Məhkəmə qərarları › İş №e-2-2(113)-1541/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1541/2023

27.02.2023 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1541/2023 27.02.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi ilə, tərəflərin iştirakı olmadan, ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, vergi ödəyicisi olan hüquqi şəxslər, eyni zamanda fiziki şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 99226,8 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 7575,2 manat, İşsizlikdən sığorta fonduna olan 293,47 manat, İcbari Tibbi Sığorta Fonduna olan 1247,02 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxslərin icra orqanının rəhbəri olan, Maraqlı şəxs barəsində (doğulduğu tarix - xx.xx.1962-ci il, doğulduğu yer – Azərbaycan Respublikası, Bakı şəhəri, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi – xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE********) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2023-cü il tarixə vergi ödəyicisi olan Maraqlı şəxs (VÖEN: **********) İcbari Tibbi Sığorta Fonduna 38,93 manat, dövlət büdcəsinə 64740 manat məbləğində (o cümlədən, vergilər üzrə 60000 manat, faizlər üzrə 4740 manat), Dövlət Sosial Müdafiə Fonduna 231,68 manat, “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) İşsizlikdən sığorta fonduna 2,55 manat, Dövlət Sosial Müdafiə Fonduna 6,49 manat, İcbari Tibbi Sığorta Fonduna 1,04 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 6545,06 manat, İcbari Tibbi Sığorta Fonduna 1080,02 manat, İşsizlikdən sığorta fonduna 259,16 manat, dövlət büdcəsinə 0 manat məbləğində, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) İcbari Tibbi Sığorta Fonduna 0,45 manat, dövlət büdcəsinə 0 manat məbləğində, İşsizlikdən sığorta fonduna 0,1 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 791,97 manat, İcbari Tibbi Sığorta Fonduna 126,58 manat, İşsizlikdən sığorta fonduna 31,66 manat, dövlət büdcəsinə 34486,8 manat məbləğində (o cümlədən, vergilər üzrə 33250,52 manat, faizlər üzrə 1236,28 manat) olmaqla, ümumilikdə 108342,49 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicilərinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2022-ci il tarixli **********986800 nömrəli, xx.xx.2022-ci il tarixli **********078000 nömrəli, xx.xx.2022-ci il tarixli **********987500 nömrəli, xx.xx.2022-ci il tarixli **********356000 nömrəli, xx.xx.2022-ci il tarixli **********357700 nömrəli, xx.xx.2022- ci il tarixli **********396200 nömrəli, xx.xx.2022-ci il tarixli **********394800 nömrəli, xx.xx.2022ci il tarixli **********395500 nömrəli, xx.xx.2022-ci il tarixli **********149700 nömrəli, xx.xx.2022- ci il tarixli **********786900 nömrəli, xx.xx.2022-ci il tarixli **********809300 nömrəli, xx.xx.2022-ci il tarixli **********108700 nömrəli, xx.xx.2022- ci il tarixli **********379600 nömrəli, xx.xx.2022-ci il tarixli **********108400 nömrəli, xx.xx.2022-ci il tarixli **********927400 nömrəli, xx.xx.2022-ci il tarixli **********134400 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyiciləri yaranmış borc məbləğlərini ödəməmişlər. Maraqlı şəxs Bakı şəhəri, Xətai rayonu, Dənizçi küçəsi, ev 1/6 ünvanında yaşayır. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Ərizəçinin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılaraq ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə MPM-nin 355-7.2-ci maddəsinə əsasən işə işdə maraqlı olan şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) şəxsi hesab vərəqəsinə əsasən müəyyən edilir ki, “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə olan borcu 5.845,99 manat, Dövlət Sosial Müdafiə Fonduna olan borcu 6,49 manat, İşsizlikdən sığorta fonduna olan borcu 2,55 manat və İcbari Tibbi Sığorta Fonduna olan borcu 1,04 manat təşkil edir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) şəxsi hesab vərəqəsinə əsasən müəyyən edilir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə olan borcu 0 manat, Dövlət Sosial Müdafiə Fonduna olan borcu 10748,92 manat, İşsizlikdən sığorta fonduna olan borcu 429,97 manat və İcbari Tibbi Sığorta Fonduna olan borcu 1719,44 manat təşkil edir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) şəxsi hesab vərəqəsinə əsasən müəyyən edilir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə olan borcu 260.695,05 manat, İşsizlikdən sığorta fonduna olan borcu 0,1 manat və İcbari Tibbi Sığorta Fonduna olan borcu 0,45 manat təşkil edir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) şəxsi hesab vərəqəsinə əsasən müəyyən edilir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə olan borcu 40.372,14 manat, Dövlət Sosial Müdafiə Fonduna olan borcu 791,98 manat, İşsizlikdən sığorta fonduna olan borcu 31,66 manat və İcbari Tibbi Sığorta Fonduna olan borcu 126,58 manat təşkil edir. Maraqlı şəxs (VÖEN: **********) şəxsi hesab vərəqəsinə əsasən görünür ki, Maraqlı şəxs dövlət büdcəsinə olan borcu 68.880 manat, Dövlət Sosial Müdafiə Fonduna olan borcu 508,35 manat və İcbari Tibbi Sığorta Fonduna olan borcu 81,26 manat təşkil edir. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən “X1” MMC, "xxxx" MMC, "xxxx" MMC və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Maraqlı şəxs ünvanlanmış xx.xx.2022-ci il tarixli **********986800 nömrəli, xx.xx.2022-ci il tarixli **********078000 nömrəli, xx.xx.2022-ci il tarixli **********987500 nömrəli, xx.xx.2022-ci il tarixli **********356000 nömrəli, xx.xx.2022-ci il tarixli **********357700 nömrəli, xx.xx.2022- ci il tarixli **********396200 nömrəli, xx.xx.2022-ci il tarixli **********394800 nömrəli, xx.xx.2022ci il tarixli **********395500 nömrəli, xx.xx.2022-ci il tarixli **********149700 nömrəli, xx.xx.2022- ci il tarixli **********786900 nömrəli, xx.xx.2022-ci il tarixli **********809300 nömrəli, xx.xx.2022-ci il tarixli **********108700 nömrəli, xx.xx.2022- ci il tarixli **********379600 nömrəli, xx.xx.2022-ci il tarixli **********108400 nömrəli, xx.xx.2022-ci il tarixli **********927400 nömrəli, xx.xx.2022-ci il tarixli **********134400 nömrəli bildirişlərin surətindən görünür ki, “X1” MMC, "xxxx" MMC, "xxxx" MMC və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Maraqlı şəxs borcun 5 gün müddətində ödənilməsi tələb edilmiş və borcu ödəməməyə görə məsuliyyət barədə xəbərdarlıq edilmişdir. Fiziki şəxs haqqında məlumat ilə müəyyən edilir ki, Maraqlı şəxs xx.xx.2022-ci il tarixdə VÖEN (**********) verilmişdir. Maraqlı şəxs Bakı şəhəri, Xətai rayonu, Dənizçi küçəsi, ev 1/6 ünvanında qeydiyyatdadır. Hüquqi şəxs barədə məlumatla təsdiq edilir ki, “X1” MMC, "xxxx" MMC, "xxxx" MMC və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icra orqanının rəhbəri Maraqlı şəxsdur. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, vergi ödəyicisi olan hüquqi şəxs “X1” MMC, "xxxx" MMC, "xxxx" MMC və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti vergi, dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə öhdəliklərini qanunla müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün onun dövlət büdcəsi, İşsizlikdən sığorta fondu, Dövlət Sosial Müdafiə Fondu və İcbari Tibbi Sığorta Fondu qarşısındakı borcları yaranmışdır. Vergi ödəyicilərinə borcunun mövcudluğu və həmin borcu ödəməməyə görə məsuliyyət tədbirləri barədə məlumat verilməsinə baxmayaraq, sonuncular tərəfindən borc məbləğinin ödənilməsi təmin edilməmişdir. Odur ki, borclu hüquqi şəxsin dövlət büdcəsinə, İşsizlikdən sığorta fondu, Dövlət Sosial Müdafiə Fondu və İcbari Tibbi Sığorta Fonduna olan borclarının ödənilməsini təmin etmək məqsədilə həmin hüquqi şəxslərin icra orqanlarının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcuddur. Bununla yanaşı məhkəmə araşdırması zamanı müəyyən edildi ki, vergi ödəyicisi olan fiziki şəxs Maraqlı şəxs dövlət büdcəsi, Dövlət Sosial Müdafiə Fondu və İcbari Tibbi Sığorta Fondu qarşısındakı öhdəliklərini qanunla müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün borcu yaranmışdır. Vergi ödəyicisinə borcunun mövcudluğu və həmin borcu ödəməməyə görə məsuliyyət tədbirləri barədə məlumat verilməsinə baxmayaraq, sonuncu tərəfindən borc məbləğinin ödənilməsi təmin edilməmişdir. Odur ki, borclu fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin dövlət büdcəsi, Dövlət Sosial Müdafiə Fondu və İcbari Tibbi Sığorta Fonduna olan borcunun ödənilməsini təmin etmək məqsədilə həmin fiziki şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcuddur. Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə görə vergi orqanları vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüququna malikdirlər. MPM-in 355-5.1-ci maddəsinə görə vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, “X1” MMC-nin, "xxxx" MMC-nin, "xxxx" MMC-nin və "xxxx" MMC-nin icra orqanlarının rəhbəri, eləcə də vergi ödəyicisi olan fiziki şəxs – xx.xx.1962-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. MPM-in 355-7.4-cü maddəsinə görə vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Məhkəmə xərclərinə gəldikdə məhkəmə qeyd edir ki, “Dövlət rüsumu haqqında” AR Qanununun: 8.2-ci maddəsinə görə xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumunun ödənilməsi nəzərdə tutulmuşdur. 9.1.14-cü maddəsinə görə məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumunu ödəməkdən azad olunurlar. MPM-in 124.1-ci maddəsinə görə isə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Hazırkı halda ərizəçinin dövlət rüsumunu ödəməkdən azad olunduğunu, eləcə də hazırkı qətnamə ilə xüsusi icraat qaydasında verilmiş ərizənin təmin edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ərizənin verilməsinə görə ödənilməli olan 100 manat məbləğində dövlət rüsumu maraqlı şəxsdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 355-7, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Dövlət büdcəsinə 99.226,8 manat, Dövlət Sosial Müdafiə Fonduna 7575,2 manat, İşsizlikdən Sığorta Fonduna 293,47 manat, İcbari Tibbi Sığorta Fonduna 1247,02 manat məbləğində borcun məbləğində borcun ödənilməsini təmin etmək üçün “X1” MMC-nin, "xxxx" MMC-nin, "xxxx" MMC-nin və "xxxx" MMC-nin icra orqanlarının rəhbəri, eləcə də vergi ödəyicisi olan fiziki şəxs – xx.xx.1962-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Ərizənin verilməsinə görə ödənilməli olan 100 manat məbləğində dövlət rüsumu maraqlı şəxsdən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə qəbul edildikdən dərhal sonra qanuni qüvvəyə minir. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar