Məhkəmə qərarları › İş №e-2-2(113)-1449/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1449/2025

08.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1449/2025 08.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: lizinq müqaviləsi) X5 Rövşən qızının sədrliyi, Nuriyeva Nigar Fikrət qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “pul və lizinq predmetinin geri qaytarılması” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı ASC (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx"Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli KTA-KTT21/2649 saylı “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X2 Müqaviləsi”nəəsasən xx.xx.2024-cü il Dövlət rüsumunun ödənilməsi haqqında məlumat Ərizəni imzalayan şəxs haqqında məlumat: tarixə: xx.xx.2021-ci il tarixli KTA- KTT-21/2649 saylımüqaviləyə əsasən 1733,64 AZN gecikdirilmiş cari borc, 201,71 AZN cərimə borc; xx.xx.2023-cü il tarixli KTA-KTT-23/11876 saylımüqaviləyə əsasən isə 766,00 AZN gecikdirilmiş cari borc, 93,16 AZN cərimə borc; - Ümumilikdə, 2.794,51 AZN borc məbləğinin və 47,95 AZN ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı"xxxx" ASC-yə ödənilməsi; - Tərəflər arasında bağlanmış xx.xx.2021ci il tarixli KTA-KTT-21/2649 və xx.xx.2023-cü il tarixli KTA-KTT-23/11876 saylı müqavilələrə xitam verilməsi; - 1 ədəd Solis 50RX markalı traktorun, 1 ədəd X3 Pro 185 markalı rotativ malanın (torpaq frezi)saz və işlək vəziyyətdə geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh və "xxxx" MMC arasında xx.xx.2019-cu il tarixli 36 nömrəli “Kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə” Müqavilə bağlanmışdır. Müqaviləyə əsasən 1 ədəd KY-MH-24 markalı taxılsəpən cavabdehə 60 ay müddətinə lizinqə verilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti, "xxxx" MMC və Cavabdeh arasında “Kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə xx.xx.2019-cu il tarixli müqavilə üzrə hüquq və öhdəliklərin ötürülməsi barədə” xx.xx.2020-ci il tarixli Göyçay-031 nömrəli Saziş bağlanmışdır. Lakin Cavabdeh müqavilənin şərtini pozaraq dövri olaraq ödəməli olduğu lizinq ödənişlərinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixinə 913,61 manat gecikdirilmiş əsas borcu yaranmışdır. Göstərilən məbləğlərin ödənilməsi tələbi ilə, tərəfimizdən cavabdehə müxtəlif vaxtlarda pretenziya məktubları göndərilmişdir. Sonuncu pretenziya tələbi isə Azərbaycan Respublikasının İqtisadiyyat nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin Onlayn kargüzarlıq bölməsi vasitəsilə xx.xx.2024-cü il tarixli, PLX-24/0231 nömrəli pretenziya məktubu ilə rəsmi qaydada göndərilsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etməmişdir. Beləliklə, Cavabdeh xx.xx.2024-cü il tarixinə 913,61 manat gecikdirilmiş əsas borcu yaranmışdır.

3. 01.04.2025-ci ildə iddiaçı idda tələbinin həcmini xx.xx.2024-cü il tarixə: xx.xx.2021-ci il tarixli KTA-KTT-21/2649 saylı müqaviləyə əsasən 1733,64 AZN gecikdirilmiş cari borc, 201,71 AZN cərimə borc; xx.xx.2023-cü il tarixli KTA-KTT-23/11876 saylı müqaviləyə əsasən isə 766,00 AZN gecikdirilmiş cari borc, 93,16 AZN cərimə borc; - Ümumilikdə, 2.794,51 AZN borc məbləğinin və 47,95 AZN ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi; Və 1 ədəd Solis 50RX markalı traktorun, 1 ədəd X3 Pro 185 markalı rotativ malanın (torpaq frezi) saz və işlək vəziyyətdə iddiaçıya geri qaytarılması barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

II. Tərəflərin mövqeləri:

4. İddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

5. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

6. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

7. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

8. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

IV. Sübutların tədqiqi:

1. İddiaçı ASC (lizinq verən) ilə Cavabdeh (lizinq alan) arasında 10 may 2023-cü il tarixdə KTA-KTT-23/11876 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X2 Müqaviləsi” bağlanmışdır. 1.1-ci bəndinə əsasən lizinq verən lizinq alan tərəfindən seçilmiş kənd təsərrüfatı texnikalarını və aqreqatlarını öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qimsində lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadə verməyi, lizinq alan isə lizinq obyektini bu lizinq müqaviləsinin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürür. Lizinq obyekti 2019-cu il buraxılışlı X3 Pro 185 markalı rotativ mala markalı Yemqırmadır. 1.4-cü bəndinə əsasən lizinq obyektinin qiyməti 6800 manat təşkil edir. 1.5-ci bəndinə əsasən lizinq obyektinə tətbiq olunan subsidiya məbləği 2567.58 manat təşkil edir. 2.1-ci bəndinə əsasən lizinq müqaviləsi üzrə bütün ödənişlər və bu müqavilənin bağlanması ilə bağlı yaranmış ödənişlər (sığorta haqqı, komissiya, qeydiyyat xərcləri və s.) 2 nömrəli Əlavədə göstərilən cədvəl üzrə həyata keçirilir. 11.2-ci bəndinə görə hər lizinq ödənişi əsas borcun qalığının ödənilməsi üçün nəzərdə tutulan hissədən, lizinq verənin mükafatından, həmçinin lizinq müqaviləsində göstərilən digər ödənişlərdən ibarətdir. Mükafat məbləği hesablanarkən bir ay – 30 gün , bir il-360 gün kimi nəzərə alınır. 11.3-cü bəndinə əsasən lizinq alan bu müqavilə üzrə aylıq ödənişlərini vaxtında və tam həcmdə yerinə yetirmədiyi təqdirdə lizinq verən hər gecikdirilmiş günə görə gecikdirilmiş məbləğin 0,1% -i miqdarında cərimə hesablamaq hüququna malikdir. 14.1-ci bəndinə əsasən bəndinə görə lizinq alan tərəfindən aşağıdakı şübhəsiz və aşkar pozuntuları yol verildiyi hallarda, lizinq verən müqavilənin icra etməsindən birtərəfli qaydada imtina edə bilər: 14.1.3. Lizinq alan tərəfindən bu müqavilə ilə nəzərdə tutulmuş digər öhdəliklər həyata keçirilmədikdə. 15.1. Maliyyə Lizinqinin müddəti bitdikdən sonra 30 təqvim günü ərzində müqavilə üzrə, habelə hesablanmış penya və cəimələrin ödənilməsi üzrə öhdəliklərin yerinə yetirilməsi şərtilə lizinq alan lizinq obyektini öz mülkiyyətinə keçirməlidir. 15.2-ci maddəsinə görə müqavilənin 15.1-ci bəndində müəyyən edilmiş şərtləri yrinə yetirilmədikdə, lizinq verən lizinq obyektinin mülkiyyət hüqunun əldə edilməsi ilə bağlı lizinq alana yazılı xəbərdarlıq göndərir. Lizinq alan rəsmi xəbərdarlığı aldıqdan sonra da 30 gün ərzində 15.1-ci bənddə nəzərdə tutulmuş hərəkətləri həyata keçirmədikdə, lizinq obyektini lizinq verənə qaytarmalı, yaxud həmin lizq obyekti barədə lizinq verənlə icarə müqaviləsi bağlamalıdır. Müqavilə lizinq alanın imzası, lizinq verən imzası və möhürü ilə təsdiq edilmişdir.

9. Ödəniş cədvəlinə əsasən lizinq alan tərəfindən 26 ay müddətində hər ay 95.75 manat olmaqla cəmi 2872.42 manat məbləğində lizinq ödənişləri edilməli idi. Ödəniş cədvəli lizinq alanın imzası, lizinq verən imzası və möhürü ilə təsdiq edilmişdir.

10. İddiaçı ASC (lizinq verən) ilə Cavabdeh (lizinq alan) arasında xx.xx.2021-ci il tarixli KTA-KTT-21/2649 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X2 Müqaviləsi” bağlanmışdır. 1.1-ci bəndinə əsasən lizinq verən lizinq alan tərəfindən seçilmiş kənd təsərrüfatı texnikalarını və aqreqatlarını öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qimsində lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadə verməyi, lizinq alan isə lizinq obyektini bu lizinq müqaviləsinin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürür. Lizinq obyekti 2020-ci il buraxılışlı Solis 50RX markalı traktor. 1.4-cü bəndinə əsasən lizinq obyektinin qiyməti 34150 manat təşkil edir. 1.5-ci bəndinə əsasən lizinq obyektinə tətbiq olunan subsidiya məbləği 13440 manat təşkil edir. 2.1-ci bəndinə əsasən lizinq müqaviləsi üzrə bütün ödənişlər və bu müqavilənin bağlanması ilə bağlı yaranmış ödənişlər (sığorta haqqı, komissiya, qeydiyyat xərcləri və s.) 2 nömrəli Əlavədə göstərilən cədvəl üzrə həyata keçirilir. 11.2-ci bəndinə görə hər lizinq ödənişi əsas borcun qalığının ödənilməsi üçün nəzərdə tutulan hissədən, lizinq verənin mükafatından, həmçinin lizinq müqaviləsində göstərilən digər ödənişlərdən ibarətdir. Mükafat məbləği hesablanarkən bir ay – 30 gün , bir il-360 gün kimi nəzərə alınır. 11.3-cü bəndinə əsasən lizinq alan bu müqavilə üzrə aylıq ödənişlərini vaxtında və tam həcmdə yerinə yetirmədiyi təqdirdə lizinq verən hər gecikdirilmiş günə görə gecikdirilmiş məbləğin 0,1% -i miqdarında cərimə hesablamaq hüququna malikdir. 14.1-ci bəndinə əsasən bəndinə görə lizinq alan tərəfindən aşağıdakı şübhəsiz və aşkar pozuntuları yol verildiyi hallarda, lizinq verən müqavilənin icra etməsindən birtərəfli qaydada imtina edə bilər: 14.1.3. Lizinq alan tərəfindən bu müqavilə ilə nəzərdə tutulmuş digər öhdəliklər həyata keçirilmədikdə. 15.1. Maliyyə Lizinqinin müddəti bitdikdən sonra 30 təqvim günü ərzində müqavilə üzrə, habelə hesablanmış penya və cəimələrin ödənilməsi üzrə öhdəliklərin yerinə yetirilməsi şərtilə lizinq alan lizinq obyektini öz mülkiyyətinə keçirməlidir. 15.2-ci maddəsinə görə müqavilənin 15.1-ci bəndində müəyyən edilmiş şərtləri yrinə yetirilmədikdə, lizinq verən lizinq obyektinin mülkiyyət hüqunun əldə edilməsi ilə bağlı lizinq alana yazılı xəbərdarlıq göndərir. Lizinq alan rəsmi xəbərdarlığı aldıqdan sonra da 30 gün ərzində 15.1-ci bənddə nəzərdə tutulmuş hərəkətləri həyata keçirmədikdə, lizinq obyektini lizinq verənə qaytarmalı, yaxud həmin lizq obyekti barədə lizinq verənlə icarə müqaviləsi bağlamalıdır. Müqavilə lizinq alanın imzası, lizinq verən imzası və möhürü ilə təsdiq edilmişdir.

11. Ödəniş cədvəlinə əsasən lizinq alan tərəfindən 26 ay müddətində hər ay 227.67 manat olmaqla cəmi 13660 manat məbləğində lizinq ödənişləri edilməli idi. Ödəniş cədvəli lizinq alanın imzası, lizinq verən imzası və möhürü ilə təsdiq edilmişdir.

12. xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən xx.xx.2024-cü il tarixə Cavabdeh xx.xx.2021-ci il tarixli KTA-KTT-21/2649 saylı müqavilə üzrə 1733,64 manat əsas,201.71 manat cərimə; xx.xx.2023-cü il tarixli KTA-KTT-23/11876 saylı müqavilə üzrə isə 766 manat,93.16 manat cərimə borcu yaranmışdırt təşkil edir.

13. İddiaçı ASC tərəfindən Cavabdeh pretenziya məktubu ilə müraciət edilərək, lizinq alan tərəfindən lizinq müqaviləsi üzrə öhdəliklərin pozulduğu bildirilmiş, xəbərdarlıq alınandan 3 iş günü ərzində pozulmuş şərtlər təmin edilmədiyi halda lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin lizinq verənin anbarına təhvil verilməsi və borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə müqavilənin şərtlərinin təmin edilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş bütün hərəkətlərin dərhal icra ediləcəyi barədə xəbərdarlıq edilmişdir. V. Tətbiq edilən hüquq:

14. AR Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1. maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanlımalı olduğunu müəyyən edir. - 21.1-21.2-ci maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 443.7-ci maddəsinə görə əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. - 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. - 748-7.1-ci maddəsinə görə lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır.

15. AR MPM-in: - 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. - 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Vİ.Məhkəmənin mövqeyi:

16. Məhkəmə materialları araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir.

17. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, İddiaçı ASC (lizinq verən) ilə Cavabdeh (lizinq alan) arasında xx.xx.2021-ci il tarixli KTA-KTT-21/2649 saylı və xx.xx.2023-cü il tarixli KTA-KTT-23/11876 saylı “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X2” X2 müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Mübahisəli hüquq münasibətlərində lizinq verən qismində çıxış edən İddiaçı ASC müqavilə üzrə öhdəliklərini icra edərək lizinq obyekti olan 1 ədəd X3 Pro 185 markalı rotativ mala və 2020-ci il buraxılışlı Solis 50RX markalı traktor lizinq alan Cavabdeh təhvil vermişdir. Lizinq alan Cavabdeh ödəniş cədvəlinə əsasən lizinq ödənişlərini ödəməməklə lizinq müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməmiş, nəticədə Cavabdeh lizinq müqaviləsi üzrə 2499.64 (1733.64 manat və 766 manat) manat məbləğində əsas borcu yaranmışdır. Cavabdeh xx.xx.2025-ci il tarixli məhkəmənin hazırlıq iclasında , lizinq müqaviləsi əsasında 1 ədəd X3 Pro 185 markalı rotativ mala və 2020-ci il buraxılışlı Solis 50RX markalı traktoru təhvil aldığını, və iddia ərizəsind\ qeyd olunan məbləğdə borcu qaldığını etiraf etmişdir.

18. Odur ki, məhkəmə Mülki Məcəllənin 747-ci maddəsinə əsasən mübahisəli öhdəlik hüquq münasibətində kreditor olan lizinq verənin borclu olan lizinq alandan lizinq ödənişlərin edilməsini tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, lizinq ödənişlərinə görə borcun tutulması hissəsində iddia təmin edilməli, Cavabdeh 2499.64 (1733.64 manat və 766 manat) məbləğində borc tutularaq İddiaçı ASC-yə ödənilməlidir.

19. Digər tərəfdən iş materiallarından görünür ki, mübahisəli lizinq müqavilələrinə xx.xx.2024-cü il tarixdə pretenziya məktubunun göndərilməsi ilə bağlı xitam verilməsinə baxmayaraq lizinq alan lizinq ödənişlərini ödəmək öhdəliklərini tam şəkildə icra etmədiyindən onun lizinq obyektini öz mülkiyyətinə keçirmək hüququ yaranmamışdır. Odur ki, İddiaçı ASC lizinq obyekti olan avadanlıqları saz və işlək vəziyyətdə geri qaytarılmasını tələb etməkdə haqlıdır.

20. Cavabdehdən tutulacaq dəbbə pulunun məbləğinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

21. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq xx.xx.2021-ci il tarixli KTA-KTT-21/2649 saylı lizinq müqaviləsi üzrə cəmi 80 manat məbləğində və xx.xx.2023-cü il tarixli KTA-KTT-23/11876 saylı müqavilə üzrə isə 30 manat məbləğində müəyyən edilməlidir.

22. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli KTA-KTT-21/2649 saylı lizinq müqaviləsi üzrə cəmi 80 manat məbləğində dəbbə pulu və xx.xx.2023-cü il tarixli KTA-KTT-23/11876 saylı müqavilə üzrə isə 30 manat məbləğində dəbbə pulu (cərimə) tutularaq İddiaçı ASC-yə ödənilməlidir.

23. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 47.95 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

24. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 45 manat məbləğində pul vəsaiticavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir.

25. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli KTA-KTT-21/2649 saylı “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X2 Müqaviləsi”nə əsasən xx.xx.2024-cü il tarixə: xx.xx.2021-ci il tarixli KTA- KTT-21/2649 saylı müqaviləyə əsasən 1733,64 AZN əsas borc, 80 AZN cərimə borcu; xx.xx.2023-cü il tarixli KTA-KTT-23/11876 saylı müqaviləyə əsasən isə 766,00 AZN əsas borc, 30 AZN cərimə borcu və 45 AZN ödənilmiş dövlət rüsumunun Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. 1 ədəd Solis 50RX markalı traktor, 1 ədəd X3 Pro 185 markalı rotativ mala (torpaq frezi) saz və işlək vəziyyətdə Cavabdeh tərəfindən iddiaçı "xxxx" ASC-yə geri qaytarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar