Məhkəmə qərarları › İş №e-2-2(113)-1491/2020

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1491/2020

31.05.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1491/2020 31.05.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Pirverdiyev Zaur Rafiqoğlunun sədirliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı 6618 manat və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə kiçik iddiaya dair kommersiya işinə sadələşdirilmiş qaydada baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı 6618 manat və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edib hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizənin qəbul olunmasından imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747-1.3-cü maddəsinə əsasən lizinq alan lizinq müqaviləsinə uyğun olaraq lizinq obyektini müəyyən haqla, müəyyən müddətə və şərtlərlə müvəqqəti sahibliyə və istifadəyə qəbul edən hüquqi və ya fiziki şəxsdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsinin tələblərinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-4.1.4-cü maddəsinə əsasən məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə vardırsa ərizənin qəbul olunmasından imtina edir. İddiaçı ərizəsində cavabdehdən 6618 manat borcun ödənilməsini tələb etsə də, iş materialları ilə həmin borcun əsas, faiz və yaxud cərimə borcu olması müəyyən olunmur ki, bu halda tərəflər arasında mübahisənin mövcud olması istisna olunmur. Belə olan halda məhkəmə hesab edir ki, ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun verilmədiyindən iddiaya kiçik iddia kimi sadələşdirilmiş qaydada baxıla bilməz. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1-ci və 26.1-ci maddələrinin tələblərindən göründüyü kimi mübahisəyə kommersiya məhkəməsində baxılması ücün qanunvericilik tərəflər arasında yaranmış mübahisənin, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisəyə aid olmasını şərt olaraq göstərir. Mübahisənin lizinq müqaviləsi üzrə öhdəlikdən yaranmasını nəzərə aldıqda, onun sahibkarlıq fəaliyyəti ilə bağlı olub-olmaması iş materialları ilə müəyyən olunmur. Belə ki, hazırki iş üzrə cavabdeh qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxs statusuna malik deyildir, habelə onun bu statusa malik olması barədə iddiaçı tərəfindən hər hansı bir sənəd iddia ərizəsinə əlavə edilməmişdir. Bu səbəbdən də iddia tələbi üzrə tərəflər arasında yaranmış mübahisəyə Bakı Kommersiya Məhkəməsində baxıla bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcələsinin 284-4.2-ci maddəsinə əsasən bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Həmin Məcəllənin 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcələsinin 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı 6618 manat və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə ərizəni qəbul etməkdən imtina edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar