Məhkəmə qərarları › İş №e-2-2(113)-1501/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1501/2024

16.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1501/2024 16.09.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı “X2 San.TİC.LTD.ŞTİ”-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, mediasiya xərci, iddia müddəti) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Məmmədzadə Nilgün Azər qızının katibliyi ilə, İddiaçının nümayəndəsi Vəkil2 Cavabdehin nümayəndəsi Vəkil3 iştirakı ilə, İddiaçı “X2 San.TİC.LTD.ŞTİ”-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə açıq məhkəmənin iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı “X4 Kozmetik San. TİC.LTD.ŞTİ” MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" MMC-dən satılmış mallara görə yaranmış 27624,10 ABŞ dolları (46690 manat) (dolların ekvivalenti ödəniş gününə Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla) borcun, 400 manat mediasiya xərcinin tutulub iddiaçı “X4 Kozmetik San. TİC.LTD.ŞTİ” MMC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı “X4 KOZMETİK SAN. TİC.LTD.ŞTİ” MMC şirkəti xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixinədək müxtəlif vaxtlarda cavabdeh "xxxx" MMC-nə ilə əməkdaşlıq edərək aralarında bağlanmış müqavilələrə əsasən toplam 135533,10 ABŞ dolları məbləğində dərman və kosmetik malları Türkiyə Respublikasından Azərbaycana ixrac etmiş, bunlar gömrük bəyannamələri ilə təsdiqini tapır. "xxxx" MMC məhsulları qəbul etməsinə baxmayaraq həmin mallara görə şirkətə cəmi 135533,10ABŞ dollardan 107909 ABŞ dolları ödəniş etmiş, qalan 27624,10 ABŞ dolları məbləğini (46690 manat) ödəməmişdir. Bu vaxt ərzində şirkətin rəhbərliyi müxtəlif bəhanələrlə yayınmış telefon zənglərinə cavab verməmişdir. İki ildən sonra isə yenə pulu tələb etməyinə baxmayaraq cəmiyyət pulunu ödəməkdən imtina edir və bildirir ki, pulu hansısa bir adama nağd vermiş və şirkətə heç bir veriləcək vəsaiti yoxdur. Şirkət Türkiyədən çıxan mallara görə vergi və sair hesabatlar verməlidir. Şirkət olaraq pulu kiməsə nağd şəkildə ödənilməsində maraqlı olmamış və şirkət tərəfindən pulu almaq üçün hər hansı fiziki və ya hüquqi şəxsə etibarnamə verilməmişdir. Gətirilmiş mallara görə şirkətə cəmiyyətin hesabından xx.xx.2018-ci il tarixdə 30000 ABŞ dolları, xx.xx.2018-ci il tarixdə 16350 ABŞ dolları, xx.xx.2019-ci il tarixdə 6989 ABŞ dolları, xx.xx.2020-ci il tarixdə 18160 ABŞ dolları, xx.xx.2020-ci il tarixdə 10000 ABŞ dolları, xx.xx.2020-ci il tarixdə 14060 ABŞ dolları, xx.xx.2020-ci il tarixdə 12350ABŞ dolları, cəmi 107909 ABŞ dolları ödəniş olunmuşdur. Qalan 27624,10 ABŞ dolları (46690 manat) borc ödənilməmişdir. Bakı şəhər prokurorluğuna müraciət edilmiş, prokurorluq xx.xx.2023-cü il tarixli 23-0000-xx-xx-004258 nömrəli məktubla, işin mülki mühakimə qaydasında baxılmasını və yalnız məhkəmə işə baxarkən, prosses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxardığı təqdirdə o, bu barədə xüsusi qərardadla prokurora xəbər verilməsi barədə cavab yazmışdır. İddiaçı pretenziya məktubu göndərmiş və məsələnin mübahisəsiz həlli üçün mediasiya şurasına müraciət etmişdir. Cavabdeh mediasiya sesiyalarında iştirak etməmişdir. 6 saylı Mediasiya təkilatından arayış təqdim edilmişdir.

3. Cavabdehin nümayəndəsi Nümayəndə2 tərəfindən xx.xx.2024-cü il tarixində iddia tələbinə dair etiraz ərizəsi təqdim edilmiş və etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı iddia ərizəsində xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixinədək müxtəlif vaxtlarda cavabdeh "xxxx" MMC ilə əməkdaşlıq edərək aralarında bağlanmış müqavilələrə əsasən toplam 135.533,10 ABŞ dolları məbləğində dərman və kosmetik malları Türkiyə Respublikasından Azərbaycana ixrac etdiyini, cavabdehin məhsulları qəbul etməsinə baxmayaraq həmin mallara görə 27.624,10 ABŞ dolları məbləğini (46690 manat) ödəmədiyini göstərmişdir. Məhkəməyə təqdim edilmiş gömrük bəyannamələrində və ödəniş qəbzlərində malların Azərbaycana ixrac edilməsinin, tərəflər arasında olan alqı-satqı münasibətlərinin və cavabdehin iddiaçıya etdiyi ödəniş qəbzlərində hüquqi əsas olaraq kimi 01 saylı xx.xx.2018-ci il tarixli müqavilənin olduğu göstərilmişdir. Məhkəmə iclasının gedişatında Bakı Kommersiya Məhkəməsi tərəfindən Dövlət Gömrük Komitəsinə müraciət edilərək, “X2 X3. TİC.LTD.ŞTİ” MMC tərəfindən Cavabdeh MMC-yə (VÖEN **********) 2018-2020-ci illər ərzində göndərilən mallarla bağlı gömrük bəyanamələrinin və onlara aid olan mövcud olan sənədlərin məhkəməyə təqdim edilməsi xahiş edilmişdir. Dövlət Gömrük Komitəsi tərəflər arasında 2018-2020-ci illər ərzində olan gömrük əməliyyatlarına aid bəyanamə, müqavilə, invoislər və sair mövcud olan sənədləri elektron daşıyıcıda məhkəməyə təqdim etmişdir. Həmin sənədlərlə tanış olunmuş, və bir daha təsdiq edilmişdir ki, tərəflər arasında 01 saylı xx.xx.2018-ci il tarixli müqavilə bağlanmışdır. Tərəflər həmin müqavilənin 10-cu bəndində mövcud qanunvericilik və arbitraj ilə bağlı şərtlər müəyyən etmişlər. Həmin müqavilənin 10.2-ci bəndinə görə bütün mübahisəli məsələlər X1 Məhkəməsində həll oluna bilər və Ali İqtisad Məhkəməsinin qəbul etdiyi qərar hər iki tərəf üçün mütləq və sonuncudur.

4. Daha sonra cavabdehin nümayəndəsi iddia müddətinin tətbiqinə dair ərizə təqdim etmiş və ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı şirkət cavabdeh "xxxx" MMCyə qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə elektron qaydada xx.xx.2024-cü il tarixdə Bakı Kommersiya Məhkəməsinə müraciət edilmiş, məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia ərizəsi məhkmənin icraatına qəbul edilmişdir. İddia alqı-satqı müqaviləsini, münasibətlərini tənzimləyən maddələr ilə əsaslandırılmış və iddia göstərilmişdir ki, xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixinədək müxtəlif vaxtlarda cavabdeh "xxxx" MMC ilə əməkdaşlıq edərək aralarında bağlanmış müqavilələrə əsasən toplam 135533,10 ABŞ dolları məbləğində dərman və kosmetik malları Türkiyə Respublikasından Azərbaycana ixrac edilmiş, cavabdeh məhsulları qəbul etməsinə baxmayaraq həmin mallara görə xx.xx.2018-ci il tarixdə 30000 ABŞ dolları, xx.xx.2018-ci il tarixdə 16350 ABŞ dolları, xx.xx.2019-ci il tarixdə 6989 ABŞ dolları, xx.xx.2020-ci il tarixdə 18160 ABŞ dolları, xx.xx.2020-ci il tarixdə 10000 ABŞ dolları, xx.xx.2020-ci il tarixdə 14060 ABŞ dolları, xx.xx.2020-ci il tarixdə 12350 ABŞ dolları, cəmi 107909 ABŞ dolları ödəniş olunmuş, qalan 27624,10 ABŞ dolları məbləğini (46690 manat) ödənilməmişdir. İlk əvvəl bildirilir ki, iddiaçı iddia ərizəsində göstərdiyi hallar barəsində iddia ərizəsinə əlavə etdiyi sənədlərin haması xarici dildə - türk dilindədir, tərcümə olunmamışdır və adi surətlərdən ibarətdir. İddiaçının məhkəməyə təqdim etdiyi dekontların surətlərindən görünür ki, cavabdeh xx.xx.2018-ci il tarixdə 30000 ABŞ dolları, xx.xx.2018-ci il tarixdə 16350 ABŞ dolları, xx.xx.2019-ci il tarixdə 6989 ABŞ dolları, xx.xx.2020-ci il tarixdə 18160 ABŞ dolları, xx.xx.2020-ci il tarixdə 10000 ABŞ dolları, xx.xx.2020-ci il tarixdə 14060 ABŞ dolları, xx.xx.2020-ci il tarixdə 12350 ABŞ dolları, cəmi 107909 ABŞ dolları iddiaçıya ödəniş etmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi xx.xx.2018-ci il tarixli 446092 saylı faturanın surətində 29937.80 ABŞ dolları malın satıldığı, xx.xx.2018-ci il tarixli gömrük bəyannaməsinin surətində göndərildiyi, xx.xx.2018-ci il tarixli 446099 saylı faturanın surətində 16478.50 ABŞ dolları malın satıldığı, xx.xx.2018-ci il tarixli gömrük bəyannaməsinin surətində göndərildiyi, xx.xx.2018-ci il tarixli 446104 saylı faturanın surətində 16.80 ABŞ dolları malın satıldığı, xx.xx.2018-ci il tarixli gömrük bəyannaməsinin surətində göndərildiyi, xx.xx.2018-ci il tarixli 446106 saylı faturanın surətində 14060 ABŞ dolları malın satıldığı, xx.xx.2018-ci il tarixli gömrük bəyannaməsinin surətində göndərildiyi, xx.xx.2019-cu il tarixli 446134 saylı faturanın surətində 17000 ABŞ dolları malın satıldığı, xx.xx.2019-cu il tarixli gömrük bəyannaməsinin surətində göndərildiyi, xx.xx.2019-cu il tarixli 446150 saylı faturanın surətində 18160 ABŞ dolları malın satıldığı, xx.xx.2019-cu il tarixli gömrük bəyannaməsinin surətində göndərildiyi, xx.xx.2019-cu il tarixli 446215 saylı faturanın surətində 12350 ABŞ dolları malın satıldığı, xx.xx.2019-cu il tarixli gömrük bəyannaməsinin surətində göndərildiyi, xx.xx.2020-ci il tarixli GİB**********011 saylı faturanın surətində 10100 ABŞ dolları malın satıldığı, xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsinin surətində göndərildiyi və xx.xx.2020-ci il tarixli GİB**********059 saylı faturanın surətində 17430 ABŞ dolları malın satıldığı, xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsinin surətində göndərildiyi qeyd edilmişdir. Bundan başqa iş materiallarında olan Bakı 2 saylı Mediasiya Təşkilatının xx.xx.2023-cü il tarixli arayışından görünür ki, iddiaçı xx.xx.2023-cü il tarixdə mediasiya təşkilatına müraciət etmiş, xx.xx.2023-cü il tarixdə ilkin mediasiya sessiyası keçirilmiş, cavabdeh həmin sessiyada iştirak etməmiş və bu barədə hazırki arayış tərtib edilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə “borc” tələbinə dair iddia ilə məhkəməyə müraciət edərkən 3 ildən çox müddət keçmiş və iddia müddətini ötürmüşdür. Ona görə də hazırkı iddiyaya dair kommersiya işi üzrə iddia müddəti tətbiq edilməlidir. Belə ki, yuxarıda sadalanandan göründüyü kimi iddiaçı iddia edir ki, cavabdeh arasında birinci alqı-satqı müqaviləsi xx.xx.2018-ci il tarixdə, sonuncu alqı-satqı müqaviləsi isə xx.xx.2020-ci il tarixdə bağlanmış və iddia ərizəsinə əlavə etdiyi gömrük bəyannamələrinin surətlərinə əsasən malları cavabdehə təqdim etmişdir. Birinci tarixdən təxminən 5 (beş) il 4 (dörd) ay, sonuncu - xx.xx.2020-ci il tarixdən isə 3 (üç) il 10 (on) aydan çox müddət keçdikdən sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Qeyd olunanlardan göründüyü kimi iddiaçı xx.xx.2024-cü il tarixdə “borc” tələbinə dair iddia ilə məhkəməyə müraciət edərkən 3 ildən çox müddət keçmiş və iddia müddətini ötürmüşdür. Yuxarıda göstərilənlərə əsasən, iddiaçı şirkətin cavabdeh "LİLİT” MMC-yə qarşı “borc” tələbinə dair iddia ilə bağlı e-2-2(113)-1501/2024 saylı kommersiya işi üzrə iddia müddətini tətbiq edilməklə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

II. Tərəflərin mövqeləri:

5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi məhkəməyə təqdim edilən etiraz və iddia müddətinin tətbiq edilməsi barədə ərizələrin məzmununa uyğun çıxış edərək iddianın rədd edilməsini xahiş etdi.

III.Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. İddiaçının məhkəməyə təqdim etdiyi xx.xx.2018-ci il tarixli 446092 saylı faturanın surətində 29937.80 ABŞ dolları malın satıldığı, xx.xx.2018-ci il tarixli gömrük bəyannaməsinin surətində göndərildiyi, xx.xx.2018-ci il tarixli 446099 saylı faturanın surətində 16478.50 ABŞ dolları malın satıldığı, xx.xx.2018-ci il tarixli gömrük bəyannaməsinin surətində göndərildiyi, xx.xx.2018-ci il tarixli 446104 saylı faturanın surətində 16.80 ABŞ dolları malın satıldığı, xx.xx.2018-ci il tarixli gömrük bəyannaməsinin surətində göndərildiyi, xx.xx.2018-ci il tarixli 446106 saylı faturanın surətində 14060 ABŞ dolları malın satıldığı, xx.xx.2018-ci il tarixli gömrük bəyannaməsinin surətində göndərildiyi, xx.xx.2019-cu il tarixli 446134 saylı faturanın surətində 17000 ABŞ dolları malın satıldığı, xx.xx.2019-cu il tarixli gömrük bəyannaməsinin surətində göndərildiyi, xx.xx.2019-cu il tarixli 446150 saylı faturanın surətində 18160 ABŞ dolları malın satıldığı, xx.xx.2019-cu il tarixli gömrük bəyannaməsinin surətində göndərildiyi, xx.xx.2019-cu il tarixli 446215 saylı faturanın surətində 12350 ABŞ dolları malın satıldığı, xx.xx.2019-cu il tarixli gömrük bəyannaməsinin surətində göndərildiyi, xx.xx.2020-ci il tarixli GİB**********011 saylı faturanın surətində 10100 ABŞ dolları malın satıldığı, xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsinin surətində göndərildiyi və xx.xx.2020-ci il tarixli GİB**********059 saylı faturanın surətində 17430 ABŞ dolları malın satıldığı, xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsinin surətində göndərildiyi qeyd edilmişdir.

9. Dövlət Gömrük Komitəsi tərəfindən təqdim edilmiş gömrük bəyanamələrindən görünür ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2018-ci il tarixindən xx.xx.2020-ci il tarixinə kimi müxtəlif tarixlərdə mallar göndərilmişdir.

10. İşdə olan dekontların surətlərindən görünür ki, cavabdeh xx.xx.2018-ci il tarixdə 30000 ABŞ dolları, xx.xx.2018-ci il tarixdə 16350 ABŞ dolları, xx.xx.2019-ci il tarixdə 6989 ABŞ dolları, xx.xx.2020-ci il tarixdə 18160 ABŞ dolları, xx.xx.2020-ci il tarixdə 10000 ABŞ dolları, xx.xx.2020-ci il tarixdə 14060 ABŞ dolları, xx.xx.2020-ci il tarixdə 12350 ABŞ dolları, cəmi 107909 ABŞ dolları iddiaçıya ödəniş etmişdir.

11. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia rədd edilməlidir.

12. Hazırkı mübahisə xarici elementli olduğundan (iddiaçı xarici ölkədə vergi ödəyicisi kimi qeydiyyata alınmış hüquqi şəxs olduğundan, eləcə də mübahisə xarici ölkədə şifahi qaydada (razılaşdırılmış) bağlanılmış (alqı-satqı) malların satılmasına dair müqaviləsindən irəli gəldiyindən) məhkəmə tərəfindən ilk növbədə Azərbaycan Respublikası Məhkəmələrinin həmin mübahisəyə baxmağa səlahiyyətli olub-olmaması müəyyən edilməlidir.

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 440.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun.

14. Həmin Məcəllənin 443.0-cı maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan həmçinin aşağıdakı işlərə baxmağa haqlıdır:

15. 443.0.1. iş üzrə birgə iddiaçılardan və ya birgə cavabdehlərdən hər hansı birinin Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və yaxud adətən gəldiyi yer olduqda;

16. 443.0.7. iddia icrası tamamilə və ya qismən Azərbaycan Respublikasının ərazisində həyata keçirilməli olan və ya həyata keçirilmiş müqavilədən irəli gəldikdə. 450.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəməsi bu bölməyə uyğun olaraq səlahiyyətli olmamasına baxmayaraq, tərəflər Azərbaycan Respublikası məhkəməsinin beynəlxalq səlahiyyətləri barədə razılığa gələ bilərlər. Belə razılıq yazılı şəkildə olmalıdır.

17. Həmin Məcəllənin 450.2-ci maddəsinə əsasən tərəflərdən birinin xarici ölkədə yaşayış yeri, iş yeri və ya onun adətən olduğu yer varsa, tərəflər bu Məcəllənin 450.1-ci maddəsinə müvafiq olaraq xarici dövlətin məhkəməsinin beynəlxalq səlahiyyəti barədə razılığa gələ bilərlər.

18. İddia ərizəsinin məzmunundan və əsaslandırmasından görünür ki, borcun yaranması tərəflər arasında şifahi qaydada razılaşdırılmış alqı – satqı münasibətləri üzrə yaranmış öhdəliklərin yerinə yetirilməməsi, yəni, satılmış malların dəyərinin ödənilməməsindən irəli gəlir. Həmin müqaviləyə görə tərəflər müqavilə ilə bağlı yaranacaq mübahisələrin həlli üzrə hər hansı şərtləri barədə razılaşmamışlar. Hazırkı iş üzrə cavabdeh Azərbaycan Respublikasının qanunlarına əsasən hüquqi şəxs kimi qeydiyyatdan keçmiş (VÖEN-i olan), Cavabdeh MMC-dir.

19. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, tərəflər hazırkı mübahisəyə Azərbaycan Məhkəmələrində baxılmalı olması barədə razılığa gəlməsələr də belə AR MPM-in müvafiq normalarında əsasən AR məhkəmələri hazırkı mübahisəyə baxmaqda haqlıdırlar.

20. İkinci müəyyən edilməli olan məsələ xarici elementli mübahisəyə hansı hüququn tətbiq edilməli olması ilə bağlıdır.

21. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflər mübahisəli müqavilədə həmin müqavilədən irəli gələn mübahisələrin hansı dövlətin hüququnun əsasında həll edilməli olması ilə bağlı şərt nəzərdə tutmamışlar.

22. “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun: 25.1-ci maddəsinə əsasən müqavilə tərəfləri arasında həmin müqaviləyə tətbiq edilməli hüquq barədə razılıq olmadığı halda, müqaviləyə aşağıda göstərilən tərəflərin təsis olunduğu, yaşadığı və ya əsasən fəaliyyət göstərdiyi ölkənin hüququ tətbiq edilir:

23. 25.1.1. alqı-satqı müqaviləsində - satıcının.

24. Belə olan halda müqavilə tərəfləri arasında həmin müqaviləyə tətbiq edilməli hüquq barədə razılıq olmadığından qanunvericiliyin tələbinə görə alqı-saqtı müqaviləsindən irəli gələn hazırkı mübahisəyə tətbiq edilməli olan hüquq satıcının təsis olunduğu və ya əsasən fəaliyyət göstərdiyi ölkənin yəni, Türkiyə Respublikasının hüququ tətbiq edilir.

25. “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun: 1.2-ci maddəsinə əsasən xarici elementli mülki hüquqi münasibətlərə tətbiq olunmalı hüquq bu Qanunla bərabər, həm də digər müvafiq qanunvericilik aktları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və ümumi qəbul olunmuş beynəlxalq adətlər, habelə tərəflərin razılığı əsasında müəyyən edilir.

26. Həmin Qanunun 2.1-ci maddəsinə əsasən xarici hüququn tətbiqi zamanı məhkəmə bu hüquq normalarının məzmununu müvafiq ölkədə onların rəsmi təfsirinə və tətbiqi praktikasına uyğun olaraq müəyyən etmək üçün bütün zəruri tədbirləri görməyə borcludur.

27. Qanunvericiliyin yuxarıda göstərilən müddəalarından da göründüyü kimi hazırki müqavilədən irəli gələn mübahisələrə hansı hüququn tətbiq edilməli olması müəyyən edildiyindən məhkəmə “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən müvafiq ölkədə onların rəsmi təfsirinə və tətbiqi praktikasına uyğun olaraq müəyyən etmək üçün bütün zəruri tədbirləri görmüşdür.

28. Belə ki, məhkəmə Türkiyə Respublikasının müvafiq sahədə hüquq normalarının məzmununu müəyyən edən sənədləri məhkəməyə təqdim edilməsini iddiaçı tərəfə təklif etmiş, eyni zamanda Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinə müraciət edərək, alqı-satqı müqaviləsi haqqında ümumi müddəaları, eləcə də mülki hüquq münasibətlərində öhdəliyinin icra edilməsi vaxtı və yeri, öhdəliklərə xitam verilməsi əsasları, (icra. Bağışlanma, müddət və s.), iddia müddəti ilə bağlı, pul vəsaitlərinin gecikdirilməsinə görə faizlərin hesablanması müddəaları əhatə edən Türkiyə Respublikasının mülki hüquq qanunvericiliyindən çıxarışların Azərbaycan dilinə tərcümə olunmuş lazımi qaydada təsdiq edilmiş surətlərinin məhkəməyə təqdim edilməsini xahiş etsə də, məhkəmənin sorğusuna cavab məktubu məhkəməyə daxil olmamışdır.

29. “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun: 2.2-ci maddəsinə əsasən bu Qanunun 2.1-ci maddəsində nəzərdə tutulmuş hərəkətlər nəticə vermədikdə və ya həddən çox xərc tələb etdikdə və proses iştirakçısı olan tərəflərdən heç biri öz tələb və etirazlarını əsaslandırmaq üçün istinad etdikləri hüquqi normaları təsdiqləyən sənədlər təqdim edə bilmədikdə məhkəmə Azərbaycan Respublikası qanunvericiliyini tətbiq edir.

30. MPM-in 28-ci maddəsinə əsasən, əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və xarici hüquqi şəxslərin iştirak etdikləri işlərə, əgər dövlətlərarası sazişlərlə, beynəlxalq müqavilələrlə və ya tərəflərin sazişi ilə digər hallar nəzərdə tutulmayıbsa, məhkəmələr baxırlar.

31. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı halda Azərbaycan Respublikasının mülki qanunvericiliyi tətbiq edilməlidir.

32. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:

33. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

34. Həmin Məcəllənin 329.2-ci və 329.3-cü maddələrinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır və şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur.

35. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

36. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir.

37. Göstərilən ərizəyə münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin 372.1-ci, 372.2-ci, 373.2-ci, 377.1, 377.2, 377.3-cü, 375.2-ci, 378 və 380.1-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Öhdəlikdə şəxslərin dəyişilməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişilməsinə səbəb olmur. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.

38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.

39. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.

40. Məhkəmə cavabdehin ərizəsinə hüquqi qiymət verərkən ilk növbədə iddiaçının hazırkı iddia tələbi üzrə müvafiq subyektiv hüquqa malik olub-olmaması məsələsini aydınlaşdırmağı zəruri hesab edir.

41. Belə ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “L.İ. Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında göstərilən hüquqi mövqeyə əsasən, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulubpozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir.

42. Məhkəmə qeyd edir ki, tərəflər arasında yazılı formada bağlanmış alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri əmələ gəldiyindən, həmin münasibətlərin davamı olaraq tərəflər arasında malların iddiaçı tərəfindən cavabdehin adına göndərilməsinə dair gömrük bəyannaməsi olduğundan məhkəmə hesab edir ki, iddiaçının borcunu tələb etmək hüququ (subyektiv tələb hüququ) yaranmışdır.

43. Məhkəmə, iddiaçının subyektiv tələb hüququna malik olmasını müəyyən etsə də, iddia tələbinin təmin edilməsini mümkün saymır. Ona görə ki, iddiaçı, MM-in 373.2-ci maddəsində nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürməklə iddia qaldırmışdır.

44. Belə ki, cavabdeh iddia müddətinin tətbiqi barədə ərizəsində iddiaçı xx.xx.2024cü il tarixdə “borc” tələbinə dair iddia ilə məhkəməyə müraciət edərkən 3 ildən çox müddət keçmiş və iddia müddətini ötürmüşdür. Ona görə də hazırkı iddiyaya dair kommersiya işi üzrə iddia müddəti tətbiq edilməlidir. Belə ki, yuxarıda sadalanandan göründüyü kimi iddiaçı iddia edir ki, cavabdeh arasında birinci alqı-satqı müqaviləsi xx.xx.2018-ci il tarixdə, sonuncu alqı-satqı müqaviləsi isə xx.xx.2020-ci il tarixdə bağlanmış və iddia ərizəsinə əlavə etdiyi gömrük bəyannamələrinin surətlərinə əsasən malları cavabdehə təqdim etmişdir. Birinci tarixdən təxminən 5 (beş) il 4 (dörd) ay, sonuncu - xx.xx.2020-ci il tarixdən isə 3 (üç) il 10 (on) aydan çox müddət keçdikdən sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Qeyd olunanlardan göründüyü kimi iddiaçı xx.xx.2024-cü il tarixdə “borc” tələbinə dair iddia ilə məhkəməyə müraciət edərkən 3 ildən çox müddət keçmiş və iddia müddətini ötürmüşdür.

45. İşdən göründüyü kimi tərəflər arasıda bağlanmış müqavilə üzrə ödənişlər cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixdə 30000 ABŞ dolları, xx.xx.2018-ci il tarixdə 16350 ABŞ dolları, xx.xx.2019-ci il tarixdə 6989 ABŞ dolları, xx.xx.2020-ci il tarixdə 18160 ABŞ dolları, xx.xx.2020-ci il tarixdə 10000 ABŞ dolları, xx.xx.2020-ci il tarixdə 14060 ABŞ dolları, xx.xx.2020-ci il tarixdə 12350 ABŞ dolları, cəmi 107909 ABŞ dolları olmuşdur. Sonuncu dəfə cavabdehə təqdim edilən mallara dair gömrük bəyannaməsinin tarixi isə xx.xx.2020-ci il tarixə təsadüf edir. Buna görə də məhkəmə hazırkı iş üzrə iddia müddətinin tətbiqi məsələsini xx.xx.2020-ci il tarixdən, yəni satıcı tərəfindən sonuncu mal sifarişini icra etdiyi (malların Azərbaycan Respublikasına çatdırıldığı) tarixdən aparılmasını (bundan sonra ödənişə dair hər-hansı sənəd mövcüd deyil) qanuna uyğun hesab edir.

46. Beləliklə, iddia müddətinin axımı xx.xx.2023-cü il tarixində başa çatmışdır. İddiaçı ilkin olaraq cavabdehə xx.xx.2023-cü il tarixdə mediasiya təklifi göndərmiş və xx.xx.2023-cü il tarixdə mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış tərtib edilmiş, o cümlədən iddia ərizəsi arayışı aldıqdan xeyli müddət sonra, xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir.

47. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

48. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

49. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

50. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

51. Həmin Məcəllənin 379.1.6-ci maddəsinə əsasən tərəflər arasında yaranmış mübahisə üzrə mediasiya prosesi tətbiq edildikdə iddia müddətinin axmı dayandırılır.

52. Həmin Məcəllənin 379.4-1ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi ilə əlaqədar dayandırılmış iddia müddətinin axımı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tarixdən davam edir.

53. Beləliklə, işin yuxarıda göstərilən halları ilə öz təsdiqini tapır ki, iddiaçı müqavilə tələbləri üçün qanunda nəzərdə tutulmuş 3 illik iddia müddətini mübahisənin mediasiya qaydasında həll edilməsi üçün müraciət etdiyi (xx.xx.2023, xx.xx.2023) tarixlərdə artıq buraxmışdır. İddia isə məhkəməyə hətta xx.xx.2024-cü il tarixində verilmişdir.

54. . Odur ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

55. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Van de Hark Niderlanda qarşı” 19 aprel 1994-cü il tarixli işində məhkəmə qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüququ tələb edir ki, məhkəmə çıxardığı qərarları əsaslandırsın. Bu o demək deyil ki, tərəflərin irəli sürdüyü hər bir arqumentə ətraflı cavab verilməlidir.

56. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır.

57. Məhkəmə hazırkı qətnamə ilə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.

V. Nəticə:

40. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddiaçı “X4 Kozmetik San. TİC.LTD.ŞTİ” MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" MMC-dən satılmış mallara görə yaranmış 27624,10 ABŞ dolları (46690 manat) (dolların ekvivalenti ödəniş gününə Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla) borcun, 400 manat mediasiya xərcinin tutulub iddiaçı “X4 Kozmetik San. TİC.LTD.ŞTİ” MMC-yə ödənilməsinə dair” iddia ərizəsi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçı “X2 San. TİC.LTD.ŞTİ”-yə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar