Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1501/2020 31.08.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Xasayeva İradə Ədalət qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh X3 qarşı borcun tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 xx.xx.2019-cu il tarixli 01163A/2019 nömrəli alğı-satqı müqaviləsi əsasında yaranmış 15.552 manat məbləğində əsas borcun , illik 5% olmaqla bir ilə görə 778 manat faiz borcun, əldən çıxmış fayda olaraq 1.000 manat olmaqla, cəmi 17.330 manat məbləğində pul vəsaitinin və 30 manat dövlət rüsumunun tutularaq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə cavabdeh hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan X4 arasında xx.xx.2019-cu il tarixdə 01163A/2019 nömrəli alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı MMC tərəfindən cavabdeh X3 xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2020-ci il tarixlərdə ümumi dəyəri 19563 manat məbləğində olan spirtli içkilər satılmışdır. Həmin ümumi məbləğdən 4010 manat cavabdeh tərəfindən İddiaçı MMC-nin bank hesabına ödənilmişdir. Qalan 15552 manat məbləğində vəsait isə bugünə qədər ödənilməmişdir. Qeyd edilən mübahisə kommersiya mübahisəsi olduğundan, Azərbaycan Respublikası MPM-nin tələblərinə uyğun olaraq xx.xx.2020-ci il tarixdə İddiaçı MMC tərəfindən X2 hüquqi ünvanına poçt vasitəsilə pretenziya məktubu göndərilmişdir. Həmin məktub poçt tərəfindən xx.xx.2020-ci il tarixdə İddiaçı MMC-yə qaytarılmış və qaytarılma səbəbi kimi “hüquqi ünvanda olmadığı” bildirilmişdir. Digər tərəfdən alğı-satqı müqaviləsində qeyd edilən ünvana pretenziya məktubu göndərilmişdir. Həmin məktub da“bu ünvanda yaşamır” qeydi ilə geri qaytarılmışdır. Cavabdeh X4 İddiaçı MMC-nin pul vəsaitini ödəməkdən boyun qaçırdığına görə onun sahibkarlıq fəaliyyətinə ciddi şəkildə zərər vurmuşdur. Belə ki, iddiaçı topdan satış şirkəti olaraq məhsulları əldə edib cavabdeh və onun kimi yüzlərlə şəxslərə satır. Belə halda 15.552 manat məbləğində vəsaitin ödənilməməsi iddiaçının adi mülki dövriyyədən əldə edə biləcəyi gəlirlərdən məhrum etmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Sonradan iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək cavabdeh X1 xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən yaranmış 15.552 manat məbləğində əsas borcun, 389 manat məbləğində faizin, cəmi 15.941 manat məbləğində pul vəsaitinin və 30 manat dövlət rüsumunun tutularaq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək dəqiqləşdirilmiş iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının nümayəndəsinin razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: “xxxx” MMC (satıcı) ilə X4 (alıcı) arasında 06 fevral 2016-cı il tarixdə 01163A/2019 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin: - 1.1-ci bəndinə əsasən satıcı standart və texniki şərtlərə cavab verən şərab (kəmşirin, şirin), tünd spirtli içkiləri alıcıya satmağı, alıcı isə həmin malları qəbul etməyi və müqavilənin şərtlərinə uyğun ödənişi həyata keçirməyi öhdəsinə götürmüşdür. Müqavilə hər iki tərəfin imzası və iddiaçının möhürü ilə təsdiq edilmişdir. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən “xxxx” MMC tərəfindən X3 4.010,87 manat məbləğində malların təqdim edilməsinə dair xx.xx.2019-cu il tarixli, EAAQ seriyalı, 094311 saylı; 5.952,45 manat məbləğində malların təqdim edilməsinə dair xx.xx.2019-cu il tarixli, EBAD seriyalı, 527409 saylı, 9.599,76 manat dəyərində olan malların təqdim edilməsinə dair xx.xx.2020-ci il tarixli, EBAG seriyalı, 523846 saylı elektron qaimələr tərtib edilərək elekton sistem vasitəsilə cavabdehə göndərilmişdir. “xxxx”MMC pretenziya qaydasında məktublaX3 müraciət edərək, xx xxxxxx 2019-cu il tarixli, 01163A/2019 saylı alqı-satqı müqaviləsi üzrə təhvil verilmiş mallara görə 15.552 manat məbləğində borcunun 5 gün ərzində ödənilməsini xahiş etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağını bildirmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı “xxxx” MMC ilə cavabdehX4arasında xx.xx.2019-cu il tarixli 01163A/2019 saylı alqı-satqı müqaviləsinəəsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqavilədə göstərilmiş malları cavabdehə təhvil verərək üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh iddiaçı tərəfindən təqdim edilmiş malların dəyərini tam ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Hal-hazırda X2 göstərilən müqavilə üzrə “xxxx” MMC-yə olan borcu 15.552 manat təşkil edir. Məhkəmə qeyd edir ki, hazırkı iddianın qanuni əsasını Mülki Məcəllənin 567-ci maddəsi təşkil edir. Həmin maddəyə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Belə olan halda məhkəmə cavabdehin müqaviləyə əsasən verilmiş malların dəyərinin ödəməməklə müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdeh X1 15.552 manat məbləğində pul tutularaq “xxxx” MMC-yə ödənilməlidir. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə həmçinin Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən öhdəliyin icra edilməsinin gecikdirilməsinə görə 389 manat pulun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxxx 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir. Məhkəmə cavabdeh X4 pul öhdəliyinin icrasını 6 aydan artıq müddət ərzində gecikdirildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı “xxxx” MMC Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən pul öhdəliyinin icrasının gecikdirilməsinə görə illik 5 % hesabı ilə altı aylıq müddət üçün 389 manat məbləğində pulun ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı qətnamə ilə iddianin təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 01163A/2019 nömrəlisaylı alqı-satqı müqaviləsi üzrə 15.552 manat məbləğində borc, 389 manat məbləğində faiz borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul cavabdeh X1 tutularaq iddiaçı “xxxx” MMC ödənilməlidir. Nəticə hissəsi Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh X1 15.552 (on beş min beş yüz əlli iki) manat məbləğində əsas borc, 389 (üç yüz səksən doqquz) manat məbləğində faiz borcu, cəmi 15.941 (on beş min doqquz yüz qırx bir) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-1501/2020
Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-1501/2020
31.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver