Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1444/2020 28.08.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili X1, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (İddiaçı MMC) Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 14730 (on dörd min yeddi yüz otuz) manat məbləğində əsas borc, 53028 (əlli üç min iyirmi səkkiz) manat məbləğində cərimə, 5000 (beş min) manat məbləğində əldən çıxmış fayda, bank uçot dərəcəsi 7,25 % hesablanmaqla 1067 (min altmış yeddi) manat məbləğində pul və 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflər ərizə ilə məhkəməyə müraciət edərək, aralarında razılaşdırılmış barışıq sazişinin təsdiq edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəməyə təqdim edilmiş, tərəflər arasında bağlanmış və hər iki tərəfin təsdiqlədiyi xx.xx.2020-ci il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışığa gəlmişlər: Bir tərəfdən İddiaçı, direktor Qanuni nümayəndə şəxsində, (gələcəkdə Birinci Tərəf adlandırılacaq), digər tərəfdən “Agt Menegmemt, X7 Xidmətləri” Məhdud Məsuliyyətli Cəmiyyəti, direktor X4 şəxsində (gələcəkdə İkinci Tərəf adlandırılacaq), Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən aşağıdakı şərtlərlə bu Sazişi imzaladılar. X5 tərəfə qarşı iddia ərsəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh MMC-dən 14730 (on dörd min yeddi yüz otuz) manat məbləğində əsas borcun, 53.028 (əlli üç min iyirmi səkkiz) manat məbləğində cərimə-dəbbə pulunun, 5000 (beş min) manat əldən çıxmış fayda haqqının, 7.25 % məbləğində hesablanmaqla 1067 (bir min altmış yeddi) manat məbləğində bank uçot dərəcəsinin və 30 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflər Azərbaycan Respublikasının mülki və mülki-prosessual qanunvericiliyinə əsasən məhkəmədə gedən mülki mübahisəni barışıq razılaşması ilə yekunlaşdırmağa qərar verdilər.
1. Tərəflərin hüquq və vəzifələri: 1.1.İkinci Tərəf iddia tələbindəki 14730 (on dörd min yeddi yüz otuz) manat məbləğmdə əsas borc öhdəliyini 2020-ci ilin iyul - avqust-sentyabr - oktyabr ayları olmaqla 4 (dörd) ay ərzində, aylıq ödəniş məbləği 3683 (üç min altı yüz səksən üç) manat olmaqla ödəməyi öz üzərinə götürür. 1.2. Tərəflər qarşılıqlı olaraq razılığa gəlirlər ki, aylıq ödənişi xx xxxx 2020-ci il tarixdən başlamaqla, hər ayın 25-də Birinci tərəf icra edəcəkdir. 1.3. Tərəflər qarşılıqlı olaraq razılığa gəlirlər ki, öhdəliyin icrası bu Sazişin 1.1-ci və 1.2 ci maddələrində təsbit olunmuş qaydada və formada icra edilməzsə və ödənişdə gecikmə olarsa, hər gecikən gün üçün ümumi dəyərin 1 (bir) faiz əlavə hesablanacaqdır. 2.Digər müddəalar 2.1. Bu Sazişin hər hansı bir şərti və ya onun bir hissəsi yanlış və ya qüvvəsini itirmiş hesab edilərsə, bu hal qalan şərtlərə və ya belə şərtlərin qalan hissələrinə təsir etməyəcək və bu şərtlər qüvvədə qalıb öz effektivliyini itirməyəcək. 2.2 Tərəflər arasındakı bütün fikir ayrılıqları qarşılıqlı razılaşma əsasında həll edilir. Əgər yaranmış fikir ayrılıqları qarşılıqlı razılaşma əsasında öz həllini tapmazsa, tərəflər məhkəməyə müraciət etmək hüquqlarından istifadə etməkdə haqlıdırlar. 2.3 Tərəflər hazırkı Saziş üzrə üzərinə götürdükləri öhdəlikləri yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət daşıyırlar. 2.4 Bu Saziş sözügedən iş icraatında olan məhkəmə tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 191.2, 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı Cavabdehnə qarşı 14730 (on dörd min yeddi yüz otuz) manat məbləğində əsas borc, 53028 (əlli üç min iyirmi səkkiz) manat məbləğində cərimə, 5000 (beş min) manat məbləğində əldən çıxmış fayda, bank uçot dərəcəsi 7,25 % hesablanmaqla 1067 (min altmış yeddi) manat məbləğində pul və 30 manat dövlət rüsumunun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə tərəflər arasında aşağıdakı şərtlərlə bağlanmış barışıq sazişi təsdiq edilsin və iş üzrə icraata xitam verilsin. Bir tərəfdən İddiaçı, direktor Qanuni nümayəndə şəxsində, (gələcəkdə Birinci Tərəf adlandırılacaq), digər tərəfdən “Agt Menegmemt, X7 Xidmətləri” Məhdud Məsuliyyətli Cəmiyyəti, direktor X4 şəxsində (gələcəkdə İkinci Tərəf adlandırılacaq), Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən aşağıdakı şərtlərlə bu Sazişi imzaladılar. X5 tərəfə qarşı iddia ərsəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh MMC-dən 14730 (on dörd min yeddi yüz otuz) manat məbləğində əsas borcun, 53.028 (əlli üç min iyirmi səkkiz) manat məbləğində cərimə-dəbbə pulunun, 5000 (beş min) manat əldən çıxmış fayda haqqının, 7.25 % məbləğində hesablanmaqla 1067 (bir min altmış yeddi) manat məbləğində bank uçot dərəcəsinin və 30 manat məbləğində dövlət rüsumunun tutularaq, İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflər Azərbaycan Respublikasının mülki və mülki-prosessual qanunvericiliyinə əsasən məhkəmədə gedən mülki mübahisəni barışıq razılaşması ilə yekunlaşdırmağa qərar verdilər.
1. Tərəflərin hüquq və vəzifələri: 1.1 İkinci Tərəf iddia tələbindəki 14730 (on dörd min yeddi yüz otuz) manat məbləğində əsas borc öhdəliyini 2020-ci ilin iyul - avqust-sentyabr - oktyabr ayları olmaqla 4 (dörd) ay ərzində, aylıq ödəniş məbləği 3683 (üç min altı yüz səksən üç) manat olmaqla ödəməyi öz üzərinə götürür. 1.2.Tərəflər qarşılıqlı olaraq razılığa gəlirlər ki, aylıq ödənişi xx xxxx 2020-ci il tarixdən başlamaqla, hər ayın 25-də Birinci tərəf icra edəcəkdir. 1.3.Tərəflər qarşılıqlı olaraq razılığa gəlirlər ki, öhdəliyin icrası bu Sazişin 1.1-ci və 1.2 ci maddələrində təsbit olunmuş qaydada və formada icra edilməzsə və ödənişdə gecikmə olarsa, hər gecikən gün üçün ümumi dəyərin 1 (bir) faiz əlavə hesablanacaqdır.
2. Digər müddəalar 2.1. Bu Sazişin hər hansı bir şərti və ya onun bir hissəsi yanlış və ya qüvvəsini itirmiş hesab edilərsə, bu hal qalan şərtlərə və ya belə şərtlərin qalan hissələrinə təsir etməyəcək və bu şərtlər qüvvədə qalıb öz effektivliyini itirməyəcək. 2.2 Tərəflər arasındakı bütün fikir ayrılıqları qarşılıqlı razılaşma əsasında həll edilir. Əgər yaranmış fikir ayrılıqları qarşılıqlı razılaşma əsasında öz həllini tapmazsa, tərəflər məhkəməyə müraciət etmək hüquqlarından istifadə etməkdə haqlıdırlar. 2.3 Tərəflər hazırkı Saziş üzrə üzərinə götürdükləri öhdəlikləri yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət daşıyırlar. 2.4 Bu Saziş sözügedən iş icraatında olan məhkəmə tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minir. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Zeynəb Axundova