Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1533/2021 22.04.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Aslanov Kamal Sahib oğlunun katibliyi, iddiaçı "İddiaçı" MMC-nin nümayəndəsi, Vəkil Məmmədhüseyn oğlunun iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC tərəfindən ümumilikdə 15480 manat borcu və 30 manat dövlət rüsumunu, hüquqi xidmət ücün 150 manat vəkilə ödənilən pulun alınaraq iddiaçı "İddiaçı" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "İddiaçı" MMC ilə xx xxx 2020-ci il tarixdə Cavabdeh MMC arasında “alqı-satqı”ya dair müqavilə bağlanaraq razılığa gəlinmişdir. Belə ki, bağlanmış müqaviləyə əsasən “Satıcı” qismində İddiaçı MMCvə “Alıcı” qismində isə “xxxx” MMC müqavilənin tərəfləri olmuşdur. Müqaviləyə əsasən “Satıcı”“Alıcı”ya malmaterial (bundan sonra “Mal”) satır, “Alıcı”isə həmin malı qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini “Satıcı”ya ödəyir. Aşağıda qeyd edilən müvafiq nömrəli qaimələrlə müvafiq tarixlərdə göstərilən xidmətlər qarşılığında qeyd olunan məbləğlər qədərində “Sifarişçi” borclanmışdır: 1. xx.xx.2020, seriya: EBAL № 332643, 14868 manat dəyərində qaimə (əsas məbləğ ödənilməyib, ƏDV ödənilib); 2. xx.xx.2020, seriya: EBAL № 874295 nömrəli, 3398,40 manat (ƏDV daxil) dəyərində qaimə (əsas məbləğ ödənilməyib, ƏDV ödənilib); Beləliklə, Alıcı Cavabdeh MMC-nin, Satıcı İddiaçı MMC-yə ümumilikdə 15480 manat borcu yaranmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı "İddiaçı" MMC-nin nümayəndəsi, Vəkil Məmmədhüseyn oğlu iddianı müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh "Cavabdeh" MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə qabaqcadan rəsmi məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx xxx 2020-ci il tarixli, 09 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, satıcı - "İddiaçı" MMC alıcı - Cavabdeh MMC-yə mal-material satır, alıcı isə həmin malı qəbul edir və bunun müqabilində bu müqavilə ilə razılaşdırılmış məbləğdə malın dəyərini satıcıya ödəməyi öz öhdəsinə götürür. "İddiaçı" MMC tərəfindən verilən xx.xx.2020-ci il tarixli, EBAL seriyalı, 332643 nömrəli və xx.xx.2020-ci il tarixli, EBAL seriyalı, 874295 nömrəli elektron qaimələrdən görünür ki, "İddiaçı" MMC müvafiq olaraq 14868 manat (2268 manat ƏDV daxil) və 3398,40 manat (518,40 manat ƏDV daxil) ümumilikdə ƏDV daxil 18266,4 manat (15480+2786,40 ƏDV) məbləğində malı alıcı Cavabdeh MMC-yə satmışdır. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalı, öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsinə görə cavabdeh iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borcludur. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 443.1, 567, 598.1-598.2ci maddələri). Göründüyü kimi iddiaçı "İddiaçı" MMC və Cavabdeh MMC arasında qanunvericiliyə uyğun olaraq müqavilə bağlanmış, satıcı "İddiaçı" MMC üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, lakin alıcı - Cavabdeh MMC üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmiş, belə ki, cavabdehə təqdim edilmiş elektron qaimələrdə göstərilən və tələb olunan vəsaitdən ƏDV ödənilmiş, əsas borc kimi olan 15480 manat məbləğində pul ödəməmişdir. Odur ki, məhkəmə hesab edir ki, "İddiaçı" MMC-nin Cavabdeh MMC-yə qarşı 15480 manat məbləğində borcun tələbi iddiası əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə qeyd edir ki, iddiaçı, hüquqi xidmət ücün 150 manat vəkilə ödənilən pulu tələb etsə də, bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etmədiyinə görə iddia həmin hissədə rədd edilməlidir. Yuxarıda qeyd olunan işin faktiki hallarını, qanunvericiliyin normalarını və iş materiallarına əlavə edilmiş sənədləri məcmu halda qiymətləndirən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh MMC-dən 15480 manat pul tutularaq iddiaçı "İddiaçı" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin 99,04%-nin təmin olunduğunu nəzərə alan məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun 99,04%-i, yəni 29,71 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən (VÖEN: **********) 15480 manat və dövlət rüsumu kimi ödənilmiş 29,71 manat məbləğində pul tutularaq iddiaçı "İddiaçı" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-1533/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1533/2021
22.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver