Məhkəmə qərarları › İş №e-2-2(113)-1536/2020

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1536/2020

25.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1536/2020 25.08.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X4 iştirakı ilə, İddiaçı (MMC) Cavabdehnə (MMC) qarşı pul tələbi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-dən 2310 manat məbləğində cərimə-dəbbə pulunun, 2000 manat əldən çıxmış fayda haqqının, 7.25% məbləğində hesablanmaqla 892 manat məbləğində bank uçot dərəcəsinin və 31 manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx xxx 2020-ci il tarixli, e-2-2(113)-1536/2020 saylı iddianı təmin etmə tədbiri barədə qərardadına əsasən Cavabdeh “xxxxxxxxx” ASC-də olan İBAN- H/H AZ06MUGA**********00003AZM00; VÖEN-**********; M/H-AZ41NABZ**********000001894 Bank Kodu-506162 saylı bank hesabının üzərinə 30589 manat həcmində həbs qoyulmuşdur. İddiaçı MMC məhkəməyə ərizə təqdim edərək iddiadan imtina etdiyini bildirib iş üzrə icraata xitam verilməsini və iddianı təmin etmə tədbirinin ləğv edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi iş üzrə icraata xitam verilməsini və iddianı təmin etmə tədbirinin ləğv edilməsini xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 52.5-ci madddəsində iddiaçının iddiadan imtina etməsinin qanuna zidd olduğu və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozduğu təqdirdə məhkəmənin bu hərəkəti qəbul etməməli olduğu qeyd edilmişdir. - 261.0 və 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. İddiaçının iddiadan imtina etməsi qanuna zidd olmadığına və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığına görə məhkəmə hesab edir ki, iddiadan imtina qəbul olunmalı və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 162.1-ci maddəsinə əsasən iddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı pul tələbi barədə iş üzrə icraata xitam verilsin. Bakı Kommersiya Məhkəməsinin xx xxx 2020-ci il tarixli, e-2-2(113)-1536/2020 saylı iddianı təmin etmə tədbiri barədə qərardadına əsasən Cavabdeh “xxxxxxxxx” ASC-də olan İBAN- H/H AZ06MUGA**********00003AZM00; VÖEN-**********; M/H-AZ41NABZ**********000001894 Bank Kodu-506162 saylı bank hesabının üzərinə 30589 manat həcmində həbs qoyulması barədə iddianı təmin etmə tədbiri ləğv edilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar