŞ dolları təşkil etməkdədir. Bundan əlavə cavabdehə avans ödənişinin edilməsi məqsədi ilə, iddiaçı ilə Özbəkistan Respublikasının hüquqi şəxsi olan “İpək Yolu” Bankının “Saqban” filialında 14 avqust 2020-ci il tarixində №USD/01036/175440 saylı “akkreditiv açılması barədə” müqavilə bağlanmışdır. Müqavilənin 1.1.1-ci maddəsinə əsasən, boru çeşidlərinin tədarükü məqsədi ilə Müştəri və Benefisiar arasında bağlanmış 04 avqust 2020-ci il tarixli ME-S TP01 saylı idxal müqaviləsinin icrası məqsədi ilə "xxxx" ASC-yə 239.692,18 (iki yüz otuz doqquz min altı yüz doxsan iki) ABŞ dollarının Benefisiarın xeyrinə ödənilməsi nəzərdə tutulmuşdur. 14 avqust 2020-ci il tarixli №USD/01036/175440 saylı “akkreditiv açılması barədə” müqavilənin 3.1.1-ci maddəsində qeyd olunur ki, Müştəri tərəfindən akkreditivin qüvvədə olduğu müddətdə ümumi akkreditivin illik 8% həcmində komissiya ödənilir. Həmin komissiya akkreditiv açıldğı gündən hər ay Özbəkistan Respublikasının Mərkəzi Bankının kursuna görə milli valyutada ödəniləcəkdir. 14 avqust 2020-ci il tarixli №USD/01036/175440 saylı “akkreditiv açılması barədə” müqavilənin 3.1.2-ci maddəsində qeyd olunur ki, qabaqcadan maliyyələşdirmə müddəti üçün faktiki ödənilmiş qabaqcadan maliyyələşdirmə məbləğinin illik 8%-i miqdarında komissiya ödənilir. Həmin komissiya akkreditiv açıldığı gündən hər ay Özbəkistan Respublikasının Mərkəzi Bankının kursuna görə milli valyutada ödəniləcəkdir. İddia ərizəsinə əlavə olunmuş 009 saylı xx.xx.2020-ci il tarixli memorial orderdən görünür ki, akkreditivin qüvvədə olduğu dövr üçün iddiaçı tərəfindən “İpək Yolu” Bankının “Saqban” filialına 16.009.835,41 (on altı milyon doqquz min səkkiz yüz otux beş) Özbəkistan somu məbləğində komissiya ödənilmişdir. İddia ərizəsinə əlavə olunmuş www1.oanda.com saytından çıxarışdan görünür ki, xx.xx.2020-ci il tarixinə 16.009.835,41 Özbəkistan somu ABŞ dolları ekvivalentində 1.541,93 (min beş yüz qırx bir) USD təşkil etməkdədir. İddia ərizəsinə əlavə olunmuş 043 saylı xx.xx.2020-ci il tarixli memorial orderdən görünür ki, akkreditivin qüvvədə olduğu dövr üçün iddiaçı tərəfindən “İpək Yolu” Bankının “Saqban” filialına 17.042.514,02 (on yeddi milyon qırx iki min beş yüz on dörd) Özbəkistan somu məbləğində komissiya ödənilmişdir. İddia ərizəsinə əlavə olunmuş www1.oanda.com saytından çıxarışdan görünür ki, xx.xx.2020-ci il tarixinə 17.042.514,02 Özbəkistan somu ABŞ dolları ekvivalentində 1.650,26 (min altı yüz əlli) USD təşkil etməkdədir. İddia ərizəsinə əlavə olunmuş 042 saylı xx.xx.2020-ci il tarixli memorial orderdən görünür ki, akkreditivin qüvvədə olduğu dövr üçün İddiaçı tərəfindən “İpək Yolu” Bankının “Saqban” filialına 9.754.633,37 (doqquz milyon yeddi yüz əlli dörd min altı yüz otuz üç) Özbəkistan somu məbləğində komissiya ödənilmişdir. İddia ərizəsinə əlavə olunmuş www1.oanda.com saytından çıxarışdan görünür ki, xx.xx.2020-ci il tarixinə 9.754.633,37 Özbəkistan somu ABŞ dolları ekvivalentində 939,48 (doqquz yüz otuz doqquz) USD təşkil etməkdədir. İddia ərizəsinə əlavə olunmuş 043 saylı xx.xx.2020-ci il tarixli memorial orderdən görünür ki, akkreditivin qüvvədə olduğu dövr üçün iddiaçı tərəfindən “İpək Yolu” Bankının “Saqban” filialına 9.702.104,19 (doqquz milyon yeddi yüz iki min yüz dörd) Özbəkistan somu məbləğində komissiya ödənilmişdir. İddia ərizəsinə əlavə olunmuş www1.oanda.com saytından çıxarışdan görünür ki, xx.xx.2020-ci il tarixinə 9.702.104,19 Özbəkistan somu ABŞ dolları ekvivalentində 934,42 (doqquz yüz otuz dörd) USD təşkil etməkdədir. Göründüyü kimi akkreditivin qüvvədə olduğu dövr üçün iddiaçı tərəfindən “İpək Yolu” Bankının “Saqban” filialına ümumilikdə 5.066,09 (beş min altmış altı) ABŞ dolları məbləğində bank komissiyaları ödənilmişdir.14 avqust 2020-ci il tarixli № USD/01036/175440 saylı “akkreditiv açılması barədə” müqavilənin 3.1.4-cü maddəsində qeyd olunur ki, Bankın digər komissiyaları ticarət və maliyyə akkreditivinə görə xidmətin göstərilməsi üçün Bankın öz tarif dərəcələri ilə müəyyən olunur. İddia ərizəsinə əlavə olunmuş 005 saylı xx.xx.2020-ci il tarixli memorial orderdən görünür ki, akkreditiv əməliyyatlarına görə SWİFT sistemindən istifadə üçün İddiaçı tərəfindən “İpək Yolu” Bankının “Saqban” filialına 167.250,00 (yüz altmış yeddi min iki yüz əlli) Özbəkistan somu məbləğində komissiya ödənilmişdir. İddia ərizəsinə əlavə olunmuş www1.oanda.com saytından çıxarışdan görünür ki, xx.xx.2020-ci il tarixinə 167.250,00 Özbəkistan somu ABŞ dolları ekvivalentində 16,023 (on altı) USD təşkil etməkdədir. Bundan başqa 006 saylı xx.xx.2020-ci il tarixli memorial orderdən görünür ki, akkreditiv açılması əməliyyatına görə iddiaçı tərəfindən “İpək Yolu” Bankının “Saqban” filialına 24.560.544,13 (iyirmi dörd milyon beş yüz altmış min beş yüz qırx dörd) Özbəkistan somu məbləğində komissiya ödənilmişdir. İddia ərizəsinə əlavə olunmuş www1.oanda.com saytından çıxarışdan görünür ki, xx.xx.2020-ci il tarixinə 24.560.544,13 Özbəkistan somu ABŞ dolları ekvivalentində 2.384,12 (iki min üç yüz səksən dörd) USD təşkil etməkdədir. Göründüyü kimi akkreditiv açılması və s. əməliyyatlar üzrə iddiaçı tərəfindən “İpək Yolu” Bankının “Saqban” filialına ümumilikdə 2.400,00 (iki min dörd yüz) ABŞ dolları məbləğində bank komissiyaları ödənilmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili məhkəməyə iddia tələbinin azaldılması barədə ərizə təqdim edərək, cavabdehdən müqavilənin 5.1-ci maddəsinə əsasən hesablanmış 23.969,21 (iyirmi üç min doqquz yüz altmış doqquz manat iyirmi bir qəpik) ABŞ dolları cərimə məbləğinin və müqavilənin 5.2-ci maddəsinə əsasən hesablanmış 23.969.21 (iyirini üç min doqquz yüz altmış doqquz) ABŞ dolları cərimə məbləğinin, akkreditivin qüvvədə olduğu dövr üçün iddiaçı tərəfindən komissiya olaraq ödənilmiş 5.066,09 (beş min altmış altı dollar 9 sent) ABŞ dolları məbləğində xərclərin, akkreditiv açılması və s. əməliyyatlar üzrə iddiaçı tərəfindən komissiya olaraq ödənilmiş 2.400,00 (iki min dörd yüz) ABŞ dolları məbləğində xərclərin, hüquq xidmətləri üzrə nümayəndəyə ödənilmiş 3.000.00 (üç min) ABŞ dolları xərclərin və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə edərək iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 pandemiyanın, daha sonra ölkədə müharibənin baş verməsi onların öhdəliklərini icra etməsinə imkan vermədiyini, onların asılı olmayan səbəblərdən xammalın gecikməsini nəzərə alıb iddia tələbini əsassız hesab edərək, onun rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddia tələbini əsassız hesab edərək, onun rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: -"xxxx" MMC ilə Cavabdeh MMC arasında polietilen boruların hazırlanması və təqdim olunmasını nəzərdə tutan 04 avqust 2020-ci il tarixli ME-STP01 saylı müqavilə və eyni tarixli müqaviləyə 1 saylı Əlavədən görünür ki, müqavilə üzrə satıcı öz istehsalat gücü ilə istehsal etməyi və tədarük etməyi, alıcı isə malı həmin müqavilənin ayrılmaz hissəsi olan spesifikasiyalarda qeyd olunmuş çeşidlərə, miqdara və qiymətlərə görə qəbul etməyi və ödəməyi öhdəsinə götürür. -həmin müqavilənin 1.2-ci maddəsinə görə, müqavilə üzrə ödəyici və yük alan MESMER-EAST MMC-dir. -həmin müqavilənin 1.3-cü maddəsinə görə, malın mənşə ölkəsi Azərbaycandır. -həmin müqavilənin 2.2-ci maddəsinə görə, müqavilənin təxmini məbləği 500.000 min ABŞ dolları təşkil edir. -həmin müqavilənin 3.1-ci maddəsinə görə, akkreditiv açıldıqdan sonra 15 iş günü ərzində hazırki müqavilə üzrə malların göndərilməsinə başlanılmalıdır. -həmin müqavilənin 3.2-ci maddəsinə əsasən, hər bir göndərmənin tarixindən etibarən 15 iş günü ərzində hazırki müqavilə üzrə malın çatdırılması həyata keçirilməlidir. -həmin müqavilənin 5.1-ci maddəsinə əsasən, malın tədarükü gecikdirildiyi zaman alıcı hər bir gün üçün tədarük edilmədiyi malın dəyərindən alıcıya 1% məbləğində penya ödəyir, lakin penyanın ümumi məbləği müddətdə tədarük edilmədiyi malın dəyərindən 10 % aşmamalıdır. -həmin müqavilənin 5.1.1-ci maddəsinə əsasən, mala görə ödəniş gecikdirildiyi halda alıcı hər bir gün üçün ödənilməmiş malın dəyərindən satıcıya 1% məbləğində penya ödəyir, lakin penyanın ümumi məbləği vaxtında tədarük edilmədiyi malın dəyərindən 10 % aşmamalıdır. -həmin müqavilənin 5.2-ci maddəsinə görə, malın tədarükü üzrə gecikdirilmə 1 aydan çox olduğu halda alıcı həmin müqavilənin ləğv etməsinin nəticəsi olan hər hansı xərclərin və ya zərərin satıcıya ödəməməklə həmin müqaviləni tam və ya qismən ləğv etmək hüququna malikdir. Belə halda satıcı vaxtında tədarük edilmədiyi malın dəyərinin 10% məbləğində cəriməni alıcıya ödəməyə borcludur. -“İpək Yolu” X2 Bankının “Saqban” filialı ilə digər tərəfdən "xxxx" MMC arasında bağlanmış KL_USD/01036/175440 nömrəli 14 avqust 2020-ci il tarixli müqaviləyə əsasən, bank aşağıdakı şirkətlərin xeyrinə müştəriyə bank tərəfindən təsdiq edilmiş 384947,34 ABŞ dolları 34 sent ümumi məbləğində etibarlılıq müddəti 70 gün olmaqla geri çağırılmayan sənədli akkreditiv açır. -həmin müqavilənin 1.1.1-ci maddəsinə əsasən, X7 of Azerbaijan ilə "xxxx" MMC arasında Cavabdeh MMC arasında bağlanmış çeşidli boruların tədarükünə dair bağlanmış xx.xx.2020-ci il tarixli ME-STP01 nömrəli idxal müqaviləsinə əsasən Cavabdeh LLC şirkətin xeyrinə 239692,18 ABŞ dolları 18 sent məbləğində. -həmin müqavilənin 1.1.2-ci maddəsinə əsasən,”PaşaBank” ASC filial Birdge Plaza (Azərbaycan) "xxxx" MMC arasında Cavabdeh MMC arasında bağlanmış çeşidli boruların tədarükünə dair bağlanmış xx.xx.2020-ci il tarixli CATLSM039 nömrəli idxal müqaviləsinə əsasən "xxxx" MMC (Azərbaycan) şirkətin xeyrinə 145255,16 ABŞ dolları 16 sent məbləğində. -həmin müqavilənin 1.2 -ci maddəsinə əsasən, həmin akkreditivə görə Bank Xarici bank tərəfindən akkreditiv üzrə sənədlərin qəbul edildiyi/ödənildiyi andan 150 gün müddətində "xxxx" MMC-yə post-maliyyələşdirmə şəkilində ticari maliyyələşdirməni təqdim edir. -həmin müqavilənin 2.2-ci maddəsinə əsasən, akkreditin açılması -"xxxx" MMC tərəfindən banka Özbəkistan Respublikasının normativ hüquqi aktları və Bankın daxili sənədləri ilə müəyyən edilmiş zəruri sənədlər təqdim edildikdən, həmçinin həmin müqavilənin 5-ci maddəsinə görə akkreditiv üzrə təminat edildikdən sonra həyata keçirilir. -həmin müqavilənin 3.1.1-ci maddəsinə əsasən, akkreditivin etibarlılıq müddəti üçün akkreditivin bütün qüvvədə olma müddəti üçün akkreditiv məbləğindən illik (360 gün hesablamaqla) 8,0 (səkkiz) %. Həmin komissiya akkreditivin açıldığı tarixdən hər ay Özbəkistan Respublikası Mərkəzi Bankının silinmə tarixinə kursu üzrə milli valyutası ilə silinəcəkdir. -həmin müqavilənin 3.1.2-ci maddəsinə əsasən, post-maliyyələşdirmə müddəti üçün - post-maliyyələşdirmənin bütün qüvvədə olma müddəti üçün akkreditiv üzrə alınmış hər bir post- maliyyələşdirmənin faktiki məbləğindən illik (360 gün hesablamaqla) 8,0 (səkkız) %. Həmin komissiya akkreditivin açıldığı tarixdən hər ay Özbəkistan Respublikası Mərkəzi Bankının silinmə tarixinə kursu üzrə milli valyutası ilə silinəcəkdir. Akkreditiv üzrə qismən post-maliyyələşdirmə həya keçirildiyi zaman Müştəriyə həmin Müqavilənin 1.2 bəndində qeyd olunmuş müddətdə ayrıca hər bir post-maliyyələşdirmə məbləğinə görə maliyyələşdirmə təqdim olunur. Həmin komissiya faktiki post-maliyyələşdirmə müddəti hesabına hər ay Özbəkistan Respublikası Mərkəzi Bankının silinmə tarixinə kursu üzrə milli valyutası ilə komissiyanın silinəcəkdir. -həmin müqavilənin 3.1.3-cü maddəsinə əsasən, müqavilənin 3.5-ci bəndində qeyd olunmuş müddət başa çatdıqda maliyyəşdirmənin ödənilməmiş hissəsinə görə akkreditiv üzrə maliyyəşdirmənin ödənilməmiş hissəsinin məbləğindən gündə illik (360 gün hesablamaqla) 10.4 V miqdarda Bank vəsaitlərinin istifadəsinə görə komissiya müəyyən edilir. Həmin komissiya Bank vəsaitlərinin istifadəsi üzrə faktiki dövrə görə hər ay Özbəkistan Respublikası Mərkəzi Bankının silinmə tarixinə kursu üzrə milli valyutası ilə komissiyanın silinəcəkdir. -həmin müqavilənin 3.1.4-cü maddəsinə əsasən, Bankın tariflərinə uyğun ticari maliyyələşdirmənin təqdim edilməsi ilə akkreditivin xidməti ilə bağlı Bankın digər komissiyaları. -həmin müqavilənin 3.1.5-ci maddəsinə əsasən, öhdəlik valyutası xaricində olan valyuta ilə kreditin ödənilməsinə görə komissiya-ödənilən məbləğin 1%, komissiya Özbəkistan Respublikası Mərkəzi Bankının əməliyyat gününə kursu ilə tutulur. -həmin müqavilənin 3.2-ci maddəsinə əsasən, akkreditiv üzrə ödəniş almaq üçün tələb olunun sənədlər Benefisiar tərəfindən həmin Müqavilənin 1.1. b. bəndində qeyd olunmuş Akkreditivin qüvvədə olduğu və həmin müddət başa çatdıqda Akkreditivin hüquqi qüvvəsi itirildiyi müddət ərzində təqdim edilir. -həmin müqavilənin 3.3-cü maddəsinə əsasən, akkreditiv üzrə Bankın xarici bank qarşısında öz öhdəlikləri icra edildiyi halda, həmçinin həmin müqavilə ilə, akkreditiv ilə və normativ hüquqi aktlarla nəzərdə tutulan digər hallarda akkreditiv öz qüvvəsini itirir. -həmin müqavilənin 3.4-cü maddəsinə əsasən, müqavilə üzrə öhdəliklər vaxtından əvvəl ləğv edilən və ya silinən zaman akkreditiv qüvvəyə minmədiyi halda, həmin Müqavilə üzrə əvvəllər ödənilmiş komissiya məbləğlər geri qaytarılmır. -həmin müqavilənin 3.5-ci maddəsinə əsasən, bank tərəfindən akkreditiv məbləği Bankın vəsaitləri hesabına ödənildiyi halda, Bank tərəfindən akkreditiv məbləği xarici bankın xeyrinə ödənildikdən sonra müştəri 1 bank günü ərzində Bank tərəfindən təzminat qismində xarici banka ödənildiyi məbləğdə və valyutası ilə (bundan sonra "icra edilməmiş öhdəlik məbləği”) pulun köçürülməsini öhdəsinə götürür. -həmin müqavilənin 4.1-ci maddəsinə əsasən, müştərinin Bank qarşısında öhdəliyin ödənişi müştəri tərəfindən tələb edilənədək Bank tərəfindən müvafiq sum və/və ya valyuta depozit hesabından, həmçinin istənilən banklarında müştərinin digər bank hesablarından həmin müqavilənin İ və İİİ hissələrində qeyd olunmuş valyuta ilə, məbləğdə müddətlərdə mübahisəsiz silinmə yolu ilə ödənişin təxirə salındığı müddətin sonunda həyata keçirilir. -həmin müqavilənin 4.2-ci maddəsinə əsasən, müştərinin hesablarında həmin müqavilənin 4.1. b. ilə müəyyən edilmiş pul kifayət qədər olmadığı halda, onlar gəldikcə aşağıdakı ardıcıllığa uyğun olaraq müştərinin borcunun ödənişi üçün göndərilir: -Akkreditivin xidməti ilə bağlı və/və ya həmin müqavilə şərtlərinin icra edilməməsi/lazımi qaydada icra edilməməsi nəticəsində yaranmış Bankın komissiyaların məbləği; (maddə 4.2.1) -Akkreditivin məbləği.(maddə 4.2.2) -005 saylı xx.xx.2020-ci il tarixli memorial orderdən görünür ki, akkreditiv əməliyyatlarına görə SWİFT sistemindən istifadə üçün İddiaçı tərəfindən “İpək Yolu” Bankının “Saqban” filialına 167.250,00 (yüz altmış yeddi min iki yüz əlli) Özbəkistan somu məbləğində komissiya ödənilmişdir. -006 saylı xx.xx.2020-ci il tarixli memorial orderdən görünür ki, akkreditiv açılması əməliyyatına görə iddiaçı tərəfindən “İpək Yolu” Bankının “Saqban” filialına 24.560.544,13 (iyirmi dörd milyon beş yüz altmış min beş yüz qırx dörd) Özbəkistan somu məbləğində komissiya ödənilmişdir. -009 saylı xx.xx.2020-ci il tarixli memorial orderdən görünür ki, akkreditivin qüvvədə olduğu dövr üçün iddiaçı tərəfindən “İpək Yolu” Bankının “Saqban” filialına 16.009.835,41 (on altı milyon doqquz min səkkiz yüz otux beş) Özbəkistan somu məbləğində komissiya ödənilmişdir. -042 saylı xx.xx.2020-ci il tarixli memorial orderdən görünür ki, akkreditivin qüvvədə olduğu dövr üçün iddiaçı tərəfindən “İpək Yolu” Bankının “Saqban” filialına 9.754.633,37 (doqquz milyon yeddi yüz əlli dörd min altı yüz otuz üç) Özbəkistan somu məbləğində komissiya ödənilmişdir. -043 saylı xx.xx.2020-ci il tarixli memorial orderdən görünür ki, akkreditivin qüvvədə olduğu dövr üçün iddiaçı tərəfindən “İpək Yolu” Bankının “Saqban” filialına 17.042.514,02 (on yeddi milyon qırx iki min beş yüz on dörd) Özbəkistan somu məbləğində komissiya ödənilmişdir. -043 saylı xx.xx.2020-ci il tarixli memorial orderdən görünür ki, akkreditivin qüvvədə olduğu dövr üçün iddiaçı tərəfindən “İpək Yolu” Bankının “Saqban” filialına 9.702.104,19 (doqquz milyon yeddi yüz iki min yüz dörd) Özbəkistan somu məbləğində komissiya ödənilmişdir. -www1.oanda.com saytından çıxarışdan görünür ki, xx.xx.2020-ci il tarixinə 16.009.835,41 Özbəkistan somu ABŞ dolları ekvivalentində 1.541,93 (min beş yüz qırx bir) USD təşkil etməkdədir. -www1.oanda.com saytından çıxarışdan görünür ki, xx.xx.2020-ci il tarixinə 17.042.514,02 Özbəkistan somu ABŞ dolları ekvivalentində 1.650,26 (min altı yüz əlli) USD təşkil etməkdədir. -www1.oanda.com saytından çıxarışdan görünür ki, xx.xx.2020-ci il tarixinə 9.754.633,37 Özbəkistan somu ABŞ dolları ekvivalentində 939,48 (doqquz yüz otuz doqquz) USD təşkil etməkdədir -www1.oanda.com saytından çıxarışdan görünür ki, xx.xx.2020-ci il tarixinə 9.702.104,19 Özbəkistan somu ABŞ dolları ekvivalentində 934,42 (doqquz yüz otuz dörd) USD təşkil etməkdədir. -www1.oanda.com saytından çıxarışdan görünür ki, xx.xx.2020-ci il tarixinə 167.250,00 Özbəkistan somu ABŞ dolları ekvivalentində 16,023 (on altı) USD təşkil etməkdədir. -www1.oanda.com saytından çıxarışdan görünür ki, xx.xx.2020-ci il tarixinə 24.560.544,13 Özbəkistan somu ABŞ dolları ekvivalentində 2.384,12 (iki min üç yüz səksən dörd) USD təşkil etməkdədir. -№1 saylı 18 noyabr 2020-ci il tarixli “hüquq xidmətlərinin göstərilməsinə dair Müqavilənin 4.1-ci maddəsinə əsasən, Sifarişçi hazırki müqavilənin 1.2-ci bəndində göstərilmiş işlər üçün icraçıya 3.000,00 (üç min) ABŞ dolları məbləğində xidmət haqqı ödənilmişdir. -08 yanvar 2021-ci il tarixli pretenziya məktubundan görünür ki, “SOCAR-STP" MMC tərəfindən müqavilənin qeyd olunan şərtləri yerinə yetirilməmiş və bu günədək “MESMER- EAST" MMC-yə heç bir mal/material çatdırılmamışdır. Bununla bağlı olaraq “MESMER- EAST" MMC tərəfindən “SOCAR-STP" MMC-yə dəfələrlə şifahi və yazılı qaydada xəbərdarlıqlar edilmiş, müqavilə şərtlərinin yerinə yetirilməsi xahiş olunmuşdur. Lakin heç bir nəticə əldə olunmamışdır. Beləliklə 239.692,18 (iki yüz otuz doqquz min altı yüz doxsan iki) ABŞ dollarının, müqavilənin 5.1 -ci maddəsinə əsasən hesablanmış 23.969,21 (iyirmi üç min doqquz yüz altmış doqquz) ABŞ dolları cərimə məbləğinin və müqavilənin 5.2-ci maddəsinə əsasən hesablanmış 23.969,21 (iyirmi üç min doqquz yüz altmış doqquz) ABŞ dolları cərimə məbləğinin xx.xx.2021 -ci il tarixə kimi ödənilməsini xahiş olunmuşdur. Əks təqdirdə, mübahisənin həlli üçün məhkəməyə müraciət olunacaq və borcların qaytarılması qanunvericilikdə nəzərədə tutulmuş qaydada məhkəmə və icra yolu ilə təmin ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 443.5-ci maddəsinə əsasən borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında Özbəkistan Respublikasının hüquqi şəxsi olan “MESMER- EAST" MMC ilə “SOCAR-STP" MMC arasında polietilen boruların hazırlanması və təqdim olunmasını nəzərdə tutan 04 avqust 2020-ci il tarixli ME-STP01 saylı müqavilə və eyni tarixli müqaviləyə 1 saylı Əlavə imzalanmışdır. Müqavilə şərtlərinə uyğun olaraq, polietilen boruların hazırlanması və təqdim olunması məqsədi ilə 239.692,18 (iki yüz otuz doqquz min altı yüz doxsan iki) ABŞ dolları “MESMER-EAST" MMC tərəfindən akkreditiv yolu ilə “SOCAR-STP" MMC-yə əvvəlcədən avans olaraq ödənilmişdir. Lakin ödənişin edilməsindən uzun müddət keçməsinə baxmayaraq “SOCAR-STP" MMC tərəfindən heç bir mal/material hazırlanmamış və “MESMER-EAST" MMC-yə təhvil verilməmişdir. Şirkətlər arasında bağlanmış 04 avqust 2020-ci il tarixli ME-STP01 saylı müqavilənin 3.1-ci maddəsinə görə, akkreditiv açıldıqdan sonra 15 iş günü ərzində hazırki Müqavilə üzrə malların göndərilməsinə başlanılmalı idi. Həmin müqavilənin 3.2-ci maddəsinə əsasən, hər bir göndərmənin tarixindən etibarən 15 iş günü ərzində hazırki Müqavilə üzrə malın çatdırılması həyata keçirilməli idi. Məhkəmə qeyd edir ki, hazırki müqavilə iki tərəfin bir-biri ilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Bu müqaviləyə əsasən alıcının əşyanı öz mülkiyyətinə qəbul etmək hüququ və onun qiymətini ödəmək öhdəliyi, satıcı üçün əşyanı alıcının mülkiyyətinə vermək öhdəliyi və onun qiymətinin ödənilməsini tələb etmək hüququ yaranır. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, alınan malları cavabdehə vermiş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Borclunun müqavilə üzrə öhdəliyi yerinə yetirməməsinə görə iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəlikləri icra etmək mülki hüquqi məsuliyyəti yaranmışdır. Məhkəmə sadalanan qanunvericilik normalarını, eyni zamanda cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, tərəflər arasında bağlanmış 04 avqust 2020-ci il tarixli ME-STP01 saylı müqavilənin 5.1-ci bəndinə əsasən hesablanmış 23.969,21 ABŞ dolları cərimə məbləğinin tutulması hissəsində iddia qismən təmin edilməli, 16.000 ABŞ dolları məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa iddia tələbində 23.969.21 ABŞ dolları cərimə məbləğinin cavabdehdən tutulması tələbi irəli sürülmüşdür. Tərəflər arasında bağlanmış 04 avqust 2020-ci il tarixli ME-STP01 saylı müqavilənin 5.1-ci bəndinə əsasən malın tədarükü gecikdirildiyi zaman alıcı hər bir gün üçün tədarük edilmədiyi malın dəyərindən alıcıya 1% məbləğində penya ödədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia bu hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində, 3000 ABŞ dolları hüquqi yardım üçün və 30 manat dövlət rüsumu üçün ödənilmiş pul məbləğinin cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.İddiaçının nümayəndəsi hüquqi yardımla bağlı çəkilən xərci təsdiq edən sübutu təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən 30 manat dövlət rüsumu üçün ödənilmiş pul məbləği cavabdehə aid edilməlidir. Beləliklə, yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanaraq və işin hallarına məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, cavabdehdən müqavilənin 5.1-ci maddəsinə əsasən hesablanmış 16.000 (on altı min) ABŞ dolları cərimə məbləğinin, akkreditivin qüvvədə olduğu dövr üçün iddiaçı tərəfindən komissiya olaraq ödənilmiş 5.066,09 (beş min altmış altı dollar 9 sent) ABŞ dolları, akkreditiv açılması və s. əməliyyatlar üzrə iddiaçı tərəfindən komissiya olaraq ödənilmiş 2.400,00 (iki min dörd yüz) ABŞ dolları məbləğində xərclərin və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçı “MESMER-EAST" MMC-nin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehdən müqavilənin 5.1-ci maddəsinə əsasən hesablanmış 16.000 (on altı min) ABŞ dolları cərimə məbləğinin, akkreditivin qüvvədə olduğu dövr üçün iddiaçı tərəfindən komissiya olaraq ödənilmiş 5.066,09 (beş min altmış altı dollar 9 sent) ABŞ dolları, akkreditiv açılması və s. əməliyyatlar üzrə iddiaçı tərəfindən komissiya olaraq ödənilmiş 2.400,00 (iki min dörd yüz) ABŞ dolları məbləğində xərclərin və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçı “MESMER-EAST" MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-1441/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1441/2021
07.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver