Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1449/2024 01.04.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədirliyi ilə, X1 Fərzalı oğlunun katibliyi ilə İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı cavabdehdən 8963.50 (səkkiz min doqquz yüz altmış üç manat əlli qəpik) ) manat əsas borc, 1344.52 (min üç yüz qırx dörd manat əlli iki qəpik) manat faiz borcu və 210.00 manat mediasiya xərci olmaqla, cəmi 10518.02 (on min beş yüz on səkkiz manat iki qəpik) manatın iddiaçının xeyrinə ödənilməsi tələbinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı cavabdehdən 8963.50 (səkkiz min doqquz yüz altmış üç manat əlli qəpik) ) manat əsas borc, 1344.52 (min üç yüz qırx dörd manat əlli iki qəpik) manat faiz borcu və 210.00 manat mediasiya xərci olmaqla, cəmi 10518.02 (on min beş yüz on səkkiz manat iki qəpik) manatın iddiaçının xeyrinə ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi ərizəylə məhkəməyə müraciət edərək iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən Bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Ərizə təmin edilsin. İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı cavabdehdən 8963.50 (səkkiz min doqquz yüz altmış üç manat əlli qəpik) ) manat əsas borc, 1344.52 (min üç yüz qırx dörd manat əlli iki qəpik) manat faiz borcu və 210.00 manat mediasiya xərci olmaqla, cəmi 10518.02 (on min beş yüz on səkkiz manat iki qəpik) manatın iddiaçının xeyrinə ödənilməsi tələbinə dair kommersiya işi üzrə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə verilə bilər. Hakim: Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-1449/2024
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1449/2024
01.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver