Məhkəmə qərarları › İş №e-2-2(113)-154/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-154/2020

09.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-154/2020 09.06.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı x5 (QSC) x6 qarşı daxili maliyyyə lizinqi müqaviləsinin ləğv edilməsi, əsas borc, faiz borcu və dəbbə pulunun ödənilməsi, lizinq obyektinin qaytarılması barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı QSC ilə x8 arasında bağlanmış 09 iyul 2013-cü il tarixli, 543/27/2013 saylı daxili maliyyə lizinqi müqaviləsinin ləğv edilməsi, sonuncudan lizinq ödənişləri üzrə əsas borc 37358,14 manat, faiz borcu 28807,36 manat, dəbbə pulu 38950,76 manat olmaqla ümumilikdə 105116,26 manat məbləğində pul vəsaitinin tutulması, İddiaçı QSC-yə məxsus olan 1 ədəd JCB 160W markalı təkərli eskavatorun (qeydiyyat nişanı AZ10o828) geri alınaraq qaytarılması və ödənilmiş 30 AZN məbləğində dövlət rüsumu cavabdehdən tutularaq onun xeyrinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, tərəflər arasında bağlanmış 09 iyul 2013-cü il tarixli, 543/27/2013 nömrəli daxili maliyyə lizinqi müqaviləsinə əsasən 1ədəd JCB 160W markalı təkərli eskavator cavabdehə lizinqə təhvil verilmiş və cavabdeh müqavilə üzrə lizinq borcunun ödənilməsini öz öhdəsinə götürmüşdür. Lakin, cavabdeh tərəfindən lizinq ödənişləri həyata keçirilməmişdir. Hazırda borc ümumilikdə 105116,26 manat təşkil edir. Sonda iddiaçının nümayəndəsi məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh x8 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Mülki iş materiallarında olan: - 09 iyul 2013-cü il tarixli, 543/27/2013 nömrəli daxili maliyyə lizinqi müqaviləsinə əsasən 1ədəd JCB 160W markalı təkərli eskavator x6 lizinqə təhvil verilmiş və həmin müqavilə üzrə lizinq borcunun ödənilməsini öz öhdəsinə götürmüşdür. - 11 iyul 2013-cü il tarixli daxili maliyyə lizinqi müqaviləsinin ödəniş cədvəlindən göründüyü kimi avadanlığın alqı-satqı müqaviləsi üzrə dəyəri 87902 manat, gömrük rüsumu və rəsmiləşdirilməsi 16454 manat, lizinqalanın avans ödənişi 11356 manat, sığorta haqqı 3496 manat və maliyyə lizinqi üzrə kreditin məbləği 91000 manatdır. - təhvil təslim aktına əsasən lizinq müqaviləsinin predmeti olan 1 ədəd JCB 160W markalı (DQN: AZ 10o828, buraxılış ili 2012) təkərli ekskavatoru lizinqverən tərəfində təslim edilmiş və lizinq alan tərəfindən təhvil alınmışdır. - 15 iyul 2019-cü il tarixli maliyyə arayışından görünür ki, x4 yekun borcu 105116,26 manat, əsas borcu 37358,14 manat, faiz borcu 28807,36 manat və dəbbə borcu 38950,76 manat təşkil edir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. - 748-1.12 və 748-1.12.4-ci maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. - 748-2.5-ci maddəsinə əsasən maliyyə lizinqi zamanı lizinq obyektinə mülkiyyət hüququ, əgər maliyyə lizinqi müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bütün lizinq ödənişlərinin verilməsi şərti ilə müqavilə müddəti başa çatmazdan əvvəl lizinq alana keçir. - 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. İşin hallarından göründüyü kimi tərəflər arasında imzalanmış 09 iyul 2013-cü l tarixli 543/27/2013 nömrəli daxili lizinq müqaviləsinə əsasən cavabdehin iddiaçıya olan müqavilə üzrə borcu qrafiklə 91000 manat, mükafat borcundan ödənilməli olan vəsaitin məbləği 32999 manat, sığorta haqqı kimi ödənilməli olan vəsaitin məbəği 3496 manat olmaqla, ümumilikdə 123999 manat təşkil edir. Müqavilənin müddətinin bitdiyi 12 iyul 2016-cı il tarixə cavabdeh tərəfindən ümumilikdə 93349 manat məbləğində pul vəsaiti ödənilmişdir. Həmçinin 12 iyul 2016-cı il tarixdən sonra da ayrı-ayrı tarixlərdə ümumilikdə 4010 manat məbləğində ödəniş edilsə də, cavadeh üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmişdir. İddianın “daxili maliyyə lizinqi müqaviləsinin ləğv edilməsi” hissəsi ilə bağlı onu qeyd etmək lazımdır ki, müqavilənin müddəti 12 iyul 2016-cı il tarixdə bitmişdir və buna görə də iddia həmin hissədə təmin oluna bilməz. İddia tələbində göstərilən məbləğ müqavilə müddətindən sonra da faiz və dəbbə pulu borcu hesablanmaqla göstərildiyindən iş müqavilə müddəti ərzində borcun məbləğinin müəyyənləşdirilməsi məqsədilə məhkəmə – mühasibatlıq ekspertizası təyin edilmişlir. Məhkəmə - mühasibatlıq ekspertizasının 28 mart 2020-ci il tarixli, 9/116 №-li rəyində qeyd olunmuşdur ki, cavabdeh x4 12 iyul 2016-cı il tarixli 01 saylı əlavəyə əsasən qrafik üzrə ödənilməli olan borcu gecikdirilmiş əsas lizinq məbləği üzrə 31219 manat və lizinq mükafatı üzrə 2927 manat borcunun olması müəyyən olunur, o cümlədən 12 iyul 2016-cı il tarixdən sonra ayrı-ayrı vaxtlarda isə 4010 manat məbləğində ödənişlər etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Tərəflər arasında bağlanmış müqavilədə borcun ödənilməsinin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin məhkəmə 37358,14 manat məbləğində əsas borca tənasübsüz olaraq 38950,76 manat məbləğində dəbbə pulunun hesablanmasını əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Buna görə də məhkəmə hesab edir ki, hesablanmış 38950,76 manat məbləğində dəbbə pulunun məbləği azaldılaraq 1000 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə işin faktiki hallarını qeyd olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, cavabdehdən əsas borc 31219 manat, lizinq mükafatı üzrə 2927 manat, cərimə 1000 manat olmaqla ümumilikdə 35146 manat məbləğində pul vəsaiti tutulmalı, müqavilə müddəti bitdikdən sonra ödənilmiş 4010 manat məbləğində pul vəsaitindən 2927 manat lizinq mükafatı, 1000 manat cərimə və əsas borcun 83 manat məbləğində hissəsi çıxılmaqla 31136 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməli, həmçinin, “JCB 160W” markalı, 10-O-828 dövlət qeydiyyat nişanlı təkərli ekskavator cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qismən təmin olunduğuna görə məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində isə 9 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalı, məhkəmə - mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 145 manat məbləğində pul vəsaitinin 43 manat məbləğində hissəsi cavabdehdən, 102 manat məbləğində hissəsi iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı x5 iddiası qismən təmin edilsin. x1 09 iyun 2013-cü il tarixli, 543/27/13 nömrəli daxili maliyyə lizinqi müqaviləsi üzrə yaranmış əsas borc 31219 manat, lizinq mükafatı üzrə 2927 manat, cərimə 1000 manat olmaqla ümumilikdə 35146 manat məbləğində pul vəsaiti tutulsun. Müqavilə müddəti bitdikdən sonra ödənilmiş 4010 manat məbləğində pul vəsaitindən 2927 manat lizinq mükafatı, 1000 manat cərimə və əsas borcun 83 manat məbləğində hissəsi çıxılmaqla 31136 manat məbləğində pul vəsaiti x1 tutularaq İddiaçı x7 ödənilsin. “JCB 160W” markalı, 10-O-828 dövlət qeydiyyat nişanlı təkərli ekskavator x1 alınaraq İddiaçı x2ytarılsın. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 9 manat məbləğində pul vəsaiti x1 tutularaq İddiaçı x7 ödənilsin. Məhkəmə - mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 145 manat məbləğində pul vəsaitinin 43 manat məbləğində hissəsi x1, 102 manat məbləğində hissəsi İddiaçı x3 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar