Məhkəmə qərarları › İş №e-2-2(113)-1460/2020

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1460/2020

14.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1460/2020 14.09.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi ilə, İddiaçı X1 (MMC) Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı pul tələbi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflər arasında tərtib olunmuş xx xxxxxx 2019-cu il tarixli qarşılıqlı üzləşmə aktında qeyd olunan 199849,73 manat məbləğində borcun Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı fililalından tutularaq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, e-2-2(113)-1460/2020 saylı iddianı təmin etmə tədbiri barədə qərardadına əsasən Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialına məxsus İmişli rayonu, Məmmədli kəndinə qeydiyyata alınmış 1 ədəd A-10941-1 qeydiyyat nömrəli Qazma qurğusu İdeco M1200 BD-20 və 1 ədəd A-11165-02 qeydiyyat nömrəli Atqıya qarşı preventor 2FZ18-35 avadanlıqlarının özgəninkiləşdirilməsi Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qadağan edilmişdir. İddiaçı MMC məhkəməyə ərizə təqdim edərək iddiadan imtina etdiyini bildirib iş üzrə icraata xitam verilməsini və iddianı təmin etmə tədbirinin ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 52.5-ci madddəsində iddiaçının iddiadan imtina etməsinin qanuna zidd olduğu və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozduğu təqdirdə məhkəmənin bu hərəkəti qəbul etməməli olduğu qeyd edilmişdir. - 261.0 və 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. İddiaçının iddiadan imtina etməsi qanuna zidd olmadığına və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığına görə məhkəmə hesab edir ki, iddiadan imtina qəbul olunmalı və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 162.1-ci maddəsinə əsasən iddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı X1 Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı pul tələbi barədə iş üzrə icraata xitam verilsin. Bakı Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, e-2-2(113)-1460/2020 saylı qərardadına əsasən Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialına məxsus İmişli rayonu, Məmmədli kəndinə qeydiyyata alınmış 1 ədəd A-10941-1 qeydiyyat nömrəli Qazma qurğusu İdeco M1200 BD-20 və 1 ədəd A-11165-02 qeydiyyat nömrəli Atqıya qarşı preventor 2FZ18-35 avadanlıqlarının özgəninkiləşdirilməsinin Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qadağan edilməsi barədə iddianı təmin etmə tədbiri ləğv edilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar