Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1522/2025 10.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: daşıma müqaviləsi,pul) X8 Rövşən qızının sədrliyi, Nuriyeva Nigar Fikrət qızının katibliyi, İddiaçının nümayəndəsi X2 və X1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-yə dəymiş 60.741.078 manat ziyan və 272.22 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq, iddiaçı"xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC(”SOKAP PYC” OOO) ilə "xxxx" MMC arasında xx.xx.2023-cü il tarixində Yüklərin daşınmasına dair CP15092023 saylı müqaviləyə əsasən yük daşıma xidmətləri göstərmişdir. İddiaçı MMC ilə"xxxx" MMC arasında xx.xx.2024-cü il tarixində Podrat Xidmətləri Haqqında 398 saylı müqavilə bağlanmış və müqaviləyə əsasən yük daşıma xidmətləri göstərmişdir. Cavabdeh MMC ilə İddiaçı MMC arasında xx.xx.2024-cü il tarixində Daşıma Xidmətləri Haqqında 389 saylı müqavilə bağlanmış və müqaviləyə əsasən Cavabdeh MMC yük daşıma xidmətləri göstərmişdir. Belə ki, AR Group Company” MMC xx.xx.2024-cü il tarixində “SOCAR POLYMER MMC-nin SP_SR-4738/2024 saylı hesab faktura əsasında MAN markalı, 60CC141 dövlət qeydiyyat nişanlı dartıcı və KOEGEL markalı 60ZA363 dövlət qeydiyyat nişanlı yarımqoşqu ilə 26.117.53 ABŞ dolları dəyərində Polietilen HDPE Rusiya Federasiyasının Sverdlovsk vilayəti, Polevskoy şəh. Volodarski küç 103 ünvanına aparmaq məqsədilə yüklənmişdir. Yük aparılan zaman xx.xx.2024-cü il tarixində Rusiya Federasiyasının Sverdlovsk vilayəti YekaterinburqÇelyabinsk avtomobil yolunda X5 məxsus, X3 idarə etdiyi KOEGEL markalı 60ZA363 dövlət qeydiyyat nişanlı yarımqoşquda yanğin hadisəsi baş vermişdir. Hadisə yerinə ərazi aidiyyatı üzrə Fövqaladə Hallar Xidmətini əməkdaşları cəlb edilmiş və bu barədə xx.xx.2024-cü il tarixində ГУ-ИСХ-103262 saylı arayış təqdim edilmişdir. Həmçinin, ərazi üzrə Rusiya Federasiyası DİN-nin nümayəndələri hadisə yerinə çağrılmış və yarımqoşqunun texniki nasazlığı nəticəsində yangınln baş verməsini bildirərək inzibati hüquqpozmaya görə icraat açmaqdan imtina etmişlər və bu barədə arayış təqdim olunmuşdur. xx.xx.2024-cü il tarixində isə "xxxx" MMC-nin nümayəndəsi A.Gülmaliyev email vasitəsilə "xxxx" MMC-nin həmin malların istehsala yararsız olduqunu və bunun üçün də malları qəbul etməkdən imtina etdiklərini bildirmələri barədə yazışmanı göndərmişdir. xx.xx.2024-cü il tarixində"xxxx" MMC"xxxx" MMC-yə email vasitəsilə xx.xx.2024-cü il tarixili PRETENZİYA göndərmiş və 33430.04 ABŞ dolları məbləğində dəymiş ziyanın ödənilməsini tələb etmişdir. "xxxx" MMC isə xx.xx.2024-cü il tarixində 33430.04 ABŞ dollar (56 831.078 manat) məbləğində "xxxx" MMC-yə ödəniş etmişdir. xx.xx.2024-cü il tarixində "xxxx" MMC İddiaçı MMC-yə Pretenziya göndərmiş və "xxxx" MMC“-yə ödənilmiş 33430.04 ABŞ dolları məbləğində dəymiş ziyanı 10(on) gün müddətində ödənilməsini tələb etmişdir. xx.xx.2024-cü il tarixində isə İddiaçı MMC "xxxx" MMC-yə 33430.04 ABŞ dollar (56 831.078 manat) məbləğində ödəniş etmişdir.Həmçinin, xx.xx.2024-ci il tarixində Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə elektronnəqliyyat qaiməsi göndərilmiş və həmin qaimə əsasında İddiaçı MMC Cavabdeh MMC-yə 3910(üç min doqquz yüz on) manat ödəniş etmişdir. Tərəfimizdən xx.xx.2024-cü il tarixində"xxxx" MMC-yə köçürülmüş 33430.04 ABŞ dollar (56 831.078 manat) və Cavabdeh MMC-yə köçürülmüş 3910(üç min doqquz yüz on) manat, cəmi 60.741.078 manat dəymiş ziyanın 10 (on) gün müddətində ödənilməsi tələbilə Cavabdeh MMC-yə Pretenziya məktubu göndərilmişdir. Lakin qarşı tərəfdən Pretenziya məktubu icra edilməmiş və məktuba cavab verilməmişdir. Qarşı tərəf isə müxtəlif bəhanələrlə dəymiş ziyanın ödənilməsindən yayınır.
3. Cavabdeh iddia ərizəsinə etiraz edərək,ərizənin təmin edilməməsi barədə qətnamə qəbul etdi.
4. Etiraz onunla əsaslandırılmışdır ki, Sahil Transport MMC-terefinden mallarin yararsiz hala dusmesini tesdiq eden akt veya muvafiq Zerer akti Rusiya Federasiyasinin qanunverciliyine esasden "Ticarət əməliyyatlarının uçotu üçün ilkin uçot sənədlərinin vahid formalarının albomu"na (Rusiya Federasiyası Dövlət Statistika Komitəsinin 1998-ci il 25 dekabr tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmiş formalar) əsasən idxal edilən malların kəmiyyət və keyfiyyətində olan fərqlilik haqqında akt TORQ 3 senedi tertib edilməli idi.
II. Tərəflərin mövqeləri:
5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi.
6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında qeyd etdi ki, iddiannı qismən, 3910 manat hissəsində qəbul edirlər, digər hissədə iddanın rədd edilməsini xahiş etmişdir.
7. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
8. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
9. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
IV. Sübutların tədqiqi:
10. İddiaçı MMC (“podratçı”) ilə "xxxx" MMC (“icraçı”) arasında 11 mart 2024-cü il tarixli müqavilə imzalanmışdır. Həmin Müqavilənin: - 1.1-ci bəndinə əsasən, podratçı yüklərin daşınması, yükvurma-yükboşaltma ışlənııı va nəqliyyat-ekspedisıya xidmətləri ilə bağlı Tərəflər arasında razılaşdırılmış digər əməliyyatların aparılmasını ləşkil etməyi, Sifarişçi isə Podratçının xidmətlərim ödəməyi öhdəsinə götürür. - 3.2-ci bəndinə əsasən podratçı göstəriləcək hər bır xidmət üçün Təhvil-təslim aktını elektoin qaiməni hesab-fakturanı Sifarişçiyə ləqdim edir Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
11. İddiaçı MMC (“podratçı”) ilə Cavabdeh MMC (“icraçı”) arasında 26 fevral 2024-cü il tarixli müqavilə imzalanmışdır. Həmin Müqavilənin: - 1.1-ci bəndinə əsasən icraçı, istifadəsində olan nəqliyyat vasitələri ılə bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavələrdə göstərilən məntəqədən qeyd edilmiş Azərbaycan Respublikası hüdudlarından kənar ölkələrin ərazisindəki şəhərlərə və o cümlədən, Azərbaycan Respublikası daxilində şəhər və ya rayonlara təyin edilmiş qiymət taariflərinə uyğun olaraq yüklərin daşınması və Sifarişçinin təyin etdiyi anbara boşaldılması xidmətlərini (bundan sonra sadəcə “daşıma xidməti” adlanacaq) göstərir və Sifarişçi isə bu xidmət müqabilində İcraçıya müvafiq haqq ödəyir - 2.1-ci bəndinə əsasən bu müqavilə üzrə xidmət haqqı, bu müqavilənin ayrılmaz tərkib hissəsi olan “Əlavə l”-ə əsasən göstərilən qiymət tariflərinə əsasən müəyyən edilir Qanunvericilikdə nəzərdə tutulmuş vergilər və digər ödəmələr İcraçıya aiddir - 3.2.3-cü bəndinə əsasən daşıma xidmətinin göstərilməsi üçün cəlb edilmiş nəqliyyat vasitəsinin mühafizəsini təşkil edir və onun salamat saxlanılması üçün təhlükəsiz şəraiti təmin edir. - 3.2.7-ci bəndinə əsasən İşlərin təhlükəsiz aparılmasına, əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət etməsinə görə tam məsuliyyət daşıyır. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
12. 389 saylı xx.xx.2024-cü il tarixli Daşıma müqaviləsinə 01 saylı Əlavədə tərəflər arasında xidmətlərin dəyəri razılaşdırılmışdır.
13. xx.xx.2024-cü il tarixində "xxxx" MMC "xxxx" MMC-yə email vasitəsilə xx.xx.2024-cü il tarixili pretenziya göndərmiş və 33430.04 ABŞ dolları məbləğində dəymiş ziyanın ödənilməsini tələb etmişdir.
14. xx.xx.2024-cü il tarixində "xxxx" MMC İddiaçı MMC-yə Pretenziya göndərmiş və "xxxx" MMC-yə ödənilmiş 33430.04 ABŞ dolları məbləğində dəymiş ziyanı 10 gün müddətində ödənilməsini tələb etmişdir.
15. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ödəniş tapşırığına əsasən İddiaçı MMC tərəfindən "xxxx" MMC-nin hesabına 56831.07 manat pul köçürülmüşdür.
16. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ödəniş tapşırığına əsasən İddiaçı MMC tərəfindən "xxxx" MMC-nin hesabına 10200 manat pul köçürülmüşdür.
17. "xxxx" ASC tərəfindən verilmiş 21.120.2024-cü il tarixli ödəniş tapşırığına əsasən İddiaçı MMC tərəfindən "xxxx" MMC-nin hesabına 10 000 manat pul köçürülmüşdür.
18. Cavabdeh tərəfindən iddiaçıya MT2410 10789272 saylı xx.xx.2024-cü il tarixli 14790 manat məbəğində elektron qaimə göndərilmişdir.
19. "xxxx" ASC-nin xx.xx.2025-ciil tarixli məktubuna əsasən müəyyən olunur ki,iddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixində 10 000 manat,xx.xx.2024-cü il tarixində 10200 manat,xx.xx.2024-cü il tarixində 56831.09 manat köçürülmüşdür. V. Tətbiq edilən hüquq:
20. AR Mülki Məcəlləsinin: - - 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər,bu şərtlə ki,qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər,əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 21.3-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin ,onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
- 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 850.1-ci maddəsinə görə yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. 859.1. Yükün itirildiyi və ya məhv olduğu halda daşıyıcı onun tam dəyərini ödəyir. Əgər yük daşıyıcı tərəfindən daşımaya qəbul edildikdən sonra üç ay ərzində çatdırılmazsa, əksi sübut edilənədək itirilmiş sayılır. 859.2. Bundan başqa, daşıyıcı çatdırmanın gecikdirilməsi və ya yükün zədələnməsi və ya qismən məhv olması ilə bağlı bütün zərər üçün məsuliyyət daşıyır. 859.3. Əgər daşıyıcı yükün itirilməsinin və ya məhvinin aşağıdakılar nəticəsində baş verdiyini sübuta yetirərsə, bu Məcəllənin 859.1-859.2-ci maddələrində nəzərdə tutulan məsuliyyət tətbiq edilmir: 859.3.1. risk məlum olsa da, yükün xarakteri və ya nəqliyyat vasitəsinin birbaşa təyinatı; 859.3.2. yük göndərənin və ya yük alanın təqsiri və ya göstərişi; 859.3.3. daşıyıcının lazımi vicdanlılığı şəraitində qarşısı alınması mümkün olmayan hallar. 859.4. Daşıyıcı daşımanı tamamilə və ya qismən başqa daşıyıcının vasitəsilə həyata keçirdiyi halda da məsuliyyət daşıyır. Onun daşıma üçün yükü verdiyi daşıyıcıya qarşı reqres hüququ saxlanılır. 859.5. Daşıyıcıya qarşı bütün iddialar yük qeyd-şərtsiz qəbul edildikdən və ödənildikdən sonra ödənilir. Bu müddəa aşağıdakı hallarda tətbiq edilmir: 859.5.1. daşıyıcı qəsd və ya kobud ehtiyatsızlıq üçün məsuliyyət daşıyırsa;
21. AR MPM-in: - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2018-ci il tarixli Plenum Qərarında qeyd edilir ki, “...mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.”
23. Avropa İnsan Hüquqları Məhkəməsinin ədalətli məhkəmə araşdırması hüququna dair (maddə 6): “Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36). Bu öhdəlik üzrə qərarın əsaslandırılması dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər və yalnız işin konkret halları işığında şərh edilməlidir. (X4rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27)”
Vİ.Məhkəmənin mövqeyi:
24. Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
25. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, iş materiallarına əlavə edilən sübutlar ilə müəyyən olunur ki, İddiaçı MMC ilə "xxxx" MMC arasında xx.xx.2024-cü il tarixində Podrat Xidmətləri Haqqında 398 saylı müqavilə bağlanmış və müqaviləyə əsasən yük daşıma xidmətləri göstərmişdir. Cavabdeh MMC ilə İddiaçı MMC arasında xx.xx.2024-cü il tarixində Daşıma Xidmətləri Haqqında 389 saylı müqavilə bağlanmış və müqaviləyə əsasən Cavabdeh MMC yük daşıma xidmətləri göstərmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən yük aparılan zaman xx.xx.2024-cü il tarixində Rusiya Federasiyasının Sverdlovsk vilayəti Yekaterinburq Çelyabinsk avtomobil yolunda X5 məxsus, X3 idarə etdiyi KOEGEL markalı 60ZA363 dövlət qeydiyyat nişanlı yarımqoşquda yanğin hadisəsi baş vermişdir və orada olan mallar məhv olmuşdur.Həmin ziyanla bağlı (məhv olmuş mallar) İddiaçı MMC tərəfindən "xxxx" MMC –nə 56831.07 (33430.04 ABŞ dolları )manat pul köçürülmüş, xx.xx.2024-ci il tarixində Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə elektronnəqliyyat qaiməsi göndərilmiş və həmin qaimə əsasında İddiaçı MMC Cavabdeh MMC-yə 3910(üç min doqquz yüz on) manat ödəniş etmişdir. Hazırki tələblə iddiaçı cavabdehin xx.xx.2024-cü il tarixində"xxxx" MMC-yə köçürülmüş 33430.04 ABŞ dollar (56 831.078 manat) (dəymiş ziyanın reqres qaydasında tələbi)və Cavabdeh MMC-yə köçürülmüş 3910(üç min doqquz yüz on) manat, (daşırılma həyata keçirilmədiyi üçün) cəmi 60.741.078 manat dəymiş ziyan tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbinin əsaslı olması iddiaçı tərəfindən iş materiallarına sübut qismində əlavə edilmiş müqavilələr, ödəniş qəbzləri ilə tam təsdiqini tapır.Məhkəmə hesab edir ki, yekdaşıması zamanı iddiaçı tərəfindən müqavilə üzrə bütün öhdəliklər yerinə yetirilsə də, cavabdeh tərəfindən öhdəlik (yükün daşınması) yerinə yetirilmədiyindən iddia tələbi həm daşınan malın dəyəri məbləğində dəymiş zərər, həmçinin müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə ödənilmiş məbləğ hissəsində təmin edilməlidir.
26. Bundan əlavə cavabdehin nümayəndəsi çıxışı zamanı məhkəmə iclasında qeyd etmişdir ki,daşımanı onlar həyata keçirmələri barədə iddiaçı tərəfindən heç bir sübut təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, məhkəmənin hazırlıq iclaslarında və bütün məhkəmə araşdırması zamanı, cavabdeh malların onun tərəfindən daşımanı həyata keçirilməsini mübahisələndirməmiş, yalnız həmin malların qarşı “Socar Rus” tərəfindən əsassız olaraq qəbul edilmədiyini, malların tam yararsız vəziyyətə düşmədiyini bildirmiş, yəni cavabdeh tərəfindən qeyd edilən malların daşımasının həyata keçirilməsi işin mübahisəsiz halı olmuşdur. Məhkəmə qeyd edir ki, bu səbəbdən məhkəmə cavabdehin qeyd edilən dəlili əsassızdır.
27. Məhkəmə işin hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, iddia təmin edilməli, (iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixində"xxxx" MMC-yə köçürülmüş 33430.04 ABŞ dollar (56 831.078 manat) və Cavabdeh MMC-yə köçürülmüş 3910(üç min doqquz yüz on) manat )cəmi 60.741.078 manat ziyan cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
28. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 273 manat məbləğində dövlət rüsum iddiaçı tərəfindən ödənilmişdir.
29. Hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 273 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir.
30. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh MMC-dən 60.741.078 (altmış min yeddi yüz qırx bir manat 78 qəpik) manat borc və 272.22 (iki yüz yetmiş iki manat 22 qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Həşimova