Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1485/2022 13.05.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı (İddiaçı MMC) Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ( GROUP) MMC-dən İddiaçı MMC-nin xeyrinə 2661,22 ABŞ dolları (iki min altı yüz altmış bir dollar iyirmi iki sent) borc və 332,64 ABŞ dolları (üç yüz otuz iki dollar altmış dörd sent) məbləğində faizlərin ödəniş gününə manat məzənnəsi ilə, habelə iddianın verilməsi üçün ödənilmiş 71 (yetmiş bir) manat məbləğində dövlət rüsumunun və hüquqi yardıma görə 250 (iki yüz əlli) manat məbləğində ödənilmiş vəkil haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh (alıcı) Cavabdeh ( GROUP) Məhdud Məsuliyyətli Cəmiyyəti 25 dekabr 2017-ci il tarixdən 07 dekabr 2018-ci il tarixədək olan dövr ərzində iddiaçı (satıcı) İddiaçındən 58024,96 ABŞ dolları (əlli səkkiz min iyirmi dörd dollar doxsan altı sent) məbləğində kənd təsərrüfatı təyinatlı müxtəlif gübrə və dərman preparatları almış, həmin məbləğin 55363,74 ABŞ dolları hissəsini 19 yanvar 2018-ci il tarixdən 17.01.2020-ci il tarixədək olan dövr ərzində ödəmiş, 2661,22 ABŞ dolları hissəsini isə borclu qalmışdır (58024,96 - 55363,74 = 2661,22). Qeyd edilməlidir ki, cavabdeh tərəfindən borc üzrə sonuncu ödəniş 17.01.2020-ci il tarixli kassa mədaxil orderi ilə 5058,07 ABŞ dolları məbləğində edilmişdir. Borcun ödənilməsi ilə bağlı cavabdehlə aparılan danışıqlar heç bir nəticə vermədiyindən cavabdehə 24.06.2020-ci il tarixdə seriya EBAL 538691 №-li elektron qaimə göndərilmiş, lakin cavabdeh borcu bağlamamışdır. Borcun ödənilməsi xahişi ilə xəbərnaməli qaydada cavabdehə 14.06.2021-ci il tarixdə təklif (pretenziya) göndərilmiş, lakin cavabdeh həmin sənədi 17.06.2021-ci il tarixdə alsa da, borcun ödənilməsi ilə bağlı heç bir tədbir görməmiş, habelə borcun nə vaxt ödəniləcəyi ilə bağlı iddiaçıya hər hansı bir məlumat verməmişdir. Habelə hesab edirlər ki, cavabdeh icrası gecikdirilmiş məbləğlə bərabər həmin məbləğdən faizlər də ödəməlidir. 2021-ci il üçün Azərbaycan Mərkəzi Bankının uçot dərəcəsi 6,25 faiz həddində müəyyən edilmişdir. Ona görə də 2661,22 ABŞ dolları (iki min altı yüz altmış bir dollar iyirmi sent) məbləğində borca görə cavabdehdən tutulmalı olan faizlərin miqdarı 332,64 ABŞ dolları (üç yüz otuz iki dollar altmış dörd sent) təşkil edir. Yəni cavabdeh 24 (iyirmi dörd) aydır ki, borclu qaldığı 2661,22 ABŞ dollarını ödəmədiyindən ondan tutulmalı olan faizlərin miqdarı 332,64 ABŞ dolları (üç yüz otuz iki dollar altmış dörd sent) təşkil edir. Belə ki, 2661,22 ABŞ dollarının 6,25 faizi = 166,32 : 12 ay = 13,86 x 24 ay = 332,64 ABŞ dolları edir. Qeyd edilməlidir ki, cavabdeh hazırkı mübahisə üzrə 13.12.2021-ci il tarixdə keçirilən mediasiya sessiyasında iştirak etməkdən də yayınmış, yəni mübahisənin məhkəmədən kənar həlli üçün də heç bir addım atmamışdır İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Lakin cavabdehin nümayəndəsi Qanuni nümayəndə əvvəlki məhkəmə iclasında iştirak edən zaman bildirmişdir ki, iddia tələbini qismən, yəni əsas borc hissəsində qəbul edir, lakin faiz borcunu qəbul etmir. İddianın əsas borcla bağlı hissədə təmin olunması barədə qətnamə çıxarılmasına etiraz etmir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - 24.06.2020-ci il tarixli, EBAL seriyalı, 538691 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 4526,37 manat təşkil edir. - İddiaçı MMC tərəfindən tərtib edilmiş arayışdan görünür ki, 25.12.2017-02.06.21-ci il tarixlərində ümumi dövriyyə 58024,96 ABŞ dolları olmuş, ümumilikdə 55363,74 ABŞ dolları məbləğində ödəniş edilmiş, 2661,22 ABŞ dolları məbləğində isə ödənilməmiş borc qalmışdır. - İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış təklif (pretenziya) məktubundan görünür ki, borcun ödənilməsi təklif edilmiş, borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə cavabdeh arasında şifahi formada bağlanan alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, tərəflər arasında rəsmi qaydada imzalanmış alqısatqı müqaviləsi məhkəməyə təqdim olunmamışdır. Cavabdeh alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya borcu yaranmışdır. Borcun mövcudluğunu cavabdeh tərəf təsdiq etmişdir. İddia tələbinin bir hissəsini cavabdehdən 2661,22 ABŞ dolları (iki min altı yüz altmış bir dollar iyirmi iki sent) məbləğində əsas borcun tutulması təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qanunvericilik normalarını, eyni zamanda cavabdehin müqavilədən irəli gələn öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən 4524 manat (2661,22 ABŞ dolları x 1,70 = 4524,074 ~ 4524 manat) məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. Belə qənaətə gələrkən nəzərə alınır ki, 24.06.2020-ci il tarixli, EBAL seriyalı, 538691 nömrəli elektron qaimə üzrə cavabdehə 4526,37 manat məbləğin ödənilməsi təklif edilmişdir. Məhkəmə iddia tələbinin 2021-ci ildə mövcud bank uçot dərəcəsinə əsasən gecikmə faizi üzrə 322,64 ABŞ dolları məbləğin də cavabdehdən tutulması hissəsinə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər; 449.2-ci maddəsinə əsasən bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Həmin normaya əsasən məhkəmə iddia tələbinin həmin hissəsinə münasibətdə belə qənaətə gəlir ki, məhkəmə araşdırması zamanı cavabdehin ödənilməsini gecikdirdiyi pul vəsaitindən hər hansı şəkildə faydalanması öz təsdiqini tapmadığından iddia həmin hissədə rədd olunmalıdır. İddiaçı vəkilə ödənilmiş 250 (iki yüz əlli) manat məbləğin və 71 (yetmiş bir) manat ödənilmiş dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən mediasiya prosesinin nəticəsində barışıq sazişi bağlanmadığı hallarda məhkəmədən əvvəl mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəfin və ya bu Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəfin məhkəməyə müraciət edərkən dövlət rüsumundan azad olunması məsələsi “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Məhkəmə iddianin qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçıya edilmiş hüquqi yardıma görə cavabdehdən 150 (yüz əlli) manat və 02.02.2022-ci il tarixdə, 9184 nömrəli qəbz üzrə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 11 (on bir) manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, mediasiya xərclərini ödəmiş iddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğundan və 02.02.2022-ci il tarixdə, 9184 nömrəli qəbz üzrə ödənilmiş 41 manat məbləğin 30 manatı (Qeyd: iddiaçı tərəfindən irəli sürülən hazırkı iddia tələbi üzrə iddiaçının qanunverciliklə ödənilməli olan dövlət rüsumunun məbləği 71 manat təşkil edir, 60 manat mediasiya xərci ödənilib) artıq olduğundan məhkəmə belə nəticəyə gəlir ki, həmin məbləğ cavabdehdən tutula bilməz. Eyni zamanda qeyd olunmalıdır ki, iş materiallarından 30 manat dövlət rüsumunun hazırkı iş üzrə ödənilməsini də müəyyən etmək mümkün deyil. Kommersiya mübahisələri üzrə elektron uçot - qeydiyyat kartoçkasının dövlət rüsumu qrafasından görünür ki, hazırkı iş üzrə yalnız 41 manat dövlət rüsumu ödənilib. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 4524 (dörd min beş yüz iyirmi dörd) manat borc, 150 (yüz əlli) manat hüquqi yardım xərci olmaqla, cəmi 4674 (dörd min altı yüz yetmiş dörd) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. Cavabdehndən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 11 (on bir) manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-1485/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1485/2022
13.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver