Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-152/2024 12.01.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin iddiaçı "xxxx" MMC-nin cavabdeh “Granum Group” LLC-yə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər “X8 Azərbaycan” QSC, "xxxx" ASC, Azərbaycan Respublikası Mərkəzi Bankı, "xxxx" MMC və "xxxx" MMC) qarşı kommersiya mübahisəsi üzrə Açar sözlər: alqı-satqı müqaviləsi üzrə avansın qaytarılması; xarici elementli mübahisə Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızının sədrliyi, X1 katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, iddiaçı "xxxx" MMC-nin cavabdeh “Granum Group” LLC-yə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər “X8 Azərbaycan” QSC, "xxxx" ASC, Azərbaycan Respublikası Mərkəzi Bankı, "xxxx" MMC və "xxxx" MMC) qarşı müqavilə üzrə pulun tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ
1. "xxxx" MMC (alıcı) ilə “Granum Group” LLC (satıcı) arasında \ GR-34-SUM nömrəli, *5.*3.2*21-ci il tarixli müqavilə bağlanmış və həmin müqaviləyə əsasən satıcı satmağı, alıcı isə 2*2*-ci ildə istehsal olunmuş 8*** ton Rusiya mənşəli ərzaq buğdasını toplu olaraq almağı öhdəsinə götürmüşdür., DAP şərti ilə - Samur keçid stansiyasından keçməklə (Şimali Qafqaz dəmir yolu), kod 5449* (İncoterms 2*1*). Müqavilənin şərtlərinə əsasən: Mallar 3* iyun 2*21-ci il tarixinədək dəmir yolu ilə bunker tipli taxıl vaqonlarında göndərilməlidir. Satılan malların qiyməti hazırki müqavilə üzrə 1 metrik ton üçün 24* ABŞ dollarıdır (ƏDV dərəcəsi *%) Müqavilənin ümumi dəyəri bəndinə uyğun olaraq 1.92*.*** ABŞ dolları (* (sıfır)% ƏDV dərəcəsi ilə) təşkil edir. Müqavilənin imzalandığı gündən və əvvəlcədən ödəmə üçün hesab-fakturanın verilməsindən 3 bank günü ərzində müqavilənin ümumi dəyərinin 1**% məbləğində ilkin ödəniş edilir, mallar üçün son ödəniş isə vaqonlar yola salındıqdan sonra və göndərmə sənədləri təqdim edilərkən 3 bank günü ərzində edilir. Erkən ödənişə icazə verilir. bu Müqavilənin icrası ilə əlaqədar bütün mübahisələrin və fikir ayrılıqlarının həlli satıcı və alıcı sülh (danışıqlar) yolu ilə həlle dəcək, tərəflər mübahisəni sülh (danışıqlar) yolu ilə həll edilməsində razılığa gələ bilməsələr, bütün mübahisələr və fikir ayrılıqları arbitraj qaydalarına uyğun olaraq və GAFTA müraciətləri ilə həll edilməlidir (İngiltərənin maddi hüququ tətbiq olunur). Müqavilə hər iki tərəfə münasibətdə onun imzalandığı andan qüvvəyə minir və 31.12.2*21-ci ilə qədər qüvvədə olacaqdır. Müqavilədə satıcının (“Granum Group” LLC) ünvanı 57* Lexington Avenue 15th X11, NY, 1**22 olaraq qeyd edilmişdir. - Müqaviləni tərəflər imzaları və möhürü ilə təsdiq etmişlər.
2. *5.*3.2*21-ci il tarixli *3-*5 nömrəli əvvəlcədən ödəniş invoysundan (prepayment invoice) görünür ki, GR-34-SUM nömrəli, *5.*3.2*21-ci il tarixli müqaviləyə əsasən “Granum Group” LLC tərəfindən təqdim ediləcək malın (1 tonun qiyməti 24* ABŞ dolları olan ümumi çəkisi 8*** ton buğda) ümumi dəyəri 1.92*.*** ABŞ dolları təşkil edir (satıcı - “Granum Group” LLC, idxalçı - "xxxx" MMC-dir).
3. GR-34-SUM nömrəli, *5.*3.2*21-ci il tarixli müqaviləyə 28.12.2*21-ci il tarixli 28/12/21 nömrəli əlavə razılaşmaya əsasən tərəflər müqavilənin qüvvədə olma müdətinin 3*.*4.2*22-ci il tarixinədək uzadılması barədə razılığa gəlmişlər.
4. GR-34-SUM nömrəli, *5.*3.2*21-ci il tarixli müqaviləyə *9.*3.2*22-ci il tarixli *9/*3/22 nömrəli əlavə razılaşmaya əsasən tərəflər məhsulun çəkisini azaldaraq satıcının seçiminə görə 4*** ton, eləcə də məhsulun qiymətində dəyişiklik edərək hər ton üçün 26* ABŞ dolları olması barədə razılığa gəlmişlər.
5. "xxxx" MMC (alıcı) ilə “Granum Group” LLC (satıcı) arasında GR-35-SUM nömrəli, 2*.*4.2*21-ci il tarixli müqavilə bağlanmış və həmin müqaviləyə əsasən satıcı satmağı, alıcı isə 2*2*-ci ildə istehsal olunmuş 42** ton Rusiya mənşəli ərzaq buğdasını toplu olaraq almağı, DAP şərtləri ilə - Samur keçid stansiyasından keçməklə (Şimali Qafqaz dəmir yolu), kod 5449* (İncoterms 2*1*). Müqavilənin şərtlərinə əsasən: - Mallar 3* iyun 2*21-ci il tarixinədək dəmir yolu ilə bunker tipli taxıl vaqonlarında göndərilməlidir. - Satılan malların qiyməti hazırki müqavilə üzrə 1 metrik ton üçün 24* ABŞ dollarıdır (ƏDV dərəcəsi *%) - Müqavilənin ümumi dəyəri bəndinə uyğun olaraq 1.**8.*** ABŞ dolları (* (sıfır)% ƏDV dərəcəsi ilə) təşkil edir. - Müqavilənin imzalandığı gündən və əvvəlcədən ödəmə üçün hesab-fakturanın verilməsindən 3 bank günü ərzində müqavilənin ümumi dəyərinin 1**% məbləğində ilkin ödəniş edilir, mallar üçün son ödəniş isə vaqonlar yola salındıqdan sonra və göndərmə sənədləri təqdim edilərkən 3 bank günü ərzində edilir. Erkən ödənişə icazə verilir. - bu Müqavilənin icrası ilə əlaqədar bütün mübahisələrin və fikir ayrılıqlarının həlli satıcı və alıcı sülh (danışıqlar) yolu ilə həlle dəcək, tərəflər mübahisəni sülh (danışıqlar) yolu ilə həll edilməsində razılığa gələ bilməsələr, bütün mübahisələr və fikir ayrılıqları arbitraj qaydalarına uyğun olaraq və GAFTA müraciətləri ilə həll edilməlidir (İngiltərənin maddi hüququ tətbiq olunur). - Müqavilə hər iki tərəfə münasibətdə onun imzalandığı andan qüvvəyə minir və 31.12.2*21-ci ilə qədər qüvvədə olacaqdır. - Müqavilədə satıcının (“Granum Group” LLC) ünvanı 57* Lexington Avenue 15th X11, NY, 1**22 olaraq qeyd edilmişdir. - Müqaviləni tərəflər imzaları və möhürü ilə təsdiq etmişlər.
6. 25.*5.2*21-ci il tarixli ödəniş sənədinə əsasən "xxxx" MMC tərəfindən ("xxxx" ASCdəki bank hesabından) “Granum Group” LLC-nin hesabına (The Bank of X9 (24* X6 York)) GR-34-SUM saylı *5.*3.2*21-ci il tarixli müqavilə üzrə 1**.*** ABŞ dolları pul vəsaiti köçürülmüşdür.
7. *4.*5.2*21-ci il tarixli (göndərənin reference nömrəsi PA21*5*4**68 olan) ödəniş sənədinə əsasən "xxxx" MMC tərəfindən (“X8 Azərbaycan” QSC-dəki bank hesabından) “Granum Group” LLC-nin hesabına (The Bank of X9 (X1* New York)) GR-34-SUM saylı *5.*3.2*21-ci il tarixli müqavilə üzrə 6**.*** ABŞ dolları pul vəsaiti köçürülmüşdür.
8. *1.*6.2*21-ci il tarixli (göndərənin reference nömrəsi PA21*531*631 olan) ödəniş sənədinə əsasən "xxxx" MMC tərəfindən (“X8 Azərbaycan” QSC-dəki bank hesabından) “Granum Group” LLC-nin hesabına (The Bank of X9 (X1* New York)) GR-34-SUM saylı *5.*3.2*21-ci il tarixli müqavilə üzrə 2***** ABŞ dolları pul vəsaiti köçürülmüşdür.
9. 17.*5.2*21-ci il il tarixli (göndərənin reference nömrəsi PA21*5171**1 olan) ödəniş sənədinə əsasən "xxxx" MMC tərəfindən (“X8 Azərbaycan” QSC-dəki bank hesabından) “Granum Group” LLC-nin hesabına (The Bank of X9 (X1* New York)) GR-34-SUM saylı *5.*3.2*21-ci il tarixli müqavilə üzrə 1***** ABŞ dolları pul vəsaiti köçürülmüşdür.
10. *8.*6.2*21-ci il tarixli (göndərənin reference nömrəsi PA21*6*8*383 olan) ödəniş sənədinə əsasən "xxxx" MMC tərəfindən (“X8 Azərbaycan” QSC-dəki bank hesabından) “Granum Group” LLC-nin hesabına (The Bank of X9 (X1* New York)) GR-35-SUM saylı 2*.*4.2*21-ci il tarixli müqavilə üzrə 1***** ABŞ dolları pul vəsaiti köçürülmüşdür.
11. *1211***294425 saylı, *7.*9.2*21-ci il tarixli gömrük bəyannaməsinə əsasən, göndərən (ixracatçı) “Granum Group” LLC tərəfindən malı qəbul edən (idxalatçı) "xxxx" MMC-yə ünvanlanmış invoys dəyəri 42978* ABŞ dolları olan 1482 ton 3-cü sinif buğda (göndərən ölkə - Rusiya) AR-in gömrük sərhədindən keçirilərək "xxxx" MMC-nin adına rəsmiləşdirilmişdir.
12. *1211***294263 saylı, *7.*9.2*21-ci il tarixli gömrük bəyannaməsinə əsasən, göndərən (ixracatçı) “Granum Group” LLC tərəfindən malı qəbul edən (idxalatçı) "xxxx" MMC-yə ünvanlanmış invoys dəyəri 267.539,5* ABŞ dolları olan 922,55 ton 3-cü sinif buğda (göndərən ölkə - Rusiya) AR-in gömrük sərhədindən keçirilərək "xxxx" MMC-nin adına rəsmiləşdirilmişdir.
13. *1211***297467 saylı, *9.*9.2*21-ci il tarixli gömrük bəyannaməsinə əsasən göndərən (ixracatçı) “Granum Group” LLC tərəfindən malı qəbul edən (idxalatçı) "xxxx" MMC-yə ünvanlanmış invoys dəyəri 285215 ABŞ dolları olan 983,5* ton 3-cü sinif buğda (göndərən ölkə - Rusiya) AR-in gömrük sərhədindən keçirilərək "xxxx" MMC-nin adına rəsmiləşdirilmişdir.
14. *1211***3**947 saylı, 13.*9.2*21-ci il tarixli gömrük bəyannaməsinə əsasən göndərən (ixracatçı) “Granum Group” LLC tərəfindən malı qəbul edən (idxalatçı) "xxxx" MMC-yə ünvanlanmış invoys dəyəri 162.878,5* ABŞ dolları olan 561,65 ton 3-cü sinif buğda (göndərən ölkə - Rusiya) AR-in gömrük sərhədindən keçirilərək "xxxx" MMC-nin adına rəsmiləşdirilmişdir.
15. *1211***3346*9 saylı, *7.1*.2*21-ci il tarixli gömrük bəyannaməsinə əsasən göndərən (ixracatçı) “Granum Group” LLC tərəfindən malı qəbul edən (idxalatçı) "xxxx" MMC-yə ünvanlanmış invoys dəyəri 2*.*82,5* ABŞ dolları olan 69,25 ton 3-cü sinif buğda (göndərən ölkə - Rusiya) AR-in gömrük sərhədindən keçirilərək "xxxx" MMC-nin adına rəsmiləşdirilmişdir.
16. "xxxx" MMC (alıcı) ilə “Granum Group” LLC (satıcı) arasında GR-12-HAZ nömrəli, 2*.11.2*2*-ci il tarixli müqavilə bağlanmış və həmin müqaviləyə əsasən satıcı satmağı, alıcı isə 2*2*-ci ildə istehsal olunmuş Rusiya mənşəli ərzaq buğdasını toplu olaraq almağı, DAP şərtləri ilə - Samur keçid stansiyasından keçməklə (Şimali Qafqaz dəmir yolu), kod 5449* (İncoterms 2*1*)
17. 2*2*-2*21-ci illəri əhatə edən gömrük bəyannamələrinə əsasən müxtəlif şirkətlər (ООО «Трансагротек», СПСК «СОЮЗ») və s.) tərəfindən göndərilən və malı qəbul edən (idxalatçı) "xxxx" MMC-yə ünvanlanmış müxtəlif dəyərdə və çəkilərdə buğda (göndərən ölkə - Rusiya) AR-in gömrük sərhədindən keçirilərək "xxxx" MMC-nin adına rəsmiləşdirilmişdir. "xxxx" MMC (alıcı) ilə “Granum Group” LLC (satıcı) arasında bağlanmış GR-11-HAZ nömrəli, 2*.11.2*2*-ci il tarixli müqaviləyə əsasən satıcı satır, alıcı isə 2*2*-ci ildə istehsal olunmuş Rusiya mənşəli ərzaq buğdasını toplu olaraq alır, DAP şərtləri ilə - Samur keçid stansiyasından keçməklə (Şimali Qafqaz dəmir yolu), kod 5449* (İncoterms 2*1*).
18. “Granum Group” LLC şirkəti ilə "xxxx" MMC arasında bağlanmış 21.*1.2*21-ci il tarixli GR-33-SUM-1 və 2*.*8.2*21-ci il tarixli GR-41-Sum müqavilələri üzrə *1.11.2*21 və *2.12.2*21-ci il arası dövrü əhatə edən qarşılıqlı üzləşmə aktına əsasən *2.12.2*21-ci il tarixə “Granum Group” LLC-nin "xxxx" MMC-yə 86*.*96,5* ABŞ dolları təşkil edir.
19. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *6.*6.2*23-cü il tarixli 3(**5)- 1635/2*23 saylı qərarı ilə "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43*.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 514.5*4,5* ABŞ dolları valyuta vəsaiti məbləğinin 2* (iyirmi) faizi miqdarında, 1*2.9**,9 ABŞ dolları (qərar çıxarılan günü manata olan məzənnəsi ilə) məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Qərara əsasən müəyyən olunur ki, *3.*5.2*21-ci il tarixli “Ödəniş tapşırığı”ndan görünür ki, "xxxx" MMC tərəfindən “X8” ASC-də olan hesabdan 514.5*4,5* ABŞ dolları məbləğində pul vəsaiti “Cavabdeh” şirkətinin hesabına köçürülmüşdür; “X8” ASC tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankına göndərilmiş *5.*5.2*23-cü il tarixli məktubdan görünür ki, "xxxx" MMC ödənişin aparıldığı gündən 2 il müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədləri təqdim etməmişdir. Beləliklə, "xxxx" MMC 514.5*4,5* ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti *4 may 2*21-ci il tarixdə bank vasitəsilə Azərbaycan Respublikasından kənara köçürmüş və bunun müqabilində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır.
20. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16.*6.2*23-cü il tarixli 3(**5)- 1753/2*23 saylı qərarı ilə "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43*.4- cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 1***** ABŞ dolları valyuta vəsaiti məbləğinin 2* (iyirmi) faizi miqdarında 2*.*** ABŞ dolları məbləğində (qərar çıxarılan günü manata olan məzənnəsi ilə) cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Qərara əsasən müəyyən olunur ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: 17.*5.2*21-ci il tarixli “Ödəniş tapşırığı”ndan görünür ki, "xxxx" MMC tərəfindən “X8” ASC-də olan hesabdan 1*****.** ABŞ dolları məbləğində pul vəsaiti “Cavabdeh” şirkətinin hesabına köçürülmüşdür. “X8” ASC tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankına göndərilmiş 18.*5.2*23-cü il tarixli məktubdan görünür ki, "xxxx" MMC 1***** ABŞ dolları məbləğində ödənişin aparıldığı gündən 2 il müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədləri təqdim etməmişdir. Beləliklə, "xxxx" MMC ümumilikdə 1***** ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti 17 may 2*21-ci il tarixdə bank vasitəsilə Azərbaycan Respublikasından kənara köçürmüş və bunun müqabilində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır.
21. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11.*7.2*23-cü il tarixli 3(**5)- 199*/2*23 saylı qərarı ilə "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43*.4-cü maddəsi ilə təqsirli bilinmiş və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 2***** ABŞ dolları valyuta vəsaiti məbləğinin iyirmi faizi miqdarında, yəni 4*.*** ABŞ dolları (qərar çıxarılan günü manata olan məzənnəsi ilə) cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Qərara əsasən müəyyən olunur ki, r. İş materiallarında olan "xxxx" QSC-nin *7.*6.2*23-cü il tarixli, **121 nömrəli Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanlanmış məktubundan görünür ki, banklarda avans köçürmə aparan müştərilər “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması” Qaydarının tələbi olaraq idxal olunan mal və xidmətlər üzrə qabaqcadan ödəniş aparıldığı gündən 2 il müddətində mal və ya xidmətlərin idxalını təsdiq edən sənədləri Banka təqdim edirlər. Müştərilərin ödəniş əməliyyatlarının siyahısında "xxxx" MMC göstərilmişdir. İş materiallarında olan 31.*5.2*21-ci il tarixli köçürmə ərizəsindən görünür ki, "xxxx" MMC 2***** ABŞ dolları məbləğində pulun ölkə xaricinə köçürülməsi üçün "xxxx" QSC-yə müraciət etmişdir. Beləliklə, məhkəmə hesab etmişdir ki, "xxxx" MMC *1 iyun 2*21-ci il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə 2***** ABŞ dolları məbləğində vəsaiti köçürmüş, lakin ödənişin aparıldığı gündən 2 (iki) ildən artıq müddət keçdikdən sonra 2***** ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmişdir. 22.Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18.*7.2*23-cü il tarixli 3(**5)- 2*75/2*23 saylı qərarı ilə "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43*.4- cü maddəsi ilə təqsirli bilinmiş və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 1***** ABŞ dolları valyuta vəsaiti məbləğinin iyirmi faizi miqdarında, yəni 2**** ABŞ dolları (qərar çıxarılan günü manata olan məzənnəsi ilə) cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Qərara əsasən müəyyən olunur ki, iş materiallarında olan "xxxx" ASC-nin 13.*6.2*23-cü il tarixli, **127 nömrəli Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanlanmış məktubundan görünür ki, banklarda avans köçürmə aparan müştərilər “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması” Qaydarının tələbi olaraq idxal olunan mal və xidmətlər üzrə qabaqcadan ödəniş aparıldığı gündən 2 il müddətində mal və ya xidmətlərin idxalını təsdiq edən sənədləri Banka təqdim edirlər. Müştərilərin ödəniş əməliyyatlarının siyahısında "xxxx" MMC göstərilmişdir. İş materiallarında olan *8.*6.2*21-ci il tarixli köçürmə ərizəsindən görünür ki, "xxxx" MMC 1***** ABŞ dolları məbləğində pulun ölkə xaricinə köçürülməsi üçün "xxxx" ASC-yə müraciət etmişdir. Beləliklə, məhkəmə hesab etmişdir ki, "xxxx" MMC *8 iyun 2*21-ci il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə 1***** ABŞ dolları məbləğində vəsaiti köçürmüş, lakin ödənişin aparıldığı gündən 2 (iki) ildən artıq müddət keçdikdən sonra 1***** ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmişdir.
23. "xxxx" MMC 26.1*.2*23-cü il tarixli 14 nömrəli məktubla Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, "xxxx" MMC iddiaçı və cavabdeh arasında bağlanılan *5.*3.2*21-ci il tarixli GR-34-SUM saylı və 2*.*4.2*21-ci il tarixli, GR-35-SUM saylı müqavilələrdə tərəf olmadığından həmin müqavilələr üzrə hər hansı bir öhdəliyi mövcud deyildir. İİ.MƏHKƏMƏDƏ İCRAAT
a)İddia tələbi və iddia tələbinin dəlilləri
24.İddiaçı "xxxx" MMC cavabdeh “Granum Group” LLC-yə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər “X8 Azərbaycan” QSC, "xxxx" ASC, Azərbaycan Respublikası Mərkəzi Bankı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, *5 mart 2*21-ci il tarixli GR-34-SUM nömrəli və 2* aprel 2*21-ci il tarixli GR-35-SUM nömrəli müqavilələr əsasında 8*** və 42** ton Rusiya mənşəli ərzaq buğdasının alınması məqsədilə iddiaçı "xxxx" MMC tərəfindən qabaqcadan (avans) olaraq cavabdeh “Granum Group” LLC-yə köçürülmüş 86*.*96,5* ABŞ dolları məbləğinin cavabdeh tərəfindən geri qaytarılması, 4** manat ilkin mediasiya xərcinin, məhkəməyə iddia ərizəsinin verilməsinə görə ödənilmiş 1.521,93 manat dövlət rüsumunun, 3** manat poçt xərcinin və hüquqi yardım müqaviləsinə görə köçürülmüş 1*** manat xərcin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
25. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Granum Group” LLC (Satıcı) və "xxxx" MMC (Alıcı) arasında *5 mart 2*21-ci il tarixində GR-34-SUM nömrəli və 2* aprel 2*21-ci il tarixində GR-35-SUM nömrəli müqavilələr bağlanmışdır. Müqavilələrin predmetinə əsasən satıcı satır, alıcı isə 2*2*-ci ildə istehsal olunmuş 8*** və 42** ton Rusiya mənşəli ərzaq buğdasını toplu olaraq alır, DAR şərtləri ilə - Samur keçid stansiyasından keçməklə (Şimali Qafqaz dəmir yolu), kod 5449*. Qeyd etmək istəyirlər ki, “Granum Group” LLC şirkəti və "xxxx" MMC arasında bağlanmış *5 mart 2*21- ci il tarixli GR-34-SUM nömrəli və 2* aprel 2*21-ci il tarixli GR-35-SUM nömrəli müqavilələr sərbəst formada tərəflər arasında bağlanan müqavilələrdir. Qeyd edilən müqavilələrin formasının GAFTA-ya (Grain and X5 —Taxıl və Yem Ticarət Birliyi) aid olmasına və istifadəsinə dair tərəflərin hər hansı bir razılaşması yoxdur. GAFTA dünya taxıl ticarətinin 8*%-nin daşındığı təxmin edilən müqavilələrin standart formalarını işləyib hazırlayır və ticarətdə öz müqavilələrindən sonrakı istifadəni təşviq etməkdə maraqlıdır. GAFTA bütün müqavilələrinin müəllif hüquqlarına sahibdir və GAFTA müqavilələri ticarət etmək istəyən tərəflər tərəfindən endirilə bilsə də, onlar Gafta-nın əvvəlcədən yazılı icazəsi olmadan kommersiya və ya reklam məqsədi ilə istifadə olunmamalı, saxlanılmamalı, çoxaldılmamalı və istifadə edilməməlidir. Bu qadağa GAFTAnın rəsmi internet səhifəsində qeyd edilmişdir. GAFTA onun icazəsi ilə müqavilə formalarından istifadə edən tərəflərin mübahisələrini və/və ya fikir ayrılıqlarını həll etmək üçün yazılı razılığını aldıqdan sonra baxa bilər. Bir daha qeyd etmək istəyirlər ki, hazırki mübahisə doğuran müqavilələr GAFTA-ya aid deyildir, ona aid olması üçün isə yazılı icazəsi tələb olunur. Belə bir yazılı icazə olmadığından müqavilələrdən irəli gələn mübahisəyə GAFTA baxa bilməz. Eyni zamanda bildirmək istəyirlər ki, GAFTA məhkəmə səlahiyyətli deyildir, onun adından da göründüyü kimi Taxıl və Yem Ticarət Birliyidir. "xxxx" MMC *5 mart 2*21-ci il tarixli GR-34-SUM nömrəli və 2* aprel 2*21-ci il tarixli GR-35-SUM nömrəli müqavilələr əsasında “Granum Group” LLC-də Rusiya mənşəli ərzaq buğdasını almaq üçün qabaqcadan (avans) ödəmə olaraq “X8 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti və "xxxx" ASC vasitəsilə həmin müqavilələr üzrə cəmi 86*.*96,5* ABŞ dolları məbləğində pul köçürmüşdür. İddiaçı tərəfindən 86*.*96,5* ABŞ dolları məbləğində pulun qabaqcadan (avans) köçürülməsinə baxmayaraq, cavabdeh “Granum Group” LLC köçürülən həmin vəsait dəyərində ərzaq buğdasını Azərbaycana idxal etməmişdir. Bildirmək istəyirlər ki, müqavilələrdə nəzərdə tutulan çəkidə növdə ərzaq buğdası cavabdehin hərəkətsizliyi ilə vaxtında göndərilməməsi iddiaçının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43*.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməsi, maliyyə sanksiyası ilə üzləşməsi və alıcıları qarşısında öhdəliyinin pozulması təhlükəsi yaratmışdır. Ərzaq buğdasının vaxtında idxal olunmasının cavabdeh tərəfindən təmin edilməməsinin təsiri nəticəsində iddiaçının sahibkarlıq subyekti olaraq fəaliyyətinə və işgüzar nüfuzuna xərəl gəlmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43*.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - vəzifəlişəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərim əedilir. “Granum Group” LLC və "xxxx" MMC arasında imzalanmış Üzləşmə Aktına əsasən “Granum Group” LLC-nin "xxxx" MMC-yə idxal olunmayan ərzaq buğdasına görə qabaqcadan (avans) köçürülmüş 86*.*96,5* ABŞ dolları məbləğində borcu vardır, ərzaq buğdası Azərbaycan Respublikasına idxal olunmadığı üçün həmin pul vəsaiti cavabdeh tərəfindən geri qaytarılmalıdır. Hazırki vaxta qədər cavabdeh, köçürülən vəsait həcmində ərzaq buğdasını göndərəcəyini bildirsə də, bu hərəkət baş verməmişdir və tərəflərindən qabaqcadan (avans) köçürülən vəsaitin qaytarılması ilə bağlı cavabdeh “Granum Group” LLC-yə dəfələrlə müraciətlərin edilməsinə, yazışmaların aparılmasına baxmayaraq cavabdeh hərəkətsizlik göstərməkdə davam etmişdir. "xxxx" MMC “Granum Group” LLC-yə Pretenziya göndərərək ərzaq buğdasına görə qabaqcadan (avans) köçürülmüş 86*.*96,5* ABŞ dolları məbləğində pul vəsaiti miqdarında malın 1* gün ərzində təcili göndərilməsi xahiş olunmuş, əks halda tərəflər arasında bağlanmış müqavilələr əsasında qabaqcadan (avans) köçürülmüş vəsaitin geri qaytarılması tələbi ilə Bakı Kommersiya Məhkəməsinə müraciətin ediləcəyi cavabdehin diqqətinə çatdırılmışdır. Ərzaq buğdasına görə qabaqcadan (avans) köçürülmüş 86*.*96,5* ABŞ dolları məbləğində pul vəsaiti miqdarında ərzaq buğdası 1* gün ərzində Azərbaycana idxal olunmadığından, mübahisənin mediasiyada həlli məqsədilə cavabdehə mediasiyanın tətbiqinə dair Təklif göndərilmişdir. Cavabdeh tərəfindən Təklifə münasibət bildirilmiş və tərəflər mediasiya prosesinin tətbiqinə dair razılaşaraq aralarında müqavilə bağlamışlar. Tərəflər həmin müqavilənin 2-ci bəndində mübahisəni Azərbaycanda mediasiya yolu ilə “Mediasiya prosesinin tətbiq edilməsi haqqında” müqavilədə (razılaşmada) həll etmək, bu mümkün olmadıqda isə mübahisəyə Azərbaycan Bakı Kommersiya Məhkəməsində baxılması barədərazılığa gəlmişlər. İddiaçı və cavabdeh arasında mübahisənin mediasiyada həlli mümkün olmamış və müvafiq olaraq 16 mart 2*23-cü il tarixli X2 İştirak Edilməmə barədə Arayış vermişdir.
26. Daha sonra iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, *5 mart 2*21-ci il tarixli GR-34-SUM nömrəli və 2* aprel 2*21-ci il tarixli GR-35-SUM nömrəli müqavilələr əsasında 8*** və 42** ton Rusiya mənşəli ərzaq buğdasının alınması məqsədilə iddiaçı "xxxx" MMC tərəfindən qabaqcadan (avans) olaraq cavabdeh “Granum Group” LLC-yə köçürülmüş 86*.*96,5* ABŞ dolları məbləğinin cavabdeh tərəfindən geri qaytarılması, maliyyə sanksiyası olaraq "xxxx" MMC-yə tətbiq olunan 172.*19,3* ABŞ dolları cərimənin, 4** manat ilkin mediasiya xərcinin, məhkəməyə iddia ərizəsinin verilməsinə görə ödənilmiş 1.521,93 manat dövlət rüsumunun, 3** manat poçt xərcinin və hüquqi yardım müqaviləsinə görə köçürülmüş 1*** manat xərcin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
27. 16.1*.2*23-cü il tarixdə iddiaçının nümayəndəsi və vəkili yenidən iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, *5 mart 2*21-ci il tarixli GR-34-SUM nömrəli və 2* aprel 2*21-ci il tarixli GR-35-SUM nömrəli müqavilələr əsasında 8*** və 42** ton Rusiya mənşəli ərzaq buğdasının alınması məqsədilə iddiaçı "xxxx" MMC tərəfindən qabaqcadan (avans) olaraq cavabdeh “Granum Group” LLC-yə köçürülmüş 914.5*4 ABŞ dolları məbləğinin cavabdeh tərəfindən geri qaytarılması, maliyyə sanksiyası olaraq "xxxx" MMC-yə tətbiq olunan 1829** ABŞ dolları cərimənin, 4** manat ilkin mediasiya xərcinin, məhkəməyə iddia ərizəsinin verilməsinə görə ödənilmiş 1.521,93 manat dövlət rüsumunun, 4** manat poçt xərcinin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
28. İddiaçı tələbinin maddi hüquqi əsası kimi “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinin 3-cü bəndinə, 13-cü maddəsinin 1-ci bəndinə, “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3 və 5.2ci bəndlərinə istinad etmişdir
29. Məhkəmənin 16.1*.2*23-cü il və 24.11.2*23-cü il tarixli qərardadları ilə müvafiq olaraq "xxxx" MMC və "xxxx" MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilmişdir.
b) İddiaya qarşı etirazın dəlilləri
30. İddiaya qarşı yazılı etiraz təqdim olunmamışdır.
c) İşdə iştirak edən şəxslər və onların izahatları
31. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında dəqiqləşdirilmiş iddia tələbini müdafiə etmiş, iddia ərizəsində və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Vəkil1 izahatında həmçinin bildirmişdir ki, qarşı tərəfin iddia etdiyi kimi, mübahisəli müqavilələr mövcud olmamışdırsa cavabdeh tərəfindən mediasiya tədbiqi ilə bağlı sazişi imzalanmazdı və qarşı tərəf həmin müqavilələr əsasında malları göndərməzdi. İnvoyslarda da həmin müqavilələrə istinad olunub. Öhdəliklərin yerinə yetirilməməsi ilə bağlı Cavabdeh-nin məktubunda da həmin müqavilələrin nömrələri qeyd olunmuşdur. Bundan başqa həmin müqavilələr əsasında avans kimi pulun köçürülməsi və cavabdeh tərəfindən həmin pulun qəbul edilməsi də müqavilələrin mövcudluğunu təsdiq edən haldır. Beləliklə, cavabdeh öz hərəktələri ilə müqavilələrin mövcudluğunu artıq özü sübut etmişdir. Vəkil1 məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, müqavilələrin dəyəri bir milyondan artıq olmuşdur, müəyyən qədər taxıl göndərilmişdir. Gömrük bəyannamələrində göstərilmiş malların invoys dəyərinin çox olması (116*.*** ABŞ dolları) onunla bağlıdır ki, həmin gömrük bəyannamələri ilə rəsmiləşdirilmiş mallar yalnız mübahisəli müqavilələr əsasında AR gətirilən mallardan ibarət olmamış, həmin malın müəyyən hissəsi əvvəlki müqavilələri üzrə təqdim edilmiş maldır, sadəcə bir yerdə göndərilmişdir. Mübahisəli müqavilələr üzrə 1.1**.*** ABŞ dollarından başqa cavabdehə pul köçürülməyib, amma ola bilər ki, nağd ödəniş də edilmişdir. Bundan sonra növbəti məhkəmə iclasında Vəkil1 fərqli izahat verərək bildirmişdir ki, mübahisəli müqavilələr üzrə 8*** ton mal üçün 1.92*.*** ABŞ dolları pul köçürülüb, 1.*6*.*** ABŞ dolları dəyərində mal idxal olmuşdur, idxal olunmayan mala görə yaranmış 914.*** borc yaranmışdır. Onlar avans kimi köçürülmüş pulun müqabilində mal verilmədiyi üçün yalnız bu məbləği, yəni 914.5*4 ABŞ dolları məbləğini mübahisələndirirlər. Digər hissədə mübahisə olmadığı üçün hesab edirlər ki, ödənişləri təsdiq edən sənədlərin təqdim edilməsinə ehtiyac yoxdur. Lakin ödənişlərlə bağlı məlumatı arayış formasında təqdim edə bilərlər. Mal 2 il ərzində verilmədiyi üçün X8 və Beynəlxalq Bankı bununla bağlı Mərkəzi Banka məlumat verib. X8 və Beynəlxalq Bankına malın gəlməməsi ilə bağlı onlar məlumat verməli idilər. Onlar 1.*6*.*** manat dəyərində malın idxalı ilə bağlı məlumat vermişdilər.
32. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini izahatında bildirmişdir ki, mübahisəli müqavilənin tərəflərindən imzalanmasını inkar edirlər. Qarşı tərəfin təqdim etdiyi 2*.*4.2*21 və *5.*3.2*21-ci il tarixli müqavilələrdəki imza və möhür saxtadır. Hər iki müqavilədə imza və möhür surət kimi müqaviləyə yerləşdirilib. Mübahisəli pul vəsaiti onlara GR-34-Sum və GR-35-Sum saylı müqavilələr üzrə deyil, əslində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin onlara olan borcunun əvəzi olaraq ödənilmişdir. İddiaçı "xxxx" MMC ilə "xxxx" MMC eyni şəxslərə məxsus olan şirkətlərdir. Mediasiya zamanı qarşı tərəf onlara təklif etdi ki, əvvəl müqavilələr imzalansın və həmin müqavilələr əsasında "xxxx" MMC-nin onlara olan borcu ödəsinlər. Təqdim olunan sənədlər üçüncü şəxs ilə aralarında olan kommersiya münasibətlərini və üçüncü şəxsin onlara borcunun olduğunu təsdiq edir. Eyni zamanda mediasiya sessiyasının tədbiqi barədə razılaşma və tələbin güzəşti barədə müqavilə də işə əlavə edilmişdir. Mübahisəli müqavilələr imzalanmağa hazırlanırdı. Bununla bağlı yazışmaları da olmuşdur. Buna görə də mediasiya zamanı imzalanan sənədlərdə qeyd edilən müqavilələrə istinadların olması normal haldır. Lakin mediasiya zamanı barışıq sazişi təsdiqlənmədi, nəticə etibarı ilə müqavilə də onlar tərəfdən imzalanmadı və tərəflərindən müqavilə üzrə hər hansı bir icraedici hərəkət edilməmişdir. Onu da qeyd edir ki, müqavilələr iddiaçıya onlar tərəfdən göndərilməmişdir. Vəkil2 məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, "xxxx" MMC-nin onlara borcu tərəflər arasında müqavilə bağlanan vaxt yaranıb. Aralarında olan işgüzar münasibətlərə görə borcun tələb edilməsi ilə bağlı məhkəməyə müraciət etməmişlər. Hüquqlarını təmsil etdiyi şirkətin rəhbərliyi qarşı tərəfdən ödənişin edilməsi ilə bağlı etirazının olmasını ona bildirilməyib. Qarşı tərəf malın göndərilməsini bildirsə də, onlar tərəfdən bu pulun müqabilində ümumiyyətlə mal göndərilməmişdir. Sonuncu məhkəmə iclasında isə Vəkil2 fərqli izahat verərək bildirmişdir ki, təmsil etdiyi şirkətin rəhbərliyi ilə məsələni dəqiqləşdirmiş və ona bildirilmişdir ki, onlar bu müqavilələri imzalamasa da, lakin iddiaçı ilə aralarında olan uzunmüddətli münasibətlərə görə gömrük bəyannamələrində göstərilən məbləğdə malları göndərib. Onlar mübahisəli müqavilələr üzrə 1.92*.*** ABŞ dolları məbləğində pulun onlara köçürülməsini qəbul etmirlər. Onlara ödənilən pul iddia ərizəsində qeyd edilən məbləğdir, bununla bağlı iş materiallarında iddiaçı tərəfindən təqdim edilmiş arayış da mövcuddur. Mübahisəli müqavilələr üzrə başqa pul ödənilməmişdir. Avansın əvəzi olaraq iddiaçıya mal (buğda) verilmişdir. İddianın inzibati cərimə ilə bağlı hissəsinə münasibətdə bildirir ki, qarşı tərəf maliyyə sanksiyası ilə bağlı ödənişlərin edilməsinə dair sübut təqdim etməlidir. Hesab edirlər ki, maliyyə sanksiyası ilə bağlı ödəniş edilməyibsə bu cür tələbin irəli sürülməsi özü düzgün deyil. Digər tərəfdən isə qarşı tərəfin qeyd edilən ödənişləri etməsini fərz etsələr belə, hesab edirlər ki, bu halda da iddia təmin edilməməlidir, çünki bu onların səhvinə görə baş verməyib, burada onların təqsiri olmayıb.
33. Eyni zamanda cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə yazılı çıxışını təqdim edərək, çıxışında qeyd etmişdir ki, iddiaçının avans kimi ödənildiyini qeyd etdiyi məbləğ əslində avans deyil, iş üzrə 3-cü şəxs kimi işə cəlb edilən "xxxx" MMC-nin borcunun əvəzi kimi ödənilmişdir. Qeyd olunan hal iş materiallarına əlavə etdikləri sənədlərlə öz təsdiqini tapır. 1. Tərəflər arasında GR-34-SUM və GR-35-SUM saylı müqavilələr bağlanılmamışdır. Qeyd olunan iki müqavilə iddianın əsasını təşkil edir və iddiaçı həmin müqavilələr üzrə cavabdehə pul ödənilməsini iddia edir. Qeyd etmək istəyir ki, qeyd olunan müqavilələr tərəflərindən imzalanmamış və möhür vurulmamışdır. Həmin müqavilələrin sonuncu səhifəsinə diqqət yetirilsə görərlər ki, hər iki müqavilədə “Granum Group” LLC tərəfindən atılmış imza və möhür bir-biri ilə tamamilə eynilik təşkil edir. Bunu sezmək üçün xətşünas ekspert olmağa ehtiyac yoxdur. Açıq-aydın şəkildə möhür və imzanın eyni olması görünür. Bu isə onu göstərir ki, iddiaçı həmin sənədləri saxtalaşdırıb və hər-hansı digər sənəddən (müqavilə, invoys və sair) möhür və imzanı kopyalayıb GR- 34-SUM və GR-35-SUM saylı müqavilələrdə istifadə edib. Qeyd etdiyi halı möhkəmləndirmək üçün ekspertizanın keçirilməsini ilə bağlı vəsatət versə də, məhkəmə vəsatəti rədd etmişdir. İddiaçı öz yalanını məhkəməyə inandırmaq üçün email yazışmalarını təqdim etmişdir. Həmin email yazışmasında GR-34-SUM və GR-35-SUM saylı müqavilələrin email vasitəsilə “Globax Grain” LLC tərəfindən iddiaçıya göndərilməsi görünür. İlk öncə qeyd edir ki, “Globax Grain” LLC göndərici şirkətdir, müqavilə tərəfi deyil ki, GR-34-SUM və GR-35-SUM saylı müqavilələri iddiaçıya göndərmək səlahiyyətinə malik olsun. İkinci olaraq isə qeyd edir ki, email yazışmasında GR-34-SUM və GR-35-SUM saylı müqavilələrin göndərilməsin əks olunması mötəbərli sübut deyil, çünki həmin emaildə GR- 34-SUM və GR-35-SUM saylı müqavilələrin həqiqətən cavabdeh tərəfindən imza möhürlə təsdiq olunduğu əksini tapmır. 2. "xxxx" MMC və "xxxx" MMC bir-biri ilə sıx əlaqədə olan hüquqi şəxslərdir. İddiaçının iddia etdiyi müqavilələr iddiaçı tərəfindən direktor kimi Musayev Rizvan imza atmışdır. "xxxx" MMC-nın hazırkı direktoru da Musayev Rizvandır. Yəni hər iki hüquqi şəxsi eyni adam təmsil edir. Cavabdeh uzun illər "xxxx" MMC ilə əməkdaşlıq göstərmişdir və hal- hazırda "xxxx" MMC-nin cavabdehə 1 milyondan çox borcu qalıq kimi qalmışdır. Razılaşmaya əsasən, "xxxx" MMC qeyd edib ki, öz borcunu digər hüquqi şəxsləri olan "xxxx" MMC vasitəsilə ödəyəcəklər və “Granum Group” LLC buna etiraz etməmişdir. X3 çıxış yolu kimi "xxxx" MMC ilə “Granum Group” LLC arasında görüntü üçün müqavilə bağlamağı təklif edib, çünki müqavilə olmadan xaricə pul köçürə bilməyəcəyini qeyd edib. Lakin “Granum Group” LLC həmin müqavilələri imzalamaqdan imtina edib. Qeyd olunan halların subutu isə həm "xxxx" MMC-nin, həm də "xxxx" MMCnin “Granum Group” LLC-yə qarşı mediasiya təklifinin göndərilməsidir. Təklifdə GR-34- SUM və GR35-SUM saylı müqavilələr üzrə borcların hesablaşmasının aparılması təklif olunmuşdur. Tərəflərindən müqavilə tərtib olunaraq borcların əvəz edilməsi qeyd edilsə də, son anda həm "xxxx" MMС, həm də "xxxx" MMC barışıq sazişini imzalamamışdırlar. Lakin sual olunur ki, əgər borcların əvəzləşdirilməsi nəzərdə tutulmurdusa, nəyə görə həm "xxxx" MMC-nin, həm də "xxxx" MMC-nin “Granum Group” LLC-yə qarşı mediasiya təklifini göndərirlər?! Eyni direktoru olan bu iki hüquqi şəxs özləri də bilirlər ki, “Granum Group” LLC-yə borcludurlar, lakin hazırda hüquqlarında sui-istifadə edib cavabdehdən pul məbləği tələb edirlər. Qeyd olunan halları daha da inandırıcı etmək üçün bir məsələni də qabartmaq istəyir. Tərəflərindən verilmiş vəsatətə əsasən, "xxxx" MMC işə 3-cü şəxs kimi cəlb edilmişdir. Növbəti məhkəmə iclasına qədər "xxxx" MMC-nin məhkəmə portalına məktubu yüklənilmişdir. Lakin araşdırma nəticəsində məlum oldu ki, həmin sənədi "xxxx" MMC yükləyib. Yuxarıda qeyd edilənlər kifayət edir ki, iddia tələbi rədd edilsin. Yuxarıda qeyd olunanlara əsasən iddia tələbinin tam rədd olunmasını məhkəmədən xahiş edir.
34. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər məhkəmə iclasına gəlməmişlər, yalnız "xxxx" MMC 26.1*.2*23-cü il tarixli 14 nömrəli məktubla Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, MMC iddiaçı və cavabdeh arasında bağlanan müqavilələr üzrə mülki hüquqi münasibətlər qurmadığından, bu müqavilələrdən yarana mübahisəyə iştirakları olmadan baxılmasını xahiş etmiş, digər üçüncü şəxslər isə gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.
35. Məhkəmə işə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
36. Əvvəlki məhkəmə iclasında iştirak etmiş üçüncü şəxs "xxxx" MMC-nin qanuni təmsilçisi X4 izahatında bildirmişdir ki, sənədlərdən də göünür ki, cavabdeh ilə müqavilə bağlayan "xxxx" MMC-dir. Onların bu məsələyə aidiyyəti yoxdur. Aralarında olan kommersiya münasibətləri üzrə tərəflərindən borc ödənilmişdir.
İİİ.MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
37. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
38. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
İV.TƏTBİQ EDİLƏN HÜQUQ
39. AR Mülki Məcəlləsinin: - 21.1-21.2-ci maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür - 34*.2-ci maddəsinə uyğun olaraq, yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. - 4*5.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. - 385.1, 442, 443.1, 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 443.7-ci maddəsinə görə əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. - 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 599.3-ci maddəsinə görə qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər.
40. AR MPM-in: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 8*-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 44*.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun. - 443.*. Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan həmçinin aşağıdakı işlərə baxmağa haqlıdır: - 443.*.1. iş üzrə birgə iddiaçılardan və ya birgə cavabdehlərdən hər hansı birinin Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və yaxud adətən gəldiyi yer olduqda; - 45*.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəməsi bu bölməyə uyğun olaraq səlahiyyətli olmamasına baxmayaraq, tərəflər Azərbaycan Respublikası məhkəməsinin beynəlxalq səlahiyyətləri barədə razılığa gələ bilərlər. Belə razılıq yazılı şəkildə olmalıdır.
41. “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun: - 24.1-ci maddəsinə görə müqavilə ilə bağlı tərəflərin hüquq və vəzifələrinin müəyyən edilməsi, müqavilənin təfsiri, icrası, icra edilməməsi, xitamı, lazımi qaydada icra edilməməsinin və etibarsızlığının nəticələri, habelə müqavilə ilə əlaqədar tələbin güzəşti və borcun köçürülməsi tərəflərin razılığı ilə seçilən ölkənin hüququ ilə tənzimlənir. - 1.2-ci maddəsinə əsasən xarici elementli mülki hüquqi münasibətlərə tətbiq olunmalı hüquq bu Qanunla bərabər, həm də digər müvafiq qanunvericilik aktları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və ümumi qəbul olunmuş beynəlxalq adətlər, habelə tərəflərin razılığı əsasında müəyyən edilir. - 2.1-ci maddəsinə əsasən xarici hüququn tətbiqi zamanı məhkəmə bu hüquq normalarının məzmununu müvafiq ölkədə onların rəsmi təfsirinə və tətbiqi praktikasına uyğun olaraq müəyyən etmək üçün bütün zəruri tədbirləri görməyə borcludur. - 2.2-ci maddəsinə əsasən bu Qanunun 2.1-ci maddəsində nəzərdə tutulmuş hərəkətlər nəticə vermədikdə və ya həddən çox xərc tələb etdikdə və proses iştirakçısı olan tərəflərdən heç biri öz tələb və etirazlarını əsaslandırmaq üçün istinad etdikləri hüquqi normaları təsdiqləyən sənədlər təqdim edə bilmədikdə məhkəmə Azərbaycan Respublikası qanunvericiliyini tətbiq edir.
42. AR Konstitusiyası Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2*19-cu il tarixli qərarına görə çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. Məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır.
43. AR Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 34*.2-ci maddəsinin şərh edilməsinə dair 18 mart 2*22-ci il tarixli qərarına görə məhkəmələr tərəfindən müqavilənin etibarlı olub-olmaması ilə bağlı işlərə baxılarkən münasibətlərin həqiqi xarakteri nəzərə alınmaqla, müxtəlif müqavilələrin (məsələn, bağışlama, üçüncü şəxslərin xeyrinə müqavilə və s.) bağlanması qaydalarını tənzimləyən normalara da diqqət yetirilməlidir. Həmin normalar çərçivəsində bağlanılmış əqdin subyekt tərkibinə görə yalan əqd hesab edilməsi yolverilməzdir və Mülki Məcəllənin 34*.2-ci maddəsinin məqsədinə uyğun gəlmir. Ona görə də məhkəmələr tərəfindən belə mübahisələr üzrə işlərə baxılarkən bağlanan müqavilələrdə əsl niyyətin nədən ibarət olması, gizli sövdələşmənin olub-olmaması müəyyən edilməlidir.
V. MƏHKƏMƏNİN MÖVQEYİ
44. Məhkəmə hesab edir ki, iddia rədd edilməlidir.
45. Hazırkı mübahisə xarici elementli olduğundan (cavabdeh xarici ölkədə təsis edilmiş və fəaliyyət göstərən hüquqi şəxs olduğundan) məhkəmə tərəfindən ilk növbədə AR Məhkəmələrinin həmin mübahisəyə baxmağa səlahiyyətli olub-olmaması müəyyən edilməlidir.
46. Göstərilən məsələ ilə bağlı məhkəmə əvvəla qeyd edir ki, hazırkı iddia Azərbaycan hüquqi şəxsi "xxxx" MMC ilə ABŞ-da təsis edilmiş və fəaliyyət göstərən hüquqi şəxs olan “Granum Group” LLC şirkəti arasında bağlanılmış *4 mart 2*21-ci il tarixli GR-34-SUM nömrəli və 2* aprel 2*21-ci il tarixli GR-35-SUM nömrəli alqı-satqı müqavilələrindən irəli gələn tələblərindən (müqavilələr üzrə qabaqcadan ödənişin geri qaytarılması və müqavilələr üzrə öhdəliklərin icra edilməməməsinə görə dəymiş zərərin ödənilməsi) ibarətdir. Həmin müqavilələrdə tərəflər müqavilə ilə bağlı yaranacaq mübahisələrin hansı dövlətin məhkəmələrində baxılmalı olması barədə razılaşmamış, lakin müqavilələrdə mübahisələrin QAFTA arbitrajında baxılacağı barədə arbitraj qeydşərti mövcuddur. İş üzrə iddiaçı Azərbaycan Respublikasının qanunlarına əsasən qeydiyyatdan keçmiş və AR-də fəaliyyət göstərən hüquqi şəxs "xxxx" MMC-dir. Bununla yanaşı tərəflər arasında bağlanılmış “Mediasiya prosesinin tətbiqi barədə saziş”də tərəflər "xxxx" MMC və “Granum Group” LLC şirkəti arasında bağlanmış *4 mart 2*21-ci il tarixli və 27 aprel 2*22-ci il tarixli müqavilələr üzrə borcların ödənilməsi barədə mübahisəni Azərbaycanda mediasiya yolu ilə həll edilməsinə razılaşmaqla yanaşı, mübahisə mediasiyada həll edilmədiyi halda AR məhkəmələrində həll ediləcəyi barədə razılığa gəlmişlər.
47. Beləliklə, hazırkı halda tərəflərdən birinin olduğu yer Azərbaycan Respublikası olan AR hüquqi şəxsi olduğundan, tərəflər “Mediasiya prosesinin tətbiqi barədə saziş” imzalamaqla sözügedən müqavilələr üzrə bağlı yaranmış mübahisənin mediasiya yolu ilə həll edilməyəcəyi təqdirdə AR Məhkəmələrində baxılması barədə razılığa gəldiklərindən, eləcə də mübahisəli müqavilələrdə arbitraj qeyd-şərti olmasına baxmayaraq cavabdeh tərəf mübahisəyə Bakı Kommersiya Məhkəməsində baxılmasına etiraz etmədiyindən Bakı Kommersiya Məhkəməsi hazırkı mübahisəyə baxmaqda səlahiyyətlidir.
48. İkinci müəyyən edilməli olan məsələ xarici elementli mübahisəyə hansı hüququn tətbiq edilməli olması ilə bağlıdır.
49. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflər mübahisəli müqavilələrdə həmin müqavilədən irəli gələn mübahisələrə İngiltərənin maddi hüququnun tətbiq edilməli olması barədə razılaşmışlar.
50. Tərəflərin mübahisəli müqavilələrdən irəli gələn mübahisələrə İngiltərənin hüququnun tətbiqi barədə razılığa gəlmələri nəzərə alınaraq məhkəmə tərəflərə İngiltərənin müvafiq sahədə hüquq normalarının məzmununu müəyyən edən sənədlərin məhkəməyə təqdim edilməsini təklif etmiş, lakin hər iki tərəf mübahisəyə Azərbaycan Respublikasının qanunvericiliyinin tətbiq edilməsinə razı olduqlarını bildirmişlər.
51. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı mübahisəyə Azərbaycan Respublikasının mülki qanunvericiliyi tətbiq edilməlidir.
52. Mübahisənin mahiyyətinə gəldikdə məhkəmə qeyd edir ki, iddiaçı tərəf GR- 34-SUM və GR-35-Sum saylı müqavilələr üzrə cavabdehə köçürülmüş 914.5*4 ABŞ dolları məbləğində ödənişin müqabilində malların (taxılın) onlara təqdim edilmədiyini əsas göstərərək sözügedən pul vəsaitinin qaytarılması və cavabdeh tərəfindən mübahisəli müqavilələr üzrə öhdəliklərin lazımi qaydada icra edilməməsi nəticəsində onlara vurulmuş maddi zərərin əvəzi olaraq 182.9** ABŞ dolları məbləğində pulun cavabdehdən tutulması tələblərini irəli sürülmüşdür.
53. Cavabdeh tərəf isə tərəflər arasında mübahisəli müqavilələrin bağlanması faktını ümumiyyətlə inkar etmiş, həmin müqavilələr üzrə ödənilmiş 1.1**.*** ABŞ dolları məbləğində pulun malın müqabilində deyil, müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin “Granum Group” LLC şirkətinə olan borcunun bağlanması məqsədilə ödənildiyini əsas göstərərək iddianın rədd edilməsini xahiş etmişdir.
54. Beləliklə, tərəflərin mövqelərini nəzərə alaraq məhkəmə hesab edir ki, məhkəmə tərəfindən müəyyən edilməli olan birinci mübahisəli hal tərəflər arasında mübahisəli alqı-satqı müqavilələrinin bağlanıb-bağlanmamasıdır.
55. Bununla bağlı məhkəmə qeyd edir ki, mübahisəli müqavilələrin əsli, eləcə həmin müqavilələrin elektron rabitə vasitələri ilə cavabdeh tərəfindən iddiaçıya göndərilməsini təsdiq edən sənədlər iddiaçı tərəfindən məhkəməyə təqdim edilməsə də, iş materiallarına əlavə edilmiş SWİFT sistemi vasitəsilə edilmiş ödənişləri təsdiq edən sənədlərdən, eləcə də gömrük bəyannamələrindən görünür ki, cavabdehə mübahisəli müqavilələr üzrə ödənişlər edilmiş, eləcə də cavabdeh həmin müqavilələri əsas kimi qeyd etməklə iddiaçıya mallar göndərmiş, eyni zamanda tərəflər mübahisəli müqavilələr üzrə “Mediasiya tətbiqi barədə saziş” imzalamışlar. Odur ki, məhkəmə göstərilən halları tərəflərin mübahisəli müqavilələrin mühüm şərtləri barəfə razılığa gəlmələrinə, yəni tərəflər arasında həmin müqavilələrin bağlanmasına dəlalət edən hallar kimi qiymətləndirir və tərəflər arasında mübahisəli müqavilələrin bağlanmaması barədə iddiaçının dəlillərini əsassız sayır.
56. İkinci müəyyən edilməli olan hal tərəflər arasında bağlanmış mübahisəli müqavilələrin etibarlı olub-olmamaları ilə bağlıdır.
57. Bununla bağlı mübahisəli müqavilələrin fərqli subyektlər arasında (Granum Group” LLC və "xxxx" MMC) bağlanmış müqavilələr üzrə borcun ödənilməsini pərdələmək üçün bağlanması, mübahisəli ödənişlərin təyinatlarının əslində mübahisəli müqavilələr üzrə avans ödənişi deyil, "xxxx" MMC-nin “Granum Froup” LLC şirkətinə olan borcun ödənilməsi olması barədə cavabdehin dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh istinad etdiyi halları təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir.
58. Belə ki, Mülki Məcəllənin 34*.2-ci maddəsinin tələbləri baxımından əqd o zaman yalan əqd hesab olunur ki, həmin əqd bağlanarkən hər iki tərəf əqdin yalnız digər əqdi pərdələmək məqsədilə (hazırkı halda "xxxx" MMC-nin öhdəliyinin "xxxx" MMC-yə verilməsi barədə müqaviləni) bağlandığını və heç bir hüquqi nəticələr yaratmayacağını anlamış olsun.
59. Məhkəmələr tərəfindən belə mübahisələr üzrə işlərə baxılarkən bağlanan müqavilələrdə əsl niyyətin nədən ibarət olması, gizli sövdələşmənin olub-olmaması müəyyən edilməlidir. Həmçinin qeyd olunmalıdır ki, əqdin yalan olub-olmaması məsələsi araşdırılarkən yalnız müqavilənin söz və ifadələrinin hərfi mənası deyil, tərəflərin bağlanmış müqavilə üzrə hüquqi nəticə əldə etmək niyyətlərinin olub-olmaması, habelə əsl iradələrinin aşkar edilməsi üçün işin faktiki halları da hərtərəfli araşdırılmalıdır. Bu zaman məhkəmələr əqd tərəflərinin davranışını, tərəflər arasında formalaşan münasibətləri, onların yazışmalarını, fərqli subyekt tərkibi olan oxşar münasibətlərdə tərəflərin davranışını, əqdin bağlandığı fəaliyyət sahəsində formalaşmış davranış təcrübəsini, hərəkətlərin baş vermə vaxtını və s. nəzərə almalıdır.
60. Hazırkı halda isə cavabdehin dəlillərinin əsaslılığını sübuta yetirmək üçün istinad etdiyi sənədlər (tələbin güzəşti barədə 14 dekabr 2*22-ci il tarixli müqavilə layihəsi, "xxxx" MMC-nin mediasiya prosesinin tətbiqi barədə 17.*1.2*23-cü il tarixli təklifi, “Mediasiya tətbiqi barədə saziş” və s.) yalnız mübahisəli müqavilələr bağlandıqdan 2 ilə yaxın müddət sonra tərəflər arasında "xxxx" MMC-nin “Granum Froup” LLC şirkətinə olan borcunun “Granum Froup” LLC şirkətinin "xxxx" MMC-yə olan borcu ilə əvəzləşdirilməsi ilə bağlı danışıqlar aparılması faktını təsdiq etməklə mübahisəli müqavilələr bağlanarkən və eləcə də mübahisəli ödənişlər edilərkən tərəflərin niyyətlərinin müqavilənin növünə uyğun hüquqi nəticələr yaratmaq, yəni taxıl məhsullarını alqı-satqı etməkdən deyil, "xxxx" MMCnin “Granum Froup” LLC şirkətinin qarşısındakı borc öhdəliyinin "xxxx" MMC-yə verilməsindən ibarət olması barədə nəticəyə gəlməyə əsas vermir. Əksinə iş materiallarına əlavə edilmiş gömrük bəyannamələri mübahisəli müqavilələr əsasında cavabdeh tərəfindən iddiaçıya malların təqdim edilməsi faktını təsdiq etməklə yanaşı mübahisəli müqavilələrin digər əqdi (öhdəliyinin verilməsi barədə müqaviləni) pərdələmək məqsədilə bağlanmış yalan əqd olması ehtimalını faktiki olaraq istisna edir.
61. Məhkəmə tərəfindən müəyyən edilməli olan növbəti hal isə GR-34-SUM və GR-35-SUM saylı müqavilələr üzrə iddiaçının cavabdehə artıq ödənişinin olub-olmaması ilə bağlıdır.
62. Məhkəmə ilk növbədə qeyd edir ki, ödənişin təyinatı olaraq mübahisəli müqavilələr göstərilməklə iddiaçı tərəfindən cavabdehə 1.1**.*** ABŞ dolları məbləğində pulun köçürülməsi faktı işin mübahisəsiz halını təşkil edir.
63. Digər tərəfdən iş materiallarında olan gömrük bəyannamələrinə əsasən müəyyən edilir ki, iddiaçı tərəfindən mübahisəli müqavilələr üzrə cavabdehin adından iddiaçının adına invoys dəyəri cəmi 1.165.495,5 ABŞ dolları olan taxıl məhsulları AR-ə gətirilmişdir.
64. Məhkəmədə verdiyi izahatında iddiaçının nümayəndəsi əvvəl mübahisəli müqavilələr üzrə pul köçürmələrinin 1.1**.*** ABŞ dolları məbləğində olması, lakin həmin müqavilələr üzrə həmçinin nəğd ödənişlərin edilməsi ehtimalının mövcud olmasını vurğulamış, sonrakı məhkəmə iclasında isə iddiaçı tərəfindən iki müqavilə üzrə cəmi 2.*2*.*** ABŞ dolları məbləğində ödəniş edilməsini qeyd etmiş, lakin məhkəmənin təklif etməsinə baxmayaraq qalan 92*.*** ABŞ dolları (2*2*.***-1.1**.***) məbləğində ödənişi təsdiq edən sübutları təqdim etməyəcəyini, məhkəməyə iddiaçı şirkət adından ödəniş edilməsi barədə arayış verə biləcəyini bildirmişdir. Məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi və vəkili isə sənədləri iş materiallarına əlavə edilmiş 1.1**.*** ABŞ dolları məbləğində ödənişlərdən əlavə mübahisəli müqavilələr üzrə hər hansı ödəniş alması faktını inkar etmişdir.
65. Odur ki, məhkəmə AR Konstitusiyası Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2*19-cu il tarixli qərarı ilə təsbit edilmiş “hüquqi həqiqət” prinsipini rəhbər tutaraq belə qənaətə gəlir ki, tərəflərin məhkəməyə təqdim etdiyi sübutlara əsasən mübahisəli müqavilələr üzrə iddiaçı tərəfindən ödənilmiş 1.1**.*** ABŞ dollarının müqabilində cavabdeh tərəfindən 165.495,5 ABŞ doları məbləğində malların təqdim edilməsi müəyyən edildiyindən iddiaçının həmin müqavilələr üzrə artıq ödəməsinin olması öz təsdiqini tapmır.
66. İddiaçının məhkəməyə təqdim etdiyi qarşılıqlı borcların üzləşdirilməsi aktına münasibətdə məhkəmə qeyd edir ki, həmin aktda tərəflər mübahisəli müqavilələr üzrə deyil, 21.*1.2*21-ci il tarixli GR-33-SUM-1 və 2*.*8.2*21-ci il tarixli GR-41-Sum müqavilələri üzrə cavabdehin iddiaçıya borcunun olmasını təsdiq etdiyindən sözügedən akt hazırkı mübahisəyə aidiyyəti olan sübut kimi qiymətləndirilə bilməz.
67. İddiaçının irəli sürdüyü ikinci iddia tələbi mübahisəli müqavilələr üzrə ödənilmiş qabaqcadan ödənişin müqabilində malları təqdim etmək öhdəliyinin cavabdeh tərəfindən icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsindən ibarətdir. Həmin hissədə iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən mübahisəli müqavilələr üzrə öhdəliklər icra edilmədiyindən iddiaçı məhkəmə qərarları ilə inzibati qaydada cərimələnmişdir.
68. Bununla bağlı məhkəmə ilk növbədə qeyd edir ki, yuxarıda da qeyd edildiyi kimi iş materiallarında olan sübutlara əsasən cavabdehin mübahisəli müqavilələr üzrə avans ödənişlərinin müqabilində malların təqdim edilməməklə həmin müqavilələr üzrə öhdəliklərini pozması öz təsdiqini tapmamışdır.
69. İkincisi, iddiaçının istinad etdiyi inzibati xətaya dair işlər üzrə məhkəmə qərarlarına gəldikdə məhkəmə qeyd edir ki, işin yuxarıda göstərilən hallarından da göründüyü kimi tərəflər arasında mübahisəli müqavilələrdən əvvəl və sonra çoxsaylı müqavilələr bağlanmışdır. İstinad edilən məhkəmə qərarlarında isə tərəflər arasında bağlanmış müqavilələrə ümumiyyətlə istinad edilməmiş, cərimə növündə inzibati tənbehin məhz hansı müqavilələr üzrə malların AR gətirilməməsinə görə tətbiq edilməsi müəyyən edilməmişdir.
70. İkincisi, həmin qərarlarda inzibati tənbehin tətbiq edilməsi üçün əsas kimi ödənişlərinin müqabilində malların cavabdeh tərəfindən malların AR gətirilməməsi faktına deyil, iddiaçının həmin ödənişlərinin müqabilində malların gətirilməsini təsdiq edən gömrük bəyannamələrini banka təqdim etməməsi faktına istinad edilmişdir.
71. Odur ki, yuxarıda istinad edilən qərarlar cavabdehin mübahisəli müqavilələr üzrə ödənişlərin müqabilində malları təqdim etməməsi, faktını təsdiq etmir.
72. Belə olan halda isə, "xxxx" MMC-yə maddi zərərin vurulması faktı, yəni barəsində inzibati cərimələrin tətbiq edilməsi faktı öz təsdiqini tapsa da, həmin zərərin məhz cavabdeh tərəfindən mübahisəli müqavilələr üzrə öhdəliklərinin təqsirli pozuntusuna yol verilməsi ilə bağlı vurulması, eləcə də inzibati tənbehin tətbiqi ilə cavabdehin əməli arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilmir.
73. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçının mübahisəli müqavilələr üzrə öhdəliklərin cavabdeh tərəfindən icra edilməməsinə əsaslanaraq irəli sürdüyü 182.9** ABŞ dolları məbləğində maddi zərərin ödənilməsi tələbi də əsassız olmaqla rədd edilməlidir.
74. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan görünür ki, hazırkı iddia tələbi üzrə dövlət rüsumunun məbləği 1722 manat təşkil edir.
75. İddiaçı tərəfindən 4** manat məbləğində mediasiya xərcləri və iddia ərizəsinin verilməsinə görə 1522 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
76. Məhkəmə hazırkı qətnamə ilə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.
77. İddiaçı tərəfindən artıq ödənilmiş 2** manat məbləğində dövlət rüsumu isə iddiaçıya geri qaytarılmalıdır.
78. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-22*, 227, 233, 36*-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddiaçı "xxxx" MMC-nin cavabdeh “Granum Group” LLC-yə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər “X8 Azərbaycan” QSC, "xxxx" ASC, Azərbaycan Respublikası Mərkəzi Bankı, "xxxx" MMC və "xxxx" MMC) qarşı müqavilə üzrə pulun tutulması tələbinə dair iddiası rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilsin. İddiaçı tərəfindən artıq ödənilmiş 2** manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Əliyeva