Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1535/2020 28.09.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Səfərli Arzu Mahir qızının katibliyi ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “pul” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1535/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadından İddiaçıtərəfindən verilmiş şikayətə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK–ya qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 204A, M18, mənzil 1 üçün artıq ödənilmiş 3128 manat, banka ödənilmiş kreditin faiz məbləği 2922 manat 48 qəpik, sayğacların quraşdırılması üçün 700 manat, sənədləşmə pulu üçün 400 manat, ümumilikdə 7150 manat 48 qəpik və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh MTK-dan tutularaq İddiaçı qaytarılması, “göstərilmiş kommunal xidmətlərə görə çoxmənzilli binanın idarə edilməsi haqqında” xx.xx.2019-cu il tarixli ********* nömrəli müqavilənin 2.1-ci bəndində göstərilən xidmətlərin haqqının mənzilin ümumi deyil, yaşayış sahəsinə nisbətdə hesablanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1535/2020 saylı, xx xxx 2020-ci il tarixli qərardadı ilə iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında 30 (otuz) iş günü ərzində baxılması qərara alınmışdır. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1535/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh MTK-ya qarşı “pul” tələbinə dair işə mahiyyəti üzrə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1535/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh MTK-ya qarşı “pul” tələbinə dair e-2-2(113)- 1535/2020 saylı iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə şikayət ilə müraciət edərək, Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-1535/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadının ləğv edilərək işə mahiyyəti üzrə baxılmasını məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, mübahisə edən tərəflərdən birinin kommersiya təşkilatı olması işin kommersiya məhkəmələrinə aid olmasını özündə ehtiva edir. Belə ki, mübahisənin predmetini sahibkarlıq subyektləri ilə imzalanmış müqavilələrdən irəli gələn mübahisə təşkil edir. Kommersiya fəaliyyəti, cari və perspektiv dəyişiklikləri nəzərə almaqla əhalinin tələbatının tam, keyfiyyətli və vaxtında təmin olunması və mənfəətin əldə edilməsi məqsədi ilə alqı-satqı proseslərinin həyata keçirilməsinə yönəldilmiş mürəkkəb operativ-təşkilati bir sistemdir. Bu elə bir fəaliyyətdir ki, kommersiya dövriyyəsinin bütün iştirakçılarına ticarət sövdələşmələrinin reallaşdırılmasının bütün mərhələlərində qarşılıqlı faydalanması nəzərdə tutulur. Qanunda mübahisə edən tərəflərin hər birinin sahibkarlıq subyektinin elementi olması ilə əlaqədar imperativ norma təsbit edilməmişdir. İş üzrə cavabdeh kommersiya təşkilatıdır. Məhkəmə şikayəti nəzərdən keçirdib, iş materiallarını araşdırıb hesab edir ki, şikayətin dəlilləri qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 267.1-ci maddəsinə əsasən, məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Həmin Məcəllənin 269.2-ci maddəsinə əsasən, şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Həmin Məcəllənin 269.3-cü maddəsinə əsasən, əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə kasasiya instansiyası məhkəməsinə göndərilir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1535/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməməli və baxılması üçün işlə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 267-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı “pul” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1535/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Şikayət 7 gün müddətində iş materialları ilə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilsin. Sədrlik edən Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-1535/2020
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1535/2020
28.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver