Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1544/2023 27.02.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, Maraqlı şəxs2 iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs2 “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizəsi üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, vergi ödəyicisi olan "xxxx" MMC-nin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 1 manat, “X2 Azerbaijan” MMC-nin (VÖEN: **********) İcbari Tibbi Sığorta Fonduna 0,15 manat, İşsizlikdən sığorta fonduna 7,95 manat, Dövlət Sosial Müdafiə Fonduna 0,79 manat, “BMA Business Kids" MMC-nin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 0,22 manat, İşsizlikdən sığorta fonduna 7,03 manat, İcbari Tibbi Sığorta Fonduna 5,4 manat, “X8” MMC-nin (VÖEN: **********) İşsizlikdən sığorta fonduna 0,08 manat, Dövlət Sosial Müdafiə Fonduna 6,3 manat, "X5' MMC-nin (VÖEN: **********) İşsizlikdən sığorta fonduna 45,34 manat, Dövlət Sosial Müdafiə Fonduna 1137,75 manat, İcbari Tibbi Sığorta Fonduna 188,92 manat,"xxxx" MMC-nin (VÖEN: **********) İşsizlikdən sığorta fonduna 0,34 manat, X1 (VÖEN: **********) İcbari Tibbi Sığorta Fonduna 13,55 manat, Dövlət Sosial Müdafiə Fonduna 84,61 manat, "xxxx" MMC-nin (VÖEN: **********) dövlət büdcəsinə 620,25 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün hüquqi şəxslərin icra orqanlarının rəhbəri olan Maraqlı şəxs2 barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixə vergi ödəyicisi olan "xxxx" MMC-nin (VÖEN: **********) dövlət büdcəsinə 0 manat, Dövlət Sosial Müdafiə Fonduna 1 manat, “X2 Azerbaijan” MMC-nin (VÖEN: **********) İcbari Tibbi Sığorta Fonduna 0,15 manat, İşsizlikdən sığorta fonduna 7,95 manat, Dövlət Sosial Müdafiə Fonduna 0,79 manat, “BMA Business Kids" MMC-nin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna ,22 manat, İşsizlikdən sığorta fonduna 7,03 manat, İcbari Tibbi Sığorta Fonduna 5,4 manat, “X8” MMC-nin (VÖEN: **********) İşsizlikdən sığorta fonduna 0,08 manat, Dövlət Sosial Müdafiə Fonduna 6,3 manat, "X5' MMC-nin (VÖEN: **********) İşsizlikdən sığorta fonduna 45,34 manat, Dövlət Sosial Müdafiə Fonduna 1137,75 manat, İcbari Tibbi Sığorta Fonduna 188,92 manat, "xxxx" MMC-nin (VÖEN: **********) İşsizlikdən sığorta fonduna 0,34 manat, X1 (VÖEN: **********) İcbari Tibbi Sığorta Fonduna 13,55 manat, Dövlət Sosial Müdafiə Fonduna 84,61 manat, dövlət büdcəsinə 0 manat,"xxxx" MMC-nin (VÖEN: **********) dövlət büdcəsinə 620,25 manat məbləğində (o cümlədən, vergilər üzrə 214,64 manat, faizlər üzrə 265,61 manat, maliyyə sanksiyası üzrə 140 manat) olmaqla borcu vardır. Yaranmış borc məbləğlərinin 5 gün ərzində ödənilməsi məqsədi ilə ona Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən bildirişlər göndərilmiş, lakin vergi ödəyiciləri yaranmış borc məbləğini ödəməmişdir. Reyestr məlumatlarına əsasən "xxxx" MMC, “X2 Azerbaijan” MMC, “BMA Business Kids" MMC, “X8” MMC, "X5' MMC, "xxxx"xxxx"xxxx" MMC-nin icra orqanlarının rəhbəri Maraqlı şəxs2 Bakı şəhəri, Xətai rayonu, X7 küçəsi, ev 1B, mənzil 161, məhəllə 2316 ünvanında qeydiyyatdadır. Məhkəmə iclasında maraqlı şəxs ərizədə göstərilən borcları yaxın 1 ay ərzində ödəyəcəyini bildirib ərizənin rədd edilməsini xahiş etdi. Ərizəçi məhkəməyə ərizə təqdim edərək iş yükünün çoxluğunu nəzərə alaraq məhkəmə iclasının ərizəçinin iştirakı olmadan keçirilməsini və ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 355-5.2-ci maddəsinə əsasən ərizəçinin nümayəndəsinin iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində materiallara əlavə edilmiş: Fiziki şəxs haqqında məlumatdan görünür ki, Maraqlı şəxs2 xx.xx.2004-cü il tarixdə vergi ödəyicisi kimi qeydə alınmışdır. Hüquqi şəxs haqqında məlumatdan görünür ki, əsas fəaliyyət növü ayrı-ayrı məhsulların və ya məhsul qruplarının topdan satışı üzrə ixtisaslaşdırılmış agentlik fəaliyyəti olan Bakı şəhəri Xətai rayonunda yerləşən “X8” MMC-nin icra orqanının rəhbəri Maraqlı şəxs2dur. Hüquqi şəxs haqqında məlumatdan görünür ki, əsas fəaliyyət növü ixtisaslaşdırılmamış topdansatış olan Bakı şəhəri Xətai rayonunda yerləşən "xxxx" MMCnin icra orqanının rəhbəri Maraqlı şəxs2dur. Hüquqi şəxs haqqında məlumatdan görünür ki, əsas fəaliyyət növü kommersiya və sahibkar təşkilatların (cəmiyyətlərin, birliklərin, ittifaqların) fəaliyyəti olan Bakı şəhəri Xətai rayonunda yerləşən "xxxx" MMC-nin icra orqanının rəhbəri Maraqlı şəxs2dur. Hüquqi şəxs haqqında məlumatdan görünür ki, əsas fəaliyyət növü hazırlıq kurslarının fəaliyyəti olan Bakı şəhəri Xətai rayonunda yerləşən “X5” MMC-nin icra orqanının rəhbəri Maraqlı şəxs2dur. Hüquqi şəxs haqqında məlumatdan görünür ki, əsas fəaliyyət növü ixtisaslaşdırılmamış topdansatış fəaliyyəti olan Bakı şəhəri Xətai rayonunda yerləşən "xxxx" MMC-nin icra orqanının rəhbəri Maraqlı şəxs2dur. Hüquqi şəxs haqqında məlumatdan görünür ki, əsas fəaliyyət növü reklam agentliklərinin fəaliyyəti olan Bakı şəhəri Xətai rayonunda yerləşən "xxxx" MMC-nin icra orqanının rəhbəri Maraqlı şəxs2dur. Hüquqi şəxs haqqında məlumatdan görünür ki, əsas fəaliyyət növü avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşıması fəaliyyəti olan Bakı şəhəri Nizami rayonunda yerləşən “X3 Azerbaijan” MMC-nin icra orqanının rəhbəri Maraqlı şəxs2dur. “X4 Azerbaijan” MMC-nin (VÖEN: **********) şəxsi hesab vərəqəsi ilə təsdiq edilir ki, xx.xx.2023-cü il tarixə dövlət büdcəsinə 2023,71 manat borcu mövcuddur. “X5” MMC-nin (VÖEN: **********) şəxsi hesab vərəqəsi ilə təsdiq edilir ki, xx.xx.2023cü il tarixə dövlət büdcəsinə borcu yoxdur. "xxxx" MMC-nin (VÖEN: **********) şəxsi hesab vərəqəsi ilə təsdiq edilir ki, xx.xx.2023-cü il tarixə dövlət büdcəsinə borcu yoxdur. Maraqlı şəxs2 (VÖEN: **********) şəxsi hesab vərəqəsi ilə təsdiq edilir ki, xx.xx.2023cü il tarixə dövlət büdcəsinə 34,25 manat borcu vardır. "xxxx" MMC-nin (VÖEN: **********) şəxsi hesab vərəqəsi ilə təsdiq edilir ki, xx.xx.2023-cü il tarixə dövlət büdcəsinə 620,26 manat borcu vardır. "xxxx" MMC-nin (VÖEN: **********) şəxsi hesab vərəqəsi ilə təsdiq edilir ki, xx.xx.2023-cü il tarixə dövlət büdcəsinə borcu yoxdur. "xxxx" MMC-nin (VÖEN: **********) şəxsi hesab vərəqəsi ilə təsdiq edilir ki, xx.xx.2023-cü il tarixə dövlət büdcəsinə borcu yoxdur. “X8” MMC-nin (VÖEN: **********) şəxsi hesab vərəqəsi ilə təsdiq edilir ki, xx.xx.2023cü il tarixə dövlət büdcəsinə borcu yoxdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi vergi borcunun ödənilməsinə dair xx.xx.2021-ci il tarixli, **********0 nömrəli bildirişlə "xxxx" MMC-yə müraciət edərək xx.xx.2021-ci il tarixinə ümumilikdə 1091,61 manat (o cümlədən, vergilər üzrə 686 manat, faizlər üzrə 265,61 maliyyə sanksiyası üzrə 140 manat) borcunun 5 gün müddətində ödənilməsini tələb etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi vergi borcunun ödənilməsinə dair xx.xx.2020-ci il tarixli, **********2 nömrəli bildirişlə "xxxx" MMC-yə müraciət edərək xx.xx.2020-ci il tarixinə ümumilikdə 81,64 manat (o cümlədən, vergilər üzrə 68,32 manat, faizlər üzrə 13,32 maliyyə sanksiyası üzrə 0 manat) borcunun 5 gün müddətində ödənilməsini tələb etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi vergi borcunun ödənilməsinə dair xx.xx.2022-ci il tarixli, **********3 nömrəli bildirişlə “Maraqlı şəxs2 müraciət edərək xx.xx.2022-ci il tarixinə ümumilikdə 361,05 manat (o cümlədən, vergilər üzrə 253,32 manat, faizlər üzrə 107,73 maliyyə sanksiyası üzrə 0 manat) borcunun 5 gün müddətində ödənilməsini tələb etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə borcunun ödənilməsinə dair xx.xx.2022-ci il tarixli, ********** nömrəli bildirişlə “X5” MMC-yə müraciət edərək xx.xx.2022-ci il tarixinə ümumilikdə 1138,80 manat (o cümlədən, muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə 1047,31 manat, faizlər üzrə 91,49 maliyyə sanksiyası üzrə 0 manat) borcunun 5 gün müddətində ödənilməsini tələb etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə borcunun ödənilməsinə dair xx.xx.2022-ci il tarixli, **********5 nömrəli bildirişlə "xxxx" MMC-yə müraciət edərək xx.xx.2022-ci il tarixinə ümumilikdə 104,49 manat (o cümlədən, muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə 62,50 manat, faizlər üzrə 42,49 maliyyə sanksiyası üzrə 0 manat) borcunun 5 gün müddətində ödənilməsini tələb etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə borcunun ödənilməsinə dair xx.xx.2022-ci il tarixli, ********** nömrəli bildirişlə “X5” MMC-yə müraciət edərək xx.xx.2022-ci il tarixinə ümumilikdə 84,69 manat (o cümlədən, muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə 75 manat, faizlər üzrə 9,69 maliyyə sanksiyası üzrə 0 manat) borcunun 5 gün müddətində ödənilməsini tələb etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə borcunun ödənilməsinə dair xx.xx.2022-ci il tarixli, **********6 nömrəli bildirişlə “X2 Azerbaijan” MMC-yə müraciət edərək xx.xx.2022-ci il tarixinə ümumilikdə 737,51 manat (o cümlədən, muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə 712,50 manat, faizlər üzrə 25,01 maliyyə sanksiyası üzrə 0 manat) borcunun 5 gün müddətində ödənilməsini tələb etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi icbari tibbi sığorta haqqı üzrə borcunun ödənilməsinə dair xx.xx.2022-ci il tarixli, **********5 nömrəli bildirişlə “X5” MMC-yə müraciət edərək xx.xx.2022-ci il tarixinə ümumilikdə 188.92 manat (o cümlədən, icbari tibbi sığorta haqqı üzrə 163,56 manat, faizlər üzrə 25,36 maliyyə sanksiyası üzrə 0 manat) borcunun 5 gün müddətində ödənilməsini tələb etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi icbari tibbi sığorta haqqı üzrə borcunun ödənilməsinə dair xx.xx.2019-cu il tarixli, **********5 nömrəli bildirişlə “X5” MMC-yə müraciət edərək xx.xx.2022-ci il tarixinə ümumilikdə 188.92 manat (o cümlədən, icbari tibbi sığorta haqqı üzrə 163,56 manat, faizlər üzrə 25,36 maliyyə sanksiyası üzrə 0 manat) borcunun 5 gün müddətində ödənilməsini tələb etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi icbari tibbi sığorta haqqı üzrə borcunun ödənilməsinə dair xx.xx.2022-ci il tarixli, **********4 nömrəli bildirişlə Maraqlı şəxs2 müraciət edərək xx.xx.2022-ci il tarixinə ümumilikdə 13,55 manat (o cümlədən, icbari tibbi sığorta haqqı üzrə 12 manat, faizlər üzrə 1,55 maliyyə sanksiyası üzrə 0 manat) borcunun 5 gün müddətində ödənilməsini tələb etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi işsizlikdən sığorta haqqı üzrə borcunun ödənilməsinə dair xx.xx.2019-cu il tarixli, **********8 nömrəli bildirişlə "xxxx" MMC-yə müraciət edərək xx.xx.2019-cu il tarixinə ümumilikdə 16 manat (o cümlədən, işsizlikdən sığorta haqqı üzrə 16 manat, faizlər üzrə 0 maliyyə sanksiyası üzrə 0 manat) borcunun 5 gün müddətində ödənilməsini tələb etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi işsizlikdən sığorta haqqı üzrə borcunun ödənilməsinə dair xx.xx.2022-ci il tarixli, **********4 nömrəli bildirişlə “X2 Azerbaijan” MMC-yə müraciət edərək xx.xx.2022-ci il tarixinə ümumilikdə 21,14 manat (o cümlədən, işsizlikdən sığorta haqqı üzrə 20,26 manat, faizlər üzrə 0,88 maliyyə sanksiyası üzrə 0 manat) borcunun 5 gün müddətində ödənilməsini tələb etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi icbari tibbi sığorta haqqı üzrə borcunun ödənilməsinə dair xx.xx.2022-ci il tarixli, **********2 nömrəli bildirişlə “X2 Azerbaijan” MMC-yə müraciət edərək xx.xx.2022-ci il tarixinə ümumilikdə 99,70 manat (o cümlədən, icbari tibbi sığorta haqqı üzrə 96,76 manat, faizlər üzrə 2,94 maliyyə sanksiyası üzrə 0 manat) borcunun 5 gün müddətində ödənilməsini tələb etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə borcunun ödənilməsinə dair xx.xx.2020-ci il tarixli, **********7 nömrəli bildirişlə "xxxx" MMC-yə müraciət edərək ümumilikdə 99,56 manat (o cümlədən, muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə 95,81 manat, faizlər üzrə 3,75 maliyyə sanksiyası üzrə 0 manat) borcunun 5 gün müddətində ödənilməsini tələb etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə borcunun ödənilməsinə dair xx.xx.2021-ci il tarixli, **********7 nömrəli bildirişlə “X8” MMC-yə müraciət edərək ümumilikdə 35,10 manat (o cümlədən, muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə 24,60 manat, faizlər üzrə 10,75 maliyyə sanksiyası üzrə 0 manat) borcunun 5 gün müddətində ödənilməsini tələb etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi işsizlikdən sığorta haqqı üzrə borcun ödənilməsinə dair xx.xx.2022-ci il tarixli, **********0 nömrəli bildirişlə “X5” MMC-yə müraciət edərək xx.xx.2022-ci il tarixinə ümumilikdə 39.16 manat (o cümlədən, işsizlikdən sığorta haqqı üzrə 35,73 manat, faizlər üzrə 3,43 maliyyə sanksiyası üzrə 0 manat) borcunun 5 gün müddətində ödənilməsini tələb etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi işsizlikdən sığorta haqqı üzrə borcun ödənilməsinə dair xx.xx.2020-ci il tarixli, **********5 nömrəli bildirişlə “X8” MMC-yə müraciət edərək xx.xx.2020-ci il tarixinə ümumilikdə 26,15 manat (o cümlədən, işsizlikdən sığorta haqqı üzrə 24,90 manat, faizlər üzrə 1,25 maliyyə sanksiyası üzrə 0 manat) borcunun 5 gün müddətində ödənilməsini tələb etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə həmin Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 23.1.15-3-cü maddəsinə əsasən vergi orqanlarının vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüquqları vardır. Vergi Məcəlləsinin 24.0.2-1-ci maddəsinə əsasən vergi orqanları vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Həmin Məcəllənin 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 355-7.4-cü maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, "xxxx" MMC, “X2 Azerbaijan” MMC, “BMA Business Kids" MMC, “X8” MMC, "X5' MMC, "xxxx"xxxx"xxxx" MMC-nin və vergi ödəyicisi olan Maraqlı şəxs2 dövlət büdcəsinə olan ümumilikdə 620,25 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 1230,67 manat, İşsizlikdən sığorta fonduna olan 60,74 manat, İcbari Tibbi Sığorta Fonduna olan 208,02 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün hüquqi şəxslərin icra orqanlarının rəhbəri və vergi ödəyicisi olan Maraqlı şəxs2 ölkədən getmək hüququ vergi öhdəlikləri tam yerinə yetirilənədək müvəqqəti məhdudlaşdırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinin tələbinə görə xüsusi icraat qaydasında baxılan iş üzrə ərizələrdən 100 manat dövlət rüsumu tutulur. Məhkəmə hesab edir ki, ərizəçi dövlət rüsumunu ödəməkdən azad edildiyindən və ərizə təmin edildiyindən 100 manat dövlət rüsumu maraqlı şəxsdən tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 355-7, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. "xxxx" MMC, “X2 Azerbaijan” MMC, “BMA Business Kids" MMC, “X8” MMC, "X5” MMC, "xxxx"xxxx"xxxx" MMC-nin və vergi ödəyicisi olan Maraqlı şəxs2 dövlət büdcəsinə olan ümumilikdə 620,25 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 1230,67 manat, İşsizlikdən sığorta fonduna olan 60,74 manat, İcbari Tibbi Sığorta Fonduna olan 208,02 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün hüquqi şəxslərin icra orqanlarının rəhbəri və vergi ödəyicisi olan: xx.xx.1978-ci ildə Bakı şəhərində doğulmuş, Bakı şəhəri, Xətai rayonu, X7 küçəsi, ev1B, mənzil 161, məhəllə 2316 ünvanında qeydiyyatda olan Maraqlı şəxs2 (şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi – xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AA*******) ölkədən getmək hüququ vergi öhdəlikləri tam yerinə yetirilənədək müvəqqəti məhdudlaşdırılsın. 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Maraqlı şəxs2 tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə qəbul edildikdən dərhal sonra qanuni qüvvəyə minir. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ülkər Həsənova
Məhkəmə qərarları › İş №e-2-2(113)-1544/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1544/2023
27.02.2023 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver