Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1492/2024 06.03.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “X3” MMC-dən 05 avqust 2022-cü il tarixli İZT26\22 nömrəli alqı-satqı müqaviləsininə sasən yaranmış və ödənilməmiş 5503,52 manat, 1000 manat cərimə, habelə ödənilmiş dövlət rüsumuna görə 86 manat məbləğində vəsaitin, ümumilikdə 6590,52 manat tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İ.Mübahisənin predmeti və irəli sürülən tələb. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Azərbaycan Respublikası hüquqi şəxsi olan İddiaçı MMC ilə “X3” MMC arasında 05 avqust 2022-ci il tarixli, İZT26\22 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Satıcı-İzotrade MMC X1 MMC-nin sifarişi əsasında ƏDV daxil olmaqla 10223,52 manat dəyərindən mallar Alıcıya satılmışdır. Satılmış malların dəyərindən ƏDV daxil olmaqla 4720 manat vəsait ödənilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi sistemə ərizə yükləyərək onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini və tələbin təmin olunmasını xahiş etmiş, cavabdehin nümayəndəsi gəlməməsinin üzürlü səbəbləri barədə məlumat verməmişdir. İİ.İşin halları İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli İZT-26/22 nömrəli satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh MMC arasında bağlanmış alqı-satqı müqaviləsinin 1-ci bəndinin tələbinə görə satıcı alıcıya Əlavələrdə qeyd edilən malları sataraq təhvil verir, alıcı isə həmin malları qəbul edib razılaşdırılmış qiyməti satıcıya ödəyir. Müqavilənin 3.3-cü bəndinə əsasən alıcı yola salınmış mallar görə müqavilənin 3.2-ci maddəsinə əsasən ödəməni tam olaraq həyata keçirməzsə satıcı gecikdirilmiş hər bir təqvim günü üçün gecikdirilmiş məbləğin 0,2% həcmində əlavə olaraq dəbbə pulu hesablamağa hüququ var. xx.xx.2022-ci il tarixli 407131 nömrəli EBCB seriyalı elektron qaimədən görünür ki, İddiaçı MMC Cavabdeh MMC-yə 10223,52 manat (ƏDV daxil) məbləğində mal təhvil vermişdir. xx.xx.2023-cü il tarixli maliyyə sənədindən görünür ki, Cavabdeh MMC-nin İddiaçı MMC-yə xx.xx.2023-cü il tarixə 5503,52 manat borcu qalıb. Əsas borcla yanaşı müqavilənin 3.3-cü bəndinə əsasən 1000 manat məbləğində cərimə hesablanıb. xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki, İddiaçı MMC 85,60 manat məbləğində mediasiya xərcini ödəmişdir. İİİ.Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İV.Məhkəmənin gəldiyi nəticə Məhkəmədə tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmişdir ki, satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixli İZT26/22 nömrəli alqı-satqı müqaviləsi bağlanmış, satıcı öz üzərinə düşən öhdəliyi yerinə yetirərək malları alıcıya təqdim etmiş, sonuncunun isə 5503,52 manat məbləğində borcu qalmışdır. Göründüyü kimi xx.xx.2022-ci il tarixli 407131 nömrəli EBCB seriyalı elektron qaiməyə əsasən satıcı İddiaçı MMC alıcı Cavabdeh MMC-yə 10223,52 manat (ƏDV daxil) məbləğində mal satmış, sonuncu borcun bir hissəsini ödəsə də, 5503,52 manat məbləğində vəsait ödənilməmiş qaldığına görə iddiaçının əsas borc tələbi hissəsində iddiası əsaslı olduğundan təmin edilməlidir. Bununla yanaşı məhkəmə iddia tələbinin cərimə hissəsi ilə əlaqədar qeyd edir ki, cərimə pulu tənasübsüz sürətdə yüksək qiymətləndirildiyinə görə həmin məbləğ azaldılaraq 196,48 manat məbləğində müəyyən edilməlidir. 6503,52 manat məbləğində iddia tələbin dövlət rüsumu 85,04 manat təşkil edir. Həmçinin məhkəmə qeyd edir ki, iddia tələbinin 87,64 faizi təmin olunduğuna görə dövlət rüsumu da, iddianın təmin olunan hissəyə mütənasib olaraq 74,52 (85,04 x 87,64%) manat məbləğində təmin edilməlidir. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli və Cavabdeh MMC-dən 5503,52 manat əsas borc, 196,48 manat cərimə, cəmi 5700 manat, həmçinin dövlət rüsumu kimi ödənilmiş 74,52 manat məbləğində vəsait tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 5503,52 manat əsas borc, 196,48 manat cərimə, cəmi 5700 manat, həmçinin dövlət rüsumu kimi ödənilmiş 74,52 manat məbləğində vəsait tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-1492/2024
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1492/2024
06.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver