Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1507/2025 10.03.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "AZ X3" MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, dəbbə pulu və dövlət rüsumu ) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X2 katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, Cavabdehin ştirakı olmadan, İddiaçı "AZ X3" MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I.Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı "AZ X3" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-cü il tarixli, S99/22 saylı Təchizat Müqaviləsi əsasında 1498.88 manat əsas, 1645.77 manat dəbbə pulu və 51 manat ödənilən dövlət rüsumu olmaqla cəmi, 3195,58 manat cavabdeh tərəfindən “X6 Company” MMC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-cü il tarixdə “X7 Company” MMC ilə cavabdeh arasında S99/22 saylı “Təchizat” müqaviləsi müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən “X7 Company” MMC, yəni Satıcı bu müqavilədə nəzərdə tutulmuş malları alıcıya sataraq onun mülkiyyətinə verməyi, Alıcı isə həmin malları qəbul edərək, müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini Təchizatçıya ödəməyi öhdəsinə götürmüşdür. Qeyd olunan müqavilənin “hesablaşma qaydaları” başlıqlı 4-cü maddəsinə əsasən Bu “Müqavilə”nin 2.4-cü bəndinə uyğun olaraq “Mal”ların “Satıcı” qüvvələr tərəfindən çatdırılması hallarda, təhvil verilmiş “Mal”ın ödənişi onun satıldığı tarixdən etibarən 30 (otuz) təqvim günü müddətində “Satıcı”nın ödəniş hesabına vəsait köçürülməklə, qaimə və (və ya) qaiməfakturalarda göstərilən qiymətlərlə həyata keçirilir. “Mal”ların müvafiq partiyasının bir hissəsinin realizasiyası zamanı, “Alıcı” satılan “Mal”ın bir hissəsini bu bənddə müəyyən edilmiş müddətdə ödəməlidir. Lakin istənilən halda, təhvil verilmiş hər bir mal partiyası üçün ümumi ödəniş müddəti hesab-fakturada göstərilən çatdırılma tarixindən 90 (doxsan) təqvim günündən gec olmamalıdır. “Mal”ların qablaşdırılması və etiketləşdirilməsi dəyəri bu “Müqavilə”yə əsasən onun dəyərinə daxildir. “Satıcı”nın ödəniş hesabına vəsait daxil olduğu andan təhvil verilmiş “Mal”lar ödənilmiş hesab olunur. Azərbaycan Respublikasının mövcud qanunvericiliyin tələblərinə uyğun nağd ödənişlərin həyata keçirilməsini tənzimləyən qaydalara əsasən, çatdırılmış “Mal”ların nağd şəkildə ödənişi mümkündür. Lakin həmin müqavilə əsasında baş tutmuş alqı-satqı proseslərini təsdiq edən müştəri sifarişləri və iddia ərizəsinə əlavə edilən elektron-qaimə fakturalarıəsasında mallar təchizatçı tərəfindən alıcının mülkiyyətinə verilməsinə baxmayaraq,alıcı elektron-qaimələrə əsasən ƏDV daxil olmaqla 1498.88 manat malın dəyərini, tərəflərin müqavilə üzrə razılaşdırdıqları, eləcə də, alıcının üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq təchizatçıya, yəni"xxxx" MMC-yə ödəməmişdir. Mübahisələrin həlli ilə bağlı müddəaları nəzərdə tutan 6-cı maddəsinin tələbinə görə“Tərəflər” arasında bütün mübahisələr Azərbaycan Respublikasının mövcud qanunvericiliyi ilə məhkəma qaydasında həll olunur. Müqavilə üzrə yaranmış borcun ödənilməsi ilə bağlı alıcıya pretenziya məktubu gödəndilmiş, lakin borcun ödənilməsi ilə bağlı heç bir tədbir görülməmişdir. Alıcı “Təchizat” müqaviləsi üzrə ödəniş öhdəliklərini yerinə yetirməyərək həm müqavilənin, həmdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin yuxarıda qeyd olunan normalarını pozmuşdur. Müqavilənin tərəflərin məsuliyyətini nəzərdə tutan 5-ci maddəsinin 1ci bəndinə əsasən “Alıcı” tərəfindən bu “Müqavilə”nin şərtlərinə əsasən ödəniş/satış hesabatları qaydalarına riayət olunmadıqda “Alıcı” “Satıcı”ya hər gecikən gün üçün 0.3% dəbbə pulu (cərimə) ödəyir. 4.2.-ci bəndə əsasən hesabatların vaxtında təqdim edilmədiyi halda “Alıcı” razılaşır ki, “Satıcı” təhvil verilmiş bütün “Mal”lara görə peniya hesablayır. Hesabatlar 4.2-ci bənddə göstərilən müddətdə təqdim edilmədikdə, “Alıcı” Razılaşır ki, “Satıcı” bütün çatdırılmış “Mal”ın dəyərinə görə cərimələri hesablayır və onu satılmış hesab edir. Cərimənin ödənilməsi “Alıcı”nı bu “Müqavilə” üzrə öhdəliklərin yerinə yetirilməsindən azad etmir. Həm mövcud qanunvericiliyin, həm də tərəflərin razılaşdıqları şərtləri özündə əks etdirən müqavilənin digər maddələri nəzərə alınmaqla elektron qaiməyə əsasən 1498.88 manat cavabdeh tərəfindən "xxxx" MMC-yə ödənilməlidir. Tərəflər arasında bağlanan təchizat müqaviləsinin 6.1-ci maddəsinə əsasən hazırkı “Müqavilə”nin icrasından yaranan “Tərəflər” arasında bütün mübahisələr Azərbaycan Respublikasının mövcud qanunvericiliyi ilə məhkəmə qaydasında həll olunur. Aramızda bağlanılan Təchizat Müqaviləsinin 5.1-ci bəndinə əsasən “Alıcı” tərəfindən bu “Müqavilə”nin şərtlərinə əsasən ödəniş/satış hesabatları qaydalarına riayət olunmadıqda “Alıcı” “Satıcı”ya hər gecikən gün üçün 0.3% dəbbə pulu (cərimə) ödəyir.
3. İddiaçının nümayəndəsi iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək, xx.xx.2022- cü il tarixli, S99/22 saylı Təchizat Müqaviləsi əsasında 1498.88 manat əsas, 74.94 manat dəbbə pulu və 51 manat ödənilən dövlət rüsumu cavabdeh tərəfindən tutularaq Az X3 MMC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
5. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.
7. Məhkəmə iddiaçının nümayəndəsinin yazılı razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
III.Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
9. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-cü il tarixli, S99/22 saylı Təchizat müqaviləsinə əsasən:
10. Müqavilənin 1.1-ci bəndinə əsasən Müqaviləyə əsasən Təchizatçı Alıcıya (bundan sonra Mal) satır, “Alıcı” isə həmin “Mal”ı qəbul edir və “Müqavilə” ilə razılaşdırılmış qaydada “Mal”ın dəyərini Tachizatçıya ödəyir. Bu “Müqavilə” çərçivəsində “Mal” termini dedikdə spirtli məhsullar nəzərdə tutulur.
11. Müqavilənin 1.2-ci bəndinə əsasən “Mal”ların miqdarı, çeşidi, qiyməti və dəyəri, ƏDV daxil, aksizlar, eləcə də bütün digər məcburi ödənişlər Mallara əlavə edilən qaimələrlə və hesab fakturalarla Tərəflərin razılaşdığı və hazırkı “Müqavilə”nin ayrılmaz hissəsi sayılan “Əlavələrdə əks olunur.
12. Müqavilənin 1.3-cü bəndinə əsasən “Mal”ların təhvil verilməsi ilə eyni vaxtda “Satıcı” Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq “Malların dövriyyəsinin qanuniliyini təsdiq edən onlarla əlaqəli sənədləri (təsdiq edilmiş surətləri) alıcıya təhvil verməlidir.
13. Müqavilənin 2.1-ci bəndinə əsasən “Malların təchizatı bu “Müqavilə”nin bütün müddəti ərzində bu “Müqavilə”yə “Əlavələr və onun ayrılmaz hissəsi olan “Spesifikasiya”lar əsasında ayrı-ayrı partiyalarda hissə-hissə həyata keçirilir.
14. “Müqavilənin 2.2-ci bəndinə əsasən Malların təchizatı “Tərəflər”in yazılı şəkildə razılaşdırdığı əraziyə (o cümlədən elektron poçtdan istifadə etməklə) uyğun olaraq partiyalarla həyata keçirilir.
15. Müqavilənin 3.4-cü bəndinə əsasən Malları yoxlamadan qəbul elmiş Alıcı, qəbul prosesini bu “Müqavilə” ilə müəyyən edilmiş təhvil-təslim qaydalarına uyğun aparılan zaman çatışmazlığın aradan qaldırıla biləcəyi bəndinə istinad etmək hüququndan məhrum olur. “Tərəflər" razılığa gəldilər ki, “Malların təhvil-təslimi sənədləri imzalandıqdan sonra "Mal”ların sayı, çeşidi, içliklərin doluluğu, sənədlərin çatışmazlığı barəsində "Alıcı”nın pretenziyası qəbul edilmir.
16. Müqavilənin 4.1-ci bəndinə əsasən Bu “Müqavilə”nin 2.4-cü bəndinə uyğun olaraq “Malların “Təchizatçı" qüvvələr tərəfindən çatdırılması hallarda, təhvil verilmiş Malın ödənişi onun satıldığı tarixdən etibarən 30 (otuz) təqvim günü müddətində Təchizatçıların ödəniş hesabına vəsait köçürülməklə, qaimə və (və ya) qaimə-fakturalarda göstərilən qiymətlərlə həyata keçirilir. “Malların müvafiq partiyasının bir hissəsinin realizasiyası zamanı, “Alıcı” satılan “Mal”ın bir hissəsini bu bənddə müəyyən edilmiş müddətdə ödəməlidir. Lakin istənilən halda, təhvil verilmiş hər bir mal partiyası üçün ümumi ödəniş müddəti hesab-fakturada göstərilən çatdırılma tarixindən 90 (doxsan) təqvim günündən gec olmamalıdır. “Marların qablaşdırılması və etiketləşdirilməsi əyəri bu “Müqavilə”yə əsasən onun dəyərinə daxildir. “Təchizatçının ödəniş hesabına vəsait daxil olduğu andan təhvil verilmiş mallar ödənilmiş hesab olunur.
17. Müqavilənin 5.1-ci bəndinə əsasən “Alıcı” tərəfindən bu “Müqavilə”nin şərtlərinə əsasən ödəniş/satış hesabatları qaydalarına riayət olunmadıqda “Alıcı” “Satıcı”ya hər gecikən gün üçün 0.3% dəbbə pulu (cərimə) ödəyir.
18. 23.12.2022-ci il tarixli, 105 saylı müştəri sifariş cədvəlinə əsasən Cavabdeh MMC tərəfindən 133,20 manat dəyərində, xx.xx.2022-ci il tarixli, 108 saylı cədvələ əsasən 126,65 manat dəyərində, xx.xx.2022-ci il tarixli, 43 saylı cədvələ əsasən 165,90 manat dəyərində, xx.xx.2023-cü il tarixli, 14 saylı cədvələ əsasən 151,75 manat dəyərində, xx.xx.2023-cü il tarixli 232 saylı cədvələ əsasən 200,20 manat dəyərində, xx.xx.2023-cü il tarixli 429 saylı cədvələ əsasən 141,30 manat dəyərində, xx.xx.2023-cü il tarixli 615 saylı cədvələ əsasən 74,21 manat dəyərində, xx.xx.2023-cü il tarixli 1813 saylı cədvələ əsasən 482,64 manat dəyərində, xx.xx.2023-cü il tarixli cədvələ əsasən 300 manat dəyərində mal sifarişi edilmişdir.
19. 07.06.2023-cü il tarixli, 0000-004828 saylı qaimə-fakturaya əsasən Cavabdeh MMC-yə 517,65 manat dəyərində, xx.xx.2023-cü il tarixli, 0000-006443 saylı qaimə-fakturaya əsasən 552,65 manat dəyərində və xx.xx.2023-cü il tarixli, 0000-006767 saylı qaiməfakturaya əsasən 2636,40 manat dəyərində mal təhvil verilmişdir.
20. İddiaçı MMC tərəfindən müqavilə üzrə həyata keçirilmiş satışlara dair Cavabdeh MMC-yə xx.xx.2022-xx.xx.2023-ci illəri əhatə edən e-qaimələr göndərilmişdir.
21. xx.xx.2023-cü il tarixli, 347444 saylı kassa mədaxil orderinə əsasən Cavabdeh MMC tərəfindən 300 manat dəyərində, xx.xx.2024-cü il tarixli, 507478 saylı kassa mədaxil oderinə əsasən 1000 manat dəyərində və xx.xx.2024-cü il tarixli, 507485 saylı kassa mədaxil orderinə əsasən 1000 manat dəyərində ödəniş edilmişdir.
22. 16.05.2023-cü il tarixli ödəniş tapşırığına əsasən cavabdeh MMC tərəfindən 338,98 manat məlbəğində, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığına əsasən 338,98 manat məbləğində və xx.xx.2023-cü il tarixli ödəniş tapşırığına əsasən 508,47 manat məbləğində pul vəsaiti iddiaçı MMC-nin hesanına köçürülmüşdür.
23. xx.xx.2024-cü il tarixli, 53/24 saylı maliyyə arayışına əsasən xx.xx.2024-cü il tarixinə kimi My Food 2022 MMC-yə yazılan qaimələrin məbləği: 5198.87 manat, ödənilən məbləğ: 3699.99 manat, qalıq borc: 1498.88 manat, gecikən günlərin sayı: 366 gün, gecikən günlərə görə dəbbə pulu( hər gün 0,3%): 1645.77 manat və Cəmi qalıq borc(Dəbbə pulu ilə): 3144.65 manat qeyd olunmuşdur.
24. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır.
25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
26. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.
27. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.
28. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
29. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
30. Tərəflər arasında bağlanmış xx.xx.2022-cü il tarixli, S99/22 saylı Təchizat müqaviləsinin 1.1-ci bəndinə əsasən Müqaviləyə əsasən Təchizatçı Alıcıya (bundan sonra Mal) satır, “Alıcı” isə həmin “Mal”ı qəbul edir və “Müqavilə” ilə razılaşdırılmış qaydada “Mal”ın dəyərini Təchizatçıya ödəyir.
31. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla – müqavilə, təhvil-qəbul sənədləri, mədaxil qəbz, elektron qaimə və qismən ödənişlər ilə təsdiq olunduğu üçün iddiaçının 1498,88 manat borca dair hissədə iddia tələbi təmin edilməlidir.
32. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə iddiaçıya 1498,88 manat əsas bоrcu yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 1498,88 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
33. Bundan əlavə, iş materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 5.1ci bəndinə əsasən hesablanmış 74,94 manat cərimənin cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
34. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
35. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
36. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olmadığından, cavabdehdən tutulacaq dəbbə pulu 74,94 manat məbləğində müəyyən edilməlidir.
37. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 51 manat dövlət rüsumu ödənilmişdir.
38. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
39. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 51 manat dövlət rüsumunun əvəzi qismində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
V. Nəticə:
40. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2022- cü il tarixli, S99/22 saylı Təchizat Müqaviləsi əsasında 1498,88 manat əsas borc, 74,94 manat dəbbə pulu və dövlət rüsumunun əvəzi olaraq 51 manat tutularaq iddiaçı "AZ X3" MMC-yə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 ay müddətində - qiyabi qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova