Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1548/2025 19.09.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh2 cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı “vurulmuş ziyanın əvəzinin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, Cavabdeh2, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı Cavabdeh2 cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı “vurulmuş ziyanın əvəzinin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı "Prior Leasing” Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2 və X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ddiaçı İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, KTA-KTT24/13752 nömrəli X6 Müqaviləsinin ləğv edilməsini, həmin Müqaviləyə əsasən yaranmış 1.791,07 əsas borcun, 133,09 manat cərimə borcunun və 40 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh2 və Cavabdeh1 tutularaq "xxxx" ASC-yə ödənilməsi, Cavabdeh2 istifadəsində olan lizinq predmetini təşkil edən 1 ədəd MCCORMİCK X 2.40 markalı Traktorun cavabdehdən alınaraq saz və işlək vəziyyətdə hazırki mülkiyyətçi olan İddiaçı ASC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilənin ləğv olunması və şirkət tərəfindən 13.650 manat məbləğində pulun və məhkəmə xərclərinin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)- 1548/2025 saylı qətnaməsi ilə ilkin və qarşılıqlı iddia qismən təmin edilərək İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2024-cü il tarixli KTA-KTT-24/13752 saylı lizinq müqaviləsinin ləğv edilmiş hesab edilməsi, lizinq obyekti olan 1 ədəd “MCCOPMİCK X 2.40” markalı traktorun Cavabdeh2 alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qaytarılması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.
4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)- 1548/2025 saylı qərardadı ilə Cavabdeh2 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı “vurulmuş ziyanın əvəzinin ödənilməsi və sairə” tələbinə dair qarşılıqlı iddiası “13.650 manat məbləğində pulun tələb edilməsi hissəsində” iş üzrə icraata xitam verilmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-844/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1548/2025 nömrəli, xx.xx.2025ci il tarixli qərardadı ləğv edilmiş, Cavabdeh2 hazırki iddia tələbi ilə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(113)-6362/2024 qətnaməsinin aid olduğu işdəki iddia tələbinin əsasının eynilik təşkil edib-etməməsi kontekstində araşdırma aparılaraq sonrakı prosessual hərəkətlərin edilməsi üçün kommersiya işi Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir.
II. Tərəflərin mövqeləri:
6. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 qarşılıqlı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.
7. Məhkəmə iclasında iştirak edən "Prior Leasing” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi qarşılıqlı iddianın rədd edilməsini məhkəmədən xahiş etdi.
8. Digər cavabdeh X4 məhkəmə iclasına gəlməmişdir.
9. İşə digər cavabdeh X2 iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
10. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
11. Mülki Prosessual Məcəllənin: 229.1-ci maddəsinə əsasən iş üzrə qətnamə və ya qərardad çıxarmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi ilə və ya onları xəbərdar edərək öz təşəbbüsü ilə aşağıdakı hallarda əlavə qətnamə və ya əlavə qərardad çıxara bilər: 229.1.1. işdə iştirak edən şəxslər tələblərdən hər hansı biri üzrə sübutlar təqdim etmiş və izahatlar vermişlərsə, bu tələblər barədə qətnamə və ya qərardad çıxarılmamışsa; 229.1.2. hüquq barədə məsələ həll etmiş hakim alınmalı məbləğin, verilməli əmlakın miqdarını, yaxud cavabdehin etməli olduğu hərəkətləri göstərməmişsə; 229.1.3. məhkəmə xərcləri haqqında məsələ hakim tərəfindən həll edilməmişsə. 229.2-ci maddəsinə əsasən Əlavə qətnamənin və ya əlavə qərardadın çıxarılması barədə məsələyə o zaman baxıla bilər ki, bu Məcəllənin 229.1-ci maddəsində nəzərdə tutulmuş hallar qətnamə və ya qərardad qanuni qüvvəyə minənədək aşkar olunsun. Əlavə qətnamənin və ya əlavə qərardadın çıxarılması barədə ərizə qətnamə və ya qərardad qanuni qüvvəyə minənədək məhkəməyə təqdim edilir. Əlavə qətnamə və ya əlavə qərardad məsələnin məhkəmə iclasında müzakirəsindən sonra məhkəmə tərəfindən çıxarılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi işə baxmağa mane olmur. Əlavə qətnamə və ya əlavə qərardad ərizə məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində qəbul olunur. Əlavə qətnamə və ya əlavə qərardadın çıxarılması qətnamə və ya qərardadın qanuni qüvvəyə minməsini təxirə salmır.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
12. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə əlavə qətnamə qəbul edilməli və qarşılıqlı iddia 13.650 manat məbləğində pulun tələb edilməsi hissəsində rədd edilməlidir.
13. Belə ki, hazırda Cavabdeh2 13.650 manat məbləğində pulu ona dəymiş zərərin əvəzi yəni texnikanın ilkin ödənişi üçün götürülmüş kreditlər üzrə ödədiyi pul və digər şəxslərdən aldığı pulun əvəzi olaraq tələb etdiyini bildirmişdir.
14. Məhkəmə ilk növbədə qeyd edir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2-ci maddə).
15. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (1096.2-ci maddə).
16. Mülki Məcəllənin 21.2, 1096, 1097-ci maddələrinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Yalnız yuxarıda qeyd olunan əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Lakin hazırkı işdə bu əsaslar müəyyən edilmir.
17. Məhkəmə qeyd edir ki, Cavabdeh2 "Prior Leasing” ASC tərəfindən ona maddi ziyan vurulduğunu bildirsə də bu halı təsdiq edə biləcək hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir.
18. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə əlavə qətnamə çıxarılmalı, Cavabdeh2 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı “vurulmuş ziyanın əvəzinin ödənilməsi və s.” tələbinə dair qarşılıqlı iddiası 13.650 manat məbləğində pulun tələb edilməsi hissəsində rədd edilməlidir.
VI. Nəticə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 229, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
Cavabdeh2 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı “vurulmuş ziyanın əvəzinin ödənilməsi və s.” tələbinə dair qarşılıqlı iddiası 13.650 manat məbləğində pulun tələb edilməsi hissəsində rədd edilsin. Əlavə qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Kənan Hüseynov