Məhkəmə qərarları › İş №e-2-2(113)-1468/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1468/2020

22.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1468/2020 22.09.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Səfərli Arzu Mahir qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi Hacı-Əli-X4, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə yaranmış borcun ödənilməsi” tələbinə dairiddiası üzrə işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, müqavilə üzrə yaranmış borcun məbləğini təşkil edən 7999,65 (yeddi min doqquz yüz doxsan doqquz manat 65 qəpik) manat məbləğində pul vəsaitinin, həmçinin müqavilə öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində vurulmuş zərərin əvəzini təşkil edən hüquqlarn məhkəmə müdafiəsini təmin etmək üçün vəkilə ödənilmiş vəsait 500 (beş yüz) manat məbləğində pul vəsaitinin, əldən çıxmış faydaya görə 1000 (bir min) manat məbləğində pul vəsaitinin və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli 1 saylı müqaviləyə əsasən satıcı alıcını müxtəlif mallarla təchiz etməyi, alıcı isə həmin malların dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Lakin satıcı öz müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişdir. Belə ki, qarşılıqlı borcların üzləşdirilməsi aparəlan zaman müəyyən edilmişdir ki, xx xxxx 2020-ci il tarixə alıcının satıcıya 9515 manat 71 qəpik məbləğində borcu yaranmışdır. Həmin borc məbləği alıcının məsul şəxsi tərəfindən göndərilmiş xx xxxxx 2020-ci il tarixli elektron məktub vasitəsi ilə təsdiq edilmişdir. İddiaçı tərəfindən cavabdehə xx xxxxx 2020-ci il tarixli pretenziya məktubu ünvanlanmış, həmin pretenziya məktubundan sonra cavabdeh tərəfindən hər dəfə 800 manat olmaqla, xx xxxxx 2020-ci il tarixdə 695,31 manat banka ödəyib ƏDV-siz və xx xxxxx 2020-ci il tarixdə 694,95 manat, 125,09 manat ƏDV ödəniş edib, ümumilikdə 1515,35 manat ödəniş edilmişdir. Lakin hələ də 7999,65 manat məbləğində borc ödənilməmiş qalmışdır. Həmçinin hüquqların bərpası üçün “Yusifbəyli və partnyorları” vəkil bürosunun vəkili X2 ilə müqavilə bağlanmış və hüquqların müdafiəsi üçün 500 manat məbləğində pul ödənilmişdir. Cavabdeh pul vəsaitini vaxtında ödəmədiyinə görə əldən çıxmış fayda da cavabdehdən tutularaq ödənilməlidir. Belə ki, həmin pul vəsaitini dövriyəyə buraxmaqla, iddiaçə ən azı 10 faiz həcmində gəlir əldə edə bilərdi ki, cavabdehin pulu vaxtında ödəməməsinə görə bu qazancından məhrum olmuşdur. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1468/2020 saylı, xx xxx 2020-ci il tarixli qərardadı ilə iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında 30 (otuz) iş günü ərzində baxılması qərara alınmışdır. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1468/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair işə mahiyyəti üzrə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsi iddianın dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək müqavilə üzrə yaranmış borcun məbləğini təşkil edən 4570,68 manat xx xxxxxxxx 2020-ci il tarixdə tam olaraq ödəniş edilmiş və müqavilə müqavilə öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində vurulmuş zərərin əvəzini təşkil edən hüquqlarn məhkəmə müdafiəsini təmin etmək üçün vəkilə ödənilmiş vəsait 500 (beş yüz) manat məbləğində pul vəsaitinin, cavabdehin pul vəsaitini vaxtında ödəmədiyinə görə əldən çıxmış faydaya görə 1000 (bir min) manat məbləğində pul vəsaitinin və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsiiddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Hacı-Əli-X7 iddia tələbini qəbul etməyərək alqı-satqı müqaviləsi üzrə borcun ödənildiyini bildirdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 iddia tələbini qəbul etməyərək rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin nümayəndələrinin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki iş materiallarına əlavə olunmuş: Satıcı İddiaçı MMC və alıcı Cavabdeh MMC arasında bağlanan 1 nömrəli xx xxxxxx 2019-cu il tarixli alqı-satqı müqaviləsindən görünür ki, satıcı malları təchiz edir, alıcı isə həmin malları alır. Hər hansı bir təchiz ediləcək malların miqdarı, təchizat müddəti və şərtləri, həmçinin qiymətləri və ödəniş şərtləri qaimə-fakturalarda da göstəriləcəkdir. Hüquqi yardımın göstərilməsi haqqında 1462 saylı xx xxxxx 2020-ci il tarixli müqavilədən görünür ki, İddiaçı MMC Bakı Kommersiya Məhkəməsində hüquqlarının müdafiəsi üçün 500 (beş yüz) manat ödəniş edilməsi razılaşdırılmışdır. xx xxxxx 2020-ci il tarixli 357976 saylı ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən “Yusifbəyli və Partnyorlar” VB-yə xx.xx.2020-ci il tarixli 1462 nömrəli müqaviləyə əsasən hüquqi xidmət üçün 500 manat məbləğində ödəniş edilmişdir.xx.xx.2020-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilməsi üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə ilkin olaraq iddia tələbinin əldən çıxmış faydanın ödənilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Real zərərin tərkibinə müvafiq şəxs tərəfindən faktiki çəkilmiş xərclərlə bərabər, pozulmuş hüququn bərpası üçün aparılmalı olan xərclər də daxildir. Belə xərclərin zəruriliyi və onların təxmini həcmi əsaslandırılmış hesablamalarla, sübutlarla təsdiq olunmalıdır. Mülki hüquq pozuntusundan öhdəliyin yaranmasının mühüm şərti zərərin özünün mövcudluğudur. Zərər yoxdursa, əmlak hüququ pozulmuş və ya öhdəlik yaranmır. Bu hallar olmayanda pozulmuş öhdəliklərə görə məsuliyyətin həcmini müəyyən etmək olmur. Məhkəmə qeyd edir ki, maddi zərərin əvəzinin ödənilməsində məqsəd hüquq pozuntusu baş verməmişdən əvvəlki vəziyyətinin bərpa olunmasından, başqa sözlə, restitutio in integrum prinsipindən ibarətdir. Bu, həm faktiki olaraq baş vermiş real zərər (damnum emergens), həm də əldən çıxmış fayda (lucrum cessans) üzrə təzminatı əhatə edə bilər. Hazırki iş üzrə iddiaçı əldən çıxmış fayda qismində 1000 (min) manat məbləğində pulun cavabdehdən tutulmasını tələb etsə də, zərərin miqdarını və ya dəyərini sübut etmək üçün müvafiq sənədlər təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.6-cı maddəsinə əsasən, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, cavabdeh alqı-satqı müqaviləsi üzrə ödənişi məhkəmə araşdırması zamanı həyata keçirmiş və məhkəmə araşdırması zamanı iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək ödənişin tam həyata keçirildiyini bildirmişdir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən əsas borc üzrə ödənişlər məhz iddiaçının tələb etdiyi həcmdə ödənildiyindən deməli iddiaçı məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Ona görə məhkəmə hesab edir ki, hüquqi xidmət üçün ödənilmiş pulun əvəzi olaraq cavabdehdən 500 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə işin faktiki hallarını nəzərə alaraq, sadalanan maddi hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh MMCdən hüquqi yardıma görə ödənilmiş vəkil haqqının əvəzi olaraq 500 (beş yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat olmaqla, cəmi 530 (beş yüz otuz) manat pul tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 238, 241-242, 244, 253.3 və 360-cı maddələrinə əsasən, məhkəmə Qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh MMC-dən hüquqi yardıma görə ödənilmiş vəkil haqqının əvəzi olaraq 500 (beş yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat olmaqla, cəmi 530 (beş yüz otuz) manat pul tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Sədrlik edən:Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar