Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1545/2021 13.04.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı (MMC) Cavabdehnə qarşı müqaviləyə xitam verilməsi və pul tələbi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: "İddiaçı" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx xxxx 2016-cı il tarixli tədarük müqaviləsinə xitam verməklə müqavilə əsasında yaranmış borca görə 4590,56 manat pul vəsaitinin "Cavabdeh" MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Vəkil iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, tərəflər arasında xx xxxx 2016-cı il tarixli tədarük müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci maddəsinə əsasən alıcının sifarişinə əsasən satıcı alıcıya gündəlik istifadə malları satmağı və təchiz etməyi, alıcı isə satıcıya mallların (məhsulların) dəyərinin ödənilməsini öz öhdəsinə götürür. Həmin müqavilənin tərkib hissəsi olan hesablaşmaların qarşılıqlı üzləşmə aktına əsasən göstərilən mallar cavabdehlərə verilmişdir. Cavabdeh isə öz növbəsində öz üzərinə düşən öhdəliyi lazımınca icra etməmiş xx.xx.2017-ci il tarixdən müqavilənin şərtlərini pozmuşdur. Cavabdehə müqavilənin şərtlərinə əməl edilməsi üçün pretenziya məktubu ünvanlanmış, lakin cavab verilməmişdir. Dəfələrlə şifahi şəkildə və telefon vasitəsilə müraciət edilməsinə baxmayaraq yaranmış borcun ödənilməsi barədə heç bir tədbir görülməmişdir. Sonda iddiaçının nümayəndəsi məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh MMC məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Mülki iş materiallarında olan: - xx xxxx 2016-cı il tarixli tədarük müqaviləsinə əsasən İddiaçı MMC müqaviləyə əsasən Cavabdeh MMC-nin sifarişinə əsasən ona gndəlik istifadə mallarını satmağı və təchiz etməyi, Cavabdeh MMC isə malların dəyərinin ödənilməsini öhdəsinə götürmüşdür. - xx.xx.2018-ci il tarixli hesablaşmaların qarşılıqlı üzləşmə aktına əsasən 4590,56 manat borcun olması müəyyən edilmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. İşdə olan müqavilənin 1.1-ci bəndinə əsasən satıcı kimi malları satmağı və alıcı isə almağı öz öhdəsinə götürmüşdür. Həmin müqavilnin 2.4-cü bəndinə əsasən mallar cavabdehə təhvil verildiyi gündən 45 gün ərzində ödəniş həyata keçirilməlidir. İşin araşdırılan hallarında da göründüyü kimi iddiaçı tərəfindən cavabdehə mallar verilsə də müqavilə üzrə öhdəliyini yerinə yetirməmişdir. Həmçinin müqavilənin xitamı ilə bağlı məhkəmə hesab edir ki, iddia bu hissədə də əsaslı olduğundan təmin edilməlidir. Tədarük müqaviləsinin 4.2-ci bəndində qeyd olunmuşdur ki, “hazırkı müqavilənin başa çatmasına 1 ay qalmış tərəflərdən heç biri müqavilənin müddətinin uzadılması haqqında o biri tərəfə yazılı bildiriş göndərmədiyi halda hazırkı müqavilə avtomatik olaraq onun ilkin müddətinə, yəni, daha 1 il müddətinə uzadılmış hesab edilir.” Müqavilə xx xxxx 2016-cı il tarixdə bağlansa da, yazılı bildiriş göndərilmədiyinə görə müqavilə münasibətləri davam etmişdir. Həmçinin, müqavilənin 6.4-cü bəndində qeyd olunmuşdur ki, tərəflər öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi hallarda müqaviləyə xitam verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Cavabdehin müqavilə üzrə götürdüyü öhdəliyə əməl etməməsi işin faktiki halları ilə sübuta yetirildiyinə görə məhkəmə hesab edir ki, müqaviləyə xitam verilməsi üçün əsaslar mövcuddur. Məhkəmə işin faktiki hallarını şərh olunan normalar əsasında qiymətləndirərək hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı müqaviləyə xitam verilməsi və pul tələbi barədə iddiası təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2016-cı il tarixli tədarük müqaviləsinə xitam verilsin. Cavabdehndən 4590,56 manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 30 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2-2(113)-1545/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1545/2021
13.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver