Məhkəmə qərarları › İş №e-2-2(113)-1500/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1500/2021

15.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1500/2021 15.04.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı (İddiaçı MMC) Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2500 manat pul və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 2530 manat pulun cavabdehdən alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (VÖEN: **********) ilə Cavabdeh MMC (VÖEN: **********) arasında bağlanmış xx xxxxxx 2020-ci il tarixli 001 saylı müqaviləyə əsasən iddiaçı cavabdehin müəssisəsində AZS İSO 9001:2009 (İSO 9001:2015), AZS 0** EN ***01(İSO 14001:2015) və AZS CTБ 18001:2008(OHSAS 18001:2007) standartlarının tələblərinə uyğun tətbiq edilmiş idarəetmə sistemlərinin sertifikatlaşdırılmasını və 2021 və 2022-ci illər üçün sertifikatlaşdırılmış idarəetmə sistemlərinin fəaliyyətinə inspeksiya nəzarətinin həyata keçirilməsini öz üzərinə götürüb. İddiaçı istinad edilən müqavilənin 1.1-ci bəndinin tələbinə uyğun olaraq cavabdehin müəssisəsində AZS İSO 9001:2009 (İSO 9001:2015), AZS 0** EN ***01 (İSO 14001:2015) və AZS CTБ 18001:2008 (OHSAS 18001:2007) standartlarının tələblərinə uyğun tətbiq edilmiş idarəetmə sistemlərinin sertifikatlaşdırılmasını aparsa da, cavabdeh müqavilənin 2.1-ci bəndində nəzərdə tutulan 4500 AZN əvəzinə iddiaçının hesabına 2000 AZN ödəmiş və qalan 2500 AZN məbləği ödəməkdən imtina etmişdir. Bu bərədə Cavabdeh MMC-nin direktoruna 02/P-20 saylı, xx xxxxxx 2020-ci il tarixli pretenziya məktubu göndərilərək pretenziya məktubu ünvan üzrə daxil olduğu vaxtdan 5 gün müddətində müqavilə öhdəliyinin icra edilərək 2500 AZN pulun ödənilməsi tələb edilib, həmçinin əks təqdirdə cavabdeh müəssisəyə qarşı iddia qaldırılacağı və bu zaman məhkəmə xərclərinin də cavabdehdən tələb ediləcəyi cavabdeh təşkilatın direktorunun diqqətinə çatdırılıb. Lakin cavabdeh təşkilat tələb edilən pul məbləğini ödəməkdən imtina etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia ərizəsinə əlavəni məhkəməyə təqdim edərək cavabdeh tərəfindən 500 manat məbləğində borcun ödənildiyini bildirmiş və cavabdehdən 2000 manat pulun tutulmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehnə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmdan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş: - Cavabdeh MMC (sifarişçi) ilə İddiaçı MMC (icraçı) arasında xx.xx.2020- ci il tarixdə bağlanan 001 saylı müqaviləyə əsasən keyfiyyəti idaretmə sisteminin sertifikatlaşdırılması və 2021 və 2022-ci illər üçün sertifikatlaşdırılmış keyfiyyət idarəetmə sisteminin fəaliyyətinə inspeksiya nəzarətinin həyata keçirilməsinə dair müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən icraçı sifarişçinin sifarişinə əsasən AZS İSO 9001:2009 “Keyfiyyəti idarəetmə sistemləri. Tələblər” AZS 054 EN İSO 14001(İSO 14001:2015) “Ətraf mühiti idarəetmə sistemləri” və AZS CTБ 18001-2008 (OHSAS 18001:2007) “Əməyin mühafizəsinin idarəetmə sistemləri” standartının tələblərinə uyğun tətbiq olunmuş idarəetmə sistemlərinin sertifıkatlaşdırılmasını və sertifikatlaşdırılmış idarəetmə sistemlərinin fəaliyyətinə 2021 və 2022-ci illər üçün inspeksiya nəzarətini həyata keçirməyi, sifarişçi isə görülmüş sertifıkatlaşma işlərinə görə icraçıya 4500 AZN ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən “Sifarişçi” müqavilə imzalandıqdan sonra (işlər başlamadan öncə) avans olaraq müqavilə dəyərinin 100%-ni (4500 AZN) “İcraçı” tərəfindən təqdim olunmuş hesaba əsasən 5 iş günü ərzində “İcraçı”ya köçürmə yolu ilə ödəyir. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən 2020 və 2021-ci illər üçün AZS İSO 9001:2009 “Keyfiyyəti idarəetmə sistemləri. Tələblər” AZS 054 EN İSO 14001(İSO 14001:2015) “Ətraf mühiti idarəetmə sistemləri” və AZS CTБ 18001-2008 (OHSAS 18001:2007) “Əməyin mühafizəsinin idarəetmə sistemləri” standartının tələblərinə uyğun tətbiq olunmuş idarəetmə sistemlərinin fəaliyyətinə inspeksiya nəzarətinin keçirilməsi üçün hər il 1000 AZN ödəyir. Həmin müqavilənin 2.4-cü bəndinə uyğun olaraq üç il tamam olduqdan sonra sertifikatın qüvvədə olma müddətinin uzadılması məqsədilə idarəetmə sistemlərinin təkrar yoxlanılmasını həyata keçirmək üçün yeni müqavilə bağlanacaq və onun əsasında da sertifikatlaşdırma yoxlaması aparılacaq. Həmin müqavilənin 2.5-ci bəndinə əsasən ödəniş, görülməli olan işlərin dəyəri haqqında hesab təqdim edildikdən sonra, nağdsız hesablaşma üzrə, 100% əvvəlcədən ödəmə ilə yerinə yetirilir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. - xx.xx.2020-ci il tarixli Cavabdeh MMC-də İSO 9001:2015 standartı əsasında tətbiq edilən keyfiyyəti idarəetmə sisteminin sertifikatlaşdırma auditinin nəticələri əsasında qiymətləndirilməsi barədə aktdan görünür ki, icraçı tərəfindən xx.xx.2020-ci il tarixli müqavilə əsasında xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə sifarişçi müəssisədə aparılmış audit yoxlamasının nəticəsində Cavabdeh MMC-də donma temperaturu aşağı olan soyuducu mayelərin istehsalına və satışına tətbiq edilən keyfiyyəti idarəetmə sistemlərinin İSO 9001:2015 standartına uyğun olması qeyd olunmuşdur. Akt həm icraçının, həm də sifarişçinin səlahiyyətli nümayəndələri tərəfindən imza və möhürlə təsdiq edilmişdir. - xx.xx.2020-ci il tarixli Cavabdeh MMC-də İSO 9001:2015 standartı əsasında tətbiq edilən keyfiyyəti idarəetmə sisteminin sertifikatlaşdırma auditinin nəticələri əsasında qiymətləndirilməsi barədə aktdan görünür ki, icraçı tərəfindən xx.xx.2020-ci il tarixli müqavilə əsasında xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə sifarişçi müəssisədə aparılmış audit yoxlamasının nəticəsində Cavabdeh MMC-də donma temperaturu aşağı olan soyuducu mayelərin istehsalına və satışına tətbiq edilən AZS 054 EN İSO 14001(İSO 14001:2015) “Ətraf mühiti idarəetmə sistemləri” və AZS CTБ 18001-2008 (OHSAS 18001:2007) “Əməyin mühafizəsinin idarəetmə sistemləri” standartlarına uyğun olması qeyd olunmuşdur. Akt həm icraçının, həm də sifarişçinin səlahiyyətli nümayəndələri tərəfindən imza və möhürlə təsdiq edilmişdir. - İddiaçı MMC xx.xx.2020-ci il tarixli, 02/P-20 saylı məktubla pretenziya qaydasında cavabdehə müraciət edərək, müqavilə üzrə yaranmış 2500 manat məbləğində borcun ödənilməsini xahiş etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət etmək zərurətinin yaranacağını bildirmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, müqavilə azadlığı prinsipinə uyğun olaraq tərəflər arasında keyfiyyəti idaretmə sisteminin sertifikatlaşdırılması və 2021 və 2022-ci illər üçün sertifikatlaşdırılmış keyfiyyət idarəetmə sisteminin fəaliyyətinə inspeksiya nəzarətinin həyata keçirilməsinə dair müqavilə bağlanmış, müqaviləyə əsasən iddiaçı üzərinə düşən öhdəlikləri tam icra edərək, müqavilədə nəzərdə tutulmuş xidmətləri göstərsə də, cavabdeh göstərilmiş xidmətin dəyərini tam ödəməmiş, bununla da müqavilə öhdəliklərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386-cı maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Tərəflər arasında bağlanmış müqavilənin 2.2-ci bəndinə əsasən “Sifarişçi” müqavilə imzalandıqdan sonra (işlər başlamadan öncə) avans olaraq müqavilə dəyərinin 100%-ni (4500 AZN) “İcraçı” tərəfindən təqdim olunmuş hesaba əsasən 5 iş günü ərzində “İcraçı” ya köçürmə yolu ilə ödəyir. Sifarişçi tərəfindən 2000 manat və 500 manat olmaqla, cəmi 2500 manat pul vəsaiti icraçının hesabına köçürülsə də, qalan 2000 manat ödənilməmişdir. Məhkəmə sadalanan qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin müqaviləyə əsasən göstərilmiş xidmətin dəyərini – 2000 manat məbləğində pul vəsaitini ödəməməklə müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdehndən 2000 manat (iki min) məbləğində pul İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı qətnamə ilə iddianin təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 2000 (iki min) manat əsas borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat olmaqla, cəmi 2030 (iki min otuz) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar