Məhkəmə qərarları › İş №e-2-2(113)-150/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-150/2021

03.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-150/2021 03.02.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, iddiaçı “X2” ASC-nin nümayəndəsi X1 və Cavabdeh MMC-nin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı “X2” ASC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “X2” ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 24392,50 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun alınıb X2 ASC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, xx xxxxxx 2019-cu il tarixli №01/2019 saylı Xidmət müqaviləsinə əsasən “X3” ASC (İcraçı), “xxxx” MMC (Sifarişçi) arasında bağlanmış müqavilənin 1.1 bəndinə əsasən “Sifarişçi” müqavilə bağlanmış müddətə özünə lazım olan müxtəlif növ xidmətlərin (o, cümlədən metalkonstruksiya xidmətlərinin) yerinə yetirilməsini sifariş verir, “İcraçı” verilmiş sifarişlərin tələb olunan vaxtda və keyfiyyətdə yerinə yetirilməsini öz öhdəsinə götürür. “X2” ASC-i üzərinə düşən öhdəliyi tam yerinə yetirmişdir. Müqavilənin 3.2.1 bəndinə əsasən, İcraçının yerinə yetirdiyi xidmətin haqqını bu Müqaviləyə Əlavələrdə müəyyən edilmiş qaydada, vaxtında və əvvəlcədən razılaşdırılmış məbləğdə ödəməlidir. Həmin Müqavilənin 4.2 bəndinə əsasən, Sifarişçi bu müqavilə əsasında imzalanmış sifarişlər üzrə sifariş dəyərini müqaviləyə “Əlavə”lərə uyğun olaraq ödəməlidir. Hal-hazırda olan borc 24392,50 manat təşkil edir. X2 ASC Müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də Cavabdeh MMC öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı “X2” ASC-nin nümayəndəsi X4 iddianı müdafiə edərək, iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat vermiş və əlavə olaraq bildirmişdir ki, tərəflər arasında xidmət müqaviləsi ilə yanaşı 7 ədəd spesifikasiya (sifariş) və xüsusi şərtlər imzalanmış, onlardan 5 spesifikasiya (sifariş) üzrə məhsulu qəbul edən cavabdeh pulu ödəmiş, 6 (xx.xx.2019-cu il tarixli) və 7-ci (xx.xx.2019-cu il tarixli) spesifikasiya (sifariş) üzrə borc ödənilməmişdir. Belə ki, 6 və 7-ci spesifikasiya (sifariş) üzrə “X3” ASC tərəfindən məhsul “xxxx” MMC-yə müvafiq satış qaimələrlə təhvil verilmiş, elektron qaimələr tərtib edilmiş, daha sonra cavabdehin əvvəlki spetifikasiya üzrə artıq ödənilmiş vəsait 25437,50 manat (ƏDV xaric) borcdan çıxılmış və qalan 24392,50 (ƏDV xaric) manat borc “xxxx” MMC-dən tələb olunsa da, həmin vəsait ödənilməmişdir. Odur ki, məhkəmədən qeyd olunanları nəzərə alaraq tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda nümayəndə qeyd etmişdir ki, sifarişçiyə malların təhvil verilməsi əvvəlki 5 ədəd və sonrakı 6 və 7-ci spesifikasilar (sifariş) üzrə eyni qaydada (satış qaimələri tərtib edilməklə) həyata keçirilirdi, həmçinin tərəflərin arasında etibarlı işgüzar münasibətləri yarandığına görə 6 və 7-ci spesifikasiya ilə bağlı sifarişçidən 50% ödəniş öncədən tələb edilməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi X6 iddianı qəbul etməyərək izahatında, Cavabdeh MMC tərəfindən 6 və 7-ci spesifikasiyalar üzrə qeyd olunan 50% ödəniş əvvəlcədən icraçının hesabına köçürülmədiyindən və icraçı tərəfindən təqdim edilən satış qaimələrində malları sifarişçi adından qəbul edən şəxslər səlahiyyətli olmadığına görə iddia tələbinin rədd olunmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2019-cu il tarixli, 01/2019 nömrəli xidmət müqaviləsindən görünür ki, “Sifarişçi” - “xxxx” MMC müqavilə bağlanmış müddətə özünə lazım olan müxtəlif növ xidmətlərin (o, cümlədən metalkonstruksiya xidmətlərinin) yerinə yetirilməsini sifariş verir, “İcraçı” - “X3” ASC verilmiş sifarişlərin tələb olunan vaxtda və keyfiyyətdə yerinə yetirilməsini öz öhdəsinə götürür. Müqavilənin 3.2.1 bəndinə əsasən, İcraçının yerinə yetirdiyi xidmətin haqqını bu Müqaviləyə Əlavələrdə müəyyən edilmiş qaydada, vaxtında və əvvəlcədən razılaşdırılmış məbləğdə ödəməlidir. Həmin Müqavilənin 4.2 bəndinə əsasən, Sifarişçi bu müqavilə əsasında imzalanmış sifarişlər üzrə sifariş dəyərini müqaviləyə “Əlavə”lərə uyğun olaraq ödəməlidir. xx.xx.2019-cu il tarixli, 01/2019 nömrəli müqaviləyə 6 və 7 saylı əlavələrdən görünür ki, tərəflər ümumi dəyəri 30016,25 ƏDV daxil manat, 25437,50 manat ƏDV xaric məbləğində müxtəlif növ xidmətlərin göstərilməsi barədə razılığa gəlmişlər. “X2” ASC tərəfindən verilən EBAE seriyalı, 812254 nömrəli, xx.xx.2020-ci il tarixli (13251,40-2021,40 ƏDV); EBAF seriyalı, 044991 nömrəli, xx.xx.2020-ci il tarixli (7691,83- 1173,33 ƏDV) və EBAF seriyalı, 693436 nömrəli, xx.xx.2020-ci il tarixli (9073,02-1384,02 ƏDV) elektron qaimələrdən görünür ki, “X2” ASC tərəfindən Cavabdeh MMC-yə göstərilmiş xidmətlərin ümumi dəyəri 30016,25 ƏDV daxil manat, 25437,50 manat ƏDV xaric məbləğində təşkil edir. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalı, öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsinə görə cavabdeh iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borcludur. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442 və 443.1-ci maddələri). Məhkəmə iclasında müəyyən edilmişdir ki, “X3” ASC (İcraçı), “xxxx” MMC (Sifarişçi) arasında xx xxxxxx 2019-cu il tarixli №01/2019 saylı xidmət müqaviləsi bağlanmış və həmin müqaliyə əsasən əlavə 7 ədəd spesifikasiya (sifariş) və xüsusi şərtlər imzalanmış, onlardan 5 spesifikasiya (sifariş) üzrə cavabdeh ödəniş etmişdir. Lakin 6 (xx.xx.2019-cu il tarixli) və 7-ci (xx.xx.2019-cu il tarixli) spesifikasiya (sifariş) üzrə tərəflərin arasında etibarlı işgüzar münasibətləri yarandığına görə “X3” ASC tərəfindən öncədən 50% (əlavədə göstərilib) ödəniş tələb edilmədən məhsul hazırlanmış, daha sonra əvvəlki sifarişlər kimi müvafiq satış qaimələrlə həmin məhsul “xxxx” MMC-yə təhvil verilmiş və elektron qaimə tərtib edilmişdir. Daha sonra cavabdehin 25437,50 manat (ƏDV xaric) olan borc məbləğindən əvvəlki spesifikasiya üzrə olan artıq ödənilmiş vəsait çıxılmış və “xxxx” MMCnin ödənilməyən 24392,50 manat borcu qalmışdır. Həmin borc sonuncudan tələb olunsa da, 24392,50 manat məbləğində borc ödəməmişdir. Göründüyü kimi tərəflər arasında qanunvericiliyə uyğun olaraq müqavilə bağlanmış, iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirsə də, cavabdeh tərəf isə üzərinə düşən öhdəliklərini lazımınca yerinə yetirməmiş, öz üzərinə düşən öhdəlikləri tam həyata keçirməmişdir. Odur ki, məhkəmə qeyd ounaları nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli Cavabdeh MMC-dən xx.xx.2019-cu il tarixli, 01/2019 nömrəli müqavilə üzrə 24392,50 manat məbləğində pul tutularaq “X2” ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin təmin olunduğunu nəzərə alan məhkəmə hesab edir ki, ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2019-cu il tarixli, 01/2019 nömrəli müqavilə üzrə 24392,50 manat məbləğində pul və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq iddiaçı “X2” ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar