Məhkəmə qərarları › İş №e-2-2(113)-150/2024

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-150/2024

06.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-150/2024 06.11.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh “Cavabdeh şirkətinə qarşı pulun tutulması tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, dövlət rüsumu və mediasiya xərci ) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Məmmədzadə Nilgün Azər qızının katibliyi, iddiaçının nümayəndəsi/vəkili Vəkil iştirakı ilə, cavabdehin nümayəndəsinin iştirakı olmadan İddiaçı MMC-nin cavabdeh “Cavabdeh şirkətinə qarşı pulun tutulması tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I.Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Çin Xalq Respublikasının hüquqi şəxsi olan *5***437478 qeydiyyat nömrəli nömrəli Cavabdeh şirkətindən 532224 ABŞ dolları məbləğində pulun, hüquqi yardıma görə ödənilmiş 2282,5 ABŞ dolları xərcin, ödənilmiş 4** manat mediasiya xərcinin və 795 manat dövlət rüsumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC (“Alıcı” qismində) ilə cavabdeh Çin Xalq Respublikasının hüquqi şəxsi olan Cavabdeh. şirkəti (“Satıcı” qismində) arasında 19.1*.2*22-ci il tarixli JW-BM-1*19 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. "xxxx" MMC-nin adı dəyişdirilərək İddiaçı adlandırılmışdır və həmin dəyişiklik müvafiq dövlət reyestrində *9.*2.2*23-cü il tarixdə qeydiyyata alınmışdır. Həmin müqavilənin 1.1. bəndinə əsasən Satıcı əvvəlcədən elektron yazışma və ya şifahi razılaşdıraraq proforma-invoysda göstərilən malları (bundan sonra “Mallar” adlandırılacaq) satır, Alıcı isə həmin malları alır və bunun müqabilində Satıcıya bu müqavilə ilə müəyyən edilmiş məbləğdə və qaydada ödəniş edir. Müqavilənin 3.1. bəndinə əsasən bu Müqavilə üzrə Alıcının Satıcıya ödəməli olduğu məbləğ hər partiya mal üçün təqdim edilmiş proforma-invoysda qeyd ediləcək. Müqavilənin 3.2. bəndində isə qeyd edilir ki, ödəniş üsulu və müddəti – hər dəfə təqdim ediləcək proformainvoysda qeyd ediləcək. Ödəniş əvvəlcədən edildiyi təqdirdə, Malların yüklənməsi ödəniş Satıcının bank hesabına köçürüldüyü gündən başlanır və Malların yüklənmə müddəti 1* gündən çox olmamalıdır. Müqavilənin 4.1-ci bəndinə əsasən çatdırılma üsulu və müddəti – hər dəfə təqdim ediləcək proforma-invoysda qeyd ediləcək. Cavabdeh tərəfindən təqdim edilmiş 2*.1*.2*22-ci il tarixli JWG-BM-2*221*18 nömrəli proforma-invoysa əsasən cavabdeh tərəfindən alıcıya hər tonu 1 12* ABŞ dolları olmaqla 1 *12 ton həcmində ümumi dəyəri 1 133 44* ABŞ dolları təşkiledən Jade CZ- 328 adlı məhsul satılmalı idi. Həmin proforma-invoysa əsasən müqavilədə satışı nəzərdə tutulmuş bütün məhsulun DAP Baku şərtilə Alıcıya çatıdırlması nəzərdə tutulmuşdur. Bu isə malın Alıcıya çatdırılmasına qədər bütün xərclərin və məsuliyyətin Satıcının üzərində olduğuna, müqavilənin icra yerinin isə Azərbaycan Respublikası, Bakışəhəri olmasına dəlalət edir. Sözügedən proforma-invoysa əsasən müqavilədə nəzərdə tutulmuş bütün məhsulun ümumi dəyərinin 3*%-i (34* *32 ABŞ dolları) ilkin ödəniş, digər 3*%-i (34* *32 ABŞ dolları) mallar konteynerlərə yüklənəndə və geridə qalan 4*%-nin (453 376 ABŞ dolları) isə malların yol qaimələri təqdim edildikdə Satıcının bank hesabına ödənilməli idi. Malın çatıdırılma müddəti isə 43-5* gün müəyyən edilmişdir. Cavabdehə 21.1*.2*22-ci il tarixdə "xxxx" ASC vasitəsilə 34* *32 ABŞ dolları məbləğində və 14.11.2*22-ci il tarixdə "xxxx" ASC vasitəsilə 34* *32 ABŞ dolları məbləğində köçürmə əməliyyatları həyata keçirilməklə, ümumlikdə cavabdeh şirkətin hesabına 68* *64 ABŞ dolları məbləğində pul ödənilsə də, cavabdeh tərəfindən yalnız ümumi dəyəri 14784* ABŞ dolları təşkil edən cəmi 132 ton çəkidə mal göndərilmişdir. Dəfələrlə cavabdehlə aralarında müqavilə öhdəliklərini icra etməsi, geridə qalan məbləğin qaytarılması və ya malın həmin məbləğə müvafiq hissəsinin çatdırılması ilə bağlı danışıqlar və yazışmalar aparılmağına və hətta, cavabdehə pretenziya qaydasında yazılı müraciət edilməsinə baxmayaraq, təəssüf ki, heç bir müsbət nəticə əldə olunmamışdır. Cavabdehin öz öhdəliklərinə vicdanla yanaşmaması və borcunu vaxtında ödəməməsi səbəbindən iddiaçı olaraq maddi zərərə düşmüşdür. Belə ki, cavabdeh tərəfindən öhdəliklərinin vaxtında icra edilməməsi səbəbindən üçüncü şəxslər qarşısında götürdüyümüz öhdəliklərin icrasında yubanmalar yaranmış, ümumilikdə isə normal istehsal prosesi və fəaliyyəti pozulmuşdur. Sonuncu dəfə cavabdehə icra edilməmiş öhdəliyə görə 532224 ABŞ dolları məbləğində vəsaitin qaytarılması ilə bağlı18 aprel 2*23-cü il tarixli pretenziya məktubu ilə həm poçt, həm də e-poçt vasitəsilə xəbərdarlıq ünvanlanaraq, öhdəliyin icrası tələb edilmişdir. Mübahisə ilə bağlı “Mediasiya prosesinin tətbiqi barədə təklif” həm poçt, həm də elektron poçt vasitəsilə cavabdehə göndərilmiş,cavabdeh hazırki mübahisənin mediasiya prosesi nəticəsində həll edilməsi üçün təyin olunmuş ilkin mediasiya sessiyasında iştirak etmədiyindən, 24 iyun 2*23-cü il tarixdə Bakı 3 saylı Mediasiya Təşkilatı tərəfindən “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” Arayış təqdim edilmişdir. Qeyd olunan maddi hüquq normalarının hazırki mübahisənin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, cavabdehin iddiaçı qarşısında icra edilməmiş öhdəliyi mövcuddur və iddiaçı bu öhdəliyin icra edilməsini tələb etməkdə haqlıdır. Tələb olunan 532224 ABŞ dollarının Azərbaycan manatına olan məzənnəsi iddia ərizəsinin məhkəməyə təqdim edildiyi gün üçün 1,7* manat məbləğində müəyyən edildiyindən, həmin gün üçün iddia qiyməti 532 224 ABŞ dolları x 1,7* manat = 9*4 78*,8* manat təşkil edir və həmin iddianın verilməsi üçün qanunvericiliklə 1 195 manat dövlət rüsumunun ödənilməsi nəzərdə tutulmuşdur. Mediasiya prosesinin tətbiqi zamanı iddiaçı tərəfindən 4** manat xərc mediasiya təşkilatına ödənildiyindən və hazırki iddianın verilməsi üçün qanunvericiliklə 1 195 manat dövlət rüsumunun ödənilməsi nəzərdə tutulduğundan, dövlət rüsumunun 4** manat hissəsinin ödənilməsindən azad olduğumuzu nəzərə alaraq, geridə qalan 795 manat fərq isə tərəfimizdən ödənilmişdir. Belə ki, “Dövlət rüsumu haqqında” Qanunun 9.1-1-ci maddəsinə görə, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləğiçəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Cavabdeh öhdəliklərinin icrasından könüllü şəkildə imtina etdiyindən, həmin məbləğ cavabdehdən məhkəmə qaydasında tutulmalıdır. Bundan başqa, iddiaçı hazırki mübahisə ilə bağlı cavabdehə dair Pekin Sənaye və Ticarət Administrasiyasından dövlət reyestr məlumatlarının əldə edilməsində kömək göstərilməsi üçün Pekində fəaliyyət göstərən hüquq firması ilə müqavilə bağlanmış və göstərilən hüquqi yardıma görə 2 282,5 ABŞ dolları haqq ödəməklə əlavə xərcə düşmüşdür. Sözügedən məbləğ də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Cavabdehlə aralarında bağlanmış müqavilənin 8.1-ci maddəsinə əsasən tərəflər arasında yaranmış mübahisələrə və fikir ayrılıqlarına Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi tətbiq edilməklə, Azərbaycan Respublikasının aidiyyəti məhkəmələri tərəfindən baxılır.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun çıxış edərək, işə qiyabi icraat qaydasında baxaraq iddia tələbinin təmin edilməsini xahiş etdi.

4. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.

6. Məhkəmə iddiaçının nümayəndəsinin yazılı razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin və iddiaçının iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

III.Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. Çin Xalq Respublikasının hüquqi şəxsi olan Cavabdeh. şirkəti ilə "xxxx" MMCnin (adı dəyişdirilərək İddiaçı adlandırılmışdır) arasında bağlanmış 19.1*.2*22-ci il tarixli JW-BM-1*19 nömrəli alqı-satqı müqaviləsinə əsasən:

9. Müqavilənin 1.1-ci bəndinə əsasən Satıcı əvvəlcədən elektron yazışma və ya şifahi razılaşdıraraq proforma-invoysda göstərilən malları (bundan sonra “Mallar” adlandırılacaq) satır, Alıcı isə həmin malları alır və bunun müqabilində Satıcıya bu müqavilə ilə müəyyən edilmiş məbləğdə və qaydada ödəniş edir.

10. Müqavilənin 3.1-ci bəndinə əsasən bu Müqavilə üzrə Alıcının Satıcıya ödəməli olduğu məbləğ hər partiya mal üçün təqdim edilmiş proforma-invoysda qeyd ediləcək.

11. Müqavilənin 3.2-ci bəndində isə qeyd edilir ki, ödəniş üsulu və müddəti – hər dəfə təqdim ediləcək proforma-invoysda qeyd ediləcək. Ödəniş əvvəlcədən edildiyi təqdirdə, Malların yüklənməsi ödəniş Satıcının bank hesabına köçürüldüyü gündən başlanır və Malların yüklənmə müddəti 1* gündən çox olmamalıdır.

12. Müqavilənin 4.1-ci bəndinə əsasən çatdırılma üsulu və müddəti – hər dəfə təqdim ediləcək proforma-invoysda qeyd ediləcək.

13. İddiaçı MMC tərəfindən cavabdeh “Cavabdeh şirkətinə 21.1*.2*22-ci il tarixdə "xxxx" ASC vasitəsilə 34* *32 ABŞ dolları məbləğində və 14.11.2*22-ci il tarixdə "xxxx" ASC vasitəsilə 34* *32 ABŞ dolları məbləğində köçürmə əməliyyatları həyata keçirilməklə, ümumlikdə cavabdeh şirkətin hesabına 68* *64 ABŞ dolları məbləğində ödəniş edilmişdir.

14. 15.*2.2*23-cüil tarixli *1231****58979 saylı gömrük bəyannaməsinə əsasən 2464* ABŞ dolları, 17.*2.2*23-cü il tarixli *1231****62**8 saylı gömrük bəyannaməsinə əsasən 2464* ABŞ dolları, 17.*2.2*23-cü il tarixli *1231****61895 saylı gömrük bəyannaməsinə əsasən 2464* ABŞ dolları, 17.*2.2*24-cü il tarixli 17.*2.2*23-cü il tarixli *12331****61885 saylı gömrük bəyannaməsinə əsasən 2464* ABŞ dolları, 17.*2.2*23cü il tarixli *1231****61948 saylı gömrük bəyannaməsinə əsasən 2464* ABŞ dolları və 17.*2.2*23-cü il tarixli *1231****61921 saylı gömrük bəyannaməsinə əsasən 2464* ABŞ dollar məbləğində mallar “Cavabdeh şirkəti tərəfindən İddiaçı MMC-yə göndərilmişdir.

15. "xxxx" ASC-nin 22.*6.2*23-cü il tarixli ödəniş tapşırığına əsasən iddiaçı Çin XRP 2282,5 ABŞ dolları məbləğində hüquqi xidmətə görə ödəniş edilmişdir.

16. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır.

17. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

18. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.

19. Həmin Məcəllənin 575.1-ci maddəsinə əsasən əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər.

20. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.

21. Həmin Məcəllənin 6**.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir.

22. Həmin Məcəllənin 6**.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

23. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

24. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

25. Tərəflər arasında bağlanmış 19.1*.2*22-ci il tarixli JW-BM-1*19 nömrəli alqısatqı müqaviləsinin 1.1-ci bəndinə əsasən Satıcı əvvəlcədən elektron yazışma və ya şifahi razılaşdıraraq proforma-invoysda göstərilən malları (bundan sonra “Mallar” adlandırılacaq) satır, Alıcı isə həmin malları alır və bunun müqabilində Satıcıya bu müqavilə ilə müəyyən edilmiş məbləğdə və qaydada ödəniş etməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.2-ci bəndində isə qeyd edilir ki, ödəniş üsulu və müddəti – hər dəfə təqdim ediləcək proforma-invoysda qeyd ediləcək. Ödəniş əvvəlcədən edildiyi təqdirdə, Malların yüklənməsi ödəniş Satıcının bank hesabına köçürüldüyü gündən başlanır və Malların yüklənmə müddəti 1* gündən çox olmamalıdır.

26. İş materialları əsasında müəyyən olundu ki, iddiaçı tərəfindən cavabdehə 19.1*.2*22-ci il tarixli JW-BM-1*19 nömrəli alqı-satqı müqaviləsinə əsasən 68*.*64 ABŞ dolları məbləğində ödənişlər edilmiş, cavabdeh isə həmin ödəniş müqabilində iddiaçıya cəmi 147.84* ABŞ dolları məbləğində mallar göndərilmişdir, yerdə qalan 532.224 ABŞ dolları məbləğinə dair cavabdeh tərəfindən nə mallar göndərilmiş, nə də pul məbləği iddiaçıya geri qaytarılmamışdır.

27. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla – müqavilə, ödəniş qəbzləri ilə təsdiqini tapdığı üçün iddia tələbinin 532224 ABŞ dolları məbəğində borca dair təmin olunması üçün əsaslar mövcuddur.

28. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə iddiaçıya 532224 ABŞ dolları əsas bоrcu yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 532224 ABŞ dolları məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.

29. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 4** manat məbləğində mediasiya xərci, 795 manat məlbəğində dövlət rüsumu və hüquqi xidmətə görə 2282,5 ABŞ dolları məbləğində pul vəsaiti iddiaçı tərəfindən ödənilmişdir.

30. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

31. Digər tərəfdən MPM-in:

32. 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.

33. 1*7-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

34. 115.*.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir.

35. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunun da daxil edildiyi nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir.

36. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

37. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

38. Odur ki, hazırkı qiyabi qətnamə ilə iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinin və dövlət rüsumunun əvəzi olaraq 1195 manat və hüquqi xidmətə görə ödənilmiş 2282, ABŞ dolları məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

V. Nəticə:

39. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-22*, 227, 233, 36*-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh Çin Xalq Respublikasının hüquqi şəxsi olan *5***437478 qeydiyyat nömrəli “Cavabdeh şirkətindən 19/1*/2*22-ci il tarixli alqı-satqı müqaviləsi üzrə ödənilmiş 532.224 (beş yüz otuz iki min iki yüz iyirmi dörd) ABŞ dolları pul vəsaiti, hüquqi yardım xərcinin əvəzi olaraq 2282,5 (iki min iki yüz səksən iki ABŞ dolları 5* sent) ABŞ dolları və mediasiya xərcinin/dövlət rüsumunun əvəzi olaraq 1195 (bir min yuz doxsan beş) manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 1* (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 ay müddətində - qiyabi qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar