Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1518/2020 15.09.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Səfərli Arzu Mahir qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçıxxxx“xxxx” ASC-yə qarşı “sığorta müqaviləsi üzrə ödənilmiş məbləğin geri qaytarılması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçıxxxx“xxxx” ASC-yə qarşı “sığorta müqaviləsi üzrə ödənilmiş məbləğin geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdeh “xxxx” ASC-dən AS 583/18 saylı müqavilə üzrə 4048.8 manat, AS 008/19 saylı müqavilə üzrə 4241.6 manat, ümumilikdə 8290.4 manat sığorta ödənişinin və iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsibarədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçıxxxx“xxxx” ASC arasında xx xxxxxx 2018-ci il tarixli AS 583/18 və xx.xx.2019-cu il tarixli AS 008/19 saylı sığorta müqaviləsi bağlanmış və AS 583/18 saylı müqavilə üzrə İddiaçı MMC-nin mülkiyyətində olan 28 ədəd avtomobil, AS 008/19 saylı müqavilə üzrə 22 ədəd avtomobil sığortalanmışdır. İddiaçı MMC tərəfindən müqavilələr üzrə hər bir avtomobilə görə 578.5 manat olmaqla, ümumilikdə 28925 manat məbləğində pul “xxxx”xxxx“xxxx” ASC xx.xx.2019-cu il tarixli 261/19 və 260/19 saylı xəbərdarlıq məktubu ilə İddiaçı MMC-yə müraciət edərək müqaviləni heç bir əsas olmadan vaxtından əvvəl xitam veriləcəyini bildirmiş və sığorta tədbirlərini dayandırmışdır. Sığorta şirkəti müqavilələrin birtərəfli qaydada ləğv etməsinə baxmayaraq geri qaytarılmalı olan sığorta ödənişlərini İddiaçı MMC-yə geri qaytarmamışdır. Tərəflər arasında bağlanmış sığorta müqaviləsinin 12-ci bəndinə əsasən sığorta müqaviləsinə vaxtından əvvəl xitam verilməsi halında sığorta haqqının müavfiq hissəsi sığortalıya geri qayatılmaldır. İddiaçının nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi vəkil X2 iddia tələbini qəbul etməyərək və iddia ərizəsinə etiraz təqdim edərək bildirdi ki, İddiaçı MMC-nin iddiası əsassızdır. Bu barədə bir neçə dəfə yazılı olaraq bildirilsə də bu nə iddia ərizəsində qeyd olunmuşdur, nə də məktublar məhkəməyə təqdim edilmişdir. Qanunun birbaşa göstərişinə əsasən sığorta müqaviləsi tərəflərdən birinin təşəbbüsü ilə vaxtından əvvəl ləğv edilərkən həmin müqavilə üzrə verilmiş sığorta ödənişinin məbləği sığorta haqqının qaytarılmalı hissəsindən bütün hallarda çıxılır. İddia üç dəlilə əsaslanır. 1. Sığorta müqaviləsinin birtərəfli qaydada ləğv edilməsi üçün konkret əsas olmalı idi. 2. Sığorta müqaviləsinin vaxtından əvvəl ləğvi yalnız yazılı razılaşmailə ola bilərdi. 3.Sığorta müqaviləsinin birtərəfli ləğvi zamanı sığorta haqqı bütövlükdə qaytarılmalı idi. Bu qeyd edilənlərin üçü də əsassızdır. Belə ki, Sığorta müqaviləsinin birtərəfli qaydada ləğv edilməsi qanuna uyğundur. Qanun və Sığorta müqavilələri buna icazə verir. Belə ki, birincisi, sığorta qanunvericiliyi müqavilənin birtərəfli qaydada ləğvinə imkan verir. Lakin müqavilə kim tərəfdən ləğv olunursa həmin tərəf müəyyən maliyyə itkisinə məruz qalır. Digər tərəfdən qanun birbaşa deyir ki, 30 günlük xəbərdarlıq müddətini gözləməklə müqavilə birtərəfli qaydada ləğv ola bilər. Tərəflərdən birinin tələbi ilə müqavilənin ləğv edilməsi əsasları bu Məcəllənin 421.2-ci maddəsində əsasən qarşı tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozması və Mülki Məcəllədə nəzərdə tutulan digər hallardır. Sığorta müqaviləsinin tərəflərdən birinin tələbi ilə pozulması Mülki Məcəlləıninn 919.1.9, 920 və 921-ci maddələrində də nəzərdə tutulmuşdur ki, Şirkət də qanunun həmin müddəalarına əsaslanmışdır. Digər tərəfdən Sığorta müqaviləsinin vaxtından əvvəl birtərəfli qaydada ləğvi qaydası Mülki Məcəllənin 920-ci maddəsində nəzərdə tutulmuşdur. Buna əsasən, müqaviləni xitam etmək istəyən tərəf qarşı tərəfi 30 gün əvvəl xəbərdar edir. Cavabdeh tərəfindən iddiaçıya xəbərdarlıq məktubu ünvanlanmış, bunu iş materiallarına əlavə edilmiş “Azari Express” poçt daşıma şirkətinin arayışı da təsdiq edir. Həmin Yazılı xəbərdarlıq məktublarına uyğun olaraq 008/19 və 583/18 nömrəli sığorta müqavilələrinə xx.xx.2019-cu il tarixdə xitam verilmişdir. Son olaraq, sığorta müqaviləsi vaxtından əvvəl ləğv edildiyi halda əgər həmin müqavilə üzrə sığorta ödənişi verilmişdirsə bu ödənişin məbləği sığorta haqqının qaytarılmalı hissəsindən bütün hallarda çıxılır. İddiaçı ilə bağlanmış sığorta şəhadətnamələri üzrə “xxxx” ASC tərəfindən verilmiş sığorta ödənişləri sığorta haqqının nəinki sığorta müddətinin qalan dövrünə mütənasib hissəsindən, hətta həmin sığorta predmeti üzrə sığorta haqqının ümumi məbləğindən xeyli çoxdur. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv surətdə araşdıraraq, tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: AS 583/18 nömrəli nəqliyyat vasitələrinin Sığorta şəhadətnaməsindən görünür ki, sığortaçı “xxxx” ASC, sığortalı-İddiaçı MMC, faydalanan şəxs İddiaçı MMC, Sığorta təminatı nəqliyyat vasitələrinin sığortasıdır. Ümumi sığorta haqqı 2 saylı qoşmaya müvafiq olaraq, sığorta haqqının ödənilmə qaydası və müddəti xx.xx.2018-ci il tarixdə 8099 manat, xx.xx.2019-cu il tarixdə isə 8099 manat AS 583/18 nömrəli Sığorta şəhadətnaməsinə 1 saylı Qoşmadan görünür ki, sığortalanan nəqliyyat vasitələrinin sayı 28, markası Ravon, model Nexia R3, buraxılış ili 2017-dir. AS 583/18 nömrəli Sığorta şəhadətnaməsinə 2 saylı Qoşmadan görünür ki, sığorta müddəti xx.xx.2018-xx.xx.2019-cu illər təşkil etməklə, hər avtomobilə görə sığorta dəyəri 13000 manat, sığorta məbləği 13000 manat, sığorta haqqı 578.50 manat, ümumi sığorta haqqı 16198 manatdır. AS 008/19 nömrəli nəqliyyat vasitələrinin Sığorta şəhadətnaməsindən görünür ki, sığortaçı “xxxx” ASC, sığortalı-İddiaçı MMC, faydalanan şəxs İddiaçı MMC, Sığorta təminatı nəqliyyat vasitələrinin sığortasıdır. Ümumi sığorta haqqı 2 saylı qoşmaya müvafiq olaraq, sığorta haqqının ödənilmə qaydası və müddəti xx.xx.2019-cu il tarixdə 6363,50 manat, xx.xx.2019-cu il tarixdə isə 6363,50 manat. AS 008/19 nömrəli Sığorta şəhadətnaməsinə 1 saylı Qoşmadan görünür ki, sığortalanan nəqliyyat vasitələrinin sayı 22, markası Ravon, model Nexia R3, buraxılış ili 2017-dir. AS 008/19 nömrəli Sığorta şəhadətnaməsinə 2 saylı Qoşmadan görünür ki, sığorta müddəti xx.xx.2019-xx.xx.2020-ci illər təşkil etməklə, hər avtomobilə görə sığorta dəyəri 13000 manat, sığorta məbləği 13000 manat, sığorta haqqı 578.50 manat, ümumi sığorta haqqı 12727 manatdır. “xxxx” SŞ ASC-nin “xxxx” ASC-də olan hesabından çıxarışdan görünür ki, xx.xx.2018-ci il tarixdə İddiaçı MMC tərəfindən 8100 manat pul hesaba ödənilmişdir. “xxxx” SŞ ASC-nin “xxxx” ASC-də olan hesabından çıxarışdan görünür ki, xx.xx.2019-cu il tarixdə İddiaçı MMC tərəfindən 6363,50 manat və 8098 manat pul hesaba ödənilmişdir. “xxxx” SŞ ASC-nin “xxxx” ASC-də olan hesabından çıxarışdan görünür ki, xx.xx.2019-cu il tarixdə İddiaçı MMC tərəfindən 6363,51 manat pul hesaba ödənilmişdir. Ödəniş tapşırığından görünür ki, vəsaiti alan İddiaçı MMC olmaqla, ödənilən məbləğ 550.00 manat, dərhal ödəniş tarixi xx.xx.2019-cu il tarixidir. Ödənişin təyinatı: sığorta aktı A 005 19 xx.xx.2019-cu il tarixli ******* nömrəli ödəniş tapşırığından görünür ki, ödəyici “xxxx” ASC, vəsaiti alan İddiaçı MMC olmaqla, köçürülən məbləğ 5550.00 manatdır. Ödənişin təyinatı: sığorta aktı A 020 19 xx.xx.2019-cu il tarixli ******* nömrəli ödəniş tapşırığından görünür ki, ödəyici “xxxx” ASC, vəsaiti alan İddiaçı MMC olmaqla, köçürülən məbləğ 1350.00 manatdır. Ödənişin təyinatı: sığorta aktı A 019 19 Ödəniş tapşırığından görünür ki, vəsaiti alan İddiaçı MMC olmaqla, ödənilən məbləğ 1750.00 manat, dərhal ödəniş tarixi xx.xx.2019-cu il tarixidir. Ödənişin təyinatı: sığorta aktı A 051 19 xx.xx.2019-cu il tarixli 1127 nömrəli ödəniş tapşırığından görünür ki, ödəyici “xxxx” ASC, vəsaiti alan İddiaçı MMC olmaqla, köçürülən məbləğ 4365.00 manatdır. Ödənişin təyinatı: sığorta aktı A 059/19 xx.xx.2019-cu il tarixli Ödəniş tapşırığından görünür ki, vəsaiti alan İddiaçı MMC olmaqla, ödənilən məbləğ 2105.00 manat təşkil edir. Ödənişin təyinatı: sığorta aktı A 101/19 xx.xx.2019-cu il tarixli ******* nömrəli ödəniş tapşırığından görünür ki, ödəyici “xxxx” ASC, vəsaiti alan İddiaçı MMC olmaqla, köçürülən məbləğ 6399.00 manatdır. Ödənişin təyinatı: sığorta aktı A 124 19 xx.xx.2019-cu il tarixli Ödəniş tapşırığından görünür ki, vəsaiti alan İddiaçı MMC olmaqla, ödənilən məbləğ 6450.00 manat təşkil edir. Ödənişin təyinatı: sığorta aktı xx.xx.2019-cu il tarixli Ödəniş tapşırığından görünür ki, vəsaiti alan İddiaçı MMC olmaqla, ödənilən məbləğ 6000 manat təşkil edir. Ödənişin təyinatı: sığorta aktı A 147/19 xx.xx.2019-cu il tarixli ******* nömrəli ödəniş tapşırığından görünür ki, ödəyici “xxxx” ASC, vəsaiti alan İddiaçı MMC olmaqla, köçürülən məbləğ 7000 manatdır. Ödənişin təyinatı: sığorta aktı A095 19. xx.xx.2019-cuil tarixli, 1150 saylı Ödəniş tapşrığından görünür ki, ödəyən müştəri “xxxx” ASC, alan müştəri İddiaçı MMC, köçürülən məbləğ 5450 manatdır. Ödənişin təyinatı: sığorta aktı A 151/19 Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, AS 583/18 nömrəli və AS 008/19 nömrəli nəqliyyat vasitələrinin Sığorta şəhadətnaməsinə əsasən, sığortaçı “xxxx” ASC-də, sığortalı-İddiaçı MMC-yə məxsus avtompbillər sığortalanmışdır. 583/2018 nömrəli sığorta şəhadətnaməsi üzrə 28 ədəd markası Ravon, model Nexia R3, buraxılış ili 2017 olan nəqliyyat vasitəsi xx.xx.2018-xx.xx.2019-cu il müddəti üçün sığortalanmışdır. Sığorta haqqı isə 2 saylı qoşmaya uyğun olaraq xx.xx.2018-ci il tarixdə 8099 manat, xx.xx.2019-cu il tarixdə isə 8099 manat olmaqla ödənilməli idi. İş materiallarına əlavə edilmiş “xxxx” SŞ ASC-nin “xxxx” ASC-də olan hesabından çıxarış ilə təsdiq olunur ki, xx.xx.2018-ci il tarixdə İddiaçı MMC tərəfindən 8100 manat, xx.xx.2019-cu il tarixdə isə 8098 manat pul sığortaçıya ödənilmişdir. AS 008/19 nömrəli nəqliyyat vasitələrinin Sığorta şəhadətnaməsi üzrə isə 22 ədəd markası Ravon, model Nexia R3, buraxılış ili 2017 olan nəqliyyat vasitəsi xx.xx.2019-xx.xx.2020-ci il müddəti üçün sığortalanmışdır. Sığorta haqqı 2 saylı qoşmaya müvafiq olaraq xx.xx.2019-cu il tarixdə 6363,50 manat, xx.xx.2019-cu il tarixdə isə 6363,50 manat olmaqla ödənilməli idi. “xxxx” SŞ ASC-nin “xxxx” ASC-də olan hesabından çıxarış ilə təsdiq olunur ki, xx.xx.2019-cu il tarixdə İddiaçı MMC tərəfindən 6363,50 manat, xx.xx.2019-cu il tarixdə isə 6363,51 manat pul sığortaçıya ödənilmişdir. Yəni tərəflər arasında sığorta müqaviləsindən irəli gələn münasibətlər yaranmış və sığortalı sığorta haqqını hər iki müqavilə üzrə tam ödəmişdir. Hazırki iddia tələbi üzrə iddiaçı isə artıq ödənilmiş sığorta haqqını tələb edir və bildirir ki, sığorta müqavilələrinə birtərəfli qaydada xitam verilib. Həmçinin iddia ərizəsində də iddiaçı bildirir ki, sığorta şirkəti xx.xx.2019-cu il tarixli 261/19 və 260/19 saylı xəbərdarlıq məktubları ilə müraciət edərək müqavilələrə vaxtından əvvəl xitam veriləcəyini bildirmişdir. xx.xx.2019-cu il tarixdən müqavilələrə xitam verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 424.2-ci maddəsinə əsasən, müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Həmin Məcəllənin 919.1.9-cu maddəsinə əsasən, sığortalı və ya sığortaçı sığorta müqaviləsinə vaxtından əvvəl xitam verilməsi tələbi ilə çıxış etdikdə sığorta müqaviləsinə aşağıdakı hallarda vaxtından əvvəl xitam verilir. Həmin Məcəllənin 920.1-ci maddəsinə əsasən, bu Məcəllənin 919-cu maddəsində göstərilən hallarda sığorta müqaviləsinə xitam verilməsi üçün əsas olan şərait yarandıqda bu Məcəllənin 920.2-ci maddəsi nəzərə alınmaqla müqaviləyə xitam verilməsində maraqlı olan tərəf dərhal digər tərəfi bu barədə xəbərdar etməlidir. Həmin Məcəllənin 920.2-ci maddəsinə əsasən, sığorta müqaviləsinə bu Məcəllənin 919.1.9-cu maddəsinə uyğun olaraq sığortalının və ya sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verilərkən bu barədə bir tərəf digərinə ən azı 30 gün əvvəl (sığorta müqaviləsi beş ildən çox müddətə bağlanmış olduqda 60 gün, 3 aydan az müddətə bağlanmış olduqda isə 5 iş günü əvvəl) tələbini əsaslandırdığı yazılı bildiriş göndərməlidir. Məhkəmə qeyd edir ki, hər iki müqavilə 1 il müddətinə bağlandığından cavabdeh iddiaçıya sığorta müqaviləsinə xitam verilməsi barədə 30 gün əvvəl yazılı bildiriş göndərməli idi. İddia ərizəsində iddiaçı xx.xx.2019-cu il tarixli yazılı bildirişlərə əsasən müqaviləyə xitam veriləcəyi barədə xəbərdar olunduqlarını bildirir. Hər iki müqaviləyə isə xx.xx.2019-cu il tarixdən xitam verilmişdir, yəni cavabdeh qanunla müəyyən edilmiş öhdəliklərini yerinə yetirmiş və müqavilələrə xitam verilməsi zamanı qanunun tələbini pozmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 921.2-ci maddəsinə əsasən, sığorta müqaviləsinə (qrup halında sığorta zamanı, həm də müqaviləyə hər hansı bir sığorta predmetinə münasibətdə) sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verildikdə o, sığorta haqlarını (qrup halında sığorta zamanı, həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını) bütünlüklə sığortalıya qaytarır; əgər bu tələb sığortalının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını (qrup halında sığorta zamanı, həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını) qaytarır. Bu halda sığortaçı sığorta müqaviləsi üzrə (qrup halında sığorta zamanı isə müqavilənin hər hansı sığorta predmeti ilə bağlı sığorta haqqına mütənasib olan) sığorta haqqının qaytarılan hissəsindən işlərin aparılması xərclərinin müqavilənin qurtarmamış müddətinə mütənasib hissəsini çıxa bilər. Həmin Məcəllənin 921.3-cü maddəsinə əsasən, sığorta müqaviləsinə (qrup halında sığorta zamanı, həm də müqaviləyə hər hansı bir sığorta predmetinə münasibətdə) vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək sığortaçı tərəfindən sığortalıya ödənilmiş sığorta haqqına (qrup halında sığorta zamanı, həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarına) bərabər və ya ondan çox miqdarda sığorta ödənişi verilmişdirsə, sığorta haqqı (qrup halında sığorta zamanı, həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqları) sığortalıya qaytarılmır. Həmin Məcəllənin 921.4-cü maddəsinə əsasən, sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək ödənilmiş sığorta haqqından (qrup halında sığorta zamanı, həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarından) az miqdarda sığorta ödənişi verilmişdirsə, həmin sığorta haqqı məbləği ilə sığorta ödənişi məbləği arasındakı fərq miqdarında sığorta haqqının sığortalıya qaytarılması müvafiq olaraq bu Məcəllənin 921.1-ci və 921.2-ci maddələrində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Məhkəmə araşdırması zamanı həmçinin təqdim edilmiş ödəniş sənədləri ilə müəyyən olunmuşdur ki 583/2018 nömrəli sığorta şəhadətnaməsi üzrə sığorta haqqı olaraq 16198 manat ödənilmiş, lakin baş vermiş sığorta hadisələri nəticəsində 28069 manat sığortalıya ödəniş edilmişdir. AS 008/19 nömrəli nəqliyyat vasitələrinin Sığorta şəhadətnaməsi üzrə Sığorta haqqı olaraq 12727 manat ödənilmiş, lakin baş vermiş sığorta hadisələri nəticəsində 18900 manat sığortalıya ödəniş edilmişdir. Məhkəmə qeyd edir ki, xx.xx.2019cu il tarixədək, yəni hər iki sığorta müqaviləsinə xitam verilənə qədər sığortaçı tərəfindən sığortalıya hər iki müqavilə üzrə sığorta haqqından artıq sığorta ödənişi edilmişdir. Ona görə məhkəmə hesab edir ki, xitam verilmə anınadək sığortaçı tərəfindən sığortalıya ödənilmiş sığorta haqqından (qrup halında sığorta zamanı, həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarına) çox miqdarda sığorta ödənişi verildiyi üçün sığorta haqqı sığortalıya qaytarılmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, İddiaçıxxxx“xxxx” ASC-yə qarşı “sığorta müqaviləsi üzrə ödənilmiş məbləğin geri qaytarılması” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçıxxxx“xxxx” ASC-yə qarşı “sığorta müqaviləsi üzrə ödənilmiş məbləğin geri qaytarılması” tələbinə dair iddia ərizəsi təmin edilməsin. İddiaçı MMC tərəfindən 30 (otuz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-1518/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1518/2020
15.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver