Məhkəmə qərarları › İş №e-2-2(113)-1453/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1453/2025

19.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1453/2025 19.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı,pul) X3 Rövşən qızının sədrliyi, Nuriyeva Nigar Fikrət qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə oğlunun iştirakı ilə, İdddiaçı "xxxx" QSC-nin cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı QSC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən28 iyul 2023cü il tarixli YB-0048-23 saylı alqı-satqı müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi üzrə 202.512,50 (iki yüz iki min beş yüz on iki manat 50 qəpik) manat əsas borc, 36.452,25 (otuz altı min dörd yüz əlli iki manat 25 qəpik) manat ƏDV borcunun, 4.219,01 (dörd min iki yüz on doqquz manat 01 qəpik) manat cərimə borcunun (əsas borc məbləğinin illik 5%-i həddində) və ödənilmiş 533,18 (beş yüz otuz üç manat 18 qəpik) manat dövlət rüsumunun ümumilikdə 243.716,94 (iki yüz qırx üç min yeddi yüz on altı manat 94 qəpik) manat pul vəsaitinin İddiaçı QSC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti arasında 28 iyul 2023-cü il tarixli YB-0048-23 saylı alqı-satqı müqaviləsi imzalanmışdır. Müqavilənin 1.1-ci maddəsinin tələblərinə əsasən Satıcı sifariş əsasında təchiz olunan malı öz qüvvə və vəsaiti hesabına hazırlayıb Alıcıya təhvil verməyi, Alıcı isə malı qəbul edib əvəzində onun qiymətini Malgöndərənə ödəməyi öhdəsinə götürür. Mal dedikdə Sifarişə və ya bu müqavilədə yer alan digər əsaslara və tələblərə tam uyğun sinifli və həmin əsaslar üzrə və keyfiyyət təyinatına uyğun tərkibli, keyfiyyət göstəriciləri qüvvədə olan standartlarına, normalarına və digər texniki sənədlərə cavab verən Sifariş və ya bu müqavilədə yer alan digər əsaslar üzrə miqdarlarda Satıcı tərəfindən təchiz edilən hazır beton qarışığı başa düşülür. Bildirmək istəyirik ki, cavabdeh ilə iddiaçı arasında imzalanan müqavilənin şərtlərinə əsasən İddiaçı QSC tərəfindən cavabdehin verdiyi yazılı sifarişlər əsasında mallar davamlı şəkildə Cavabdeh MMC-yə təhvil verilmişdir.Cavabdeh MMC tərəfindən təhvil verilən mallar üzrə təqdim edilmiş bəzi elektron qaimə-fakturalar üzrə ödənişlər aparılmışdır. Müqavilə imzalandığı tarixdən halhazırdakı dövrə qədər Satıcı İddiaçı QSC tərəfindən Alıcı Cavabdeh MMC-yə əsas məbləğ 974.777,50 (doqquz yüz yetmiş dörd min yeddi yüz yetmiş yeddi manat 50 qəpik) manat, X4 məbləği 175.459,95 (bir yüz yetmiş beş min dörd yüz əlli doqquz manat 95 qəpik) manat olmaqla ümumlikdə 1.150.237,45 (bir milyon yüz əlli min iki yüz otuz yeddi manat 45 qəpik) manat məbləğində hazır beton qarışığı təhvil verilmişdir. Təhvil verilən malların müqabilində Cavabdeh MMC tərəfindən İddiaçı QSC-yə əsas məbləğdən 772.265,00 (yeddi yüz yetmiş iki min iki yüz altmış beş) manat, ƏDV məbləğindən 139.007,70 (bir yüz otuz doqquz min yeddi manat 70 qəpik) manat olmaqla ümumilikdə 911.272,70 (doqquz yüz on bir min iki yüz yetmiş iki manat 70 qəpik) manat pul vəsaiti ödənilmişdir. Sonuncu ödəniş Cavabdeh MMC tərəfindən 10 iyul 2024-cü il tarixində aparılmış, o tarixdən hal-hazırdakı dövrə qədər alınmış beton qarışığına görə hər hansı bir ödəniş aparılmamışdır. Belə ki, qeyd edilən qaimələrlə təhvil verilən mallar üzrə hal-hazırdakı dövrə Satıcı tərəfindən Alıcıya müqavilə üzrə təhvil verdiyi hazır beton qarışığına görə əsas borc 202.512,50 (iki yüz iki min beş yüz on iki manat 50 qəpik) manat, ƏDV borcu 36.452,25 (otuz altı min dörd yüz əlli iki manat 25 qəpik) manat olmaqla ümumilikdə 238.964,75 (iki yüz otuz səkkiz min doqquz yüz altmış dörd manat 75 qəpik) manat təşkil edir. Artıq 5 aydan artıq bir müddətdir ki, Satıcı tərəfindən təhvil verilən mallara və elektron qaimə fakturaya görə heç bir ödəniş aparılmamaqdadır. Bu səbəbdən hesab edirik ki, cavabdeh qeyd edilən ödənişin aparılmaması Cavabdeh MMC-nin müqavilə üzrə üzrə öhdəliklərinin pozulmasına gətirib çıxarmışdır. 03 oktyabr 2024-cü il tarixində İddiaçı QSC ilə Cavabdeh MMC arasında imzalanmış olan üzləşmə aktına əsasən Cavabdeh MMCnin İddiaçı QSC-yə 03 oktyabr 2024-cü il tarixinə olan ümumi borc məbləği 238.964,75 (iki yüz otuz səkkiz min doqquz yüz altmış dörd manat 75 qəpik) manat təşkil edir.

3. Cavabdeh iddiaya etiraz edərək,ərizənin təmin edilməməsini xahiş etmişdir.

4. Etiraz onunla əsaslandırılmışdır ki, "xxxx" QSC məhkəməyə müraciət edərək "xxxx" MMC-dən 28 iyul 2023- cü il tarixli YB-0048-23 saylı alqı-sətqı müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi üzrə 202.512,50 (iki yüz iki min beş yüz on iki manat 50 qəpik) manat əsas borc, 36.452,25 (otuz altı min dörd yüz əlli iki manat 25 qəpik) manat ƏDV borcunun, 4.219,01 (dörd min iki yüz on doqquz manat 01 qəpik) manat cərimə borcunun (əsas borc məbləğinin illik 5%-i həddində) və ödənilmiş 533,18 (beş yüz otuz üç manat 18 qəpik) manat dövlət rüsumunun ümumilikdə 243.716,94 (iki yüz qırx üç min yeddi yüz on altı manat 94 qəpik) manat pul vəsaitinin "xxxx" QSC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.Eyni zamanda iddiaçının iddia ərizəsində təsdiq etmişdir ki, müqavilənin ümumi dəyəri 1.150.237,45 (bir milyon yüz əlli min iki yüz otuz yeddi manat 45 qəpik) manatdır. "xxxx" MMC iddiaçıya daimi ödənişlər etmişdir və ödənişlərdən yayınmamışdır. Şirkətdə struktur dəyişikliyi və kadr islahatları aparılaraq yeni prosedur qaydalar tətbiq edilməkdədir. Hazırda ödənişlər qarşılıqlı olaraq hər iki tərəfin imzaladığı təhvil-təslim aktına əsasən icra edilir. Təhvil-təslim aktları imzalanmadığına görə ödənişin icrası dayandırılmışdır.

II. Tərəflərin mövqeləri:

5. Məhkəmə iclasında iştirak edən Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi.

6. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

7. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

8. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

9. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

IV. Sübutların tədqiqi:

10. İddiaçı QSC ilə Cavabdeh MMC arasında imzalanmış 28 iyul 2023-cü il tarixli, YB- 0048-23 nömrəli nömrəli alqı-satqı müqaviləsi imzalanmışdır. Həmin Müqavilənin: - 1.1-ci bəndinə əsasən bu müqaviləyə görə " Satıcı " Sifariş əsasında təchiz olunan Malı öz qüvvə və vəsaiti hesabına hazırlayıb " Alıcı " ya təhvil verməyi, " Alıcı" isə Malı qəbul edib əvəzində onun qiymətini " Mal göndərən"ə ödəməyi öhdəsinə götürür. - 2.4.2-ci bəndinə əsasən " Satıcı " tərəfindən göndərilmiş Malın qiymətini bu Müqavilə ilə müəyyən olunmuş qaydada ödəmək alıcının vəzifəsidir. - 3.1-ci bəndinə əsasən Bu Müqavilə üzrə Malın qiyməti " Satıcı " nin preyskurantı əsasında müəyyənləşdirilən və tərəflərin imza və möhürü ilə təsdiq olunmuş bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavə " Qiymət razilaşma protokolu" nda göstərilən qiymətdir. - 5.1-ci bəndinə əsasən tərəflərdən biri bu müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirməməklə digər tərəfə ziyan vurarsa , yəni Malın göndərilməsi " Satıcı " tərəfindən , ödəniş isə " Alıcı " tərəfindən gecikdirilirsə , təqsirli tərəf digər tərəfə gecikdirilən hər gün üçün Sifarişin ümümi dəyərinin 0,1% məbləğində cərimə ödəməlidir. Lakin, cərimənin ümumi məbləği Sifarişin ümumi məbləğinin 5% dən artıq ola bilməz. " Alıcı " Sifariş əsasında " Satıcı " tərəfindən göndərilmiş Malı qəbul etmədikdə malın dəyərini ödəməlidir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq olunmuşdur.

11. İddiaçı QSC ilə Cavabdeh MMC arasında 28 iyul 2023-cü il tarixli, YB-0048-23 nömrəli Müqaviləyə 01 saylı Əlavədə malların adı,vahidi,qiyməti qeyd olunmuşdur.

12. İddiaçı tərədindən cavabdehə EBDN 496222 nömrəli xx.xx.2024-cü il tarixli 203089.80 manat,EBDP 531981 nömrəli xx.xx.2024-cü il tarixli 115082.45 manat, EBDR 990853 nömrəli xx.xx.2023-cü il tarixli 88429.20 manat, EBDU 162471 nömrəli xx.xx.2023-cü il tarixli 195455.20 manat, EBDV 567238 nömrəli xx.xx.2023-cü il tarixli 85706.35 manat, EBDW 320859 nömrəli xx.xx.2023-cü il tarixli 58309.70 manat, EBEB 359076 nömrəli xx.xx.2024-cü 85998.40 manat, EBEC 776251 nömrəli xx.xx.2024-cü il tarixlİ 98521.15 manat, MT2402 00058695 nömrəli xx.xx.2024-cü il tarixli 1038.4 manat, MT2403 00099069 nömrəli xx.xx.2024-cü il tarxli 122873.4 manat, MT2405 10680575 nömrəli xx.xx.2024-cü il tarixli 32326.1 manat, MT2406 10083525 nömrəli xx.xx.2024cü il tarixli 21328.5 manat, MT2406 11039839 nömrəli xx.xx.2024-cü il tarixli 18986.2 manat, MT2407 10067616 nömrəli xx.xx.2024-cü il tarixli 21942.1 manat, MT2407 11142753 nömrəli xx.xx.2024-cü il tarixli 1150.5 manat məbləğində elektron qaimələr göndərilmişdir.

13. İddiaçı ilə cavabdeh arasında imzalanmış xx.xx.2024-cü il tarixli üzləşmə aktı ilə təsdiq edilir ki,həmin tarixə cavabdehin iddiaçıya 238964.75 manat borcu var.

14. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki Cavabdeh MMC tərəfindən İddiaçı QSC-nin hesabına 40 000 manat köçürülmüşdür.

15. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki Cavabdeh MMC tərəfindən İddiaçı QSC-nin hesabına 40 000 manat köçürülmüşdür.

16. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki Cavabdeh MMC tərəfindən İddiaçı QSC-nin hesabına 50 000 manat köçürülmüşdür.

17. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki Cavabdeh MMC tərəfindən İddiaçı QSC-nin hesabına 60 000 manat köçürülmüşdür.

18. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki Cavabdeh MMC tərəfindən İddiaçı QSC-nin hesabına 60 000 manat köçürülmüşdür.

19. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki Cavabdeh MMC tərəfindən İddiaçı QSC-nin hesabına 100 000 manat köçürülmüşdür.

20. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki Cavabdeh MMC tərəfindən İddiaçı QSC-nin hesabına 120 000 manat köçürülmüşdür.

21. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki Cavabdeh MMC tərəfindən İddiaçı QSC-nin hesabına 292265 manat köçürülmüşdür.

22. 29.10.2024-cü il tarixli köçürmənin aparılması barədə bildiriş ilə təsdiq olunur k. Cavabdeh MMC-nin ƏDV sub-uçot hesabından 7200 manat İddiaçı MMC-nin hesabına köçürülmüşdür.

23. 29.10.2024-cü il tarixli köçürmənin aparılması barədə bildiriş ilə təsdiq olunur k. Cavabdeh MMC-nin ƏDV sub-uçot hesabından 7627.12 manat İddiaçı MMC-nin hesabına köçürülmüşdür.

24. 29.10.2024-cü il tarixli köçürmənin aparılması barədə bildiriş ilə təsdiq olunur k. Cavabdeh MMC-nin ƏDV sub-uçot hesabından 8897.70 manat İddiaçı MMC-nin hesabına köçürülmüşdür.

25. 29.10.2024-cü il tarixli köçürmənin aparılması barədə bildiriş ilə təsdiq olunur k. Cavabdeh MMC-nin ƏDV sub-uçot hesabından 9000 manat İddiaçı MMC-nin hesabına köçürülmüşdür.

26. 29.10.2024-cü il tarixli köçürmənin aparılması barədə bildiriş ilə təsdiq olunur k. Cavabdeh MMC-nin ƏDV sub-uçot hesabından 10800 manat İddiaçı MMC-nin hesabına köçürülmüşdür.

27. 29.10.2024-cü il tarixli köçürmənin aparılması barədə bildiriş ilə təsdiq olunur k. Cavabdeh MMC-nin ƏDV sub-uçot hesabından 10800 manat İddiaçı MMC-nin hesabına köçürülmüşdür.

28. 29.10.2024-cü il tarixli köçürmənin aparılması barədə bildiriş ilə təsdiq olunur k. Cavabdeh MMC-nin ƏDV sub-uçot hesabından 14796.83 manat İddiaçı MMC-nin hesabına köçürülmüşdür.

29. 29.10.2024-cü il tarixli köçürmənin aparılması barədə bildiriş ilə təsdiq olunur k. Cavabdeh MMC-nin ƏDV sub-uçot hesabından 18000 manat İddiaçı MMC-nin hesabına köçürülmüşdür.

30. 29.10.2024-cü il tarixli köçürmənin aparılması barədə bildiriş ilə təsdiq olunur k. Cavabdeh MMC-nin ƏDV sub-uçot hesabından 42889.05 manat İddiaçı MMC-nin hesabına köçürülmüşdür. V. Tətbiq edilən hüquq:

31. AR Mülki Məcəlləsinin: - 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə isə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. - 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

32. AR MPM-in: - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

33. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

34. Avropa İnsan Hüquqları Məhkəməsinin ədalətli məhkəmə araşdırması hüququna dair (maddə 6): “Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36). Bu öhdəlik üzrə qərarın əsaslandırılması dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər və yalnız işin konkret halları işığında şərh edilməlidir. (X1rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27)”

Vİ.Məhkəmənin mövqeyi:

35. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

36. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra edərək müxtəlif adda malları cavabdehə təqdim etmişdir. İddiaçının həmin malları cavabdehə təqdim etməsi elektron sistem vasitəsilə cavabdehə göndərilərək cavabdehin özü tərəfindən təsdiqlənmiş elektron qaimələrlə, ödəniş qəbzləri, həmçinin tərəflərin mğhürü ilə təsdiqedilmiş üzləşmə aktı ilə təsdiq edilir. Cavabdeh isə iddiaçı tərəfindən təqdim edilmiş malların dəyərini ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur.

37. Məhkəmə cavabdehin müqaviləyə əsasən iddiaçı tərəfindən təqdim olunmuş malların dəyərini – 202.512,50 manat məbləğində pul vəsaitini - ödəməməklə müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququnun yarandığını, cavabdehə məhkəmə iclasları barədə rəsmi məlumat verilsə də, müqavilə üzrə hər hansı ödənişlər edilməsi barədə sübut təqdim etməməsini nəzərə alaraq hesab edir ki, iddia əsas borc hissəsində təmin edilməli, Cavabdeh MMC-dən 202.512,50 manat məbləğində əsas borc və 36452.25 manat ƏDV məbləği pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

38. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin 4219.01 manat məbləğində dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

39. Göründüyü kimi cavabdehin alqı-satqı müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin lazımi qaydada icra edilməməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu tutulması üçün əsaslar mövcuddur.

40. Belə olan halda məhkəmə Mülki Məcəllənin 467-ci maddəsinin tələblərinə əsasən tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən 3500 manat cərimə tutularaq iddiaçının xeyrinə ödənilməlidir.

41. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 533.18 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.

42. Məhkəmə hesab edirki, iddia qismən təmin edildiyindən dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə idda tələbinin təmin edilən hissəsinə mütənasib olaraq 533.18 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır.

43. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. 28 iyul 2023-cü il tarixli YB-0048-23 saylı alqı-satqı müqaviləsi üzrə Cavabdeh MMC-dən 202512.50 (iki yüz iki min beş yüz on iki manat əlli qəpik) manat məbləğində borc, 36452.25 (otuz altı min dörd yüz əlli iki manat iyirmi beş qəpik) manat məbləğində ƏDV borcu, illik 5 % (beş) miqdarında 3500 (üç min beş yüz) manat məbləğində gecikdirmə borcu, 533.18 (beş yüz otuz üç manat on səkkiz qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar