Məhkəmə qərarları › İş №e-2-2(113)-1455/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1455/2020

16.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1455/2020 16.06.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əsədova Səma Əsəd qızının katibliyi, İddiaçının nümayəndəsi x1, Cavabdehin nümayəndəsi x3 iştirakı ilə,. İddiaçı Radio-Televiziya Yayımı və x8 Birliyinin Cavabdeh MMC-yə qarşı Cavabdeh MMC-nin iflası” barədə iddia ərizəsi üzrə işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Radio-Televiziya Yayımı və x8 Birliyi Cavabdeh MMC-yə qarşı Cavabdeh MMC-nin iflası” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin müflis elan edilməsi və əmlak inzibatçısının təyin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Radio-Televiziya Yayımı və x8 Birliyi tərəfindən borclu Cavabdeh MMC-yə **- TR-***, **-TR-*** və **-TR-*** nömrəli, 22.08.2018-ci il tarixli müqavilələr üzrə yerüstü efir rəqəmli televiziya, TV və radio proqramların peykdən yayımı və yerüstü radio yayım avadanlıqlarına texniki xidmətləri göstərir. Göstərilən xidmətlər üzrə Cəmiyyətin Birliyə 01.04.2020-ci il tarixə 691.092,16 manat borcu yaranmışdır. Cəmiyyət 2019 və 2020-ci ilin İ rübü üzrə birliyə olan borclarını ödəmir və bu məbləğ artmaqda davam edir. Borc ilə əlaqədar 20.05.2019, 09.07.2019, 25.10.2019, 27.12.2019, 23.01.2020, 10.03.2020-ci il tarixlərdə cəmiyyətə və Milli Teleradio Şurasına müraciətlər edilmiş, lakin cəmiyyətin LG/75/20 nömrəli 18.03.2020-ci il tarixli məktubunda borcun ödənilməsi imkanlarına malik olmadığı bildirilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi x4 iddia tələbini müdafiə edərək, Cavabdeh MMC-nin müflis elan edilməsi və x2 əmlak inzibatçısı təyin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi Məhkəmə iclasında cavabdehin nümayəndəsi x7 iddia tələbini qəbul etməyərək, iddiaçı ilə uzun illər əməkdaşlıq edildiyini və öhdəliklərin həmişə vaxtında yerinə yetirildiyini, son bir neçə ildə maliyyə problemlərinin yarandığını bildirdi və ərizənin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarında olan: -Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (icraçı) ilə “Teleradio” İB və Cavabdeh MMC (sifarişçi) arasında bağlanan **-TR-*** nömrəli, 22.02.2018-ci il tarixli müqavilənin təsdiq edilmiş surətindən görünür ki, müqavilə sifarişçinin müraciətinə əsasən icraçı tərəfindən sifarişçiyə məxsus avadanlıqların Birliyin obyektlərində xidmət göstərilməsi ilə qarşılıqlı faydalı əməkdaşlıq məqsədi ilə bağlanılır. Müqavilənin 4.1-ci bəndinə əsasən, sifarişçi icraçıya avadanlıqlara və antenn sistemlərinə göstərilən xidmətə görə AR Tarif Şurasının qüvvədə olan tariflərinə uyğun olaraq Əlavələrə əsasən hesablaşma aparır. -**-TR-*** nömrəli 22 fevral 2018-ci il tarixli müqaviləyə 1 nömrəli əlavənin təsdiq edilmiş surətindən görünür ki, və Cavabdeh MMC tərəfindən xidmətə görə ƏDV ilə birlikdə cəmi 855,50 manat ödəniş edilməlidir. -**-TR-*** nömrəli 22 fevral 2018-ci il tarixli müqaviləyə 2 nömrəli əlavənin təsdiq edilmiş surətindən görünür ki, və Cavabdeh MMC tərəfindən xidmətə görə ƏDV ilə birlikdə cəmi 855,50 manat ödəniş edilməlidir. -**-TR-*** nömrəli 22 fevral 2018-ci il tarixli müqaviləyə 3 nömrəli əlavənin təsdiq edilmiş surətindən görünür ki, və Cavabdeh MMC tərəfindən xidmətə görə ƏDV ilə birlikdə cəmi 855,50 manat ödəniş edilməlidir. -**-TR-*** nömrəli 22 fevral 2018-ci il tarixli müqaviləyə 4 nömrəli əlavənin təsdiq edilmiş surətindən görünür ki, və Cavabdeh MMC tərəfindən xidmətə görə ƏDV ilə birlikdə cəmi 678,50 manat ödəniş edilməlidir. -**-TR-*** nömrəli 22 fevral 2018-ci il tarixli müqaviləyə 5 nömrəli əlavənin təsdiq edilmiş surətindən görünür ki, və Cavabdeh MMC tərəfindən xidmətə görə ƏDV ilə birlikdə cəmi 678,50 manat ödəniş edilməlidir. -**-TR-*** nömrəli 22 fevral 2018-ci il tarixli müqaviləyə 6 nömrəli əlavənin təsdiq edilmiş surətindən görünür ki, və Cavabdeh MMC tərəfindən xidmətə görə ƏDV ilə birlikdə cəmi 678,50 manat ödəniş edilməlidir. -**-TR-*** nömrəli 22 fevral 2018-ci il tarixli müqaviləyə 7 nömrəli əlavənin təsdiq edilmiş surətindən görünür ki, və Cavabdeh MMC tərəfindən xidmətə görə ƏDV ilə birlikdə cəmi 678,50 manat ödəniş edilməlidir. -**-TR-*** nömrəli 22 fevral 2018-ci il tarixli müqaviləyə 8 nömrəli əlavənin təsdiq edilmiş surətindən görünür ki, və Cavabdeh MMC tərəfindən xidmətə görə ƏDV ilə birlikdə cəmi 678,50 manat ödəniş edilməlidir. -**-TR-*** nömrəli 22 fevral 2018-ci il tarixli müqaviləyə 9 nömrəli əlavənin təsdiq edilmiş surətindən görünür ki, və Cavabdeh MMC tərəfindən xidmətə görə ƏDV ilə birlikdə cəmi 796,50 manat ödəniş edilməlidir. -Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (icraçı) ilə “Teleradio” İB və Cavabdeh MMC (sifarişçi) arasında bağlanan **-TR-*** nömrəli, 22.02.2018-ci il tarixli müqavilənin təsdiq edilmiş surətindən görünür ki, müqavilə sifarişçinin müraciətinə əsasən icraçı tərəfindən sifarişçiyə məxsus avadanlıqların Birliyin obyektlərində xidmət göstərilməsi ilə qarşılıqlı faydalı əməkdaşlıq məqsədi ilə bağlanılır. Müqavilənin 4.1-ci bəndinə əsasən, sifarişçi icraçıya avadanlıqlara və antenn sistemlərinə göstərilən xidmətə görə AR Tarif Şurasının qüvvədə olan tariflərinə uyğun olaraq Əlavələrə əsasən hesablaşma aparır. -**-TR-*** nömrəli 22 fevral 2018-ci il tarixli müqaviləyə 1 nömrəli əlavənin təsdiq edilmiş surətindən görünür ki, və Cavabdeh MMC tərəfindən xidmətə görə ƏDV ilə birlikdə cəmi 3503,97 manat ödəniş edilməlidir. -Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (icraçı) ilə “Teleradio” İB və Cavabdeh MMC (sifarişçi) arasında bağlanan **-TR-*** nömrəli, 22.02.2018-ci il tarixli müqavilənin təsdiq edilmiş surətindən görünür ki, müqavilə sifarişçinin müraciətinə əsasən icraçı tərəfindən sifarişçiyə məxsus avadanlıqların Birliyin obyektlərində xidmət göstərilməsi ilə qarşılıqlı faydalı əməkdaşlıq məqsədi ilə bağlanılır. Müqavilənin 4.1-ci bəndinə əsasən, sifarişçi icraçıya avadanlıqlara və antenn sistemlərinə göstərilən xidmətə görə AR Tarif Şurasının qüvvədə olan tariflərinə uyğun olaraq Əlavələrə əsasən hesablaşma aparır. -**-TR-*** nömrəli 22 fevral 2018-ci il tarixli müqaviləyə 1 nömrəli əlavənin təsdiq edilmiş surətindən görünür ki, və Cavabdeh MMC tərəfindən xidmətə görə yekun olaraq 381112,5 manat və o cümlədən 58135,8 manat ƏDV ödənişi edilmişdir. -Cavabdeh MMC tərəfindən Radio-Televiziya Yayımı və x8 Birliyinə ünvanlanan LG/75/20 nömrəli, 18.03.2020-ci il tarixli məktubun surətindən görünür ki, Cavabdeh MMC-nin Radio-Televiziya Yayımı və x8 Birliyi ilə mövcud müqavilələrinə əsasən, göstərilən televiziya və radio yayımı xidmətlərinə görə 2017 və 2018-ci illər üçün yaranmış borcu Azərbaycan Respublikası Prezidentinin 19.01.2018 və 17.01.2019-cu il tarixli Sərəncamlarına əsasən, ümumölkə teleradio yayımçılarına ayrılmış birdəfəlik maliyyə yardımı ilə ödənilmişdir. -Radio-Televiziya Yayımı və x8 Birliyi tərəfindən Cavabdeh MMC-yə ünvanlanan TR/07-21/489 nömrəli, 05.05.2020-ci il tarixli müqavilə üzrə öhdəliklərin icra edilməsi barədə pretenziyanın surətindən görünür ki, tərəflər arasında 22.08.2018-ci il tarixli **-TR- ***, **-TR-*** və **-TR-*** saylı müqavilələrə əsasən münasibətlər tənzimlənir. 22.08.2018ci il tarixli **-TR-***, **-TR-*** və **-TR-*** saylı müqavilələrin şərtlərinə əsasən yerinə yetirilmiş xidmətlər üzrə ödənişlər edilməyib və Sifarişçi tərəfindən 01.04.2020-ci il tarixə 691.092,16 manat debitor borc təşkil edir. Müqvailə üzrə öhdəliklər icra edilməyib 01.04.2020-ci il tarixə olan 691092,16 manat debitor borcu ödənilmədiyinə görə Bakı Kommersiya Məhkəməsində iddia qaldırılacağı bildirilmişdir. -Cavabdeh MMC tərəfindən Radio-Televiziya Yayımı və x8 Birliyinə ünvanlanan LG/135/20 nömrəli, 06.05.2020-ci il tarixli məktubun surətindən görünür ki, maliyyə çətinliklərini nəzərə alaraq Azərbaycan regionlarında RTS-də Cavabdeh ın FM ötürücülərinin şəbəkədən ayrılması və maliyyə hesablamalarında nəzərə alınması xahiş edilmişdir. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlilər Baş İdarəsinin 05.06.2020-ci il tarixli, **********907100 nömrəli məlumatın təqdim edilməsi haqqında məktubundan görünür ki, şəxsi hesab vərəqəsinə əsasən, Cavabdeh MMC-nin (VÖEN: **********) 02.06.2020-ci il tarixə vergilər, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə ödənilməmiş borcu yoxdur. -Cavabdeh MMC (VÖEN: **********) üzrə 12.06.2020-ci il tarixə olan Maliyyə arayışına əsasən, Cavabdeh MMC-nin cəmi aktivləri 1.701.001,93 manat (binalar, tikililər və qurğular-85170,71 manat, maşınlar və avadanlıq-1270284,10 manat, nəqliyyat vasitələri-67344,37 manat qeyri maddi aktivlərin dəyəri-50942,00 manat, debitor borcları: 227.260,75 manat), cəmi kapitalı 21.140.000,00 manat, cəmi öhdəlikləri 3.806.916,94 manat (kreditor borcları: 1.736.929,46 manat və bank kreditləri: 2.069.987,48 manat) təşkil edir. Teleradio İB-yə olan borcu isə 726.468,97 manatdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, x6 küçəsi 83/23 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisə Cavabdeh MMC-nin adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilən MH seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, x6 küçəsində mülkiyyətdə olan 0.05916 ha torpaq sahəsində yerləşən 83/23 nömrəli, 789.4 kv.m ümumi, 574.6 kv.m əsas, 214.8 kv.m köməkçi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binası tam mülkiyyət hüququ üzrə “x12” MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində 24 nömrəli reyestr kitabının 2210 nömrəli vərəqəində qeydiyyata alınmışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilən MH seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, x6 küçəsi, 586-cə məhəllədə mülkiyyətdə olan 0.2 ha torpaq sahəsində yerləşən yarımçıq tikili tam mülkiyyət hüququ üzrə “x12” MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində 15 nömrəli reyestr kitabının 1410 nömrəli vərəqəində qeydiyyata alınmışdır. -Cavabdeh MMC-nin “xxxxxxxxxx” ASC-yə olan borcu haqqında 04 iyun 2020-ci il tarixli arayışdan görünür ki, 04 iyun 2020-ci il tarixə olan borc məbləği 544.076,77 manat təşkil edir. Məhkəmənin qiymətləndirməsi. Tərəflərin izahatları və iş materialları ilə təsdiq edilir ki, hazırkı mübahisə borclu Cavabdeh MMC-nin kreditorların tələblərini ödəməyə qadir olmadığı üçün müflis elan edilməsi tələbini ehtiva edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 63.1-ci maddəsinə əsasən, əgər hüquqi şəxs kreditorların tələblərini ödəməyə qadir deyildirsə, o, məhkəmənin qərarı ilə müflis sayıla bilər. Həmin Məcəllənin 63.2-ci maddəsinə əsasən, hüquqi şəxsin məhkəmə tərəfindən müflis sayılması əsasları və qaydası, müvafiq olaraq, “Müflisləşmə və iflas haqqında” və “Banklar haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyənləşdirilir. “Müflisləşmə və iflas“ haqqında Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə maddəsinə əsasən, borclu ödəmə qabiliyyəti olmadığı halda iflas prosesinə məruz qalır. Borclu o halda ödəmə qabiliyyəti olmayan sayılır ki, bunu özü təsdiq etsin, yaxud məhkəmə və ya kreditorlar müəyyən etsin ki: borclu digər kreditorlar qarşısında öhdəliklərini onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra etməmişdir. Həmin Qanunun 10-1-ci maddəsinə əsasən, iflas haqqında iş üzrə ərizəyə məhkəmə, daxil olduğu gündən 1 (bir) ay müddətində baxır və həmin işin həllinə dair müvafiq qərar çıxarır. Çıxarılan qərardan şikayət verildiyi halda, həmin şikayətə sonrakı instansiya məhkəmələrində ərizənin daxil olduğu gündən 1 (bir) ay müddətində baxılır və həmin işin həllinə dair müvafiq qərar çıxarılır. İşdə iştirak edən şəxslər məhkəmə iclası barədə həmin iclasa ən azı 5 (beş) iş günü qalmış xəbərdar edilməlidirlər. Ərizəçi eyni zamanda məhkəmə baxışının tarixinə 5 (beş) iş günü qalanadək həmin məhkəmə baxışı haqqında müvafiq icra hakimiyyəti orqanının rəsmi internet səhifəsində və rəsmi dövri mətbu nəşrdə elan dərc etdirməlidir. İş materiallarına əlavə olunmuş “Azərbaycan” qəzetinin 01.06.2018-ci il tarixli 102 (8418)-ci nömrəsində dərc edilmiş elana əsasən, Cavabdeh MMC-nin müflis elan olunması, bununla əlaqədar Bakı Kommersiya Məhkəməsinə müraciət olunması, məhk əmə baxışının 08 iyun 2020-ci il tarixə saat 11:00-a təyin edilməsi barədə mətbuat vasitəsi ilə bildirilmişdir.İş materiallarına əlavə olunmuş “Azərbaycan” qəzetinin 09.06.2018-ci il tarixli 108 (8424)-ci nömrəsində dərc edilmiş elana əsasən, Cavabdeh MMC-nin müflis elan olunması, bununla əlaqədar Bakı Kommersiya Məhkəməsinə müraciət olunması, məhk əmə baxışının 16 iyun 2020-ci il tarixə saat 10:30-a təyin edilməsi barədə mətbuat vasitəsi ilə bildirilmişdir. “Müflisləşmə və iflas “ haqqında Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, kreditorların ümumi tələblərinin məbləği borclu müəssisənin nizamnamə fondunun 10 (on) faizindən az bir hissəsini təşkil etdiyi hallarda kreditorların borcluya qarşı əmlak iddiaları məhkəmədə əmlak mübahisələrinə baxılmasının ümumi qaydalarına uyğun həll edilir. iflas haqqında işin qaldırılması üçün kreditorun (kreditorların) və ya borclunun məhkəməyə təqdim olunan ərizəsi əsas sayılır. Həmin ərizənin məhkəməyə təqdim edilməsi tarixi iflas prosesinə məhkəmə vasitəsilə başlanmasının məqamıdır. Məhkəməyə iflas haqqında iddia ərizəsi borclu müəssisənin idarəetmə orqanının qəbul etdiyi qərar (əgər borclu dövlət müəssisəsidirsə, müvafiq icra hakimiyyəti orqanının qəbul etdiyi qərar) əsasında təqdim oluna bilər. Cavabdeh MMC-nin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş Kommersiya qurumunun dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Cavabdeh MMC-nin nizamnamə kapitalının miqdarı 21140.000,00 manatdır. 12.06.2020-ci il tarixli maliyyə arayışına əsasən isə, Cavabdeh MMC-nin cəmi öhdəliklərinin məbləği 3.806.916,94 manat təşkil edir, yəni nizamnamə fondunun 10 faizindən artıqdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 59.5-ci maddəsinə əsasən, əgər ləğv edilən hüquqi şəxsin əmlakının dəyəri kreditorların tələblərinin ödənilməsi üçün yetərli deyildirsə, o yalnız müflis olma nəticəsində ləğv edilə bilər. Göründüyü kimi, cavabdehin hazırda ödəmə qabiliyyətinin olmaması onun müflis olma nəticəsində ləğv edilməsi üçün əsasdır. “Müflisləşmə və iflas“ haqqında Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, Məhkəmə və ya kreditorlar tərəfindən fiziki və ya hüquqi şəxs, o cümlədən müvafiq icra hakimiyyəti orqanı tərəfindən vəkil edilən orqan, habelə rezident və ya qeyri-rezident əmlak inzibatçısı təyin edilə bilər. Borclu dövlət müəssisəsi olduqda əmlak inzibatçısının məhkəmə tərəfindən təyin edilməsi bu barədə müvafiq icra hakimiyyəti orqanının rəyi nəzərə alınmaqla həyata keçirilir. Əmlak inzibatçısı təyin edilmək üçün fiziki şəxslər hökmən hüquq, təsərrüfat idarəçiliyi, iqtisadiyyat və ya mühasibat uçotu sahəsində müvafiq təhsilə, yaxud buna bərabər əməli təcrübəyə malik olmalıdırlar. Törətdiyi cinayətlər ilə əlaqədar müəyyən vəzifələr tutmaq və ya müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum olma cəzasına məhkum olunmuş şəxslər (əgər bu cəzanın çəkilməsi müddəti müəyyən edilmiş qaydada bitməmişdirsə), eləcə də barəsində iflas prosesinə başlanmış şəxslər əmlak inzibatçısı təyin edilə bilməzlər. Əmlak inzibatçısı təyin edilən şəxs təyinatını qəbul etməzdən əvvəl onu təyin edənlər qarşısında belə təyinatda şəxsi marağının olmadığını yazılı şəkildə bəyan etməlidir. İddiaçı tərəfindən məhkəməyə təqdim olunan ərizədə kreditorun Radio-Televiziya Yayımı və x8 Birliyinin texniki direktoru x2 əmlak inzibatçısı təyin edilməsini xahiş etmişdir və iddia ərizəsinə qanunvericiliklə tələb olunan sənədlər, eləcə də, təyin olunması tələb olunan şəxsin bu təyinatda şəxsi marağının olmaması barədə yazılı bəyənatı əlavə olunmuşdur. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, borclu Cavabdeh MMC kreditorlar qarşısında öhdəliklərini onların icrası üçün müəyyənləşdirilmiş müddətdə icra etməmişdir. Və borclu Cavabdeh MMC-nin ödəmə qabiliyyəti olmayan sayılması üçün “Müflişləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanununun 3 (c)-cü maddəsində nəzərdə tutulmuş əsaslar mövcud olmuşdur. “Müflisləşmə və iflas“ haqqında Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən iflas haqqında işə məhkəmə iclasında baxıldıqdan sonra məhkəmə qanunvericiliklə müəyyən edilmiş qaydada borclunun müflis elan olunması və əmlak inzibatçısının təyin edilməsi barədə müvafiq qərar çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 217 227, 360-cı maddələrini və “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanununun 4-11-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Borclu Cavabdeh MMC müflis elan olunsun. Radio-Televiziya Yayımı və x8 Birliyinin texniki direktoru x5 əmlak inzibatçısı təyin edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlham Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar