Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1444/2022 25.04.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, X1 Fərzalı oglunun katibliyi ilə, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 oglunun iştirakı ilə, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı cavabdehdən icra edilməmiş öhdəliyə görə 47166,72 manat məbləğində əsas borc və 46500 manat məbləğində cərimə, 371 manat dövlət rüsumu, cəmi 94037,72 manat alınıb iddiaçıya ödənilməsi barədə kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavabdehdən icra edilməmiş öhdəliyə görə 47166,72 manat məbləğində əsas borc və 46500 manat məbləğində cərimə, 371 manat dövlət rüsumu, cəmi 94037,72 manat alınıb iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" QSC (Satıcı) ilə Cavabdeh MMC (Alıcı) arasında 03.09.2018-ci il tarixində “hüq 602” nömrəli qara metal qırıntısının alqısatqısı müqaviləsi (bundan sonra - müqavilə) imzalanmışdır. Müqavilənin 1.1-ci bəndinə görə hərrac nəticələrinə əsasən Satıcı müqaviləyə əlavə edilmiş və onun ayrılmaz tərkib hissəsi olan Əlavə №1-də göstərilən və ümumi dəyəri 155 000 manat təşkil edən malları (1000 ton qara metal) Alıcıya təhvil verməyi, Alıcı isə malları qəbul edib dəyərini Satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.4-cü hissəsinə uyğun olaraq mal Alıcıya tərəflərin tərtib edərək imzaladıqları təhvil-təslim aktları əsasında verilir və bu aktlar Satıcının müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərin icra etdiyinin təsdiqidir. Belə ki, 2018-ci ilin sentyabr ayından 2019-cu ilin iyun ayınadək Satıcı ADY tərəfindən 304.30 ton metal təhvil-təslim aktları əsasında Alıcı Cavabdeh MMC-yə verilmişdir. Müqavilənin 2.4.1ci bəndinə uyğun olaraq təhvil verilən malı Satıcıdan qəbul edib əvəzində müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini ödəmək Alıcının vəzifəsidir. Lakin, Cavabdeh MMC təhvil aldığı malların dəyərini tam şəkildə ödəməmiş və nəticədə 47 166,72 (qırx yeddi min yüz altmış altı manat 72 qəpik) manat məbləğində borcu yaranmışdır. Müqavilənin 5.2-ci bəndinə əsasən müqavilə üzrə ödəniş vaxtında olmadığı təqdirdə, Alıcı hər bir gecikdirilmiş gün üçün Satıcıya ödənilməmiş məbləğin 3%-i olmaqla cərimə ödəyir, lakin bu cərimənin ümumi məbləği müqavilə dəyərinin 30%-dən çox olmamalıdır. Cavabdeh MMC tərəfindən müqavilə üzrə öhdəliklərinin vaxtında icra edilməməsi səbəbindən 46 500 manat əlavə olaraq penya hesablanmışdır. Göründüyü kimi, iddiaçı "xxxx" QSC müqavilədə üzərinə götürdüyü öhdəlikləri icra etsə də, cavabdeh "xxxx" MMC üzərinə düşən öhdəlikləri natamam icra etmiş, bununla da "xxxx" QSC-nin hüquqları kobud şəkildə pozulmuş və hal-hazırda da pozulmaqda davam edir. Tələbin icrası üçün cavabdehə 31.08.2020-ci il tarixində pretenziya məktubu ünvanlansa da, pretenziyada göstərilən tələb indiyədək təmin olunmamışdır. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: İddiaçı ilə cavabdeh arasında bağlanmış 03.09.2018-ci il tarixli malların alğı-satqı müqaviləsindən görünür ki, Müqavilənin 1.1-ci bəndinə görə hərrac nəticələrinə əsasən Satıcı müqaviləyə əlavə edilmiş və onun ayrılmaz tərkib hissəsi olan Əlavə №1-də göstərilən və ümumi dəyəri 155 000 manat təşkil edən malları (1000 ton qara metal) Alıcıya təhvil verməyi, Alıcı isə malları qəbul edib dəyərini Satıcıya ödəməyi öhdəsinə götürmüşdür. 9 ədəd Aktlardan müəyyən olunur ki, iddiaçı müxtəlif vaxtlarda satılan malları cavabdehə təhvil vermiş, cavabdeh isə həmin malları qəbul etmişdir. 06.09.2018-27.06.2019-cu illər ərzində iddiaçı tərəfindən cavabdehə gösttərilmiş Metal satışı xıdmətlərinə görə yaranan debitor borc barədə arayışdan görünür ki, cavabdehin iddiaçıya olan borcu 47166,72 manat təşkil edir. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında 03.09.2018-ci il tarixli “malların alğı-satqı müqaviləsi” bağlanmış, və müqaviləyə əsasən Satıcı müqaviləyə əlavə edilmiş və onun ayrılmaz tərkib hissəsi olan Əlavə №1-də göstərilən və ümumi dəyəri 155 000 manat təşkil edən malları (1000 ton qara metal) Alıcıya təhvil verməyi, Alıcı isə malları qəbul edib dəyərini Satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Satıcı alınan malları cavabdehə təhvil versə də, alıcı aldıgı malların dəyərini ödəməmiş və iddiaçıya 47166,72 manat borcu yranmışdır. Məhkəmə qeyd edir ki, alqı-satqı müqaviləsi iki tərəfin alıcının və satıcının bir-biri ilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Bu müqaviləyə əsasən alıcının əşyanı öz mülkiyyətinə qəbul etmək hüququ və onun qiymətini ödəmək öhdəliyi, satıcı üçün əşyanı alıcının mülkiyyətinə vermək öhdəliyi və onun qiymətinin ödənilməsini tələb etmək hüququ yaranır. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, alınan malların dəyərini cavabdehə ödəmiş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Cavabdehin müqavilə üzrə öhdəliyi yerinə yetirməməsinə görə iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəlikləri icra etmək mülki hüquqi məsuliyyəti yaranmışdır. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış 03.09.2018-ci il tarixli müqaviləyə əsasən 47166,72 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iddia tələbinin dəbbə pulunun tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin tələb tərəflər arasında bağlanmış müqavilədən irəli gəlir. Belə ki, müqavilənin 6.2-ci bəndinə əsasən müqavilə üzrə ödəniş vaxtında olmadığı təqdirdə alıcı hər gecikdirilmiş gün üçün satıcıya ödənilməmiş məbləgin 3 faizi olmaqla cərimə ödəyir. Lakin məhkəmə hesab edir ki, tələb olunan 46500 manat dəbbə pulu məbləği yaranmış 47166,72 manat borc məbləğinə görə tənasübsüz surətdə yüksək məbləğ olduğundan, onun məbləğini azaldaraq 2300 manat həddində müəyyən edilməklə cavabdehdən tutulması ədalətlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən icra edilməmiş öhdəliyə görə 47166,72 manat məbləğində əsas borc, 2300 manat məbləğində cərimə tutularaq "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən Ödənilmiş 371 manat dövlət rüsumunun 195,92 manat məbləği "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməli, qalan 175,08 manat məbləği "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə aid edilməlidir. . NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən icra edilməmiş öhdəliyə görə 47166,72 manat məbləğində əsas borc, 2300 manat məbləğində cərimə tutularaq "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin Ödənilmiş 371 manat dövlət rüsumunun 195,92 manat məbləği "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin, qalan 175,08 manat məbləği "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-1444/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1444/2022
25.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver