Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1461/2020 13.08.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Pirverdiyev Zaur Rafiq oğlunun sədirliyi ilə, X1 Bağman qızının katibliyi ilə, İddiaçı "İddiaçı" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinin cavabdeh "As Texnoservı̇ s" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinə qarşı cavabdehdən xx xxxxxxxx 2019-cu il tarixli müqavilə üzrə 87380.00 manat məbləğdə əsas borcun, 15728.40 manat ƏDV borcunun, 10387 manat dəbbə pulunun və 30 manat məbləğində dövlət rüsumunun, cəmi 113525.40 manat məbləğində pulun tutulması barədə iddia ərizələrinə dair kommersiya işinə açıq məhkəmə islasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı cavabdehdən xx xxxxxxxx 2019-cu il tarixli müqavilə üzrə 87380.00 manat məbləğdə əsas borcun, 15728.40 manat ƏDV borcunun, 10387 manat dəbbə pulunun və 30 manat məbləğində dövlət rüsumunun, cəmi 113525.40 manat məbləğində pulun tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, iddiaçının və cavabdehin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. İddiaçı "İddiaçı" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək iddiadan imtina etdiklərini bildirmiş, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsinin iddiadan imtina etməsi heç bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığına görə iddiaçının iddiadan imtinası qəbul olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0 və 261.0.4 maddələrinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verməlidir. Buna görə də məhkəmə hesab edir ki,iddiaçı "İddiaçı" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinin cavabdeh "As Texnoservı̇ s" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinə qarşı cavabdehdən xx xxxxxxxx 2019-cu il tarixli müqavilə üzrə 87380.00 manat məbləğdə əsas borcun, 15728.40 manat ƏDV borcunun, 10387 manat dəbbə pulunun və 30 manat məbləğində dövlət rüsumunun, cəmi 113525.40 manat məbləğində pulun tutulması barədə iddiasına dair kommersiya işi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 52-ci, 262-264cü, 267-ci və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "İddiaçı" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinin cavabdeh "As Texnoservı̇ s" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinə qarşı cavabdehdən xx xxxxxxxx 2019-cu il tarixli müqavilə üzrə 87380.00 manat məbləğdə əsas borcun, 15728.40 manat ƏDV borcunun, 10387 manat dəbbə pulunun və 30 manat məbləğində dövlət rüsumunun, cəmi 113525.40 manat məbləğində pulun tutulması barədə iddiaərizəsinədairkommersiya işi üzrə icraata xitam verilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən-Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-1461/2020
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1461/2020
13.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver