Məhkəmə qərarları › İş №e-2-2(113)-1489/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1489/2025

29.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1489/2025 29.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı,pul) X5 Rövşən qızının sədrliyi, Nuriyeva Nigar Fikrət qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (bundan sonra – cavabdehlər ) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 15.830 manat və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 137,49 manat, ümumilikdə 15.967,49 manat pul vəsaitinin müştərək qaydada tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğulam. Sahibkarlıq fəaliyyətimin icrası ilə əlaqədar Cavabdeh1 və Cavabdeh2 sifarişləri ilə onlara 2024-cü ilin iyul-avqust aylarında 37.942 manat dəyərində yemiş məhsullarını təhvil vermişəm. Belə ki, mallar cavabdehlər tərəfindən təhvil alınan zaman aramızda “Malların təhvil verilməsi barədə” xx.xx.2024,xx.xx.2024, xx.xx.2024,xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024-cü il tarixli müqavilələr bağlanmışdır. Həmin malların dəyərinin bir hissəsi ödənilsə də, 15.830 manat məbləğində borc hazırki günə kimi ödənilməmişdir. Tərəfimdən cavabdehlərə şifahi və yazılı pretenziya qaydasında müraciət edilərək borcun ödənilməsini tələb etsəm də, cavabdehlər 15.830 manat məbləğində borclarını ödəməkdən yayınırlar. Bununla yanaşı, tərəfimdən iddia ərizəsinin surəti də cavabdehərin elektron ünvanlarına göndərilmişdir. Eyni zamanda, məhkəmədə iddia qaldırılması üçün mənim tərəfindən 138 manat məbləğində dövlət rüsumu Bakı Kommersiya Məhkəməsinin hesabına ödənilmişdir.

II. Tərəflərin mövqeləri:

3. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianın təmin edilməsini xahiş etmişdir.

4. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

5. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

7. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

IV. Sübutların tədqiqi:

8. xx.xx.2024-cü il tarixli malların təhvil verilməsi barədə müqavilədən görünür ki, X1 tərəfindən "xxxx" MMC-nin (**********) rəhbəri Cavabdeh2 (fin:xxxxxxx) və onunla birgə işləyən Cavabdeh1 (fin:xxxxxxx) razılaşmaya görə 2181 (kq) həcmi 1798 manat dəyərində yemiş məhsulunu təhvil verilmişdir. Məhsulun dəyərini müqavilənin bağlandığı tarixdən 1 ay sonra "xxxx" MMC-nin (**********) rəhbəri Cavabdeh2 və onunla birgə işləyən Cavabdeh1 mənə qaytaracağını öhdəsinə götürürlər.Müqavilə tərəfərin imzası ilə təsdiq edilmişdir.

9. xx.xx.2024-cü il tarixli malların təhvil verilməsi barədə müqavilədən görünür ki, X1 tərəfindən "xxxx" MMC-nin (**********) rəhbəri Cavabdeh2 (fin:xxxxxxx) və onunla birgə işləyən Cavabdeh1 (fin:xxxxxxx) razılaşmaya görə 2600 (kq) həcmi 2054 manat dəyərində yemiş məhsulunu təhvil verilmişdir. Məhsulun dəyərini müqavilənin bağlandığı tarixdən 1 ay sonra "xxxx" MMC-nin (**********) rəhbəri Cavabdeh2 və onunla birgə işləyən Cavabdeh1 mənə qaytaracağını öhdəsinə götürürlər. Müqavilə tərəfərin imzası ilə təsdiq edilmişdir.

10. xx.xx.2024-cü il tarixli malların təhvil verilməsi barədə müqavilədən görünür ki, X1 tərəfindən "xxxx" MMC-nin (**********) rəhbəri Cavabdeh2 (fin:xxxxxxx) və onunla birgə işləyən Cavabdeh1 (fin:xxxxxxx) razılaşmaya görə 5215 (kq) həcmi 3859 manat dəyərində yemiş məhsulunu təhvil verilmişdir. Məhsulun dəyərini müqavilənin bağlandığı tarixdən 1 ay sonra "xxxx" MMC-nin (**********) rəhbəri Cavabdeh2 və onunla birgə işləyən Cavabdeh1 mənə qaytaracağını öhdəsinə götürürlər. Müqavilə tərəfərin imzası ilə təsdiq edilmişdir.

11. xx.xx.2024-cü il tarixli malların təhvil verilməsi barədə müqavilədən görünür ki, X1 tərəfindən "xxxx" MMC-nin (**********) rəhbəri Cavabdeh2 (fin:xxxxxxx) və onunla birgə işləyən Cavabdeh1 (fin:xxxxxxx) razılaşmaya görə 3597 (kq) həcmi 2409 manat dəyərində yemiş məhsulunu təhvil verilmişdir. Məhsulun dəyərini müqavilənin bağlandığı tarixdən 1 ay sonra "xxxx" MMC-nin (**********) rəhbəri Cavabdeh2 və onunla birgə işləyən Cavabdeh1 mənə qaytaracağını öhdəsinə götürürlər. Müqavilə tərəfərin imzası ilə təsdiq edilmişdir.

12. 30.08.2024-cü il tarixli malların təhvil verilməsi barədə müqavilədən görünür ki, X1 tərəfindən "xxxx" MMC-nin (**********) rəhbəri Cavabdeh2 (fin:xxxxxxx) və onunla birgə işləyən Cavabdeh1 (fin:xxxxxxx) razılaşmaya görə 1600 (kq) həcmi 1184 manat dəyərində yemiş məhsulunu təhvil verilmişdir. Məhsulun dəyərini müqavilənin bağlandığı tarixdən 1 ay sonra "xxxx" MMC-nin (**********) rəhbəri Cavabdeh2 və onunla birgə işləyən Cavabdeh1 mənə qaytaracağını öhdəsinə götürürlər. Müqavilə tərəfərin imzası ilə təsdiq edilmişdir.

13. 18.07.2024-cü il tarixli malların təhvil verilməsi barədə müqavilədən görünür ki, X1 tərəfindən "xxxx" MMC-nin (**********) rəhbəri Cavabdeh2 (fin:xxxxxxx) və onunla birgə işləyən Cavabdeh1 (fin:xxxxxxx) razılaşmaya görə 5361 (kq) həcmi 3699 manat dəyərində yemiş məhsulunu təhvil verilmişdir. Məhsulun dəyərini müqavilənin bağlandığı tarixdən 1 ay sonra "xxxx" MMC-nin (**********) rəhbəri Cavabdeh2 və onunla birgə işləyən Cavabdeh1 mənə qaytaracağını öhdəsinə götürürlər. Müqavilə tərəfərin imzası ilə təsdiq edilmişdir.

14. xx.xx.2024-cü il tarixli malların təhvil verilməsi barədə müqavilədən görünür ki, X1 tərəfindən "xxxx" MMC-nin (**********) rəhbəri Cavabdeh2 (fin:xxxxxxx) və onunla birgə işləyən Cavabdeh1 (fin:xxxxxxx) razılaşmaya görə 8673 (kq) həcmi 7003 manat dəyərində yemiş məhsulunu təhvil verilmişdir. Məhsulun dəyərini müqavilənin bağlandığı tarixdən 1 ay sonra "xxxx" MMC-nin (**********) rəhbəri Cavabdeh2 və onunla birgə işləyən Cavabdeh1 mənə qaytaracağını öhdəsinə götürürlər. Müqavilə tərəfərin imzası ilə təsdiq edilmişdir.

15. xx.xx.2024-cü il tarixli malların təhvil verilməsi barədə müqavilədən görünür ki, X1 tərəfindən "xxxx" MMC-nin (**********) rəhbəri Cavabdeh2 (fin:xxxxxxx) və onunla birgə işləyən Cavabdeh1 (fin:xxxxxxx) razılaşmaya görə 2300 (kq) həcmi 1081 manat dəyərində yemiş məhsulunu təhvil verilmişdir. Məhsulun dəyərini müqavilənin bağlandığı tarixdən 1 ay sonra "xxxx" MMC-nin (**********) rəhbəri Cavabdeh2 və onunla birgə işləyən Cavabdeh1 mənə qaytaracağını öhdəsinə götürürlər. Müqavilə tərəfərin imzası ilə təsdiq edilmişdir.

16. xx.xx.2024-cü il tarixli malların təhvil verilməsi barədə müqavilədən görünür ki, X1 tərəfindən "xxxx" MMC-nin (**********) rəhbəri Cavabdeh2 (fin:xxxxxxx) və onunla birgə işləyən Cavabdeh1 (fin:xxxxxxx) razılaşmaya görə 8606 (kq) həcmi 6769 manat dəyərində yemiş məhsulunu təhvil verilmişdir. Məhsulun dəyərini müqavilənin bağlandığı tarixdən 1 ay sonra "xxxx" MMC-nin (**********) rəhbəri Cavabdeh2 və onunla birgə işləyən Cavabdeh1 mənə qaytaracağını öhdəsinə götürürlər. Müqavilə tərəfərin imzası ilə təsdiq edilmişdir.

17. xx.xx.2024-cü il tarixli malların təhvil verilməsi barədə müqavilədən görünür ki, X1 tərəfindən "xxxx" MMC-nin (**********) rəhbəri Cavabdeh2 (fin:xxxxxxx) və onunla birgə işləyən Cavabdeh1 (fin:xxxxxxx) razılaşmaya görə 7039 (kq) həcmi 4856 manat dəyərində yemiş məhsulunu təhvil verilmişdir. Məhsulun dəyərini müqavilənin bağlandığı tarixdən 1 ay sonra "xxxx" MMC-nin (**********) rəhbəri Cavabdeh2 və onunla birgə işləyən Cavabdeh1 mənə qaytaracağını öhdəsinə götürürlər. Müqavilə tərəfərin imzası ilə təsdiq edilmişdir.

18. xx.xx.2024-cü il tarixli malların təhvil verilməsi barədə müqavilədən görünür ki, X1 tərəfindən "xxxx" MMC-nin (**********) rəhbəri Cavabdeh2 (fin:xxxxxxx) və onunla birgə işləyən Cavabdeh1 (fin:xxxxxxx) razılaşmaya görə 3846 (kq) həcmi 3230 manat dəyərində yemiş məhsulunu təhvil verilmişdir. Məhsulun dəyərini müqavilənin bağlandığı tarixdən 1 ay sonra "xxxx" MMC-nin (**********) rəhbəri Cavabdeh2 və onunla birgə işləyən Cavabdeh1 mənə qaytaracağını öhdəsinə götürürlər. Müqavilə tərəfərin imzası ilə təsdiq edilmişdir.

19. Məhkəmə iclasında tədqiq olunmuş whastapp danışıqlarından görünür ki, cavabdehlər iddiaçıya yaranmış borcu ödəyəckələrini bildirmişlər. V. Tətbiq edilən hüquq:

20. AR Mülki Məcəlləsinin: - 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə isə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlər dir.

21. AR MPM-in: - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2018-ci il tarixli Plenum Qərarında qeyd edilir ki, “...mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.”

23. Avropa İnsan Hüquqları Məhkəməsinin ədalətli məhkəmə araşdırması hüququna dair (maddə 6): “Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36). Bu öhdəlik üzrə qərarın əsaslandırılması dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər və yalnız işin konkret halları işığında şərh edilməlidir. (X3rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27)”

Vİ.Məhkəmənin mövqeyi:

24. Məhkəmə materialları araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir.

25. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, həmçinin cavabdehlər hazırlıq iclaslarında verdikləri izahatlarla təsdiq etmişlər ki, müqavilə azadlığı prinsipinə uyğun olaraq tərəflər arasında alqı-satqımünasibətləri mövcud olmuş, hər dəfə iddiaçı tərəfindən mallar(yemiş) təhvil erilən zaman iddiaçı və cavabhlər arasında malın çəkisinə və dəyərinə dair təhvil təslim aktı imzalanmış, iddiaçı üzərinə düşən öhdəlikləri tam icra edərək, tələb edilən malları cavabdehlər satsa da, cavabdehlər təqdim edilmiş malın dəyərini tam ödəməmiş, bununla da müqavilə öhdəliklərini pozmuşdur. Nəticədə cavabdehlərin iddiaçıya 15830 manat məbləğində borcu yaranmışdır. Qeyd edilən hal, iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş və məhkəmə iclaslarında tədqiq edilmiş, təhvil təslim aktları, cavabdehlərn hazırklıq iclaslarında verdikləri izahatlar ilə təsdiq edilir. Beləliklə məhkəmə müəyyən edir ki, tərəflər arasında işgüzar münasibətlərin iddiaçı və cavabdehlər arasında imzalanmış təhvil təslim aktları ilə tənzimləndiyi, təhvil təslim aktlarında qeyd olunan çəkidə və dəyərdə malların cavabdehlərə təhvil verildiyi, ödəmələrin nağd qaydada həyata keçirildiyi, 15830manat məbləğində pulun həmin təhvil təslim aktları üzrə iddiaçıya ödənilməməsi işin mübahisəsiz halıdır.

26. Məhkəmə sadalanan qanunvericilik normalarını, eyni zamanda cavabdehlərin müqaviləyə əsasən verilmiş malların dəyərindən – 15830manat məbləğində pul vəsaitini ödəməməklə müqavilə öhdəliklərini lazımi qaydada icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, eləcə də iddiaçı cavabdehlər dən 15830 manat məbləğində pul vəsaitini tələb etdiyini nəzərə alaraq hesab edir ki, cavabdehlərdən müştərək qaydada 15830 manat borc tutularaq iddiaçıya ödənilməlidir.

27. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 137.49 manat məbləğində dövlət rüsum iddiaçı tərəfindən ödənilmişdir.

28. Hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 137.49 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir.

29. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 15830 manat (on beş min səkkiz yüz otuz) manat artıq əsas borc və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olan 137.49 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar