Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1448/2020 08.09.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Hümbətov Eldəniz Məhəddin oğlunun katibliyi ilə, İddiaçı “İddiaçı" MMC-nin cavabdeh "Cavabdeh" Gənclərin X4 qarşı borcun ödənilməsi tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “İddiaçı" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Gənclərin X1 16339,60 manat əsas borcun və 81698 manat hesablanmış dəbbə pulunun, cəmi 98037,60 manat məbləğində borcun, eyni zamanda 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun “xxxxxxxxxxxxxxxxxx“ MMC-nin xeyrinə tutulması barəsində qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, “İddiaçı" MMC ilə Cavabdeh Gənclərin X5 arasında xx.xx.2017-ci il tarixində bağlanmış M-207/X1/2017 nömrəli alqı-satqı müqaviləsi üzrə 16339,60 manat məbləğində elektron qaimə-fakturalar üzrə malların qəbul edilməsinə və müvafiq qaydada hesab-faktura ilə birgə malı qəbul etməsinə baxmayaraq “İddiaçı" MMC qarşısında olan öhdəlikləri icra etməmişdir. Müqavilənin 6.2-ci bəndinə əsasən gecikdirilmiş 500 günə (gecikdirilmiş məbləğin hər günü üçün 1% olmaqla) 81698 manat məbləğində dəbbə pulu hesablanmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş göndərilsə də tərəflər məhkəmə iclasına gəlməmiş, lakin iddiaçı “İddiaçı" MMC-nin qanuni təmsilçisi X11 məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasını onların iştirakı olmadan keçirilməsini və iş üzrə qətnamə qəbul edilməsini xahiş etmiş, cavabdehin nümayəndəsi isə gəlməməsinin səbəbi barədə məhkəməyə rəsmi məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, məhkəmə işə tərəflərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2017-ci il tarixli, M-207/X1/2017 nömrəli tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsindən görünür ki, Satıcı – “İddiaçı" MMC X2 göstərilən elektron Qaimə-fakturaya uyğun olaraq müəyyən ediləcək mal-materialları (bundan sonra – mallar) alıcı Cavabdeh Gənclərin X4 satmağı, Alıcı – Cavabdeh Gənclərin X5 də öz növbəsində malları müqavilədə müəyyənləşdirilmiş qaydada və müddətdə (malların təqdim edildiyi tarixdən ən geci 15 iş günü ərzində), əgər gecikdirilərsə hər gecikdirilən hər bir gün üçün gecikdirilmiş məbləğin 1 faizi həcmində dəbbə (cərimə) pulunun ödənilməsi şərti ilə təhvil alaraq dəyərini tam ödəməyi öz öhdəsinə götürmüşdür. “İddiaçı" MMC tərəfindən verilən EAAS seriyalı, 211172 nömrəli, xx.xx.2017-ci il tarixli, EAAS seriyalı, 858064 nömrəli, xx.xx.2017-ci il tarixli, EAAS seriyalı, 962663 nömrəli, xx.xx.2017-ci il tarixli, EAAS seriyalı, 999496 nömrəli, xx.xx.2017-ci il tarixli, EAAD seriyalı, 033347 nömrəli, xx.xx.2017-ci il tarixli, EAAD seriyalı, 383705 nömrəli, xx.xx.2017-ci il tarixli, EAAD seriyalı, 757854 nömrəli, xx.xx.2017-ci il tarixli, EAAD seriyalı, 757915 nömrəli, xx.xx.2017-ci il tarixli, EAAE seriyalı, 178739 nömrəli, xx.xx.2017-ci il tarixli, EAAE seriyalı, 289921 nömrəli, xx.xx.2017-ci il tarixli, EAAE seriyalı, 770661 nömrəli, xx.xx.2017-ci il tarixli, EAAG seriyalı, 238618 nömrəli, xx.xx.2018-ci il tarixli və EAAG seriyalı, 345373 nömrəli, xx.xx.2018-ci il tarixli elektron qaimələrdən görünür ki, tərəflər arasında malların alqı-satqısı həyata keçirilmişdir. xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixə olan dövr üzrə hərəkətdən (ödəniş cədvəlindən) görünür ki, Cavabdeh Gənclərin X5 219791,95 manat dəyərində mallara görə 203452,35 manat məbləğində ödəniş etmiş xx.xx.2019-cu il tarixə son qalıq 16339,60 manat təşkil edir. xx.xx.2020-ci il tarixli, 64/25 nömrəli “İddiaçı" MMC tərəfindən verilən (maliyyə) arayışından görünür ki, xx.xx.2017-ci il tarixli, M-207/X1/2017 nömrəli müqaviləyə əsasən Cavabdeh Gənclərin X3 16339,60 manat əsas, müqavilənin 6.3-cü bəndinə əsasən 500 gün gecikdirilmiş günə görə 81698 manat dəbbə pulu olmaqla cəmi 98037,60 manat borcu vardır. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalı, öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsinə görə cavabdeh iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borcludur. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 443.1, 449.1, 462.1, 467, 567, 598.1-598.3-cü maddələri). Göründüyü kimi iddiaçı “İddiaçı" MMC ilə Cavabdeh Gənclərin X5 arasında qanunvericiliyə uyğun olaraq müqavilə bağlanmış, “İddiaçı" tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilmiş, lakin cavabdeh öz üzərinə düşən öhdəlikləri yerinə yetirməyərək, qeyd olunan qaimələr üzrə təhvil verilən malların bir hissəsinin dəyərini ödəməmiş və 16339,60 manat məbləğində borc yaranmışdır. Odur ki, məhkəmə iddiaçının əsas borc kimi 16339,60 manat məbləğində pul tələbini əsaslı hesab edir. Bununla yanaşı iddiaçı tərəfindən müqavilənin 6.2-ci bəndinə əsasən (gecikdirilmiş məbləğin hər günü üçün 1% olmaqla) 500 gün gecikdirməyə görə 81698 manat məbləğində dəbbə pulu hesablanmışdır. Yuxarıda göstərilən normalara əsasən məhkəmə qeyd edir ki, tənasübsüz surətdə yüksək olan dəbbə pulu azaldılaraq 160,40 manat məbləğində müəyyən edilməlidir. Yuxarıda qeyd olunan işin faktiki hallarını, qanunvericiliyin normalarını və iş materiallarına əlavə edilmiş sənədləri məcmu halda qiymətləndirən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh Gənclərin X1 müqaviləyə əsasən qaimələr üzrə 16339,60 manat ödənilməmiş borc, gecikdirilmiş günlərə görə 160,40 manat dəbbə pulu, ümumilikdə 16500 manat pul tutularaq iddiaçı “İddiaçı" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin 16,83%-nin təmin olunduğunu nəzərə alan məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun 16,83%-i, yəni 5,05 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Gənclərin X1 16339,60 manat ödənilməmiş borc, 160,40 manat dəbbə pulu, ümumilikdə 16500 manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 5,05 manat məbləğində pul tutularaq iddiaçı “İddiaçı" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-1448/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1448/2020
08.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver