Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1495/2024 18.04.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı müqaviləsi, borcun ödənilməsi, dəbbə pulu) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, X1 oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdeh Məhdud Məhdud Cəmiyyətinə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 206000,87 manat əsas borc və 26791,31 manat dəbbə pulu olmaqla, cəmi 232792,18 manat məbləğində pulun, 123 (yüz iyirmi üç) manat məbləğində dövlət rüsumu və 400 (dörd yüz) manat məbləğində mediasiya xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən ofis avadanlıqları satıcı İddiaçı MMC tərəfindən alıcı "xxxx" MMC-yə satılmışdır. Satıcı malları vaxtında təhvil versə də, alıcı üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyərək, yaranmış borcu indiyə kimi ödəməmişdir. Tərtib olunmuş elektron qaimələrdən və xx.xx.2023-cü il tarixli üzləşmə aktından görünür ki, "xxxx" MMC-nin İddiaçı MMC-yə borcu 206087 manat təşkil edir. Bununla əlaqədar olaraq tərəflər arasında xx.xx.2024-cü il tarixdə mediasiya prosesi keçirilmiş və mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. Hazırda "xxxx" MMC İddiaçı MMC-yə olan borcunu ödəməkdən imtina edir. Tərəflər arasında bağlanmış müqavilənin 5.3-cü bəndinə əsasən alıcı bu müqavilə üzrə edəcəyi ödənişi üzrsüz olaraq gecikdirdiyi hər gün üçün müvafiq ödəniş məbləğinin 0,1 faizi miqdarında satıcıya cərimə ödəyir. Sonuncu mal alıcıya xx.xx.2023-cü il tarixdə təhvil verilmişdir. Alıcı isə satıcıya heç bir pul məbləği ödəməmişdir, sonuncu malın təhvil verildiyi gündən mediasiya təklifinin göndərildiyi günə - xx.xx.2023-cü il tarixə 26791,31 manat dəbbə pulu məbləğində borc yaranmışdır. İddiaçı mediasiya prosesində 400 manat məbləğində pul ödəmişdir. Hazırkı iddiada isə ödəməli olduğu dövlət rüsumu 523 manat olmalıdır, odur ki 123 manat (523-400) dövlət rüsumu da əlavə olaraq ödənilmişdir. İddia ərizəsi təmin edilərsə, ödənilmiş 123 manat məbləğində dövlət rüsumu və 400 manat məbləğində mediasiya xərci da iddiaçının xeyrinə tutulmalıdır.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445.1, 445.2, 567-ci maddələrinə istinad olunmuşdur.
4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır.
5. Cavabdehə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tədqiq olunan sübutlar:
6. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
7. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, satıcı qismində İddiaçı MMC ilə alıcı qismində Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixdə AGİT 24/23 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Hazırkı müqavilə əsasında satıcı müqaviləyə əlavə ediləcək razılaşmalarda əks ediləcək texnika və digər bənzər avadanlıqlarını alıcıya satır, alıcı isə malı alır və dəyərini ödəyir. Müqavilənin 3.2-ci bəndinə əsasən ödəniş qaydası alıcı tərəfindən 15 təqvim günü ərzində ödənilməlidir. Müqavilənin 5.3-cü bəndinə əsasən alıcı müqavilə üzrə edəcəyi ödənişi üzrsüz olaraq gecikdirdiyi hər gün üçün müvafiq ödənişlər məbləğinin 0,1 faizi miqdarında satıcıya cərimə ödəyir.
8. İddiaçı MMC və Cavabdeh MMC arasında imzalanmış xx.xx.2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, ümumi dəyəri 57550,96 manat (ƏDV daxil) məbləğində olan mallar satıcı tərəfindən alıcıya təhvil verilmişdir. Təhvil-təslim aktı hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
9. xx.xx.2023-cü il tarixli, EBDK seriyalı, 273973 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 57550,96 manat (ƏDV daxil) təşkil edir.
10. AGİT 24/23 nömrəli müqaviləyə xx.xx.2023-cü tarixli, 01 nömrəli əlavədən (qiymətlərin razılaşdırılması protokolu) görünür ki, tərəflər arasında miqdarı və qiyməti müəyyənləşdirilmiş malların ümumi dəyəri 57550,96 manat (ƏDV daxil) təşkil edir.
11. İddiaçı MMC və Cavabdeh MMC arasında imzalanmış xx.xx.2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, ümumi dəyəri 107330,44 manat (ƏDV daxil) məbləğində olan mallar satıcı tərəfindən alıcıya təhvil verilmişdir. Təhvil-təslim aktı hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
12. xx.xx.2023-cü il tarixli, EBDK seriyalı, 374733 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 107330,44 manat (ƏDV daxil) təşkil edir.
13. AGİT 24/23 nömrəli müqaviləyə xx.xx.2023-cü tarixli, 02 nömrəli əlavədən (qiymətlərin razılaşdırılması protokolu) görünür ki, tərəflər arasında miqdarı və qiyməti müəyyənləşdirilmiş malların ümumi dəyəri 107330,44 manat (ƏDV daxil) təşkil edir.
14. İddiaçı MMC və Cavabdeh MMC arasında imzalanmış xx.xx.2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, ümumi dəyəri 26325,80 manat (ƏDV daxil) məbləğində olan mallar satıcı tərəfindən alıcıya təhvil verilmişdir. Təhvil-təslim aktı hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
15. xx.xx.2023-cü il tarixli, EBDK seriyalı, 807397 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 26325,80 manat (ƏDV daxil) təşkil edir.
16. AGİT 24/23 nömrəli müqaviləyə xx.xx.2023-cü tarixli, 03 nömrəli əlavədən (qiymətlərin razılaşdırılması protokolu) görünür ki, tərəflər arasında miqdarı və qiyməti müəyyənləşdirilmiş malların ümumi dəyəri 26325,80 manat (ƏDV daxil) təşkil edir.
17. İddiaçı MMC və Cavabdeh MMC arasında imzalanmış xx.xx.2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, ümumi dəyəri 14879,80 manat (ƏDV daxil) məbləğində olan mallar satıcı tərəfindən alıcıya təhvil verilmişdir. Təhvil-təslim aktı hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
18. xx.xx.2023-cü il tarixli, EBDL seriyalı, 150119 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 14879,80 manat (ƏDV daxil) təşkil edir.
19. AGİT 24/23 nömrəli müqaviləyə xx.xx.2023-cü tarixli, 04 nömrəli əlavədən (qiymətlərin razılaşdırılması protokolu) görünür ki, tərəflər arasında miqdarı və qiyməti müəyyənləşdirilmiş malların ümumi dəyəri 14879,80 manat (ƏDV daxil) təşkil edir.
20. İddiaçı MMC və Cavabdeh MMC arasında imzalanmış xx.xx.2023-cü il tarixli qarşılıqlı borcların üzləşdirilməsi barədə aktdan görünür ki, Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixə İddiaçı MMC-yə 206087 manat borcunun olduğu qeyd edilmişdir. Qarşılıqlı borcların üzləşdirilməsi barədə akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
21. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, borc məbləğinin ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.
Tətbiq edilən hüquq
22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
24. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
Məhkəmənin mövqeyi
25. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya borcu yaranmışdır.
26. İddia tələbinin bir hissəsini Cavabdeh MMC-dən 206000,87 manat (malların ümumi dəyəri və ƏDV də daxil olmaqla) məbləğində əsas borcun tutulması təşkil edir.
27. Məhkəmə müqavilə şərtlərini, qanunvericilik normalarını, cavabdehin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya ödənilməmiş borcunun qaldığını, belə olan halda isə iddiaçının qalıq borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia göstərilən hissədə təmin edilməli və Cavabdeh MMCdən 206000,87 manat (iki yüz altı min manat səksən yeddi qəpik) məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməlidir. Həmin borcun mövcudluğu tərəflər arasında tərtib olunmuş qarşılıqlı borcların üzləşdirilməsi barədə akt, təhvil-təslim aktları, elektron qaimələr, iş materialları ilə öz təsdiqini tapır.
28. Bundan əlavə, iddiaçı cavabdehdən 26791,31 manat cərimə borcunun tutulmasını xahiş etmişdir.
29. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı cavabdehdən müqavilə şərtlərinə uyğun dəbbə pulunun tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cərimə məbləği azaldılaraq 10000 (on min) manat məbləğində müəyyən edilməli, qalan hissədə isə təmin edilməməlidir.
30. Eləcə də, 400 (dörd yüz) manat mediasiya xərci və ödənilmiş 123 (yüz iyirmi üç) manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş edir.
31. Məhkəmə hesab edir ki, 400 (dörd yüz) manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
32. İddia verilərkən ödənilməli olan dövlət rüsumunun məbləği 522,80 manat təşkil etdiyindən və iddiaçı tərəfindən 400 manat məbləğində mediasiya xərci ödənildiyindən 122,80 manat məbləğində dövlət rüsumu ödənilməli idi. Ona görə də cavabdehdən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 122,80 manat (yüz iyirmi iki manat səksən qəpik) məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
33. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 206000,87 manat (iki yüz altı min manat səksən yeddi qəpik) əsas borc, 10000 (on min) manat cərimə, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 122,80 manat (yüz iyirmi iki manat səksən qəpik) olmaqla, cəmi 216123,67 manat (iki yüz on altı min yüz iyirmi üç manat altmış yeddi qəpik) məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə tutulsun. Cavabdehndən 400 manat mediasiya xərci tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova