Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1497/2025 10.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Məmmədzadə Nilgün Azər qızının katibliyi ilə, İddiaçının və cavabdehin nümayəndələrinin iştirakı olmadan, İddiaçı MMC-nin Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə dair işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia və dəqiqləşmə ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2069,88 manat əsas borcun və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 40,70 manat pul vəsaitinin tutularaq İddiaçı MMC-ə ödənilməsi barədə qətnamə qəbu edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclası xx.xx.2025-ci il tarixə saat 15:30-a təyin edilmişdir. xx.xx.2025-ci il tarixində iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, cavabdeh tərəfinfən borc məbləği tam şəkildə ödənilmiş və tərəflər arasında barışıq əldə edilmişdir. Qeyd olunanları nəzərə alaraq iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardad qəbul qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 170.1-ci maddəsinə əsasən həmin Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6— 261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər; Məhkəmə hesab edir ki, hazırlıq iclası zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsi ərizənin qaytarılması imkanını nəzərdə tutduğuna görə həmin müddəa tətbiq olunaraq ərizə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən həmin Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 170, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddia ərizəsi verilərkən xx.xx.2024-cü il tarixli ********** saylı qəbzə əsasən ödənilmiş 40,70 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Namazova
Məhkəmə qərarları › İş №e-2-2(113)-1497/2025
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1497/2025
10.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver