Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1516/2021 06.05.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Səfərli Arzu Mahir qızının katibliyi, İddiaçının nümayəndəsi X1 İştirakı ilə, İddiaçı MMC-nin cavabdeh «X9» ASC-yə qarşı «borcun ödənilməsi» tələbinə dair işə qiyabi icraat qaydasında məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh “X9” ASC-yə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1000 (bir min) manat pulun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, cəmi 1030 (bir min otuz) manat pulun cavabdeh “xxxx” ASCdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti (VÖEN: **********) ilə “xxxx” ASC (VÖEN: **********) arasında bağlanmış 12 fevral 2018-ci il tarixli 002 saylı müqaviləyə əsasən iddiaçı cavabdehin Keyfiyyəti idaretmə sistemlərinin sertifikatlaşdırılmasını və 2019-2020-ci il üçün sertifikatlaşdırılmış Keyfiyyətin idarəetmə sistemlərinin fəaliyyətinə inspeksiya nəzarətinin həyata keçirilməsini öz üzərinə götürüb. İstinad edilən müqavilənin 2.4-cü bəndinə əsasən cavabdeh AZS İSO 9001:2009 (İSO 9001:2015) standartlarının tələblərinə uyğun tətbiq edilmiş Keyfiyyəti idaretmə sistemlərinin fəaliyyətinə 2019 və 2020- ci illərdə inspeksiya nəzarətinin həyata keçirilməsi üçün hər il İddiaçı MMC-yə 1000 (bir min) manat pul ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilə öhdəliyini icra edərək cavabdehin Keyfiyyəti idaretmə sistemlərinin sertifikatlaşdırılmasını həyata keçirib və cavabdeh müqavilənin 2.1-ci bəndində nəzərdə tutulan 3000 (üç min) manatı iddiaçının hesabına ödəmişdir. İddiaçı müqavilənin 1.1-ci bəndinə əsasən cavabdehin 2019 və 2020-ci illər üçün Keyfiyyəti idaretmə sistemlərinin fəaliyyətinə inspeksiya nəzarətini həyata keçirərək audit hesabatı hazırlasa da, cavabdeh “xxxx” ASC müqavilənin 2.4-cü bəndində 2019-cu ildə nəzərdə tutulan öhdəliyini, yəni 1000 AZN manat məbləği İddiaçı MMC-yə ödəmiş və 2020-ci il üçün isə ödəməkdən imtina etmişdir. Bu bərədə cavabdeh “xxxx” ASC -nin İdarə Heyətinin X2 03/P saylı 22 iyun 2020-ci il tarixli pretenziya məktubu göndərilərək pretenziya məktubu ünvan üzrə daxil olduğu vaxtdan 3 (üç) gün müddətində müqavilə öhdəliyinin icra edərək 1000 (bir min) manat pulun İddiaçı MMC-yə ödənilməsi tələb edilib, həmçinin əks təqdirdə cavabdeh müəssisəyə qarşı iddia qaldırılacağı və bu zaman məhkəmə xərclərinin də cavabdehdən tələb ediləcəyi cavabdeh təşkilatın X10nin diqqətinə çatdırılmışdır. İddia ərizəsinə edilimiş “Poçt göndərişinin verilməsi haqqında” xəbərnaməyə əsasən 22 iyun 2020-ci il tarixli pretenziya məktubu cavabdeh müəssisənin İdarə Heyəti X3 tərəfindən 26 iyul 2020-ci il tarixdə qəbul edilmişdir. Lakin cavabdeh təşkilat tələb edilən pul məbləğini ödəməkdən imtina etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Həmin Məcəllənin 238.4-cü maddəsinə əsasən, işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. İddiaçının nümayəndəsi etiraz etmədiyindən Azərbaycan Respublikası Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1516/2021 saylı 06 may 2021-ci il tarixli qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: “xxxx” ASC (sifarişçi) ilə İddiaçı MMC (icraçı) arasında 12 fevral 2018-ci il tarixli 002 saylı müqaviləyə əsasən keyfiyyəti idaretmə sisteminin sertifikatlaşdırılması və 2019 və 2020-ci illər üçün sertifikatlaşdırılmış keyfiyyət idarəetmə sisteminin fəaliyyətinə inspeksiya nəzarətinin həyata keçirilməsinə dair müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən icraçı sifarişçinin sifarişinə əsasən AZS İSO 9001:2009 (İSO 9001:2015) “Keyfiyyəti idarəetmə sistemləri. Tələblər” standartının tələblərinə uyğun tədbiq olunmuş Keyfiyyəti idarəetmə sistemlərinin sertifıkatlaşdırılmasını və sertifikatlaşdırılmış Keyfiyyəti idarəetmə sistemlərinin fəaliyyətinə 2019 və 2020-ci illər üçün inspeksiya nəzarətini həyata keçirməyi, sifarişçi isə görülmüş sertifıkatlaşma işlərinə görə icraçıya 3000 (üç min) AZN ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən 2019 və 2020-ci illər üçün AZS İSO 9001:2009 (İSO 9001:2015) standartının tələblərinə uyğun tədbiq edilmiş keyfiyyəti idarəetmə sistemlərinin fəaliyyətinə inspeksiya nəzarətinin keçirilməsi üçün hər il 1000 (bir min) AZN ödəyir. Həmin müqavilənin 2.5-ci bəndinə uyğun olaraq üç il tamam olduqdan sonra sertifikatın qüvvədə olma müddətinin uzadılması məqsədilə idarəetmə sistemlərinin təkrar yoxlanılmasını həyata keçirmək üçün yeni müqavilə bağlanacaq və onun əsasında da sertifikatlaşdırma yoxlaması aparılacaq. Həmin müqavilənin 2.6-cı bəndinə əsasən ödəniş, görülməli olan işlərin dəyəri haqqında hesab təqdim edildikdən sonra, nağdsız hesablaşma üzrə, 100% əvvəlcədən ödəmə ilə yerinə yetirilir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı MMC tərəfindən “xxxx” ASC-yə verilmiş B:0001 nömrəli 23.02.2018-ci il tarixli Uyğunluq Sertifikatından görünür ki, “xxxx” ASC-də adi karbonlu polad pəstahlardan isti yayma üsulu ilə hazırlanan növlü poladların, şvellerlərin, künclüklərin, armaturların, dairəvi çubuqların və metal vərəqədən hazırlanan tikişli boruların və dördkünc profillərin istehsalına və satışına tətbiq olunan Keyfiyyəti idarəetmə sistemlərinin AZS İSO 9001:2009 (İSO 9001:2015) standartına uyğundur və qeyd olunan sertifaq 23.02.2021-ci il tarixdək qüvvədədir. 07.04.2020-ci il tarixli “xxxx” ASC-də AZS İSO 9001:2009 (İSO 9001:2015) standartı əsasında tətbiq edilən Keyfiyyəti idarəetmə sisteminin Sertifikatlaşdırma auditinin nəticələri əsasında qiymətləndirilməsi barədə aktdan görünür ki, icraçı tərəfindən 12.02.2018-ci il tarixli müqavilə əsasında 06-07.04.2020-ci il tarixdə sifarişçi müəssisədə aparılmış audit yoxlamasının nəticəsində “xxxx” ASC-də adi karbonlu polad pəstahlardan isti yayma üsulu ilə hazırlanan növlü poladların, şvellerlərin, künclüklərin, armaturların, dairəvi çubuqların və metal vərəqədən hazırlanan tikişli boruların və dördkünc profillərin istehsalına və satışına tətbiq olunan Keyfiyyəti idarəetmə sistemlərinin AZS İSO 9001:2009 (İSO 9001:2015) standartına uyğun olması qeyd olunmuşdur. Akt həm icraçının, həm də sifarişçinin səlahiyyətli nümayəndələri tərəfindən imza və möhürlə təsdiq edilmişdir. İddiaçı MMC 22 iyun 2020-ci il tarixli, 03/P saylı məktubla pretenziya qaydasında cavabdehə müraciət edərək, müqavilə üzrə yaranmış 1000 manat məbləğində borcun ödənilməsini xahiş etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət etmək zərurətinin yaranacağını bildirmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, müqavilə azadlığı prinsipinə uyğun olaraq tərəflər arasında keyfiyyəti idaretmə sisteminin sertifikatlaşdırılması və 2019 və 2020-ci illər üçün sertifikatlaşdırılmış keyfiyyət idarəetmə sisteminin fəaliyyətinə inspeksiya nəzarətinin həyata keçirilməsinə dair müqavilə bağlanmış, müqaviləyə əsasən iddiaçı üzərinə düşən öhdəlikləri tam icra edərək, müqavilədə nəzərdə tutulmuş xidmətləri göstərsə də, cavabdeh göstərilmiş xidmətin dəyərini tam ödəməmiş, bununla da müqavilə öhdəliklərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin 2.2-ci bəndinə əsasən “Sifarişçi” müqavilə imzalandıqdan sonra müqavilə dəyərini “İcraçı” tərəfindən təqdim olunmuş hesaba əsasən 5 iş günü ərzində “İcraçı” ya köçürmə yolu ilə ödəyir. İcraçı və sifarişçi tərəfindən müqavilə predmetinin ilk mərhələsi üzrə öhdəliklər yerinə yetirildikdən sonra, yəni həmin müqavilənin ikinci mərhələsi üzrə icraçı tərəfindən işlərə başlanılmış və müvafiq yoxlama həyata keçirilsədə şifarişçi tərəfindən görülmüş işlərin dəyərini ödəməmişdir. Halbuki qeyd olunan mərhələ icraçı tərəfindən aparılacaq audit yoxlamasının planı həm icraçı, həm sifarişçi tərəfindən təsdiq edilmiş, habelə aparılmış audit yoxlamasının nəticəsinə dair aktla sifarişçiyə məxsus müəssisədə yerinə yetirilən xidmətlərin AZS İSO 9001:2009 (İSO 9001:2015) standartına uyğun olması təsdiq edilmiş, həmin akt hər iki tərəfin nümayəndəsinin imza və möhürü ilə təsdiq edilmişdir. Göründüyü kimi, icraçı tərəfindən müqavilə üzrə öhdəliklər yerinə yetirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdedən tutulmalıdır. Qeyd edilənlərə və göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, 1000 (bir min) manat pul cavabdeh “xxxx” ASC-dən alınaraq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 238, 241-244 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh “xxxx” ASC-dən 1000 (bir min) manat pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu olmaqla 1030 (min otuz) manat pul cavabdeh “xxxx” ASC-dən alınaraq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-1516/2021
Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-1516/2021
06.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver