Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1519/2025 18.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh2 qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh2 qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh2 (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 38811,08 manat borcun və ödənilmiş 206,44 manat dövlət rüsumunun, cəmi 39017,52 manat məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında GKM2/24-040 nömrəli, xx.xx.2024-cü il tarixli məhsulların alqı-satqı müqaviləsi imzalnmışdır. Qeyd olunan alqısatqı müqaviləsinə əsasən cavabdeh tərəfindən İddiaçı MMC-dən müxtəlif mallar alınsa da, həmin malların dəyərinin cəmi 38811,08 manat (otuz səkkiz min səkkiz yüz on bir manat səkkiz qəpik) məbləğində olan hissəsi hazırki vaxtadək cavabdeh tərəfindən iddiaçıya ödənilməmişdir. Göstərilən məbləğdə malların Cavabdeh2 tərəfindən qəbul edilməsini malların təhvil-qəbul aktları da bir daha sübut edir. Qeyd olunanları tərəflər arasında imzalanmış 10 oktyabr 2024-cü il tarixli qarşılıqlı üzləşmə aktı da bir daha təsdiq edir. Ödənişin həyata keçirilməsi üçün iddiaçı tərəfindən cavabdehə elektron qaimələr də göndərilmişdir. Qeyd olunan elektron qaimələr iddia ərizəsinə əlavə olunmuşdur. Ödənişin edilməsi ilə bağlı dəfələrlə nümayəndə vasitəsilə cavabdehlə əlaqə saxlanılmış və həmin borc məbləğinin qısa müddətdə ödənilməsi xahiş edilmişdir. Lakin cavabdeh tərəfdən heç bir ödəniş həyata keçirilməmişdir. Daha sonra Cavabdeh2 elektron kabinetinə xx.xx.2024cü il tarixli pretenziya məktubu göndərilmiş, lakin cavabdeh həmin məktubu rəsmi şəkildə qəbul etsə də borcunu ödəməmişdir.
3. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Etiraz onunla əsaslandırılmışdır ki, iddia ərizəsində göstərilən borc məbləğləri ilə razı deyil və hesab edir ki, borc məbləği düzgün hesablanmamışdır. Belə ki, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İddiaçı MMC-nin nümayəndələri tərəfindən müxtəlif vaxtlarda cavabdehin istifadəsində olan Ramana qəsəbəsində yerləşən Əla Marketə məhsullar təhvil verilmişdir. Müəyyən səbəblərdən cavabdeh 2024-cü ilin noyabr ayında Əla Marketin fəaliyyəti dayandırmalı olmuşdur. 2024-cü ilin noyabr ayının 7-də İddiaçı MMC-nin əməkdaşları Ramana qəsəbəsində yerləşən Əla Marketə gəlib həmin mağazadan, cavabdehə satdıqları məhsullarından 86763 manat dəyərində məhsulu geri götürdülər. Həmçinin o, cavabdeh İddiaçı MMC-yə olan borcundan İddiaçı MMC-nin nümayəndəsi Taleh Sultanova 2024-cü ilin oktyabr ayında ilk dəfə 10200 manat, daha sonra isə 2000 manat nəğd şəkildə ödənişlər etmişdir. Bundan əlavə olaraq, İddiaçı MMC-nin nümayəndələri borcun əvəzində Əla Marketdə olan bir ədəd “Airk” markalı 6 metr uzunluğunda, dəyəri 11800 manat olan “südlük soyuducu”nu, 3 ədəd, uzunluğu 2 metr olan, cəmi dəyəri 1800 manat olan “qastronom vitrin soyuducusu”nu, 14000 manat dəyərində 40 metr uzunluğunda (rəfin 1 metrinin qiyməti 350 manatdır) iki tərəfli dəmir rəfi və 12500 manat dəyərində, 50 metr uzunluqda (bu rəfin 1 metrinin qiyməti 250 manatdır) tək tərəfli divar rəfini götürmüşlər. Ümumilikdə isə İddiaçı MMC-nin nümayəndələri yaranan borcun əvəzində Əla Marketdən dəyəri 40100 manat olan, yuxarıda qeyd edilən əşyaları götürmüşlər. Göründüyü kimi xx.xx.2024-cü il tarixindən sonra (yəni xx.xx.2024-cü il tarixli “qarşılıqlı üzləşmə aktı" tərtib edilərək xx.xx.2024-cü il tarixə 125694,78 manat borc məbləği müəyyən edildiyi vaxtda sonra) İddiaçı MMC-yə aid bank hesabına xx.xx.2024-cü il tarixdə 4999,99 manat, xx.xx.2024-cü il tarixdə 9999,99 manat, xx.xx.2024-cü il tarixdə 8000 manat olmaqla cəmi 22999,98 manat pul köçürülmüş, 2024-cü ilin oktyabr ayının sonunda İddiaçı MMC-nin əməkdaşı Taleh Sultanova 10200 və 2000 manat nəğd şəkildə pul ödənişi olunmuş, 40100 manat dəyərində - borcun əvəzinə götürülmüş əşyalar da nəzərə alınmaqla yekunda cəmi 75299,98 manat İddiaçı MMC-yə ödəniş olunmuşdur. İddiaçı MMC-nin əməkdaşlarının mağaza bağlanan zaman mağazadan, satdıqları məhsullarından 86763 manat dəyərində məhsulu geri götürdüyünü də nəzərə alsaq, (86763 manat + 75299,98 manat = 162062,98 manat) o zaman cavabdehin hal-hazırda İddiaçı MMC-yə borcumun qalmadığı müəyyən edilir. Belə olan halda iddia edilən borc məbləğlərinin qeyri-dəqiq hesablandığı aydın olur.
II. Tərəflərin mövqeləri:
5. Məhkəmə iclasında iddiaçının nümayəndəsi S.Nağıyev iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi.
6. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə etiraz edib yazılı etirazlarının məzmununa uyğun izahat verib iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. İddiaçı (satıcı) və cavabdeh (alıcı) arasında bağlanmış xx.xx.2024-cü il tarixli, GKM2/24-040 nömrəli Bakı və Abşeron ərazisində şəbəkə və ya az şöbəli özünə xidmət marketlərlə məhsulların alqı-satqı müqaviləsinə görə satıcı alıcının sifarişi əsasında adı, növü, ölçüsü, miqdarı, qiyməti və ümumi dəyəri qaimə-fakturada və ya təhvil-təslim aktında göstərilən müxtəlif növ mal və məhsulları alıcının mülkiyyətinə verməyi, alıcı isə bu müqavilə əsasında məhsulu qəbul edib dəyərini satıcıya ödəməyi öhdəsinə götürür.
9. Müqavilənin 2.1-ci bəndinə görə məhsulların siyahısı, çeşidi, adı və onların qiymətləri satıcı tərəfindən alıcıya təqdim edilən qiymətlər elektron qaimə-fakturada öz əksini tapmışdır.
10. Müqavilənin 2.6-cı bəndinə görə alıcı məhsulları sifariş verilən gündən sonrakı 2 (iki) gün ərzində qanunvericilikdə müəyyən edilmiş qaydada, təhvil-təslim aktı ilə özünün və ya səlahiyyətli nümayəndəsinin imzası ilə qəbul edilir.
11. Müqavilənin 2.11-ci bəndinə görə geri qaytarılmalı olan məhsullar qanunvericiliyə uyğun olaraq məhsulların qaytarılmasına dair akt əsasında məhsulların təqdim edildiyi qiymət üzərindən geri alınacaq.
12. Müqavilənin 3.1-ci bəndinə görə satılmış məhsulun dəyəri alıcı tərəfindən satıcının hesablaşma hesabına ödənilir. Ödənilmiş pul vəsaitinin satıcının hesabına daxil olduğu gün ödəniş günü hesab olunur. Satılmış məhsulun dəyəri satıcıya vaxtında ödənilmədikdə alıcının yeni sifarişləri ödənişin tamamlanmasına qədər qəbul edilmir.
13. İddiaçının möhürü və cavabdehin imzası ilə təsdiq olunmuş xx.xx.2024-cü il tarixli qarşılıqlı üzləşmə aktına görə xx.xx.2024-cü il tarixə cavabdehin iddiaçıya borcu 125694,78 manat təşkil edir.
14. İddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixli MT2409 11931437 nömrəli 42,5272 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2409 11931439 nömrəli 44,9816 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT24010 10120599 nömrəli 44,7102 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT24010 10249222 nömrəli 757,737 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2410 10370553 nömrəli 412,469 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2410 10755178 nömrəli 64,31 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2410 10755264 nömrəli 240,2834 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2410 10838580 nömrəli 198,7002 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2410 11176667 nömrəli 33,63 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2410 11279117 nömrəli 28,4026 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2410 11287800 nömrəli 58,3746 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2410 11430272 nömrəli 336,477 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2410 11532787 nömrəli 123,9826 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2410 11628467 nömrəli 282,2914 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2410 11975678 nömrəli 120,4308 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2408 12017540 nömrəli 68,735 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2409 10445967 nömrəli 232,3774 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2409 10445969 nömrəli 26,137 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2409 10445973 nömrəli 245,9828 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2409 10445975 nömrəli 182,3926 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2409 10666446 nömrəli 102,2352 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2409 10878965 nömrəli 29,5944 manat məbləğində, xx.xx.2024cü il tarixli MT2409 10969336 nömrəli 20,6618 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2409 11425939 nömrəli 33,3822 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2409 11584690 nömrəli 437,8154 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2409 11315054 nömrəli 453,2852 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2408 11450855 nömrəli 64592,598 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2408 11450856 nömrəli 14518,023 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2408 11677408 nömrəli 122,24 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2408 11677412 nömrəli 203,7034 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2408 11793665 nömrəli 94,5062 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2408 11959692 nömrəli 37,4178 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2408 11991872 nömrəli 80655,6904 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2408 12017535 nömrəli 401,2 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2408 12017537 nömrəli 97,763 manat məbləğində, xx.xx.2024cü il tarixli MT2408 10551100 nömrəli 1516,370 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2408 10551101 nömrəli 120,4544 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2408 10772237 nömrəli 97,7394 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2408 10962699 nömrəli 1570,8868 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2408 10962700 nömrəli 226,1824 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2408 11092904 nömrəli 4734,3606 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2408 11092905 nömrəli 301,5726 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2408 11252523 nömrəli 6851,516 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2408 11252525 nömrəli 2834,489 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2408 11252530 nömrəli 793,078 manat məbləğində elektron qaimə-fakturalar təqdim olunmuşdur.
15. Cavabdeh tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixli 873986 nömrəli kassa mədaxil orderinə görə 5000 manat, xx.xx.2024-cü il tarixli 873987 nömrəli kassa mədaxil orderinə görə 2500 manat, xx.xx.2024-cü il tarixli 873988 nömrəli kassa mədaxil orderinə görə 4680 manat məbləğində ödəniş edilmişdir.
16. X3, X1 və X4 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli akta görə cəmi 17690 manat məbləğində əşya xx.xx.2024-cü il tarixli, GKM2/24-040 nömrəli müqavilə üzrə borcun əvəzi olaraq iddiaçıya təhvil verilmişdir.
17. İş materiallarında olan iadə satış sifarişlərindən görünür ki, cavabdeh tərəfindən ümumilikdə 35407,41 manat məbləğində mal iddiaçıya geri qaytarılmışdır.
18. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, GKM2/24-040 nömrəli alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
19. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
20. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
21. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir.
22. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
23. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
24. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
25. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
26. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.
27. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
28. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
29. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında xx.xx.2024-cü il tarixli, GKM2/24-040 nömrəli alqı-satqı müqaviləsi bağlanmış, xx.xx.2024-cü il tarixli üzləşmə aktı ilə cavabdehin xx.xx.2024-cü il tarixə olan borcunun məbləğinin 125694,78 manat olması müəyyən edilmiş, iddiaçı tərəfindən cavabdehə 2024-cü ilin oktyabr ayı ərzində əlavə olaraq dəyəri 1393,11 manat təşkil edən mallar təhvil verilmişdir. Cavabdeh yaranmış ümumilikdə 127087,89 manat borcunun müqabilində 22999,98 manat nağdsız, 12180 manat nağd olmaqla, ümumilikdə 35179,98 manat ödəniş etmişdir.
30. İddiaçı tərəfindən təqdim edilmiş malların geri təhvil alınması barədə aktlardan görünür ki, cavabdeh tərəfindən satın alınmış malların bir qismi (35407,41 manat) geri qaytarılmış, cavabdeh yazılı etirazında geri qaytarılan malların dəyərinin 86763 manat olmasını bildirsə, bu barədə hər hansı sübutu ümumiyyətlə məhkəməyə təqdim edə bilməmişdir.
31. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli akta görə cəmi 17690 manat məbləğində əşya xx.xx.2024-cü il tarixli, GKM2/24-040 nömrəli müqavilə üzrə borcun əvəzi olaraq iddiaçı tərəfindən təhvil alınmışdır.
32. Cavabdeh yazılı etirazında geri təhvil alınan malların dəyərinin 40100 manat olmasını, habelə həmin aktda göstəriləndən əlavə olaraq başqa əşyaların da götürüldüyünü göstərsə də, etirazının əsasına dair hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir.
33. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia 38811,08 manat borcun tələb edilməsi hissəsində əsaslıdır və təmin edilməlidir.
34. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, 38811,08 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
36. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 206,44 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
V. Nəticə:
37. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh2 38811,08 manat məbləğində pul, 206,44 manat dövlət rüsumu, ümumilikdə 39017,52 (otuz doqquz min on yeddi manat əlli iki qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova