Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1447/2024 05.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: su borcunun silinməsi) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli, 44347019 saylı Müqavilə üzrə İddiaçı əsassız hesablanmış 4574 manat borcun silinməsi öhdəliyinin Cavabdeh ASC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında olan mənzillə bağlı ödəmə terminalı vasitəsilə 059466 Abunəçi kodu üzrə su təchizatı ilə əlaqədar ödəmə edən zaman 3524 manat borcunun olduğu məlum olmuşdur. Bununla əlaqədar tərəfindən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə müraciət edilmişdir. ASC yaranan borcun aralarında olan “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair hüquqi şəxslərlə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağlanan” xx.xx.2021-ci il tarixli, 44347019 saylı Müqavilə ilə bağlı olduğunu bildirmişdir. Cavabdeh orqana tərəfindən belə bir müqavilə bağlanmadığı, müqavilədən xəbərdar olmadığını bildirilmiş və müqavilənin surətinin ona təqdim edilməsi xahiş edilmişdir. Cavabdeh orqan tərəfindən ona təqdim edilən müqavilədən görünür ki, həmin müqavilə saxta olmaqla qanunsuz tərtib edilmişdir. Belə ki, 2 səhifədən ibarət müqavilənin sonuncu səhifəsində tərəflərin imza qrafasında qarşı tərəfin imzası olsa da, tərəfindən imza icra edilməmiş sənəd üzrə üzərinə borc öhdəliyi müəyyən edilib. Tərtib edilmiş müqaviləyə qanunsuz olaraq, xəbəri olmadan barəsində əldə edilmiş anket məlumatları müqaviləyə əlavə edilmiş və sənəd imza edilməmiş icra halına gətirilmişdir.
II. Tərəflərin mövqeləri:
3. İddiaçının nümayəndəsi xx.xx.2024-cü il tarixində məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, İddiaçı Cavabdeh ASC-yə qarşı xx.xx.2021-ci il tarixli, 44347019 saylı Müqavilə üzrə İddiaçı əsassız hesablanmış 4574 manat borcun silinməsi öhdəliyinin Cavabdeh ASC-nin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi üzrə məhkəmə iclası xx.xx.2024-cü il tarixə saat 15:30-a təyin edilmişdir. Məhkəmə baxış iclasını tərəfimizdən təqdim edilmiş sübutlar əsasında iştirakımız olmadan keçirməyinizi, əvvəlki məhkəmə proseslərində gətirdiyimiz dəlilləri və cavabdeh tərəfin iddianı təkzib edəcək sübutlar təqdim etməməsini nəzərə alaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarmağınızı xahiş etmişdir.
4. Əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz etdiyi, iddianın əsassız olduğunun bildirmiş. Lakin, borcun əsasını təşkil edən sənədləri (hesab-fakturaları və sair) təqdim etməmişdir.
5. Cavabdehə sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarında iştirak etməmişlər.
6. Məhkəmə AR MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. ünvan 1 ünvanında yerləşən mənzil üzərində mülkiyyət hüquqları İddiaçı adına hüquqi qeydiyyata alınmışdır.
9. 17.05.2021-ci il tarixli ərizəyə əsasən X2 Cavabdeh ASC-yə müraciət edərək ünvan 2 ünvanında yerləşən ona məxsus mənzildən qeyri-yaşayış obyekti kimi fəaliyyət göstərdiyi üçün qeyri-əhali müqaviləsinin bağlanmasını xahiş etmişdir.
10. Abonent haqqında məlumata əsasən İddiaçı yekun 4574 manat borcu olduğu qeyd olunmuşdur.
11. Cavabdeh ASC-nin xx.xx.2024-cü il tarixli məktubunda ünvan 3 ünvanında su və kanalizasiya təchizatı xidmətlərindən istifadəyə görə 059466 saylı abonent koduna yaranmış borcun sayğacın quraşdırılmasının təmin edilmədiyindən abonent kodu üzrə hesabılamalar borcunun en kəsiyinə görə aparıldığı və hazırda abonentin 4574 manat borcun olduğu qeyd olunmuşdur.
12. Məhkəmə qeyd edir ki, sübutetmə predmetinə daxil olan iş üçün əhəmiyyətli olan halların müəyyən edilməsi, daha sonra həmin hallara tətbiq edilən hüquq normalarının şərh edilməsi məhkəmə araşdırmasının obyektivliyi və ədalətliliyi üçün zəruridir.
13. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
14. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında olan mənzillə bağlı ödəmə terminalı vasitəsilə 059466 Abunəçi kodu üzrə su təchizatı ilə əlaqədar ödəmə edən zaman 4574 manat borcunun olduğu məlum olmuşdur. Bununla əlaqədar tərəfindən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə müraciət edilmişdir. ASC yaranan borcun aralarında olan “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair hüquqi şəxslərlə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağlanan” ona əsassız hesablanmış cəmi 4574 manat məbləğində borcun silinməsini məhkəmədə mübahisələndirmişdir.
15. Məhkəmə əvvəla qeyd edir ki, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 61.1-ci maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır.
16. Həmin Qanunun 61.2-ci maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisəsi mövcud qanunvericiliyə müvafiq olaraq faktiki göstərilən xidmətə görə ödənişi, obyektdən istifadənin dayandırılması haqqında istehlakçının azı dörd iş günündən gec olmayaraq su təchizatı və kanalizasiya müəssisəsinə məlumat verməsi halı istisna olmaqla, istehlakçı tərəfindən obyektdən istifadə dayandırıldıqdan sonra da alına bilər.
17. İşdən göründüyü kimi cavabdeh iddiaçı şəxsə borcun hesablanması sayğac olmadığı üçün borunun diametrinə əsasən hesablandığını, lakin məhkəmə tərəfindən dəfələrcə şərait yaradılmasına baxmayaraq hesablanmanı təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Bundan əlavə iddiaçı ödəməni smart kart əsasında həyata keçidiyini və sudan istifadəni həmin ödəməni etdikdən sonra istifadə etməyə başladığını bildirmişdir.
18. Qeyd olunanlardan göründüyü kimi cavabdeh qurum yaranmış borcun hansı formada və borcun yaranma əsasın təşkil edən dəlilləri məhkəməyə təqdim etməmiş və iddiaçının irəli sürdüyü faktlara qarşı hər hansı əks arqument gətirməmişdir.
19. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
21. Məhkəmə qeyd edir ki, MPM-də çəkişmə prinsipi və bir başa göstərilməyən, lakin nəzərdə tutulan dispozitivlik prinsipi xüsusi yer tutur və həmin prinsiplərə əsasən, məhkəmə icraatı zamanı işin halları yalnız tərəflərin bildirdikləri faktlar və təqdim etdikləri sübutlar əsasında müəyyən edilir.
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
V. Nəticə:
23. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh ASC tərəfindən İddiaçı hesablanmış 4574 manat məbləğində borc 059466 saylı abunə hesabından silinsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova