Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1527/2020 04.06.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Rəhmanov Elçin Natiq oğlunun katibliyi, Cavabdeh1 MTK-nin nümayəndəsi X1, Cavabdeh2 MMC-nin nümayəndəsi vəkil X2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1MTK və Cavabdeh2 MMC-yə qarşı “əmrin etibarsız hesab edilməsi və cavabdehlərin öz öhdəliklərinə əməl etməyə məcbur edilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə olunmuş sənədlərə məhkəmənin binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1MTK və Cavabdeh2 MMC-yə qarşı “əmrin etibarsız hesab edilməsi və cavabdehlərin öz öhdəliklərinə əməl etməyə məcbur edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MTK ilə İddiaçı arasında bağlannmış xx.xx.2018-ci il tarixli B-128/2 nömrəli müqavilə öhdəliyinə İddiaçı əməl etməsi, onun Cavabdeh1MTK tərəfindən ünvan 1 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayəş evinin B blokunun 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 172.19 kv.m, yaşayış sahəsi 156.50 kv.m olan 04 otaqlı B-03 saylı mənzilə görə hər kv.m 1300 manat olmaq şərti ilə, cəmi 223.847 manat məbləğində pulu xx.xx.2018-ci il tarixdə Cavabdeh1 MTK-nın hesabına tam ödəməsi və həmin mənzil üzərində mülkiyyət hüququ əldə etməsi faktının təsdiq edilməsi, Cavabdeh1 MTK-nın “podratçının icraçı direktoru tərəfindən satılmış mənzillərə dair vətəndaşlarla bağlanmış müqavilələrin və maliyyə arayışlarının ləğv edilməsi haqqında” xx.xx.2019-cu il tarixli 01 saylı əmrin etibarsız hesab edilməsi və bu əmrin etibarsız hesab olunması ilə əlaqədar Cavabdeh1 MTK-nın xx.xx.2019-cu il tarixli 02 əmrinin 1-ci bəndinin də qüvvəsini itirmiş hesab edilməsi, Cavabdeh1 MTK və Cavabdeh2 MMC tərəfindən ünvan 1 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayəş evinin B blokunun 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 172.19 kv.m, yaşayış sahəsi 156.50 kv.m olan 04 otaqlı B-03 saylı mənzilin İddiaçı təhvil verilməsi öhdəliyinin icrasının təmin edilməsi, Cavabdeh2 MMC tərəfindən yaradılmış maneələr aradan qaldırılaraq İddiaçı Mülki Məcəllənin 178.2-ci maddəsinin (yeni yaradılmış daşınmaz əmlaka nülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir) tələbinə uyğun olaraq öz hüquqlarını həyata keçirməsi və bu hüququn maneəsiz şəkildə, sərbəst realizə edilməsinin təmin edilməsi, ödənilmiş dövlət rüsumunun cavabdehlərdən alınaraq İddiaçı xeyirinə ödənilməsi, məhkəmə işə baxarkən Cavabdeh1 MTK-nın vəzifəli şəxsllərinin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa, bu barədə xüsusi qərar çıxararaq prokurora xəbər verilməsibarədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edir ki, iş aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə iclasında Cavabdeh1 MTK-nin nümayəndəsi X3 bildirdi ki, aidiyyət düzgün deyil. Məhkəmə iclasında Cavabdeh2 MMC-nin nümayəndəsi vəkil X4 bildirdi ki, işin aidiyyəti üzrə göndərilməsinə etiraz etmir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı fiziki şəxsdir və onun adına uyğun vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) müəyyən edilməmişdir. Buradan müəyyən olunur ki, İddiaçı fiziki şəxs olaraq xx.xx.2018-ci il tarixli B-128/2 nömrəli müqavilənin tərəfi olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən, Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsinin tələbinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26-cı maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Beləliklə məhkəmə hesab edir ki, yaranmış mübahisə predmetində İddiaçı fiziki şəxs olaraq iştirak etdiyindən hazırki işə ümumi məhkəmədə baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə uyğun olaraq, tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. İş materiallarından müəyyən olunur ki, mübahisə predmeti olan mənzil ünvan 2 ünvanında yerləşir. Qeyd olunan ünvan Bakı şəhərinin Nərimanov rayonu ərazisində yerləşir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35, 44, 45, 263-cü maddələrinə əsaslanaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1MTK və Cavabdeh2 MMC-yə qarşı “əmrin etibarsız hesab edilməsi və cavabdehlərin öz öhdəliklərinə əməl etməyə məcbur edilməsi” tələbinə dair e-2-2(113)-1527/2020 saylı iş məhkəmə aidiyyəti üzrə baxılmasıüçünBakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-1527/2020
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1527/2020
04.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver