Məhkəmə qərarları › İş №e-2-2(113)-1523/2020

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1523/2020

03.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1523/2020 03.06.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi ilə, Rzazadə İqbal Kamil oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2 MTK-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdehler Cavabdeh2 MTK-ya və “xxxx” MMC-yə qarşı iddiaçının müqavilə öhdəliyini icra etməsi faktının təsdiq edilməsi, MTK-nın xx.xx.2019-cu il tarixli, 01 saylı əmrinin etibarsız hesab edilməsi və cavabdehlərin öz öhdəliklərinə əməl etməyə məcbur edilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin açıq hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 MTK-ya və “xxxx” MMC-yə qarşı pul tələbinə dair məhkəmədə iddia qaldıraraq, Cavabdeh2 Mənzil Tikinti Kooperativi ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli, B-266/19 nömrəli müqavilə öhdəliyinə İddiaçı əməl etməsi və onun Cavabdeh2 Mənzil Tikinti Kooperativi tərəfindən ünvan 1 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin B blokunun 19-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 172,19 kv.m. yaşayış sahəsi 156,50 kv.m. olan, 4 otaqlı B-03 saylı mənzilə görə hər kv.m 1.100 manat olmaq şərti ilə, cəmi 189.409 manatı xx.xx.2019-cu il tarixdə Cavabdeh2 Mənzil Tikinti Kooperativinin hesabına tam məbləğdə ödəməsi və həmin mənzil üzərində mülkiyyət hüququ əldə etməsi faktının təsdiq edilməsi, ”Cavabdeh2” Mənzil Tikinti Kooperativinin “podratçının icraçı direktoru tərəfindən satılmış mənzillərə dair vətəndaşlarla bağlanmış müqavilələrin və maliyyə arayışlarının ləğv edilməsi haqqında” xx.xx.2019-cu il tarixli 01 saylı əmrinin etibarsız hesab edilməsi, bu əmrin etibarsız hesab olunması ilə əlaqədar Cavabdeh2 Mənzil Tikinti Kooperativinin xx.xx.2019-cu il tarixli 02 əmrinin 1-ci bəndinin də qüvvəsini itirmiş hesab edilməsi, “xxxx” MMC və Cavabdeh2 Mənzil Tikinti Kooperativi tərəfindən İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli, B- 266/19 müqavilə şərtlərinə (öhdəliyinə) əməl edilməsi və ünvan 1 ünvanında inşa olunan girişli, 21 mərtəbəli yaşayış evinin B blokunun 19-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 172,19 kv.m, yaşayış sahəsi 156,50 kv.m olan, 4 otaqlı B-03 saylı mənzilin İddiaçı (tikinti norma və qaydalarına uyğun, qüsursuz və yüksək keyfiyyətlə) təhvil verilməsi öhdəliyinin icrasının təmin edilməsi, “xxxx” MMC tərəfindən yaradılmış maneələr aradan qaldırılaraq İddiaçı Mülki Məcəllənin 178.2-ci maddəsinin (yeniyaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir) tələblərinə uyğun olaraq öz hüquqlarını həyata keçirməsi və bu hüququn maneəsiz, sərbəst şəkildə realizə edilməsinin təmin edilməsi, ödənilmiş dövlət rüsumunun məbləğinin cavabdehlərdən alınıb İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edilmiş və hazırlıq iclasında baxılması üçün təyin edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, məhkəmənin hazırlıq iclasında məhkəmə aidiyyəti ilə bağlı məsələnin müzakirəsini zəruri hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil işin aidiyyəti üzrə göndərilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 MTK-nin nümayəndəsi X2 işin aidiyyəti üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, iş üzrə digər cavabdeh “xxxx” MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə “xxxx” MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, yaxud mübahisənin predmeti və ya hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, Mülki Prosessual Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Yuxarıda göstərilən normaların məzmunundan göründüyü kimi mübahisənin məhkəmə aidiyyəti, yəni ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aid olması müəyyən edilərkən üç meyar - işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri əsas götürülür. Bu zaman kommersiya mübahisəsinin predmeti sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmalıdır. Hazırkı işin halları ilə isə müəyyən edilir ki, hazırki iddianın predmetini iddiaçının yaşayış şəraitini yaxşılaşdırmaq məqsədilə ilə aldığı yaşayış sahəsinə - mənzilə mülkiyyət hüququnun tanınması təşkil edir. Göründüyü kimi hazırkı iddianın predmeti iddiaçının həyata keçirdiyi sahibkarlıq fəaliyyəti ilə bağlı deyildir. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı işdə mübahisə tərəflərin sahibkarlıq fəaliyyətinin həyata keçirməsi ilə əlaqədar yaranmadığından işə məhkəmə aidiyyəti üzrə ümumi məhkəmədə baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. İş materiallarından isə görünür ki, mübahisənin predmeti olan mənzil ünvan 1 ünvanında yerləşir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehler Cavabdeh2 MTK-ya və “xxxx” MMC-yə qarşı iddiaçının müqavilə öhdəliyini icra etməsi faktının təsdiq edilməsi, MTK-nın xx.xx.2019-cu il tarixli, 01 saylı əmrinin etibarsız hesab edilməsi və cavabdehlərin öz öhdəliklərinə əməl etməyə məcbur edilməsi tələbinə dairiş baxılması üçün məhkəmə aidiyyəti üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. 32.3-cü maddəsinə görə hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. 32.4-cü maddəsinə görə aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24, 32.3, 32.4 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı “İddiaçı cavabdehler Cavabdeh2 MTK-ya və “xxxx” MMC-yə qarşı iddiaçının müqavilə öhdəliyini icra etməsi faktının təsdiq edilməsi, MTK-nın xx.xx.2019-cu il tarixli, 01 saylı əmrinin etibarsız hesab edilməsi və cavabdehlərin öz öhdəliklərinə əməl etməyə məcbur edilməsi tələbinə dairiş baxılması üçün məhkəmə aidiyyəti üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, tərəfə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar