Məhkəmə qərarları › İş №e-2-2(113)-1485/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1485/2020

13.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1485/2020 13.08.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi ilə, Zeynalova Leyla Afiq qızının katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh “xxxxxxxxxx” ASC-yə qarşı sığorta ödənişinin və dəbbə pulunun verilməsi tələbinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC cavabdeh “xxxxxxxxxx” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxxxxxxxx” ASC-dən sığorta hadisəsi nəticəsində dəymiş zərərin əvəzini təşkil edən 19854.60 AZN manat, həmçinin ödənişin verilməsinin gecikdirildiyi hər günə 0,1 % faiz hesablamaqla, 5360.7 AZN manat, 30 AZN dövlət rüsumu, cəmi 25245,30 AZN tutularaq,“İddiaçı“ MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin mülkiyyətində olan “Changan Alsvin V3” markalı, ** PZ *** dövlət qeydiyyat nişanlı, Ban LS52ABR6JH003517 minik avtomobili xx xxxxxx 2013-cü ildə “xxxxxxxxxx” ASC-də sığortalanmış və MC********** saylı kasko sığorta şəhadətnaməsi verilmişdir. Sığortalı avtomobili xx xxxx 2019-cu il tarixdə etibarnamə üzrə idarə edən sürücü X2 şəhəri 20 Yanvar küçəsi ilə hərəkətdə olarkən qəfildən hərəkətdə olduğu zolağın qarşısına maniyə çıxdığından idarəetməni itirmiş və ön təfəfdə hərəkətdə olan “Chevrolet Lanos” markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisə yerinə gələn Şəmkir şəhər Polis İdarəsinin əməkdaşları hadisə yerinə gəlmiş, hadisə yerində araşdırma aparmış və Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul etmişdir. Avtoqəza nəticəsində kasko (qərarın surəti iddiaya əlavə edilir) sığortalı avtomobilə 7622.00 AZN ziyan dəymişdir (qüsur aktı iddia ərizəsinə əlavə edilir). Kasko Sığortalı avtomobilə dəymiş zərəri “xxxxxxxxxx” ASC-dən tələb etsələr də, sığorta şirkəti dəymiş ziyanı ödəməkdən imtina etmişdir (imtina ərizəsi iddiaya əlavə edilir). Bundan başqa “İddiaçı“ MMC-nin mülkiyyətində olan, “Changan Alsvin V7” sedan markalı, 2018-ci il buraxılışlı, Şassi İ.S5A2AGEXJD000603, ** PS *** dövlət qeydiyyat nişanlı, minik avtomobili xx.xx.2018-ci ildə “xxxxxxxxxx” ASC-də sığortalanmış və MC********** saylı kasko sığorta şəhadətnaməsi verilmişdir. Sığortalı avtomobil xx xxxxxx 2019-cu il tarixdə Göy-Göl rayonu ərazisində hərəkətdə olarakən qəfil qarşısına çıxan maniyəyə vurmamaq üçün qarşı yola sol tərəfə hərəkət etmiş və bu zaman qarşıda hərəkətdə olan “VAZ 2107” markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtombillə toqquşmuşdur. Hadisə yerinə gələn Göy-Göl rayon dövlət Yol Polis şöbəsinin əməkdaşları TP ******* saylı X14 Qərar qəbul etmişdir (aktın surəti iddia ərizəsinə əlavə edilir). Həmin avtoqəza nəticəsində sığortalı avtomobilə 2504.60 AZN manat miqdarında ziyan dəymişdir (qüsur aktı iddia ərizəsinə əlavə edilir). “İddiaçı“ MMC-nin mülkiyyətində olan “CHANGAN ALSVİN V7” sedan BAN № LS5A2AGE0HD11162 markalı ** PL *** dövlət qeydiyyat nişanlı minik avtomobili xx xxxxxxx 2017-ci ildə “xxxxxxxxxx“ ASC-də sığotalanmış BMC********** saylı kasko sığorta şəhadətnaməsi verilmişdir. xx xxxx 2019-cu il tarixdə Sığortalı avtomobil Binəqədi rayonu, Beynəlxalq avtovağzal avtobus dayanacağından Biləcəri qəsəbəsi istiqamətində hərəkətdə olarkən idarəetməni itirmiş qarşı istiqamətdə olan “Mercedes” markalı ** NZ *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisə yerinə X10 əməkdaşları gəlmiş xx xxxxx 2019 ci il HK-1/186 saylı (cinayət işinin başlanmasının rədd edilməsi haqqında) qərar qəbul edilmişdir. Avtoqəza nəticəsində sığortalı avtomobilə 9728.00 AZN manat miqdarında ziyan dəymişdir. Sürücülər ayıq vəziyyətdə olmuş, avtomobili idarə etməyə hüquq verən müvafiq sürücülük vəsiqəsi və avtomobili idarə etmək üçün etibarnaməsi olmuşdur. Hadisə nəticəsində sığortalı avtomobilərə əhəmiyyətli dərəcədə ziyan dəymişdir. Hadisə baş verdikdən sonra dərhal müvafiq dövlət orqanlarına və sığortaçıya məlumat verilmiş və sığorta ödənişinin verilməsi xahiş edilmişdir. Sığortaçıya müraciət edilməsinə baxmayaraq bu günə qədər avtomobillərə dəymiş ziyan ödənilmir. Sığortalı avtomobilin sığorta şəhadətnaməsi ilə təminat verilən riskdən avtonəqliyyat hadisəsinin baş verməsi, avtomobili idarə edən şəxsin ayıq olması, avtomobilə dəyən zərərlər yuxarıda istinad edilən müvafiq dövlət orqanı tərəfindən qəbul edilən qərarda birmənalı göstərilmişdir. Bundan əlavə, sığortalı olaraq sığorta haqqını “xxxxxxxxxx” ASC-yə ödənilib, səlahiyyətli dövlət orqanına-Dövlət Yol Polisinə məlumat verilmişdir, hadisə yerində sürücü qalmışdır və avtomobili idarə etmək hüquq verən sürücülük vəsiqəsini təqdim etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iş materiallarında olan MC********** nömrəli Sığorta şəhadətnaməsinə əsasən sığortaçı “xxxxxxxxxx” ASC tərəfindən sığortalı İddiaçı MMC-nin mülkiyyətində olan “Changan Alsvin V3” minik markalı **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək sığortalanmışdır, 1044,00 manat məbləğində sığorta haqqı ödənilmiş və 450,00 manat hər hadisə üzrə şərtsiz azadolma nəzərdə tutulmuşdur. İş materiallarında olan İddiaçı MMC-nin 960 A nömrəli etibarnaməyə əsasən mülkiyyətində **-PZ-*** dövlət qeydiyyat nişanlı “Changan Alsvin V3” minik markalı avtomobili X8 xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək idarə etməyə etibar etmişdir. İş materiallarında olan Şəmkir RPŞ-nin TB-nin xx.xx.2019-cu il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarına əsasən “Changan” markalı **-PZ-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü İlkin Mansurov avtomobilin idarə etməsini itirib qarşı tərəfdən gələn avtomobilin yoluna çıxmış və yol-nəqliyyat hadisəsi törədərək nəticədə X1 qısa müddətə pozulmasına səbəb olan yüngül xəsarət almışdır. İlkin Mansurov avtomobilini idarə edərkən əks-istiqamətli hərəkət zolağına çıxmaqla yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə AR İXM-in 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya yol vermişdir. X6 əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarında olan Sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə xx.xx.2019-cu il tarixli 2331 nömrəli akta əsasən X12 yol-nəqliyyat hadisəsi baş verən zaman sərxoş olmamışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli qüsur aktına əsasən İddiaçı MMC Servis Mərkəzində texniki baxış keçirilmiş “Changan Alsvin V3” minik markalı **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 7622 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan MC********** nömrəli Sığorta şəhadətnaməsinə əsasən sığortaçı “xxxxxxxxxx” ASC tərəfindən sığortalı İddiaçı MMC-nin mülkiyyətində olan “Changan Alsvin V7” minik markalı **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2017ci il tarixdən xx.xx.2022-ci il tarixədək sığortalanmışdır, 1278,00 manat məbləğində sığorta haqqı ödənilmiş və 450,00 manat hər hadisə üzrə şərtsiz azadolma nəzərdə tutulmuşdur. İş materiallarında olan 2362B nömrəli etibarnaməyə əsasən İddiaçı MMC-nin mülkiyyətində **-PL-*** dövlət qeydiyyat nişanlı “Changan Alsvin V7” minik markalı avtomobili X5 xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək idarə etməyə etibar etmişdir. İş materiallarında olan Binəqədi RPİ-nin TŞ-nin xx.xx.2019-cu il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarına əsasən "Changan Alsvin V7" markalı **-PL- *** dövlət nömrə nişanlı avtomaşının sürücüsü X4 barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə, "Mersedes" markalı **-NZ-*** dövlət nömrə nişanlı avtomaşını etibarnaməsi olmadan idarə edən X3 barəsində Azərbaycan Respublikası İXM-nin 332.2-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın sürəti Binəqədi RPİ DYPŞ-nə göndərilmişdir. İş materiallarında olan Sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə xx.xx.2019-cu il tarixli 2/2481 nömrəli akta əsasən X7 yol-nəqliyyat hadisəsi baş verən zaman sərxoş olmamışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli qüsur aktına əsasən İddiaçı MMC Servis Mərkəzində texniki baxış keçirilmiş “Changan Alsvin V7” minik markalı **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 9728 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan MC********** nömrəli Sığorta şəhadətnaməsinə əsasən sığortaçı “xxxxxxxxxx” ASC tərəfindən sığortalı İddiaçı MMC-nin mülkiyyətində olan “Changan Alsvin V7” minik markalı **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2018ci il tarixdən xx.xx.2023-cü il tarixədək sığortalanmışdır, sığorta haqqı ödənilmiş və 450,00 manat hər hadisə üzrə şərtsiz azadolma nəzərdə tutulmuşdur. İş materiallarında olan 7066 nömrəli etibarnaməyə əsasən İddiaçı MMC-nin mülkiyyətində **-PS-*** dövlət qeydiyyat nişanlı “Changan Alsvin V7” minik markalı avtomobili X13 xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək idarə etməyə etibar etmişdir. İş materiallarında olan İnzibati tənbeh vermə haqqında TP ******* nömrəli Qərara əsasən X18 xx.xx.2019-cu il tarixdə Göygöl şəhər, Çaykənd kəndi ərazisində “Changan Alsvin V7” minik markalı **-PS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etmə qaydalarını pozmağı nəticəsində AR İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və 60 manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli qüsur aktına əsasən İddiaçı MMC Servis Mərkəzində texniki baxış keçirilmiş “Changan Alsvin V7” minik markalı **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 2504 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan pretenziya məktubuna əsasən İddiaçı MMC “xxxxxxxxxx” ASC-də sığortalanmış və kasko sığorta şəhadətnaməsi almış avtomobillərə dəymiş zərərin İddiaçı MMC-yə ödənilməsini xahiş etmişdir. İş materiallarında olan “xxxxxxxxxx” ASC-nin İddiaçı MMC-yə ünvanladığı xx.xx.2019 və xx.xx.2019-cu il tarixli məktublara əsasən “xxxxxxxxxx” ASC İddiaçı MMC-yə tələb edilən sığorta ödənişlərinin verilməsindən nəqliyyat vasitəsini idarə edən şəxsin əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etmə qaydasını pozduğuna görə imtina etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 923.1-ci maddəsinə əsasən sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda, qanunvericiliyə uyğun olaraq, həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. İcbari sığorta qanunvericiliyində və sığorta müqaviləsində sığorta hadisəsi barədə sığortaçıya xəbər vermənin ağlabatan müddəti və (və ya) üsulu nəzərdə tutula bilər. Həmin Məcəllənin 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Həmin Məcəllənin 925.5-ci maddəsinə əsasən əmlak sığortası müqaviləsi üzrə sığortalı, sığorta olunan və ya üçüncü şəxs zərərin qarşısının alınması və ya həcminin azaldılması, sığorta hadisəsinin nəticələrinin aradan qaldırılması, yaxud digər fəsadlara səbəb olmaması, habelə zərər dəymiş əmlakın sonrakı itkiləri üçün təhlükə ehtimalına səbəb ola bilən nəzarətsiz halda qalmaması, başqa şəxslərin hərəkətinə və ya fəaliyyətinə mane olmaması üçün zəruri tədbirlərin görülməsi, o cümlədən bu məqsədlərlə əmlakın hadisə yerindən kənarlaşdırılması zamanı zərər dəymiş əmlakın hadisədən dərhal sonrakı vəziyyətdə saxlanması mümkün olmadığı, sığortaçı sığorta hadisəsi barədə bu Məcəllədə nəzərdə tutulmuş qaydada məlumatlandırıldıqdan 5 gün müddətində onun nümayəndəsi zərər dəymiş əmlaka baxış keçirmədiyi, digər hallarda zərər dəymiş əmlakın sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə saxlanmamasına sığortaçının yazılı razılığı olduğu hallar istisna olmaqla, zərər dəymiş əmlakı sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə sığortaçıya və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidir. Məhkəmə hesab edir ki, iddiaçının sığorta ödənişinin verilməsi ilə bağlı müraciətinə nəqliyyat vasitəsini idarə edən şəxsin əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etmə qaydasını pozduğu əsası ona cavabdeh tərəfindən sığorta ödənişinin verilməsindən imtina edilməsinə əsas ola bilməz. Beləliklə, yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanaraq və işin hallarına məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, sığorta ödənişinin əvəzi olaraq şərtsiz azadolma məbləği çıxılmaqla cavabdeh “xxxxxxxxxx” ASC-dən 18504,60 manat alınaraq iddiaçıya ödənilməlidir. Digər tərəfdən iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin gecikdirilmiş günlər üçün sığorta ödənişinin həyata keçirildiyi günə kimi sığorta ödənişinin 0.1 faizi məbləğində dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 18.1-ci maddəsinə əsasən bu Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir. Həmin Qanunun 18.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini bu Qanunun 18.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh “xxxxxxxxxx” ASC-nin üzərinə götürülən öhdəliklərini vaxtında icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında qanunvericiliklə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 536 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbinin əsas hissəsi təmin edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı MMC-nin iddiası qismən təmin edilməli, “xxxxxxxxxx” ASC-dən əsas borc 18504.60 manat, 536 manat dəbbə pulu, ümumilikdə 19040.60 manat və ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-nin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia qismən təmin edilsin. “xxxxxxxxxx” ASC-dən əsas borc 18504.60 manat, 536 manat dəbbə pulu, ümumilikdə 19040.60 manat və ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-nin hesabına ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar