Məhkəmə qərarları › İş №e-2-2(113)-1470/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1470/2025

06.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1470/2025 06.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Məmmədzadə Nilgün Azər qızının katibliyi, iddiaçının nümayəndəsinin iştirakı olmadan, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı QSC-nin Cavabdehnə qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-də1n5 fevral 2024-cü il tarixli YB-0067-24 saylıalqı-satqı müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi üzrə 6.710,00 (altı min yedi yüz on) manat əsas borc, 1.207,80 (bir min iki yüz yeddi manat 80 qəpik) manat ƏDV borcunun, o cümlədən 223,67 (iki yüz iyirmi üç min 67 qəpik) manat cərimə borcunun (əsas borc məbləğinin illik 5%-i həddində) və ödənilmiş 101,41 (bir yüz bir manat 41 qəpik) manat dövlət rüsumunun, ümumilikdə 8.242,88 (səkkiz min iki yüz qırx iki manat 88 qəpik) manat pul vəsaitinin İddiaçı QSC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi (direktoru) məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, cavabdeh tərəfindən əsas və ədv borc məbləğləri ödənilmişdir, iddia tələbindən imtina edir və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 23 yanvar 2025-ci il tarixində İddiaçı QSC ilə Cavabdeh MMC arasında barışıq sazişi imzalanmışdır. Həmin barışıq sazişinin 2 və 3-cü bəndlərində qeyd olunan tələblərə əsasən Cavabdeh MMC 2025-ci ilin yanvar ayının 30dək əsas borc məbləğini təşkil edən 6710 manat və 1207,80 ƏDV borcunun, ümumilikdə 7917,80 manat İddiaçı QSC-yə tam olaraq ödəyir, cavabdeh iddiaçıya qarşı bu sazişin 2-ci bəndində qeyd edilən öhdəliyini yerinə yetirdikdən sonra İddiaçı QSC Cavabdeh MMC- yə qarşı “cavabdehdən 6.710 manat əsas borc, 1.207,80 manat ƏDV borcunun, o cümlədən 223,67 manat cərimə borcunun (əsas borc məbləğinin illik 5%-i həddində) və ödənilmiş 101,41 manat dövlət rüsumunun, ümumilikdə 8.242,88 manat pul vəsaitinin tutularaq İddiaçı QSC-yə ödənilməsi barədə” iddia tələbindən imtina edir. Barışıq sazişinin tələbləri Cavabdeh MMC tərəfindən yerinə yetirilmiş, İddiaçı QSC-yə 23 yanvar 2025-ci il tarixində 6.710 manat əsas borc, 1.207,80 manat ƏDV borcu ödənilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi bildirdi ki, borcu ödəyiblər, iş üzrə icraata xitam verilməsi xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.1-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir; 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə ərizəçi, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişdirsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir; 262.1-ci maddəsinə əsasən, məhkəmə iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarır. İddiaçının nümayəndəsinin iddiadan imtina etməsi qanuna zidd olmadığına və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığına görə məhkəmə hesab edir ki, iddiadan imtina qəbul olunmalı və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı QSC-nin Cavabdehnə qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair iş üzrə icraata xitam verilsin. Eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. xx.xx.2024-cü il tarixli, ********** saylı qəbzə əsasən ödənilmiş 101,41 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 gün müddətində ondan elektron kabinet vasitəsi ilə Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar