Məhkəmə qərarları › İş №e-2-2(113)-1523/2022

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1523/2022

11.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1523/2022 11.04.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədirliyi ilə, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı cavabdehdən icra edilməmiş öhdəliyə görə 62 700 (altmış iki min yeddi yüz) manat məbləğində əsas borc, 883 500 (səkkiz yüz səksən üç min beş yüz) manat məbləğində cərimə, 1 237 (bir min iki yüz otuz yeddi) manat dövlət rüsumu, cəmi 947 437 (doqquz yüz qırx yeddi min dörd yüz otuz yeddi) manat alınıb iddiaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsinə dair işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı cavabdehdən icra edilməmiş öhdəliyə görə 62 700 (altmış iki min yeddi yüz) manat məbləğində əsas borc, 883 500 (səkkiz yüz səksən üç min beş yüz) manat məbləğində cərimə, 1 237 (bir min iki yüz otuz yeddi) manat dövlət rüsumu, cəmi 947 437 (doqquz yüz qırx yeddi min dörd yüz otuz yeddi) manat alınıb iddiaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ərizəylə məhkəməyə müraciət edərək iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1- 261.0.3 və 261.0.6, 261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Buna görə məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı cavabdehdən icra edilməmiş öhdəliyə görə 62 700 (altmış iki min yeddi yüz) manat məbləğində əsas borc, 883 500 (səkkiz yüz səksən üç min beş yüz) manat məbləğində cərimə, 1 237 (bir min iki yüz otuz yeddi) manat dövlət rüsumu, cəmi 947 437 (doqquz yüz qırx yeddi min dörd yüz otuz yeddi) manat alınıb iddiaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar