Məhkəmə qərarları › İş №e-2-2(113)-1447/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1447/2020

01.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1447/2020 01.12.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Xasayeva İradə Ədalət qızının katibliyi, iddiaçının nümayəndəsi X13 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh Gənclər X3 qarşı borcun tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh Gənclər X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Gənclər X1 12.537,41 manat məbləğində əsas borcun və 500 günə görə hesablanmış 68.687 manat məbləğində dəbbə pulunun, cəmi 75.224,41 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2017-ci il tarixdə “İddiaçı“ MMC ilə “Cavabdeh Gənclərin ElmiX12 arasında M-207/X1/2017 saylı inşaat materiallarının alqısatqı müqaviləsi bağlanılmışdır. Lakin “Cavabdeh Gənclərin X5 xx.xx.2017- ci il tarixli M- 207/X1/2017 saylı müqavilə üzrə 12537.41 manat məbləğində elektron qaimə-fakturalar üzrə malların qəbul edilməsinə baxmayaraq “İddiaçı“ MMC qarşısında olan öhdəlikləri icra etmir. Alqı-satqı müqaviləsnin 6.2-ci bəndinə əsasən cavabdehə gecikdirilmiş 500 günə görə 62.687 manat məbləğində dəbbə pulu hesablanmışdır. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: -İddiaçı MMC (satıcı) ilə “Cavabdeh Gənclərin Elmi X12” MMC (alıcı) arasında xx xxxx 2017-ci il tarixli A-207/X1/2017 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən satıcı bu müqavilənin ayrılmaz tərkib hissəsi olan “X4”nda göstərilən mal-materialı alıcıya satmağı, alıcı isə həmin malları qəbul edib, almağı və onun dəyərini ödəməyi öz üzərinə götürür. 2.1-ci bəndinə əsasən malların qiymətləri hər çatdırılma partiyasına uyğun tərtib olunmuş “X4”na, elektron qaimə-fakturaya, qaimə-fakturaya əsasən müəyyən edilir. Elektron qaimə fakturanın, qaimə fakturanın alıcı tərəfindən imzalandığı tarix malların təhvil verildiyi tarix hesab edilir. 2.3-cü bəndinə əsasən alıcı və satıcı arasında ödənişin qaydası, forma və müddəti müqavilənin ayrılmaz tərkib hissəsi olan “X4”nda, elektron qaimə-fakturalarda, qaiməfakturalarda göstərilən qaydada və formada, lakin malların təqdim edildiyi tarixdən ən geci 15 iş günü ərzində nağd və ya tərəflərin razılaşmasına əsasən bank ödənişi yolu ilə həyata keçirilməlidir. 6.2.-ci bəndinə əsasən alıcı malın satış dəyərini vaxtında ödəməzsə, satıcı gecikdirilmiş məbləğin hər günü üçün 1% dəbbə pulunu alıcıdan tələb etmək haqqı vardır. 6.3-cü bəndinə əsasən hazırkı müqavilədə nəzərdə tutulan müddətdə mal alıcıya tam həcmdə, yaxud qismən verilmədikdə, alıcı gecikdirmənin hər günü üçün satıcıdan gecikdirilmiş malın dəyərinin 1% dəbbə pulu tələb etmək haqqı vardır. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. - xx xxxx 2017-ci il tarixli A-207/X1/2017 müqaviləyə əlavə edilmiş xx.xx.2017-ci il tarixli qiymətlərin razılaşdırma protokoluna əsasən sifariş olunan PA000985 MULTİ 55 7N- 11/2-11/4 inşaat materialının birinin qiyməti 1.750 manat olmaqla 2 ədədin, cəmi 4.130 manat dəyərində malların, xx.xx.2017-ci il tarixli qiymətlərin razılaşdırma protokoluna əsasən sifariş olunan Praymer Aquamast işaat materialının birinin qiyməti 42,00 manat olmaqla 100 ədədinin, cəmi 4.956 manat dəyərində malların, xx.xx.2017-ci il tarixli qiymətlərin razılaşdırma protokoluna əsasən sifariş olunan SCHNEİDER LRD16 OVERLOAD REL.9 A 13A inşaat materialının birinin qiyməti 29,27 manat olmaqla 4 ədədin, mastika KRZ inşaat materialının birinin qiyməti 42,00 manat olmaqla 50 ədədinin, cəmi 2.616,18 manat dəyərində malların, xx.xx.2018-ci tarixli qiymətlərin razılaşdırma protokoluna əsasən sifariş olunan mastika KRZ inşaat materialının birinin qiyməti 42,00 manat olmaqla 17 ədədinin, praymer aquamast inşaat materialının birinin qiyməti 42,00 manat olmaqla 20 ədədinin, cəmi 1.833,72 maant dəyərində malların, xx.xx.2018-ci il tarixli qiymətlərin razılaşdırma protokoluna əsasən sifariş olunan 400 A Panel inşaat materialının birinin qiyməti 1.968 manat olmaqla 1 ədədinin, 160 A Panel inşaat materialının birinin qiyməti 1.155 manat olmaqla 1 ədədinin, 63 A Panel inşaat materialının birinin qiyməti 680 manat olmaqla 3 ədədinin, cəmi 495,6 manat dəyərində malların, xx.xx.2018-ci il tarixli qiymətlərin razılaşdırma protokoluna əsasən sifariş olunan praymer aquamast inşaat materialının birinin qiyməti 42,00 manat olmaqla 10 ədədinin, 6.092,34 dəyərində malların satın-alınması razılaşdırılmışdır. Həmin əlavəyə əsasən əlavə təqdim edildiyi tarixdən 5 iş günü ərzində 100% ödənilməsi barədə razılıq əldə olunmuşdur. Razılaşdırma protokolu tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. İddiaçı MMC tərəfindən Cavabdeh Gənclər X3 ƏDV daxil 1.833,72 manat dəyərində malın verilməsinə dair xx.xx.2018-ci il tarixli, EAAG seriyalı, 341443 saylı; ƏDV daxil 6.092,34 manat dəyərində malın verilməsinə dair xx.xx.2018-ci il tarixli, EAAK seriyalı, 488739 saylı; ƏDV daxil 495,60 manat dəyərində malın verilməsinə dair xx.xx.2018-ci il tarixli, EAAL seriyalı, 253108 saylı; ƏDV daxil 3.790,99 manat dəyərində malın verilməsinə dair xx.xx.2018-ci il tarixli, EAAM seriyalı, 103398 saylı elektron qaimələr tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh Gənclər X3 göndərilmişdir. -xx.xx.2020-ci il tarixli arayışa əsasən Cavabdeh Gənclərin Elmi X9 xx.xx.2017-ci il tarixli, A-207/Xİ/2017 saylı müqaviləyə əsasən əsas borcu 12.537,41 manat və 500 gün üçün hesablanmış dəbbə pulu 62.687 manat, cəmi borcu 75.224,41 manat təşkil edir. -İddiaçı MMC tərəfindən “Cavabdeh Gənclərin Elmi X11 xx.xx.2020-ci il tarixli, 71/20 saylı pretenziya məktubu ilə müraciət edilərək, alqı-satqı müqaviləsi üzrə yaranmış 75.224,41 manat borc məbləğinin pretenziya məktubunun aldıqdan sonra 7 təqvim günü ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə aidiyyatı üzrə məhkəmə və digər orqanlara müraciət olunacağı bildirilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh Gənclərin Elmi X12 arasında xx xxxx 2017-ci il tarixli A-207/Xİ/2017 saylı alqısatqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. Cavabdeh müqaviləyə və həmin müqaviləyə əlavə olaraq bağlanılmış qiymətlərin razılaşma protokollarına əsasən həmin protokollarda göstərilmiş malların dəyərini əlavələrin təqdim edildiyi tarixdən 5 iş günü ərzində ödəməyi öhdəsinə götürsə də, həmin öhdəliyi tam icra etməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Hal-hazırda Cavabdeh Gənclərin Elmi X9 göstərilən müqavilə üzrə İddiaçı MMC-yə olan borcu 12.537,41 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Belə olan halda məhkəmə cavabdehin müqaviləyə əsasən verilmiş malların dəyərini– 12.537,41 manat məbləğində pul vəsaitini - ödəməməklə müqavilə öhdəliklərini lazımi qaydada icra etməməsini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, İddiaçı MMC Cavabdeh Gənclərin Elmi X8 12.537,41 manat məbləğində əsas borcun tutularaq iddiaçıya ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Digər tərəfdən iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində 12.537,41 manat borcun ödənilməsinin gecikdirilməsinə görə gecikdirilən gün üçün gecikdirilmiş məbləğin 1% olmaqla hesablanmış 68.687 manat məbləğində dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, Cavabdeh Gənclərin Elmi X8 ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilələrdə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulunun ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulunun tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 1.000 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı qətnamə ilə iddianin qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 10 manat hissəsi iddiaçıya aid edilməli, dövlət rüsumunun qalan hissəsinin əvəzi olaraq 20 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Gənclər X2 12.537,41 manat (on iki min beş yüz otuz yeddi manat qırx bir qəpik) məbləğində əsas borc, 1000 (bir min) manat məbləğində cərimə, cəmi 13.537,41 manat (on üç min beş yüz otuz yeddi manat qırx bir qəpik) məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 (iyirmi) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. İddia verilərkən ödənilmiş dövlət rüsumunun 10 (on) manat hissəsi iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar