Məhkəmə qərarları › İş №e-2-2(113)-1443/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1443/2024

23.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1443/2024 23.04.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi Qanuni nümayəndə iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01 sentyabr 2022-ci il tarixli, 038/22 nömrəli alqı-satqı müqaviləsi üzrə öhdəliklərin lazımınca yerinə yetirilməməsi ilə əlaqədar olaraq 9.879 manat, ƏDV üzrə 1.778,22 manat və iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 125 manat olmaqla, cəmi 11.782,22 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı və cavabdeh arasında 01 sentyabr 2022-ci il tarixli, 038/22 nömrəli alqı-satqı müqaviləsi bağlanılmışdır. Həmin alqısatqı müqaviləsinin şərtlərinə əsasən “Satıcı”, yəni İddiaçı MMC müqavilənin ayrılmaz hissəsi olan qiymətlərin razılaşdırılması protokolunda (Əlavədə) göstərilən malları və ya avadanlıqları razılaşdırılmış müddət ərzində “Alıcının”, yəni Cavabdeh MMC-nin ünvanına tam və saz, yəni yararlı halda çatdırmağı, “Alıcı” isə malları müqavilə üzrə müəyyən edilmiş qaydada və müddətdə qəbul etməyi və müqavilənin ayrılmaz hissəsi olan qiymətlərin razılaşdırılması protokolunda (Əlavədə) göstərilən müddətdə dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC ƏDV də daxil olmaqla, EBCK seriyalı, 470962 nömrəli 05 dekabr 2022-ci il tarixli elektron qaimə-fakturaya əsasən 472 manat, EBCK seriyalı, 949456 nömrəli 12 dekabr 2022-ci il tarixli elektron qaimə-fakturaya əsasən 1.062 manat, EBCL seriyalı, 402141 nömrəli 19 dekabr 2022-ci il tarixli elektron qaimə-fakturaya əsasən 365,8 manat, EBCL seriyalı, 861577 nömrəli 26 dekabr 2022-ci il tarixli elektron qaimə-fakturaya əsasən 118 manat, EBCM seriyalı, 867385 nömrəli 13 yanvar 2023-cü il tarixli elektron qaimə-fakturaya əsasən 325,68 manat, EBCN seriyalı, 262168 nömrəli 19 yanvar 2023-cü il tarixli elektron qaimə-fakturaya əsasən 3.752,4 manat, EBCN seriyalı, 453306 nömrəli 24 yanvar 2023-cü il tarixli elektron qaimə-fakturaya əsasən 690,3 manat, EBCO seriyalı, 139570 nömrəli 02 fevral 2023-cü il tarixli elektron qaimə-fakturaya əsasən 661,98 manat, EBDA seriyalı, 170747 nömrəli 20 fevral 2023-cü il tarixli elektron qaiməfakturayaəsasən 674,96 manat, EBDC seriyalı, 000886 nömrəli 17 mart 2023- cü il tarixli elektron qaimə-fakturaya əsasən 2.784,8 manat, EBDC seriyalı, 605997 nömrəli 31 mart 2023-cü il tarixli elektron qaiməfakturayaəsasən isə 749,30 manat olmaqla, ümumilikdə 11.657,22 manat həcmində malları “Alıcı”yatəslim etmişdir. İddiaçı satıcı kimi Müqavilə ilə üzərinə düşən öhdəlikləri icra etsə də, Cavabdeh MMC alıcı kimi Müqavilə ilə öz üzərinə düşən öhdəliyi lazımınca icra etməmiş, ödəməli olduğu məbləği tam şəkildə ödəməmişdir. Hazırda Cavabdeh MMC-nin İddiaçı MMC-yə müqavilə öhdəlikləri üzrə 9.879 manat, ƏDV üzrə isə 1.778,22 manat olmaqla, cəmi 11.657,22 manat məbləğində borcu qalmışdır.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Qanuni nümayəndə iddia ərizəsini qəbul etdiyini gödtərib iddianın təmin edilməsinə etiraz etmədiyini bildirdi. Əlavə olaraq bildirdi ki, yaranmış borcu ödəməmələrinin səbəbi şirkətin bank hesablarına vergi orqanı tərəfindən sərəncam qoyulmasıdır. Sərəncam aradan qaldırılan kimi yaranmış əsas və ƏDV borcu tam şəkildə ödəniləcəkdir.

III. Məhkəmə baxışının hədləri:

5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

6. İddiaçı (satıcı) və cavabdeh (alıcı) arasında bağlanmış 01 sentyabr 2022-ci il tarixli 038/22 nömrəli müqaviləyə əsasən satıcı alıcının müqavilənin ayrılmaz hissəsi olan qiymətlərin razılaşdırılması protokolunda (Əlavədə) göstərilən mallarla/avadanlıqlarla təmin etməkdən ibarətdir.

7. Müqavilənin 4.1-ci bəndinə əsasən malların dəyəri müqavilənin ayrılmaz hissəsi olan qiymətlərin razılaşdırılması protokoluna (1 saylı Əlavə) müvafiq surətdə müəyyən olunur.

8. Müqavilənin 4.2-ci bəndinə əsasən ödəniş vasitəsi manatdır. Ödəniş köçürmə yolu ilə təhvil-təslim edildikdən sonra hesab-faktura əsaında satıcının hesabına köçürülür.

9. İddiaçı tərəfindən cavabdehə EBDC 605997 nömrəli xx.xx.2023-cü il tarixli 749,30 manat, EBDA 170747 nömrəli xx.xx.2023-cü il tarixli 674,96 manat məbləğində, EBCO 139570 nömrəli xx.xx.2023-cü il tarixli 661,98 manat məbləğində, EBCN 453306 nömrəli xx.xx.2023-cü il tarixli 690,30 manat məbləğində, EBCN 262168 nömrəli xx.xx.2023-cü il tarixli 3752,40 manat məbləğində, EBCM 867385 nömrəli xx.xx.2023-cü il tarixli 325,68 manat məbləğində, EBCL 861577 nömrəli xx.xx.2022-ci il tarixli 118 manat məbləğində, EBCİ 402141 nömrəli xx.xx.2022-ci il tarixli 365,80 manat məbləğində, EBCK 949456 nömrəli xx.xx.2022-ci il tarixli 1062 manat məbləğində, EBCK 470962 nömrəli xx.xx.2022ci il tarixli 472 manat məbləğində, EBDC 000886 nömrəli xx.xx.2023-cü il tarixli 2784,80 manat, EBCJ 323974 nömrəli xx.xx.2022-ci il tarixli 1925,76 manat, EBCG 805097 nömrəli xx.xx.2022-ci il tarixli 997,10 manat məbləğində, EBCİ 670103 nömrəli 1416 manat, EBCD 256166 nömrəli xx.xx.2022-ci il tarixli 2039,04 manat məbləğində məbləğində elektron qaimələr təqdim edilmişdir.

10. İddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixli SİF01406 nömrəli 368 manat məbləğində, xx.xx.2023-cü il tarixli SF026565 nömrəli 40 manat məbləğində, xx.xx.2023cü il tarixli SF026564 nömrəli 900 manat məbləğində, xx.xx.2023-cü il tarixli SF026395 nömrəli 161 manat məbləğində, xx.xx.2023-cü il tarixli SF026471 nömrəli 400 manat məbləğində, xx.xx.2023-cü il tarixli SF026327 nömrəli 680 manat məbləğində, xx.xx.2023cü il tarixli SF026361 nömrəli 585 manat məbləğində, xx.xx.2023-cü il tarixli SF026307 nömrəli 500 manat məbləğində, xx.xx.2023-cü il tarixli SF026326 nömrəli 2000 manat məbləğində, xx.xx.2022-ci il tarixli SF026166 nömrəli 100 manat məbləğində, xx.xx.2023cü il tarixli SF026284 nömrəli 276 manat məbləğində, xx.xx.2022-ci il tarixli SF026161 nömrəli 145 manat məbləğində, xx.xx.2022-ci il tarixli SF026160 nömrəli 165 manat, xx.xx.2022-ci il tarixli SF026038 nömrəli 400 manat məbləğində, xx.xx.2022-ci il tarixli SF026076 nömrəli 900 manat, xx.xx.2023-cü il tarixli SF026807 nömrəli 635 manat məbləğində, xx.xx.2023-cü il tarixli SF026762 nömrəli 550 manat məbləğində, xx.xx.2023cü il tarixli SF026751 nömrəli 1000 manat məbləğində, xx.xx.2023-cü il tarixli SF026752 nömrəli 340 manat məbləğində, xx.xx.2023-cü il tarixli 77 nömrəli 470 manat, EBCG 186585 nömrəli xx.xx.2022-ci il tarixli 354 manat məbləğində satış fakturaları göndərilmişdir.

11. Cavabdeh tərəfindən iddiaçıya xx.xx.2022-ci ildə 2000 manat, xx.xx.2022-ci ildə 1677 manat, xx.xx.2022-ci ildə 2028 manat, ümumilikdə 5705 manat vəsait ödəniş edilmişdir.

12. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış alqısatqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

13. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

14. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin əcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissəhissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.

15. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

16. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

17. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilməmişdir.

18. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

19. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 9879 manat əsas, ƏDV üzrə 1778,22 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

21. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 125 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.

V. Nəticə:

22. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 9879 manat əsas, 1778,22 manat ƏDV, ödənilmiş 125 manat dövlət rüsumu, ümumilikdə 11782,22 (on bir min yeddi yüz səksən iki manat iyirmi iki qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar