Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1505/2024 01.07.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun ödənilməsi və s.” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı cavabdehlər Cavabdeh2 oğluna və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada müqavilə üzrə qalıq borc olan 18.768 ABŞ dolları, əlavə çəkilmiş xərclərin əvəzi olaraq 23.750 ABŞ dolları, ümumilikdə 42.518 ABŞ dolları məbləğində borcun, həmçinin ödənilmiş 410 manat məbləğində mediasiya xərcinin İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh2 arasında 1 nömrəli 22 avqust 2022-ci il tarixli Daşınma müqaviləsi imzalanmışdır. Həmin Müqaviləyə uyğun olaraq Cavabdeh İddiaçının sifarişlərinə uyğun olaraq Koreya Respublikasından Bakı şəhərinə avtomobillərin daşınması xidmətlərini göstərməyi, İddiaçı isə Cavabdeh tərəfindən göstərilmiş xidmətlərə görə müəyyən edilmiş haqqı ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2-ci bəndinə əsasən sedan tipli avtomobilin hər birinin daşınması 2.620 ABŞ dolları, SUV tipli avtomobilin isə 2.720 ABŞ dolları təşkil edir. Cavabdeh tərəfindən göstəriləcək xidmətlərin təminatı olaraq İddiaçı ilə Cavabdeh1 (“Zamin”) arasında 11 oktyabr 2022-ci il tarixli Zaminlik müqaviləsi imzalanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən Zamin İddiaçı ilə Cavabdeh arasında bağlanmış 22 avqust 2022-ci il tarixli 1 saylı Daşınma müqaviləsinə əsasən Cavabdeh tərəfindən öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə İddiaçı qarşısında Cavabdeh ilə birgə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. 18072027 saylı, xx.xx.2022-ci il tarixli invoysa əsasən İddiaçı xx.xx.2022-ci il tarixdə 178.400 ABŞ dolları məbləğində xidmət haqqını Cavabdehin Müqavilədə göstərilən bank hesabına köçürmə ilə ödəmişdir. Ödənişin edilməsinə baxmayaraq, Cavabdeh Müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Bu səbəbdən də İddiaçı Müqavilə üzrə Cavabdehə ödəmiş olduğu xidmət haqqınının geri ödənilməsini cavabdehdən tələb etmişdir. Cavabdeh və Zamin aşağıda qeyd olunan məbləğdə ödənişləri İddiaçıya geri ödəmişdir: 25.844 manat, 42.160 manat, 102.000 manat, 17.000 manat, 15.130 manat, 24.650 manat, 9.690 manat, 20.000 manat, 8.500 manat, 1.300 manat, 5.100 manat, ümumilikdə 271.374 manat (təqribi 159,632.00 ABŞ dolları). Göründüyü kimi, cavabdehin Müqavilə üzrə qalıq borcu 18.768 ABŞ dolları təşkil edir. Yuxarıda qeyd olunanlardan başqa, cavabdeh Müqavilə üzrə avtomobil daşınmalarını vaxtında həyata keçirmədiyi üçün İddiaçıya məxsus avtomobillər Koreya Respublikası və Gürcüstan Respublikası limanlarında uzun müddət qalmış və bunun nəticəsi olaraq İddiaçı əlavə xərclər çəkmişdir. Cavabdeh Müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyi üçün, iddiaçı sifariş vermiş olduğu avtomobilləri Koreya Respublikasından Bakı şəhərinə "xxxx" MMC vasitəsilə çatdırmışdır. 4.723 ABŞ dolları – konteynerlərin saxlanması, demuraj və gecikmə xərcləri (cərimələr), 2.430 ABŞ dolları – konteynerlərin 11-xx.xx.2023-cü il tarixləri ərzində konteynerlərdən istifadə edilməsinə görə cərimə, 14.000 ABŞ dolları – avtomobillərin Poti limanında saxlanması üçün hesablanmış cərimə, 2.597 ABŞ dolları – sifarişin ləğv edilməsinə görə ödənilmiş cərimə. Göründüyü kimi, cavabdehin Müqavilə üzrə öhdəliklərini yerinə yetirməməsi səbəbindən iddiaçı əlavə olaraq 23.750 ABŞ dolları xərc çəkmişdir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi.
4. Cavabdehlər məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdehlər məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
- 390.1-ci maddəsinə əsasən Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. - 783.2-ci maddəsinin tələblərinə görə vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. - 779.1-ci maddəsinə əsasən Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. - 786.1-cı maddəsinə əsasən tapşırıq müqaviləsinin hər bir iştirakçısı istənilən vaxt müqaviləni ləğv edə bilər. Əgər müqavilə əvəzlidirsə, ləğvetməyə dair bildirişi verən tərəf digər tərəfin düşdüyü zərərin əvəzini ona ödəməlidir, bu şərtlə ki, müqavilənin ləğvinə səbəbin bilavasitə digər tərəfin hərəkəti nəticəsində baş verdiyini və ya həmin hərəkətlərlə bağlı olduğunu sübut etməsin. - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
8. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır.
9. İşin müəyyən olunmuş halı ondan ibarətdir ki, İddiaçı MMC ilə Cavabdeh2 arasında 22 avqust 2022-ci il tarixdə müqavilə bağlanmışdır.
10. Müqavilənin 1.1-ci bəndinə icraçı, sifarişçinin sifarişinə əsasən aşağıdakı əməliyyatların birini və ya bir neçəsini yerinə yetirməyi və ya onların yerinə yetirilməsini təşkil etməyi, sifarişçi isə həmin əməliyyatlar müqabilində icraçının elektron-qaiməyə uyğun tərtib etdiyi hesab-fakturaya əsasən ödəməyi öhdəsinə götürmüşdür. Hər bir əməliyyat üzrə xüsusi şərtlər və qiymətlər müqaviləyə edilən əlavələrdə öz əksini tapacaqdır. 1) ekspedisiya xidməti; 2)yüklərin daşınması; 3)gömrük və ya digər rəsmiləşdirmələrin həyata keçirilməsi; 4)yükvurma-yükboşaltma və yüklərin emalı işlərinin yerinə yetirilməsi; 5) yüklərin kəmiyyət və keyfiyyətinin yoxlanması; 6) yüklərin anbarda saxlanılması; 7) tərəflərin razılığı ilə digər əməliyyatlar.
11. Qeyd olunan müqavilənin 2.2-ci bəndindən görünür ki, xidmətlərin göstərilməsi üçün tərəflər, sedan tipli avtomobilin 1 ədədi üçün 2.620 ABŞ dolları, SUV tipli avtomobilin hər 1 ədədi üçün 2.720 ABŞ dolları məbləğində razılığa gəlmişlər.
12. Müqavilənin 2.4-cü bəndindən görünür ki, bu müqavilə üzrə göstərilən xidmətlərin dəyəri ABŞ dolları və Cənubi Koreya Respublikasından CİF Baku şərti ilə müəyyən olunur.
13. Qeyd olunan müqavilə üzrə öhdəliyin icrasının təminatı olaraq İddiaçı MMC ilə Cavabdeh1 arasında 11 oktyabr 2022-ci il tarixdə zaminlik müqaviləsi bağlanmışdır.
14. Zaminlik müqaviləsinin 1.2-ci bəndinə əsasən zaminlik ilə təmin edilən öhdəliyin həcmi 178.400 ABŞ dolları müəyyən edilmişdir.
15. Zaminlik müqaviləsinin 2.2-ci maddəsinə əsasən zamin icraçının sifarişçi qarşısındakı öhdəliklərinin yerinə yetirilməməsi və lazımınca yerinə yetirilməməsi haqqında sifarişçinin bildirişini aldığı gündən 5 gün ərzində icraçının sifarişçi qarşısındakı öhdəliklərini yerinə yetirməyə borcludur. O cümlədən daşıma müqaviləsinin pozulması nəticəsində yaranan zərərə, hesablanmış faizlərə və məhkəmə xərclərinə görə məsuliyyət daşıyır.
16. Məhkəmə iclasında tərəflərdən müqavilənin predmetinin nədən ibarət olması soruşulmuş və hər iki tərəf 65 ədəd nəqliyyat vasitəsinin Koreyadan Bakıya çatdırılması ilə bağlı olan bütün xidmətlərin göstərilməsindən ibarət olduğunu qeyd etmişlər.
17. Bu xüsusda Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqaviləyə Xidmət müqaviləsi kimi qiymət verilməlidir. Belə ki, cavabdeh tərəf 65 ədəd nəqliyyat vasitəsinin Koreyadan Bakıya çatdırılması ilə bağlı olan bütün xidmətlərin göstərilməsini öz üzərinə götürmüşdür. Lakin mülki qanunvericilikdə məhz xidmət müqaviləsi münasibətlərini tənzimləyən konkret hər hansı müddəa mövcud deyildir.
18. Ona görə də məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinin tələbləri nəzərə alınmadan iş üzrə nəticəyə gəlmək düzgün deyildir. Belə ki, həmin maddənin tələblərinə görə mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmçinin Mülki Məcəllənin 11.1-ci maddəsində təsbit olunmuşdur ki, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).
19. Qeyd olunanlara əsaslanaraq və işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə qeyd edir ki, hazırki mübahisə Mülki Məcəllənin tapşırıq müqaviləsinə aid müddəalarının qaydalarına uyğun araşdırılmalıdır.
20. Ona görə də, ilk növbədə iddianın 18.768 ABŞ dolları məbləğində pulun tutulması ilə bağlı hissəsinə qiymət verilməsini zəruri hesab edir.
21. İş materiallarına əlavə edilmiş “invoice”dan görünür ki, 65 ədəd nəqliyyat vasitəsinin gətirilməsi ilə bağlı xidmətlərin dəyəri, cəmi 178.400 ABŞ dolları müəyyən edilmişdir.
22. İşdə olan xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, 178.400 ABŞ dolları məbləğində pul iddiaçı tərəfindən Cavabdeh2a aid hesaba köçürülmüşdür.
23. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf, cavabdehin müqavilə üzrə öz öhdəliyini icra etmədiyini, nəqliyyat vasitələrinin çatdırılması ilə bağlı xidmətlərin icrasını həyata keçirmədiyini, oktyabr ayında cəmi 15 ədəd nəqliyyat vasitəsinin 4 ədəd konteyner vasitəsi ilə Koreyadan yola çıxdığını bildirərək, cavabdehə köçürülmüş olan puldan 159.632 ABŞ dolları məbləğində pulun qaytarıldığını və 18.768 ABŞ dolları borcun qaldığını bildirmişdir.
24. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 Cənubi Koreyadan cəmi 15 ədəd nəqliyyat vasitəsinin 4 ədəd konteynerlə yola salındığını, qalan nəqliyyat vasitələrinin gətirilmədiyini, 178.400 ABŞ dolları məbləğində pulun köçürüldüyünü, 159.632 ABŞ dolları məbləğində pulun qaytarıldığını və 18.768 ABŞ dolları borcun qaldığını qəbul etmiş və qeyd edilmiş pulun onun tərəfindən qaytarılacağını bildirmişdir.
25. Ona görə də, Məhkəmə hesab edir ki, iddia 18.768 ABŞ dolları məbləğində pulun tələb edilməsi hissəsində əsaslıdır və təmin edilməlidir.
26. Bundan sonra Məhkəmə iddianın əlavə çəkilmiş xərclərin əvəzi olaraq 23.750 ABŞ dolları məbləğində pulun tələb edilməsi hissəsinə münasibət bildirilməsini zəruri hesab edir.
27. İddiaçı tərəf cavabdeh tərəfindən öhdəliyin icra edilmədiyini, onun tərəfindən 4 ədəd konteynerdə olan 15 ədəd nəqliyyat vasitəsinin Poti limanında heç bir sənədləşmə işlərinin aparılmadığını, buna görə də, sonradan məcbur olaraq onlar tərəfindən yenidən Koreyadan sənədləşmə işləri aparıldığını, bu müddət ərzində isə Poti limanında 4.723 ABŞ dolları – konteynerlərin saxlanması, demuraj və gecikmə xərcləri, 2.430 ABŞ dolları – konteynerlərin 11-xx.xx.2023-cü il tarixləri ərzində konteynerlərdən istifadə edilməsi görə cərimə, 14.000 ABŞ dolları–avtomobillərin Poti limanında saxlanması üçün hesablanmış cərimə, 2.597 ABŞ dolları – sifarişin ləğv edilməsinə görə cərimə tətbiq olunduğunu və onların da, məcbur bu xərcləri ödədiklərini bildirmişdir.
28. Məhkəmə qeyd edir ki, iddianın qeyd edilən hissəsi ilə bağlı nəticəyə gəlmək üçün ilk növbədə tərəflərin hansının müqavilə üzrə öz üzərinə düşən öhdəliyi icra etməməsi halı müəyyən edilməlidir.
29. Yuxarıda da, qeyd edildiyi kimi, cavabdeh tərəf iddiaçıya məxsus 65 ədəd nəqliyyat vasitəsinin Cənubi Koreyadan Bakıya çatdırılması ilə bağlı xidmətlərin göstərilməsini öz üzərinə götürmüşdür.
30. Tərəflər arasında bağlanmış müqavilənin 3.1.6-cı bəndindən görünür ki, icraçı daşınmanı 60 təqvim günü ərzində həyata keçirməyi öz üzərinə götürmüşdür.
31. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 15 ədəd nəqliyyat vasitəsinin Koreyadan yolda çıxdığını, qalan nəqliyyat vasitələrinin isə hansı müddətə təqdim edə biləcəyi barədə məlumat verə bilməyəcəyini, iddiaçı tərəfindən isə gecikmə əsas gətirilərək müqavilədən imtina etdiyini bildirmişdir.
32. İş materiallarından görünür ki, X4 LLC ilə "xxxx" adından Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixdə yükdaşıma xidmətlərinə dair müqavilə bağlanmışdır.
33. İş materiallarında olan “Bill of lading” (konosament) sənədindən görünür ki, 4 ədəd konteynerdə olan 15 ədəd nəqliyyat vasitəsi "xxxx" şirkətinin adına Koreyadan Potiyə yola salınmışdır.
34. Mülki Məcəllənin 828.8-ci maddəsinə əsasən Konosament mala dair sərəncam sənədindən ibarət əmtəə kağızı olub, onun sahibinin konosamentdə göstərilən yükə dair sərəncam vermək və daşıma başa çatdıqdan sonra yükü almaq hüququnu təsdiqləyir. Konosament adsız və ya adlı ola bilər.
35. İş materiallarından görünür ki, xx.xx.2022-ci il tarixdə İddiaçı ilə “X3” MMC arasında yükdaşıma xidmətlərinə dair müqavilə bağlanmışdır.
36. Göründüyü kimi, cavabdeh tərəfindən Cənubi Koreyadan cəmi 15 ədəd nəqliyyat vasitəsi yola salınmış, bundan sonra isə, iddiaçı tərəfindən qalan nəqliyyat vasitələrinin Bakıya çatdırılması ilə bağlı xidmətlərin cavabdeh tərəfindən göstərilməsindən imtina edilmişdir və qalan nəqliyyat vasitələrinin Bakıya çatdırılması ilə bağlı xidmətlərin göstərilməsi üçün “X3” MMC ilə müqavilə bağlanmışdır.
37. Göründüyü kimi, iddiaçı tərəfindən müqavilənin qalan hissəsin icra edilməsindən imtina edilməsinə səbəb, məhz cavabdeh tərəfin müqavilənin 3.1.6-cı bəndinin tələblərini pozması və qalan nəqliyyat vasitələrinin çatdırılmasının nə vaxta mümkün olması ilə bağlı cavab almaması olmuşdur.
38. Məhkəmə tərəfindən “X3” MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəld edilmişdir.
39. Məhkəmə iclasında iştirak edən “X3” MMC-nin nümayəndəsi X1 15 ədəd nəqliyyat vasitəsinin Potiyə "xxxx" şirkətinin adına gəldiyini, ona görə də, nəqliyyat vasitələrini limandan çıxara bilmədiklərini, Koreyadan yenidən sənədləşmə aparılaraq nəqliyyat vasitələrinin iddiaçının adına keçirilməli olduğunu və bunun üçün də, müəyyən vaxt tələb olduğunu və bu müddət ərzində də, Poti limanının müxtəliff cərimələr hesabladığını, "xxxx" Şirkəti tərəfindən əvvəl 7 ədəd konteyner sifariş verildiyini sonradan da, 3 ədədindən imtina etdiyini və buna görə cərimə tətbiq olunduğunu bildirdi.
40. İş materiallarında olan “Bill of lading” (konosament) sənədindən görünür ki, öncə "xxxx" şirkətinin adına tərtib edilmiş 4 ədəd konteynerdə olan 15 ədəd nəqliyyat vasitəsi ilə bağlı sənəd sonradan iddiaçının adına rəsmiləşdirilmişdir.
41. Qeyd olunan “Bill of lading” (konosament) sənədində “on board date” xx.xx.2022-ci il göstərilməsi halını, iddiaçı tərəf “Bill of lading” (konosament) sənədində şəxsin adı sonradan dəyişdirildiyi halda da, qeyd edilmiş tarixin dəyişməməsi ilə izah etmişdir.
42. İş materiallarında olan “Maersk” şirkəti tərəfindən verilən “detention invoice”dan (saxlama qaiməsi) görünür ki, konteynerlərin 11-xx.xx.2023-cü il tarixləri konteynerlərdən istifadə edilməsinə (saxlanmasına) görə 2.430 ABŞ dolları məbləğində cərimə hesablanmışdır.
43. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “invoice”dan (qaimə) görünür ki, konteynerlərə görə sifarişin ləğv edilməsinə (cancellation) görə 2.597 ABŞ dolları məbləğində cərimə hesablanmışdır.
44. Bundan başqa “X3” MMC tərəfindən tərtib edilmiş sənədlərdən görünür ki, konteynerlərin saxlanması, demuraj və gecikməyə görə 4.723 ABŞ dolları, avtomobillərin Poti limanında saxlanması üçün isə 14.000 ABŞ dolları məbləğində cərimə tətbiq olunmuşdur.
45. İşdə olan ödəniş qəbzlərindən də, görünür ki, iddiaçı tərəfindən isə qeyd edilən pullar tam olaraq ödənilmişdir.
46. Qeyd olunan halları ümumiləşdirərək, məhkəmə qeyd edir ki, İddiaçı ilə Cavabdeh2 arasında müqavilə olduğundan və qeyd olunan 15 ədəd nəqliyyat vasitəsi Cavabdeh2 aid olan "xxxx" şirkətinin adına gəldiyindən, bu nəqliyyat vasitələrinin iddiaçıya çatdırılması ilə bağlı bütün xidmətlərin göstərilməsi cavabdehin öhdəliyi olmuşdur. Ancaq cavabdeh tərəf öz üzərinə düşən öhdəliyi icra etməmiş və buna görə də, iddiaçı əlavə xərclər çəkərək nəqliyyat vasitələri Poti limanından çıxarmaq məcburiyyətində qalmışdır.
47. Bu xüsuda Məhkəmə qeyd edir ki, qeyd edilmiş 15 ədəd nəqliyyat vasitəsinin Bakıya çatdırılması ilə bağlı bütün xidmətlərin göstərilməsi cavabdehin öhdəliyi olmuşdur, Cavabdeh1 məhkəmə iclasında qeyd etdiyi iddiaçının müqavilədən imtina etməsi halı isə, qalan və yüklənməmiş nəqliyyat vasitələrinə şamil olunur. Belə ki, 15 ədəd nəqliyyat vasitəsi yuxarıda sadalanmış sənədlərdən də, göründüyü kimi, Cavabdeh2 adına olan "xxxx" şirkətinin adına Poti limanına daxil olmuşdur. Cavabdeh tərəf isə, hərəkətsizlik göstərərək, ona aid olan şirkətin adına daxil olmuş və iddiaçıya məxsus olan nəqliyyat vasitələrin Poti limanından çıxarılması ilə bağlı hər hansı bir xidmət göstərməmişdir. Bunun nəticəsində də, iddiaçı tərəf nəqliyyat vasitələrinin ona məxsus olmasını sübut etmək üçün, Koreyada “X3” MMC vasitəsilə yenidən sənədləşmə işlərini aparmış və nəticədə Poti limanında əlavə xərclərə düşmüşdür.
48. Qeyd edilməlidir ki, cavabdeh tərəf 15 ədəd nəqliyyat vasitələri ilə bağlı vaxtlıvaxtında xidmət göstərmiş olsa idi, qeyd edilmiş əlavə xərclər yaranmış olmayacaqdı.
49. Ona görə də, Məhkəmə hesab edir ki, əlavə çəkilmiş xərclərin əvəzi olaraq 23.750 ABŞ dolları məbləğində pul da, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçınə ödənilməlidir.
50. Beləliklə, iddianın təmin olunması barədə qətnamə qəbul edilməlidir.
51. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
52. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia təmin edilsin. xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 18.768 (on səkkiz min yeddi yüz altmış səkkiz) ABŞ dolları məbləğində pul ödəniş günü Azərbaycan Respublikası manatının məzənnəsinə uyğun olaraq manatla Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçınə ödənilsin. Əlavə çəkilmiş xərclərin əvəzi olaraq 23.750 (iyirmi üç min yeddi yüz əlli) ABŞ dolları məbləğində pul ödəniş günü Azərbaycan Respublikası manatının məzənnəsinə uyğun olaraq manatla Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçınə ödənilsin. Mediasiyaya çəkilmiş xərcin əvəzi olaraq 410 (dörd yüz on) manat məbləğində pul Cavabdeh2 oğlundan və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov