Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1486/2020 15.09.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Səfərli Arzu Mahir qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, 5256 manat əsas borc, 1182,6 manat cərimə borcu və 30 manat dövlət rüsumunun tutulması Cavabdeh MMC-dən tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasl Nazirlər Kabinetinin 2005-ci il 31 mart tarixli 58 nömrəli qərarı ilə təsdiq olunmuş İddiaçı ASC-yə məxsus kənd təsərrüfatı texnikasının hüquqi və fizi8ki şəxslərə lizinqə verilməsi və ya lizinq yolu ilə satılması Qaydalarına müvafiq olaraq İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli 944-GL/18 saylı müqvailəyə əsasən lizinq predmetini lizinqə götürmüşdür. Cavabdeh üzərinə götürdüyü öhdəliyi tam şəkildə yerinə yetirməmişdir. Müqavilə üzrə 5256 manat və lizinq müqaviləsinin 4.2-ci bəndinə əsasən hesablanmış cərimə 1182,6 manat borcu qalmışdır. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə müqavilə şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Belə ki, bağlanmış 2.2.2-ci bəndinə əsasən borclu lizinq ödənişlərinin vaxtında və tam həcmdə ödənməyi öhdəsinə götürmüşdür. Bununla da borclu İddiaçı ASC ilə bağladığı müqavilənin həmin bəndi ilə nəzərdə tutulmuş lizinq ödənişlərinin qrafik üzrə vaxtında və tam ödənilməsinə dair üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1486/2020 saylı, xx xxx 2020-ci il tarixli qərardadı ilə iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında 30 (otuz) iş günü ərzində baxılması qərara alınmışdır. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1486/2020 nömrəli xx xxxx 2020-ci il tarixli qərardadı ilə, İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair işə mahiyyəti üzrə iddia icraatı qaydasında baxılmsı qərara alınmışdır. Məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 6540 manat əsas borc, 1182,6 manat cərimə borcu və 30 manat dövlət rüsumunun tutulması Cavabdeh MMC-dən tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Həmin Məcəllənin 238.4-cü maddəsinə əsasən, İşə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. İddiaçının nümayəndəsi etiraz etmədiyindən Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)1486/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - lizinq verən İddiaçı ASC və lizinq alan Cavabdeh arasında bağlanmış xx.xx.2019cu il tarixli 944-GL/18 nömrəli müqavilədən görünür ki, “lizinq verən” ümumi məbləği 31843 manat olan kənd təsərrüfatı texnikalarını ilkin dəyərinin 40 faizinə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir. Müqavilənin 1.2-ci bəndinə əsasən lizinq alan texnikanın qalıq məbləğini ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürür. Müqavilənin 1.3-cü bəndinə əsasən texnikaya mülkiyyət hüququ lizinq alan tərəfindən öhdəliklər tam yerinə yetirilənədək lizinq verənə məxsusdur. Müqavilənin 4.1-ci bəndinə əsasən, lizinq alan texnikanın istifadəsinə görə bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq ödənişləri həyata keçirir. Ödəniş qrafiki Kənd təsərrrüfatı texnikasına güzəşt tətbiq edilməsi məqsədi ilə yaradılmış Xüsusi Komissiyanın xx.xx.2018-ci il tarixli protokolu nəzərə alınmaqla tərtib edilir. -Xüsusi komissiyanın xx.xx.2018-ci il tarixli protokoluna əsasən xx.xx.2019-cu il tarixli 944-GL/18 nömrəli lizinq müqaviləsinin 4.1 bəndinin ödəniş qrafikindən görünür ki, ümumi ödənilməli məbləğ 31843 manat olmaqla, 2018-ci ilin İİ rübü üzrə 1329 manat, İİİ və İV rüblərinin hər birində 1314 manat, 2019-cu ildə 4 rübün hər biri üzrə 1314 manat, 2020-ci ilin İ və İİ rübünün hər biri üzrə 1314 manat ödəniş edilməli idi. - İddiaçı ASC-nin xx.xx.2019-cu il tarixli əmrindən görünür ki, xx.xx.2019-cu il tarixli 944-GL/18 nömrəli lizinq müqvailəsinə əsasən kənd təsərrüfatı texnikasının güzəşt tətbiq edildikdən sonqa qalıq dəyəri 31843 manat, güzəşt məbləği isə 35824 manat olaraq müəyyən edilmişdir. -xx xxxxxx 2018-ci il tarixli 30 nömrəli aktdan görünür ki, Diskli mala (ağır) 24hidravlik texnika İddiaçı ASC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir. -xx xxxxxx 2018-ci il tarixli 5/80 nömrəli aktdan görünür ki, Çiləyici ventilyatorlu 2000L-qoşma və traktor qoşqusu 6 ton 4 təkərli (arxa və yana boşaldan) İddiaçı ASC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir. -xx xxxxxx 2018-ci il tarixli 38 nömrəli aktdan görünür ki, təkərli traktor kabina ilə İddiaçı ASC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir. - - 2020-ci ilin İİ rübü üçün verilən maliyyə arayışından görünür ki, Cavabdeh MMCnin həmin dövr üçün 1284 manat gecikdirilmiş borc, 56,50 manat cərimə məbləği, cəmi 1340,50 manat borcu vardır. - “xxxx” MMC-nin İddiaçı ASC ilə bağladığı xx.xx.2018-ci il tarixli 944-GL/18 nömrəli lizinq müqaviləsi üzrə ödənişlərə görə cərimənin hesablanması qrfaikindən görünür ki, 2018-ci ildə 3 rüb üçün 3957 manat, 2019-cu ildə 4 rüb üçün 5256 manat, 2020-ci ilin İ rübü üçün 1314, İİ rübü üçün isə ərizə verilən tarixə 1284 manat əsas borc hesablanmışdır. - 03.06.2020-ci il tarixli ödəniş qəbzindən görünür ki, X1 tərəfindən İddiaçı ASC-yə 6600 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-cı maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 747-1.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin subyektləri lizinq verən, lizinq alan və satıcıdır (mal verəndir). Həmin Məcəllənin 748-1.1-ci maddəsinə əsasən, lizinq verən lizinq obyekti olan əmlakı lizinq alana lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) təqdim etməlidir. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Həmin Məcəllənin 748-10.2-ci maddəsinə əsasən, lizinq ödənişlərinin məbləği həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, lizinq verən İddiaçı ASC və lizinq alan Cavabdeh arasında xx.xx.2019-cu il tarixli 944-GL/18 nömrəli müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, “lizinq verən” ümumi məbləği 31843 manat olan kənd təsərrüfatı texnikalarını ilkin dəyərinin 40 faizinə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinq verilməsi razılaşdırılmışdır. Təhvil-təslim aktları ilə lizinq verən texnikaları lizinq alana vermişdir. Tərəflər arasında razılaşdırılmış ödəniş cədvəlinə əsasən ümumi ödənilməli məbləğ 31843 manat olmaqla, 2018-ci ilin İİ rübü üzrə 1329 manat, İİİ və İV rüblərinin hər birində 1314 manat, 2019-cu ildə 4 rübün hər biri üzrə 1314 manat, 2020-ci ilin İ və İİ rübünün hər biri üzrə 1314 manat ödəniş edilməli idi. Lakin cavabdeh tərəfindən cəmi 6600 manat ödəniş İddiaçı ASC-yə edilmiş, yəni öhdəlik qismən icra edilmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında lizinq müqaviləsindən irəli gələn öhdəlik yaranmışdır. “xxxx” MMC-nin İddiaçı ASC ilə bağladığı xx.xx.2018-ci il tarixli 944-GL/18 nömrəli lizinq müqaviləsi üzrə yaranan öhdəlik 2018-ci ildə 3 rüb üçün 3957 manat, 2019cu ildə 4 rüb üçün 5256 manat, 2020-ci ilin İ rübü üçün 1314, İİ rübü üçün isə iddia tələbinin dəyişdirilməsi barədə ərizə verilən tarixə 1284 manat olmuşdur. Beləliklə cavabdehin 5256 manat və 2020-ci ilin İİ rübü üçün 1284 manat olmaqla, cəmi 6540 borcu yaranmışdır. Müqavilənin 4.2-ci bəndinə əsasən, lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0.1 faizi həcmində cərimə tələb edir. Məhkəmə qeyd edir ki, cavabdehin iddiaçıya 1182,6 manat cərimə borcu yaranmışdır və cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh MMC-dən 6540 (altı min beş yüz qırx) manat əsas borc, 1182,60 (min yüz səksən iki manat altmış qəpik) manat cərimə borcu, 30 (otuz) manat ödənilmiş dövlət rüsumu cəmi 7752,60 (yeddi min yeddi yüz əlli iki manat altmış qəpik) manat məbləğində pul tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Repsublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh MMC-dən 6540 (altı min beş yüz qırx) manat əsas borc, 1182,60 (min yüz səksən iki manat altmış qəpik) manat cərimə borcu, 30 (otuz) manat ödənilmiş dövlət rüsumu cəmi 7752,60 (yeddi min yeddi yüz əlli iki manat altmış qəpik) manat məbləğində pul tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-1486/2020
Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-1486/2020
15.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver