Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1550/2025 12.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı, mal göndərmə müqaviləsi, delikt, sübutetmə yükü) X5 Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, iddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İ. İşin halları İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMCdən dəymiş ziyanın əvəzi olaraq 214203,74 manat məbləğində pul vəsaiti və ödənilmiş 540 manat məbləğin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə İddiaçı MMC arasında 17 saylı, 06 fevral 2023-cü il tarixli Beton Alqı-Satqısı Müqaviləsi (bundan sonra, “Müqavilə”) bağlanılmışdır. Həmçinin həmin müqavilənin 1.5-ci maddəsində qeyd edilir ki, iddiaçı Malın bu Müqavilə və ona Əlavələr üzrə razılaşdırılmış keyfiyyət və kəmiyyətə uyğun olması üzrə tam məsuliyyət daşıyır. Həmçinin Müqavilənin 10 aprel 2023-cü il tarixli, 02 saylı Əlavəsinə əsasən, iddiaçının aşağıda göstərilən malları cavabdehə təhvil verəcəyi barədə Tərəflər razılığa gəliblər: Qiyməti AZN (ƏDV Qiyməti AZN (ƏDV Qiyməti AZN (ƏDV xaric) № Beton sinfi Vahidi xaric) (normal beton) xaric) (su keçirməz (sulfata davamlı beton) 1 M100=B7.5 m3 79.00 83.00 86.00 2 M200=B15=C12/15 m3 82.00 86.00 89.00 3 M350=B25=C25/30 m3 91.00 95.00 98.00 Həmçinin, iddiaçı tərəfindən cavabdehə 95 m3 (doxsan beş kub metr) həcmində “B25” beton sinfindəki sifariş üzrə təhvil verilmiş miksdizaynlı normal betonun texniki göstəriciləri ilə Müqavilənin Əlavəsində razılaşdırılmış şərtlər arasında uyğunsuzluq aşkar olunmuşdur. Belə ki, Beton Əlavədə razılaşdırılmış “B25” sinfinə uyğun deyildir. Betonun keyfiyyətinin yoxlanılması ilə bağlı aşağıdakı sınaqlar aparılmışdır: Sınağın nəticəsinin Test götürülmə № Sınağı aparan təşkilat (müəssisə) Nəticə elan olunduğu tarix tarixi "xxxx" MMC 20 sentyabr 2023 21 sentyabr 2023- “B25” beton sinfi üzrə tələb olunan 1 cü il tikinti layihəsinə uyğun deyil 26 sentyabr 2023- Azərbaycan Respublikası FHN Tikintidə X3 18-10 avqust “B25” sinfinə uyğun deyil 2 cü il S.Ə.Dadaşov adında ETLKİM İnsitutu 2023 06 oktyabr 2023-cü 3 il 05 sentyabr 2023 “B25” sinfinə uyğun deyil 4 09 oktyabr 2023-cü 10 sentyabr 2023 “B25” sinfinə uyğun deyil il Həmçinin, iddiaçı uyğunsuzluğu bərpa etmək və betonu tikintiyə yararlı vəziyyətdə saxlamaq üçün öz vəsaiti hesabına betona qulluq işləri aparmışdır. Buna baxmayaq, aşkar edilmiş uyğunsuzluq nəticəsində hazırda iddiaçının podratçısı olduğu layihə üzrə Xəzər rayonu, Qala qəsəbəsi, Bakı-Mərdəkan yolunun sağında tikintisi başlamış tikinti obyektinin birinci mərtəbə səviyyəsində talvar sütunlarında Betonun göstəriciləri mənfi nəticələndiyi üçün Fövqəladə Halları Nazirliyinin 18 oktyabr 2023-cü il tarixli, 0945 saylı qərarı ilə Layihə üzrə tikinti işləri dayandırılmış və pozuntunun aradan qaldırılması tələb olunmuşdur. Xüsusilə, iddiaçı sifarişçi qarşısında razılığa gəlinmiş tarixdə və keyfiyyətdə Layihəni yekunlaşdırmasına görə öhdəlik daşıdığı üçün uyğunsuzluğu aradan qaldırmaq məqsədi ilə öz hesabına beton işlərini bərpa etmişdir. Həmçinin Cavabdeh MMC ilə İddiaçı MMC arasında bağlanılmış 17 saylı, 06 fevral 2023-cü il tarixl Beton Alqı-Satqısı Müqaviləsi üzrə Cavabdeh MMC tərəfindən 95 m3 (doxsan beş kub metr) həcmində “B25” beton sinfindəki sifariş üzrə təhvil verilmiş miksdizaynlı normal betonun texniki göstəriciləri Müqaviləyə uyğunsuz olduğu üçün Xəzər rayonu, Qala qəsəbəsi, Bakı-Mərdəkan yolunun sağında yerləşən ərazi üzərindəki tikinti layihəsinin podratçısı İddiaçı MMC-yə dəymiş maddi zərər aşağıdakı həcmdədir: CavabdehMMC-nin cavabdeh “TERRASTRUC"MMC-yə ödəməli olduğu məbləğ № Ödənişin Əsası Məbləğ (AZN) İddiaçı MMC-nin sahədə olan mühəndis, topoqraf, SƏTƏM, anbardar və usta, fəhlə 1 65 311,00 AZN (vergilər daxil) heyyətinin xx.xx.2023-xx.xx.2023 dövr üzrə aylıq əmək haqqı xərci; 148 892,74 AZN (ƏDV 2 Mal-material üzrə dəymiş ziyan; daxil) YEKUN 214 203.74 AZN Cavabdeh Layihənin icrasının gecikməsinə görə sifarişçi qarşısında maddi məsuliyyət daşıyır. Müqavilənin 7.2- ci maddəsinə əsasən, tərəflər arasında yaranan bütün mübahisələr və anlaşılmazlıqlar mümkün qədər danışıqlar yolu ilə həll olunmalıdır. Lakin bu günə kimi aparılan danışıqlar heç bir nəticə verməmişdir. Cavabdeh MMC-nin İddiaçı MMC-yə olan 203,74 manat məbləğində borcunu 18 dekabr 2024-cü il tarixə kimi ödəməyi və qeyd olunan tarixədək iddiaçının tələbləri tam şəkildə yerinə yetirilmədiyi təqdirdə, iddia ərizəsi ilə müvafiq məhkəməyə müraciət olunaraq qeyd edilən tələblərlə bərabər əlavə olaraq real zərərin, dəbbə pulunun, əldən çıxmış faydanın, məhkəmə xərclərinin, o cümlədən, dövlət rüsumunun, hüquqşünas xərclərinin və digər xərclərin ödənilməsi barədə cavabdehə pretenziya məktubu göndərilmişdir. Həmin pretenziya məktubuna cavab verilmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 4.1 14.2, 14.2.1, 21.1, 21.2 , 77.1, 88, 442, 443.1, maddələrinə istinad olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri təsdiq edərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmiş, eyni zamanda izahatında əlavə olaraq bildirmişdir ki, müqavilə üzrə qarşı tərəf razılaşdırılmış kəmiyyətdə bütün betonları təhvil versə də, keyfiyyət cəhətdən üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, lakin iddiaçı tərəfindən tam ödəniş edilmişdir. B25 sinif kateroqiya betonlardan başqa digər beton siniflərində problem olmamışdır. Cavabdeh etiraz adı altında məhkəməyə təqdim etdiyi izahatında əsas 2 hala istinad etmişdir. Müqavilənin 3.4-cü və 3.6-cı bəndlərinə görə, alıcı gətirilmiş mallardan nümunə aldıqdan sonra beton tökümü başlaya bilər və malın təhvil-təsliminə dair akt imzalandıqdan sonra alıcı malı qəbul etmiş sayılır, mala mülkiyyət hüququ və malın zədələnməsi, korlanması, itirilməsi və bütün digər risklər alıcıya keçir və alıcı malın kəmiyyətinə dair etiraz edə bilməz. Betonun göstəricilərinin mənfi nəticələnməsi halı öz təsdiqini tapmışdır. Cavabdehin mülahizəsi absurd mülahizədir. Bütün risklərin alıcıya keçməsi malın keyfiyyətsiz olması anlamına gəlmir. Betonla bağlı məsələdə qanunvericiliklə göstərilmiş normalara əsasən 28 gün mütləq şəkildə gözlənilməli idi. Həmin norma iddiaçı tərəfindən gözlənilmişdir. Bugünki gündə betonun keyfiyyətsiz olması sübuta yetirilmişdir. Fövqəladə Halları Nazirliyinin 18 oktyabr 2023-cü il tarixli, 0945 saylı qərarı sınaq protokoluna əsasən tərtib edilmişdir. Qarşı tərəf iddia tələbinə hazırlıq iclasında etiraz vermədiyi üçün iddiaçı tərəf iddia tələbi ilə bağlı cavabdehin mübahisəsi olmadığını düşünmüşdür. Lakin iş üzrə məhkəmə baxış iclası təyin edildikdən sonra qarşı tərəfdən məhkəmə baxış iclasında iddia tələbinə münasibət bildirilmişdir. Həmçinin tərəflər arasında danışıqlar aparılacağına və mübahisənin məhkəmədən kənar qaydada həll ediləcəyinə güman etmişlər. Məhkəmə baxış iclasında təqdim olunan sənədlər məhkəmə hazırlıq iclasında e-sistemə əlavə edilmiş sənədlərin həqiqiliyini təsdiqləyir. Yəni, bu sənədlər yeni bir halı sübut etmir. "xxxx" MMC-dən B25 beton sinfindən başqa digər kateqoriya betonların sifariş olunması tərəflər arasında sonradan əldə edilmiş razılığa görədir. Cavabdeh tərəfindən iddia tələbinə dair hər hansı etiraz daxil olmasa da izahat verilmişdir. İzahat ödənilmiş məbləğlərlə bağlı deyil, bir növ iddia tələbinin əsassızlığını tərəflər arasında bağlanılmış müqavilənin 2 bəndinə istinad edərək rədd edilməsini məhkəmədən xahiş edir. Tərəf betonun keyfiyyətsiz olmadığını bildirir. Aldıqları malın qüsurlu və keyfiyyətsiz olması dərhal gözlə görünə bilmədiyindən həmin malın keyfiyyətsiz olduğunu ancaq beton quruduqdan sonra müəyyən edə bilərdilər. Lakin beton keyfiyyətsiz çıxması səbəbindən işlərin dayanması, cavabdeh tərəfindən həmin nöqsanlı hal aradan qaldırılmadığı və sifarişçi qarşısında məsuliyyət daşıdıqları və daha pis vəziyyətə düşməməkləri üçün beton verilməsi və söküntü işləri bağlı digər addımlar atılmış, iddiaçı tərəfindən "xxxx" MMC şirkəti və X2 ilə müqavilələr bağlanılmışdır. Həmin müqavilələr, e-qaimələri, ödəniş tapşırıqları məhkəməyə təqdim edilmişdir. Keyfiyyətsiz beton sütunlar sökülərək yenilənmişdir. Hazırda həmin layihə uğurla başa çatdırılmışdır. "xxxx" MMC və "xxxx" MMC tərəfindən göndərilmiş e-qaimələri e-sistemə texniki səhvliyə yol verilərək əlavə edilmişdir. Həmçinin məhkəməyə təqdim etdiyi bəzi e-qaimələrin qeyd hissəsində “Binə”, bəzi e-qaimələrdə “Rahat” yazılması halları araşdırılmış, “Binə” sözü əslində Binə qəsəbəsində görülən işləri deyil, “Binə-Qala yolunda” aparılan işləri nəzərdə tutur. İddia tələbi üzrə cavabdehdən tələb olunan ümumi 214203,74 manat məbləğin 65311 manatı söküntü-tikinti, quraşdırma işləri, 148892,74 manat məbləği isə mal-material və dəymiş ziyanla bağlı hesablanmış məbləğdir. Məhz B25 beton sinfinin keyfiyyətsiz olduğu betonun göstəriciləri mənfi nəticələndiyi üçün Fövqəladə Halları Nazirliyinin 18 oktyabr 2023-cü il tarixli, 0945 saylı qərarı ilə öz təsdiqini tapır. İddiaçı tərəf betonun keyfiyyətsiz olduğunu bildikləri an dərhal qarşı tərəfə rəsmi olaraq müraciət etmiş, bununla bağlı e-mail yazışmaları məhkəməyə təqdim edilmişdir. Lakin qarşı tərəf qüsurların aradan qaldırılması ilə bağlı heç bir geri dönüş etməmişdir. Həmçinin beton yoxlanılıb götürülsə də onun keyfiyyətini həmin an bilmək qeyri-mümkün idi. Ancaq 28 gündən sonra bununla bağlı bir fikrə gəlmək olardı. 6 ay ərzində beton onlara hissə-hissə təhvil verilmişdir. Beton qarışığının əvvəlcədən yoxlanılması barədə o, məlumatlı deyildir. 41 ədəd beton sökülüb, lakin 4 ədəd betondan test götürülmüşdür. Sınaqdan sonra iddiaçı tərəfindən 95m3 həcmində “B25” beton sinfindəki sifariş üzrə təhvil alınan miksdizaynlı normal betonun texniki göstəriciləri ilə müqavilənin Əlavəsində razılaşdırılmış şərtlər arasında uyğunsuzluq aşkar olunmuşdur. Qeyd edilən sınaq nəticələrinə və Fövqəladə Halları Nazirliyinin 18 oktyabr 2023-cü il tarixli qərarına əsasən B25 beton sinfinə uyğun olmadığını qeyd etsə də, məhz B25 beton sinfinə uyğun olmaması halının harada öz əksini tapması barədə o, məlumatlı deyildir. Müqavilə üzrə bütün ödənişləri əvvəlcədən ödənilmə səbəbi qarşı tərəfi maddi baxımdan sıxıntıya salmamaq olmuşdur. Sonda o, iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, ərizə yazaraq onun iştirakı olmadan işə baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi xx.xx.2025-ci il tarixində iddia tələbinə münasibətdə izahat ərizəsi təqdim edərək qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 17 saylı, xx.xx.2023-cü il tarixli beton alqı-satqı müqaviləsinə görə, iddiaçı cavabdehdən beton məhsulu almış və aldığı betonu tam şəkildə istifadə etmişdir. Cavabdeh tərəfindən istehsal olunan beton yüksək keyfiyyətli olmuş və iddiaçıya təhvil verilmişdir (uyğunluq sertifikatı və digər sənədlər iş materiallarında var). Lakin hazırda iddiaçı qeyd edir ki, cavabdehin ona satmış olduğu beton keyfiyyətsiz olmuşdur. İlk əvvəl, cavabdeh iddiaçıya betonu bir dəfəyə deyil, hissə-hissə (partiyalarla) vermişdir. İddiaçı betonun tamamilə və ya hər hansı hissəsinin (nə vaxt və hansı e-qaimə üzrə verilmiş) keyfiyyətsiz olması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. İddiaçı betonu hissə-hissə alarkən malın keyfiyyəti ilə bağlı cavabdehə heç bir zaman irad bildirməmiş, çünki buna zərurət yaranmamışdır. Nəzərə alınsa ki, tərəflər arasında bağlanmış müqavilənin 3.3-cü bəndinə görə, alıcının nümayəndələri satıcının nümayəndələri ilə birlikdə mala baxış keçirə, kəmiyyətini və keyfiyyətini yoxlaya bilər, o cümlədən malın keyfiyyətinin öz seçdiyi laboratoriyada yoxlanılmasını təmin edə bilər. Müqavilənin 3.4-cü bəndinə görə, alıcı gətirilmiş mallardan nümunə aldıqdan sonra beton tökümü başlaya bilər. Müqavilənin 3.6cı bəndinə görə, malın təhvil-təsliminə dair akt imzalandıqdan sonra alıcı malı qəbul etmiş sayılır, mala mülkiyyət hüququ və malın zədələnməsi, korlanması, itirilməsi və bütün digər risklər alıcıya keçir və alıcı malın kəmiyyətinə dair etiraz edə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 586.1-ci maddəsinə görə, qanunvericilikdə, dövlət standartlarının məcburi tələblərində və ya alğı-satqı müqaviləsində əşyanın keyfiyyətinin yoxlanması nəzərdə tutula bilər. Mülki Məcəllənin 586.2-ci maddəsinə görə, əgər bu Məcəllənin 586.1-ci maddəsinə uyğun olaraq əşyanın keyfiyyətinin yoxlanması qaydası müəyyənləşdirilməyibsə, əşyanın keyfiyyəti işgüzar dövriyyə adətlərinə və ya alğı-satqı müqaviləsi üzrə verilməli əşyanın yoxlanmasının adətən tətbiq edilən digər şərtlərinə müvafiq surətdə yoxlanılır. Buradan belə nəticə hasil olur ki, iddiaçı cavabdehdən beton alarkən mala əvvəlcədən baxış keçirimiş, keyfiyyətini yoxlamış və bundan sonra beton tökümünü həyata keçirmişdir. İddiaçının hazırki tələbi isə, onun betonun alınmasından yaranmış və cavabdehə olan borcun qalıq hissəsinin ödənilməsindən yayınmağa xidmət edir. Belə ki, iddiaçı cavabdehdən aldığı betonun dəyərini bu günə kimi tam şəkidə ödəməmişdir (cavabdeh bununla bağlı tələb hüququnu özündə saxlayır). Cavabdehin iddiaçıya verdiyi beton üzərində müvafiq sınaqların aparılmasına gəlincə, məhz cavabdehin istehsalı olan betonun üzərində sınaqların aparılmasına dair iddiaçı məhkəməyə hər hansı sübut təqdim etməmişdir (necə müəyyən olunur ki, həmin sınaqlar məhz cavabdehin iddiaçıya satdığı betonun üzərində aparılmışdır ?). Halbuki, cavabdehin iddiaçıya satmış olduğu beton kəmiyyət və keyfiyyətinin yoxlanılması hər iki tərəfin səlahiyyətli nümayəndələrinin iştirakı ilə həyata keçirilməli idi (müqavilənin 3.3-cü bəndi). Mülki Məcəllənin 588.1-ci maddəsinə görə, əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanunvericilikdən göründüyü kimi, malın/əşyanın qüsurlarının iddiaçıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirmək vəzifəsi məhz iddiaçının üzərinə düşür. Digər tərəfdən, iddiaçı cavabdeh tərəfindən, ona zərər vurulduğunu qeyd edir ki, zərərin nədə ifadə olunduğu iddia ərizəsindən aydın olmur. Sonda iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İİ. Tədqiq olunan sübutlar İş materiallarına əlavə edilmiş: Cavabdeh MMC ilə İddiaçı MMC arasında 17 saylı, 06 fevral 2023-cü il tarixli Beton Alqı-Satqısı Müqaviləsindən görünür ki, Satıcı Cavabdeh MMC satır, alıcı İddiaçı MMC isə bu Müqaviləyə və bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan və Müqaviləyə əlavə edilən Spesifikasiya(lar)da göstərilən tərkibdə, texniki göstəricilərə uyğun olan vəziyyətdə betonu satıcıdan alır və Malın müqabilində Satıcıya bu Müqavilə ilə nəzərdə tutulmuş qiyməti (haqqı) ödəyir. Müqavilənin 1.5-ci maddəsində qeyd edilir ki, iddiaçı Malın bu Müqavilə və ona Əlavələr üzrə razılaşdırılmış keyfiyyət və kəmiyyətə uyğun olması üzrə tam məsuliyyət daşıyır. Müqavilənin 3.3-cü bəndinə əsasən Alıcının nümayəndələri Satıcının nümayəndələri ilə birlikdə Mala baxış keçirə, kəmiyyətini və keyfiyyətini yoxlaya bilər, laboratoriyada yoxlanılmasını təmin edə bilər. 3.4-cü bəndində qeyd edilir ki, Alıcı gətirilmiş mallardan nümunə aldıqdan sonra beton tökümü başlaya bilər. 3.6-cı bəndinə əsasən malın təhvil-təsliminə dair Akt imzalandıqdan sonra Alıcı Malı qəbul etmiş sayılır. Mala mülkiyyət hüququ və Malın zədələnməsi, korlanması, itirilməsi və bütün digər risklər Alıcıya keçir və Alıcı Malın kəmiyyətinə dair etiraz edə bilməz. 06 fevral 2023-cü il tarixli Beton Alqı-Satqısı Müqaviləsinə 06 fevral 2023-cü il tarixli Əlavə 01 Spesifikasiya və Xüsusi Şərtlərə əsasən Mİ00 = B7.5 beton sinfi üzrə ƏDV xaric 1 m3 normal beton 78 manat, M200 = B15 = C12/15 beton sinfi üzrə 1 m3 normal beton 81 manat, M350 = B25 = C25/30 beton sinfi üzrə 1 m3 ƏDV-siz normal beton məbləği 90 manat, Su keçirimsiz beton 94 manat, Stılfatadavamlı beton 97 manat dəyərində razılaşdırılmışdır. Əlavənin 2.10-cu bəndinə əsasən Satıcı malın yoxlanılması barədə sertifikat verir. Əlavənin 2.13-cü bəndinə əsasən göstərilən qiymətlər Qala qəsəbəsində Rahat Market layihəsi üçün nəzərdə tutulduğu qeyd edilmişdir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, AZ 031.xx.xx.03205.22 nömrəli Uyğunluq Sertifikatına əsasən Cavabdeh MMC-nin beton qarışıqlarının uyğunluğu qiymətləndirilmiş, “Смеси бетонные. Технические ГОСТ 7473-2010” bəndlər 5.1.2; 7.3 (möhkəmlik) tələblərinə cavab verir. 06 fevral 2023-cü il tarixli Beton Alqı-Satqısı Müqaviləsinə 10 aprel 2023-cü il tarixli Əlavə 02 Spesifikasiya və Xüsusi Şərtlərə əsasən Mİ00 = B7.5 beton sinfi üzrə ƏDV xaric 1 m3 normal beton 79 manat, Su keçirimsiz beton 83 manat, Stılfatadavamlı beton 86 manat M200 = B15 = C12/15 beton sinfi üzrə 1 m3 normal beton 86 manat, Su keçirimsiz beton 95 manat, Stılfatadavamlı beton 89 manat M350 = B25 = C25/30 beton sinfi üzrə 1 m3 ƏDV-siz normal beton məbləği 91 manat, Su keçirimsiz beton 95 manat, Stılfatadavamlı beton 98 manat dəyərində razılaşdırılmışdır. Əlavənin 4.10-cu bəndinə əsasən Satıcı malın yoxlanılması barədə sertifikat verir. Əlavənin 2.13-cü bəndinə əsasən göstərilən qiymətlər Nardaran kəndində yerləşən “Woodville” layihəsi üçün nəzərdə tutulduğu qeyd edilmişdir. xx.xx.2023-cü il tarixli EBDK seriyalı, 486789 nömrəli elektron qaimədə xx.xx.2023cü il tarixli alğı-satqı müqaviləsinə əsasən, ümumilikdə 7858,80 manat dəyərində **********-Beton M 100,**********-Beton M 350, **********-Beton M 350 (Su keçirimsiz beton) mallar ödənilməsi üçün İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təqdim edilmişdir. xx.xx.2023-cü il tarixli EBDK seriyalı, 913645 nömrəli elektron qaimədə xx.xx.2023cü il tarixli alğı-satqı müqaviləsinə əsasən, ümumilikdə 9019,92 manat dəyərində **********-Beton M 100 mallar ödənilməsi üçün İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təqdim edilmişdir. xx.xx.2023-cü il tarixli EBCO seriyalı 879284 nömrəli elektron qaimədə xx.xx.2023cü il tarixli alğı-satqı müqaviləsinə əsasən, ümumilikdə 9940,32 manat dəyərində **********-Beton M 100 mallar ödənilməsi üçün İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təqdim edilmişdir. xx.xx.2023-cü il tarixli EBDL seriyalı 139426 nömrəli elektron qaimədə xx.xx.2023cü il tarixli alğı-satqı müqaviləsinə əsasən, ümumilikdə 10124,40 manat dəyərində **********-Beton M 100 mallar ödənilməsi üçün İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təqdim edilmişdir. xx.xx.2023-cü il tarixli EBDL seriyalı 409707 nömrəli elektron qaimədə xx.xx.2023cü il tarixli alğı-satqı müqaviləsinə əsasən, ümumilikdə 10198,74 manat dəyərində **********-Beton M 100, **********-Beton M 200 mallar ödənilməsi üçün İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təqdim edilmişdir. xx.xx.2023-cü il tarixli EBDL seriyalı 837053 nömrəli elektron qaimədə xx.xx.2023cü il tarixli alğı-satqı müqaviləsinə əsasən, ümumilikdə 11820,06 manat dəyərində **********-Beton M 100, **********-Beton M 200 mallar ödənilməsi üçün İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təqdim edilmişdir. xx.xx.2023-cü il tarixli EBDH seriyalı 739832 nömrəli elektron qaimədə xx.xx.2023cü il tarixli alğı-satqı müqaviləsinə əsasən, ümumilikdə 12146,92 manat dəyərində **********-Beton M 100,**********-Beton M 350, **********-Beton M 350 (Su keçirimsiz beton)mallar ödənilməsi üçün İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təqdim edilmişdir. xx.xx.2023-cü il tarixli EBDH seriyalı 048912 nömrəli elektron qaimədə xx.xx.2023cü il tarixli alğı-satqı müqaviləsinə əsasən, ümumilikdə 15422,60 manat dəyərində **********-Beton M 350 (Su keçirimsiz beton), **********-Beton M 100 mallar ödənilməsi üçün İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təqdim edilmişdir. xx.xx.2023-cü il tarixli EBDJ seriyalı 051660 nömrəli elektron qaimədə xx.xx.2023cü il tarixli alğı-satqı müqaviləsinə əsasən, ümumilikdə 25614,26 manat dəyərində **********-Beton M 350 (Su keçirimsiz beton), **********-Beton M 350, **********-Beton M 350 (sulfatadavamlı beton), **********-Pompa xidməti ödənilməsi üçün İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təqdim edilmişdir. xx.xx.2023-cü il tarixli EBDL seriyalı 836881 nömrəli elektron qaimədə xx.xx.2023cü il tarixli alğı-satqı müqaviləsinə əsasən, ümumilikdə 27189,56 manat dəyərində **********-Pompa xidməti, **********-Beton M 350 (Su keçirimsiz beton),**********-Beton M 100,**********-Beton M 200 mallar ödənilməsi üçün İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təqdim edilmişdir. xx.xx.2023-cü il tarixli EBDE seriyalı 384277 nömrəli elektron qaimədə xx.xx.2023cü il tarixli alğı-satqı müqaviləsinə əsasən, ümumilikdə 59227,74 manat dəyərində **********-Beton M 350 (sulfatadavamlı beton), **********-Pompa xidmətinin ödənilməsi üçün İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təqdim edilmişdir. xx.xx.2023-cü il tarixli EBDO seriyalı 123408 nömrəli elektron qaimədə xx.xx.2023cü il tarixli alğı-satqı müqaviləsinə əsasən, ümumilikdə 4059, 20 manat dəyərində **********-Pompa xidməti, **********-Beton M 350 malların ödənilməsi üçün İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təqdim edilmişdir. xx.xx.2023-cü il tarixli EBDF seriyalı 302732 nömrəli elektron qaimədə xx.xx.2023cü il tarixli alğı-satqı müqaviləsinə əsasən, ümumilikdə 4578,40 manat dəyərində ********** Pompa xidməti, ********** Beton M 350 malların ödənilməsi üçün İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təqdim edilmişdir. xx.xx.2023-cü il tarixli EBDM seriyalı 497834 nömrəli elektron qaimədə xx.xx.2023cü il tarixli alğı-satqı müqaviləsinə əsasən, ümumilikdə 4908,80 manat dəyərində **********-Pompa xidməti, **********-Beton M 350 malların ödənilməsi üçün İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təqdim edilmişdir. xx.xx.2023-cü il tarixli EBDJ seriyalı 894416 nömrəli elektron qaimədə xx.xx.2023cü il tarixli alğı-satqı müqaviləsinə əsasən, ümumilikdə 4908,80 manat dəyərində **********-Beton M 350, **********-Pompa xidmətinin ödənilməsi üçün İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təqdim edilmişdir. xx.xx.2023-cü il tarixli EBDK seriyalı 323328 nömrəli elektron qaimədə xx.xx.2023cü il tarixli alğı-satqı müqaviləsinə əsasən, ümumilikdə 5522, 40 manat dəyərində **********-Beton M 100 malın ödənilməsi üçün İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təqdim edilmişdir. xx.xx.2023-cü il tarixli EBCP seriyalı ******* nömrəli elektron qaimədə xx.xx.2023-cü il tarixli alğı-satqı müqaviləsinə əsasən, ümumilikdə 5522, 40 manat dəyərində **********-Beton M 100 malın ödənilməsi üçün İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təqdim edilmişdir. xx.xx.2023-cü il tarixli EBDG seriyalı 055877 nömrəli elektron qaimədə xx.xx.2023cü il tarixli alğı-satqı müqaviləsinə əsasən, ümumilikdə 7162, 60 manat dəyərində **********-Pompa xidmət, **********-Beton M 100, **********-Beton M 350 malın ödənilməsi üçün İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təqdim edilmişdir. xx.xx.2024-cü il tarixli MT2401 seriyalı 00473591 nömrəli elektron qaimədə xx.xx.2022-ci il tarixli icarə Müqaviləsi və əlavə qeyd kimi xx.xx.2023-xx.xx.2023-cü il tarixli Rahat Market layihəsinə əsasən, ümumilikdə 7255,26 manat dəyərində olan Betonalti iskələ sistemlərinin icarəsi xidməti üzrə ödənilməsi üçün "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə təqdim edilmişdir. xx.xx.2024-cü il tarixli MT2401 seriyalı 00388049 nömrəli elektron qaimədə xx.xx.2022-ci il tarixli icarə Müqaviləsi və əlavə qeyd kimi xx.xx.2023-xx.xx.2023-cü il tarixli Rahat Market layihəsinə əsasən, ümumilikdə 15945,11 manat dəyərində olan Betonalti iskələ sistemlərinin icarəsi xidməti üzrə ödənilməsi üçün "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə təqdim edilmişdir. xx.xx.2024-cü il tarixli MT2401 seriyalı 00232528 nömrəli elektron qaimədə xx.xx.2022-ci il tarixli icarə Müqaviləsi və əlavə qeyd kimi xx.xx.2023-xx.xx.2023-cü il tarixli Rahat Market layihəsinə əsasən, ümumilikdə 19023, 11 manat dəyərində olan Betonalti iskələ sistemlərinin icarəsi xidməti üzrə ödənilməsi üçün "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə təqdim edilmişdir. xx.xx.2024-cü il tarixli EBEB seriyalı 458918 nömrəli elektron qaimədə 17 noyabr 2023-cü il tarixli, SPARK 0124/2023 saylı Malların alqı-satqı Müqaviləsinə dair X1 əsasən, ümumilikdə 2469,15 manat dəyərində olan **********-Beton B-25 (M-350), **********-Beton B-15 (M-200) malları üzrə ödənilməsi üçün "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə təqdim edilmişdir. xx.xx.2024-cü il tarixli MT2405 seriyalı 10801278 nömrəli elektron qaimədə 17 noyabr 2023-cü il tarixli, SPARK 0124/2023 saylı Malların alqı-satqı Müqaviləsinə dair X1 əsasən, ümumilikdə 2957,08 manat dəyərində olan Beton B-15 (M 200) Pompa xidməti üzrə ödənilməsi üçün "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə təqdim edilmişdir. xx.xx.2024-cü il tarixli EBDY seriyalı 834259 nömrəli elektron qaimədə 17 noyabr 2023-cü il tarixli, SPARK 0124/2023 saylı Malların alqı-satqı Müqaviləsinə dair X1 əsasən, ümumilikdə 3090,42 manat dəyərində olan **********-Beton B-25 (M-350) malları üzrə ödənilməsi üçün "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə təqdim edilmişdir. xx.xx.2024-cü il tarixli EBDY seriyalı 339753 nömrəli elektron qaimədə 17 noyabr 2023-cü il tarixli, SPARK 0124/2023 saylı Malların alqı-satqı Müqaviləsinə dair X1 əsasən, ümumilikdə 3108,12 manat dəyərində olan **********-Pompa xidməti, **********-Beton B-25 (M-350) malları üzrə ödənilməsi üçün "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə təqdim edilmişdir. xx.xx.2024-cü il tarixli MT2405 seriyalı 10440714 nömrəli elektron qaimədə 17 noyabr 2023-cü il tarixli, SPARK 0124/2023 saylı Malların alqı-satqı Müqaviləsinə dair X1 əsasən, ümumilikdə 3172,43 manat dəyərində olan Beton B-15 (M200), Beton B-7,5 (M100) , Beton B-25 (M350) malları üzrə ödənilməsi üçün "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə təqdim edilmişdir. xx.xx.2023-cü il tarixli EBDW seriyalı 384219 nömrəli elektron qaimədə 17 noyabr 2023-cü il tarixli, SPARK 0124/2023 saylı Malların alqı-satqı Müqaviləsinə dair X1 əsasən, ümumilikdə 3204,88 manat dəyərində olan **********-Beton B-25 (M-350) malları üzrə ödənilməsi üçün "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə təqdim edilmişdir. xx.xx.2024-cü il tarixli MT2405 seriyalı 11038795 nömrəli elektron qaimədə 17 noyabr 2023-cü il tarixli, SPARK 0124/2023 saylı Malların alqı-satqı Müqaviləsinə dair X1 əsasən, ümumilikdə 3427,90 manat dəyərində olan Beton B-15 (M 200), Beton B-25 (M 350) malları üzrə ödənilməsi üçün "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə təqdim edilmişdir. xx.xx.2024-cü il tarixli MT2406 seriyalı 10567974 nömrəli elektron qaimədə 17 noyabr 2023-cü il tarixli, SPARK 0124/2023 saylı Malların alqı-satqı Müqaviləsinə dair X1 əsasən, ümumilikdə 3889,28 manat dəyərində olan Beton DC-250, Beton B-25 (M 350), Beton B-25 (M 350) malları üzrə ödənilməsi üçün "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə təqdim edilmişdir. xx.xx.2023-cü il tarixli EBDV seriyalı 758583 nömrəli elektron qaimədə 17 noyabr 2023-cü il tarixli, SPARK 0124/2023 saylı Malların alqı-satqı Müqaviləsinə dair X1 əsasən, ümumilikdə 4006,10 manat dəyərində olan **********-Beton B-25 (M-350) malları üzrə ödənilməsi üçün "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə təqdim edilmişdir. xx.xx.2023-cü il tarixli EBDU seriyalı 500228 nömrəli elektron qaimədə 17 noyabr 2023-cü il tarixli, SPARK 0124/2023 saylı Malların alqı-satqı Müqaviləsinə dair X1 əsasən, ümumilikdə 6638,68 manat dəyərində olan **********-Beton B-25 (M-350) malları üzrə ödənilməsi üçün "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə təqdim edilmişdir. xx.xx.2024-cü il tarixli EBDX seriyalı 118505 nömrəli elektron qaimədə 17 noyabr 2023-cü il tarixli, SPARK 0124/2023 saylı Malların alqı-satqı Müqaviləsinə dair X1 əsasən, ümumilikdə 7785,05 manat dəyərində olan **********-Beton B-25 (M-350), **********-Beton DC250 malları üzrə ödənilməsi üçün "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə təqdim edilmişdir. xx.xx.2023-cü il tarixli EBDV seriyalı 284978 nömrəli elektron qaimədə 17 noyabr 2023-cü il tarixli, SPARK 0124/2023 saylı Malların alqı-satqı Müqaviləsinə dair X1 əsasən, ümumilikdə 9271,26 manat dəyərində **********-Beton B-25 (M-350) malları üzrə ödənilməsi üçün "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə təqdim edilmişdir. xx.xx.2024-cü il tarixli MT2408 seriyalı 10532108 nömrəli elektron qaimədə 17 noyabr 2023-cü il tarixli, SPARK 0124/2023 saylı Malların alqı-satqı Müqaviləsinə dair X1 əsasən, ümumilikdə 295 manat dəyərində Pompa xidməti üzrə ödənilməsi üçün "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə təqdim edilmişdir. xx.xx.2024-cü il tarixli EBDW seriyalı 796171 nömrəli elektron qaimədə 17 noyabr 2023-cü il tarixli, SPARK 0124/2023 saylı Malların alqı-satqı Müqaviləsinə dair X1 əsasən, ümumilikdə 295 manat dəyərində **********-Pompa xidməti üzrə ödənilməsi üçün "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə təqdim edilmişdir. xx.xx.2024-cü il tarixli EBEB seriyalı 670669 nömrəli elektron qaimədə 17 noyabr 2023-cü il tarixli, SPARK 0124/2023 saylı Malların alqı-satqı Müqaviləsinə dair X1 əsasən, ümumilikdə 295 manat dəyərində **********-Pompa xidməti üzrə ödənilməsi üçün "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə təqdim edilmişdir. xx.xx.2024-cü il tarixli EBEA seriyalı 191648 nömrəli elektron qaimədə 17 noyabr 2023-cü il tarixli, SPARK 0124/2023 saylı Malların alqı-satqı Müqaviləsinə dair X1 əsasən, ümumilikdə 295 manat dəyərində **********-Pompa xidməti üzrə ödənilməsi üçün "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə təqdim edilmişdir. xx.xx.2024-cü il tarixli MT2407 seriyalı 11305631 nömrəli elektron qaimədə 17 noyabr 2023-cü il tarixli, SPARK 0124/2023 saylı Malların alqı-satqı Müqaviləsinə dair X1 əsasən, ümumilikdə 343,38 manat dəyərində Beton B-25 (M350) mallar üzrə ödənilməsi üçün "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə təqdim edilmişdir. xx.xx.2024-cü il tarixli MT2408 seriyalı 10532261 nömrəli elektron qaimədə 17 noyabr 2023-cü il tarixli, SPARK 0124/2023 saylı Malların alqı-satqı Müqaviləsinə dair X1 əsasən, ümumilikdə 495,01 manat dəyərində Beton B-25 (M350), Pompa xidməti üzrə ödənilməsi üçün "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə təqdim edilmişdir xx.xx.2024-cü il tarixli MT2407 seriyalı 10418265 nömrəli elektron qaimədə 17 noyabr 2023-cü il tarixli, SPARK 0124/2023 saylı Malların alqı-satqı Müqaviləsinə dair X1 əsasən, ümumilikdə 810,07 manat dəyərində Pompa xidməti, Beton B-25 (M 350)mallar üzrə ödənilməsi üçün "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə təqdim edilmişdir. xx.xx.2024-cü il tarixli EBEC seriyalı 318936 nömrəli elektron qaimədə 17 noyabr 2023-cü il tarixli, SPARK 0124/2023 saylı Malların alqı-satqı Müqaviləsinə dair X1 əsasən, ümumilikdə 967,60 manat dəyərində **********-Beton B-7,5 (M-100) mallar üzrə ödənilməsi üçün "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə təqdim edilmişdir. xx.xx.2024-cü il tarixli EBEC seriyalı 024924 nömrəli elektron qaimədə 17 noyabr 2023-cü il tarixli, SPARK 0124/2023 saylı Malların alqı-satqı Müqaviləsinə dair X1 əsasən, ümumilikdə 1246,08 manat dəyərində **********-Beton B-15 (M200) mallar üzrə ödənilməsi üçün "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə təqdim edilmişdir. xx.xx.2024-cü il tarixli MT2406 seriyalı 11207877 nömrəli elektron qaimədə 17 noyabr 2023-cü il tarixli, SPARK 0124/2023 saylı Malların alqı-satqı Müqaviləsinə dair X1 əsasən, ümumilikdə 2061,46 manat dəyərində Pompa xidməti, Beton B-25 (M 350), Beton B-15 (M 200) mallar üzrə ödənilməsi üçün "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə təqdim edilmişdir. xx.xx.2024-cü il tarixli MT2406 seriyalı 10746012 nömrəli elektron qaimədə 17 noyabr 2023-cü il tarixli, SPARK 0124/2023 saylı Malların alqı-satqı Müqaviləsinə dair X1 əsasən, ümumilikdə 2061,46 manat dəyərində Pompa xidməti, Beton B-25 (M 350), Beton B-15 (M 200) mallar üzrə ödənilməsi üçün "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə təqdim edilmişdir. xx.xx.2023-cü il tarixli EBDU seriyalı 500228 nömrəli elektron qaimə 17 noyabr 2023-cü il tarixli, SPARK 0124/2023 saylı Malların alqı-satqı Müqaviləsinə dair X1 əsasən, ümumilikdə 6638,68 manat dəyərində **********-Beton B-25 (M-350) mallar üzrə ödənilməsi üçün "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə təqdim edilmişdir. xx.xx.2023-cü il tarixli EBDV seriyalı 284978 nömrəli elektron qaimə 17 noyabr 2023-cü il tarixli, SPARK 0124/2023 saylı Malların alqı-satqı Müqaviləsinə dair X1 əsasən, ümumilikdə 9271,26 manat dəyərində **********-Beton B-25 (M-350) mallar üzrə ödənilməsi üçün "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə təqdim edilmişdir. xx.xx.2023-cü il tarixli EBDV seriyalı 758583 nömrəli elektron qaimə 17 noyabr 2023-cü il tarixli, SPARK 0124/2023 saylı Malların alqı-satqı Müqaviləsinə dair X1 əsasən, ümumilikdə 4006,10 manat dəyərində **********-Beton B-25 (M-350) mallar üzrə ödənilməsi üçün "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə təqdim edilmişdir. xx.xx.2023-cü il tarixli EBDW seriyalı 384219 nömrəli elektron qaimə 17 noyabr 2023-cü il tarixli, SPARK 0124/2023 saylı Malların alqı-satqı Müqaviləsinə dair X1 əsasən, ümumilikdə 3204,88 manat dəyərində **********-Beton B-25 (M-350) mallar üzrə ödənilməsi üçün "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə təqdim edilmişdir. xx.xx.2024-cü il tarixli EBDX seriyalı 118505 nömrəli elektron qaimə 17 noyabr 2023-cü il tarixli, SPARK 0124/2023 saylı Malların alqı-satqı Müqaviləsinə dair X1 əsasən, ümumilikdə 7785,05 manat dəyərində **********-Beton B-25 (M-350), **********-Beton DC 250 mallar üzrə ödənilməsi üçün "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə təqdim edilmişdir. 001İNT********** saylı xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə MT2405 seriyalı 10680584 nömrəli e-qaimə üzrə 6402 manat ödəniş edilmişdir. 001İNT********** saylı xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə EBEC seriyalı 024924 nömrəli, EBEC seriyalı 318936 nömrəli, MT2405 seriyalı 11038795 nömrəli, MT2405 seriyalı 10440714 nömrəli eqaimələr üzrə 7469,5 manat ödəniş edilmişdir. 001İNT********** saylı xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə MT2405 seriyalı 10801278,MT2406 seriyalı 10567974,MT2406 seriyalı 10746012 nömrəli,MT2406 seriyalı 11207877 nömrəli,MT2407 seriyalı 10418265 nömrəli,MT2408 seriyalı 10532261 nömrəli,MT2408 seriyalı 10532108 nömrəli,MT2407 seriyalı 11305631 nömrəli e-qaimələr üzrə 11251 manat ödəniş edilmişdir. 001İNT********** saylı xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə EBDV seriyalı 758583 nömrəli, EBDW seriyalı 384219 nömrəli, EBDW seriyalı 796171 nömrəli, EBDX seriyalı 118505 nömrəli e-qaimələr üzrə 12958,5 manat ödəniş edilmişdir. 001İNT********** saylı xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə EBDV seriyalı 284978 nömrəli, EBDU seriyalı 500228 nömrəli e-qaimələr üzrə 13483 manat ödəniş edilmişdir. 001İNT********** saylı xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə EBEB seriyalı 670669 nömrəli,EBEA seriyalı 191648 nömrəli, EBEB seriyalı 458918 nömrəli e-qaimələr üzrə 2592,5 manat ödəniş edilmişdir. 001İNT********** saylı xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə EBDY seriyalı 339753 nömrəli, EBDY seriyalı 834259 nömrəli e-qaimələr üzrə 5253 manat ödəniş edilmişdir. 001XOH********** saylı xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə xx.xx.2023- cu ıl tarixli EBCO seriyalı 879284 nömrəli və xx.xx.2023-cü il tarixli EBCP seriyalı 030805 nömrəli e-qaimələr üzrə 13104 manat ödəniş edilmişdir. 001XOH********** saylı xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə EBDG seriyalı 055877 nömrəli, EBDG seriyalı 508861 nömrəli, EBDH seriyalı 048912 nömrəli e-qaimələr üzrə 21680 manat ödəniş edilmişdir. 001AZ**********2 saylı xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə EBDL seriyalı 836881 nömrəli e-qaimə üzrə 23042 manat ödəniş edilmişdir. 001XOH********** saylı xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə EBDL seriyalı 409707, EBDK seriyalı 913645 nömrəli, EBDL seriyalı 139426 nömrəli e-qaimələr üzrə 24867 manat ödəniş edilmişdir. 001XOH********** saylı xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə EBDH seriyalı 739832 nömrəli, EBDJ seriyalı 051660 nömrəli e-qaimələr üzrə 32001 manat ödəniş edilmişdir. 001AZ**********8 saylı xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə xx.xx.2023-cü il tarixli EBDE seriyalı 384277 nömrəli e-qaimə üzrə 50193 manat ödəniş edilmişdir. 001XOH********** saylı xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə EBDK seriyalı 486789 nömrəli e-qaimə üzrə 1160 manat ödəniş edilmişdir. 001XOH********** saylı xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə xx.xx.2023-cü il tarixli EBDF seriyalı 302732 nömrəli e-qaimə üzrə 3880 manat ödəniş edilmişdir. 001XOH********** saylı xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə EBDK seriyalı 486789 nömrəli e-qaimə üzrə 5500 manat ödəniş edilmişdir. 001XOH********** saylı xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə EBDJ seriyalı 894416 nömrəli, EBDK seriyalı 323328 nömrəli e-qaimə üzrə 8840 manat ödəniş edilmişdir. xx.xx.2024-cü il tarixli EBDX seriyalı 275018 nömrəli elektron qaimə 20-12-23/TS- RH müqaviləsinə əsasən, ümumilikdə 5377,18 manat dəyərində **********-Qala Ticarət Mərkəzi layihəsində 4,400 m səviyyəsində örtük tavası kompressor ilə beton qırma işləri, **********-Qala Ticarət Mərkəzi layihəsində 4,400 m səviyyəsində sütün və rigellər kompressor ilə beton qırma işləri üzrə ödənilməsi üçün X2 tərəfindən İddiaçı MMC-yə təqdim edilmişdir. E-sistemə malların, işlərin və göstərilmiş xidmətlər üzrə cəmi 214203,74 manat məbləğində ödəniş edilməsi üçün çoxlu sayda müxtəlif hüquqi və fiziki şəxslər tərəfindən İddiaçı MMC-yə göndərilən e-qaimələr əlavə edilmiş dir. Fövqəladə Halları Nazirliyinin 18 oktyabr 2023-cü il tarixli, 0945 saylı qərarından görünür ki, Xəzər rayonu, Qala qəsəbəsi,Bakı-Mərdəkan yolunun sağında yerləşən “Ultimate Solutions” ticarət Mərkəzi Binasında aparılan tikinti işləri 1-ci mərtəbə səviyyəsində talvarın sütunlarında betonun göstəriciləri mənfi nəticələndiyi üçün dayandırılmış və pozuntunun aradan qaldırılması tələb olunmuşdur. İddiaçı MMC tərəfindən tərtib edilmiş maliyyə arayışından görünür ki, Xəzər rayonu, Qala qəsəbəsi, Bakı-Mərdəkan yolunun sağında yerləşən, tikinti və quraşdırma işləri podratçı şirkət olaraq İddiaçı MMC tərəfindən aparılan “Rahat Market” ticarət mərkəzi binasında subpodratçı şirkət Cavabdeh MMC tərəfindən buraxılan nöqsanlara əsasən Terrastruc MMC-nin sahədə olan mühəndis, topoqraf, SƏTƏM, anbardar və usta, fəhlə heyyətinin xx.xx.2023- xx.xx.2023 aylıq əmək haqqı xərci – 65311 manat (vergilər daxil), mal material üzrə dəymiş ziyanın 148892,74 manat məbləğində (ƏDV daxil), ümumi olaraq 214203,74 manat məbləğində dəyərləndirilmişdir. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, İddiaçı MMC-yə olan 214203,74 manat məbləğində borcunu 18 dekabr 2024-cü il tarixə kimi ödənilməsini tələb etmiş, əks halda iddia ərizəsi ilə müvafiq məhkəməyə müraciət olunaraq qeyd edilən tələblərlə bərabər əlavə olaraq real zərərin, dəbbə pulunun, əldən çıxmış faydanın, məhkəmə xərclərinin, o cümlədən, dövlət rüsumunun, hüquqşünas xərclərinin və digər xərclərin ödənilməsi tələb olunacaqdır məhkəməyə müraciət olunacağı bildirilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 S.Ə.Dadaşov adında ETLKİM İnsitutu tərəfindən verilmiş laboratoriya sınaq nəticələrinə əsasən Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Mərdəkan şossesinin cənub-şərq hissəsində ticarət mərkəzi binasında olan tikinti ünvanında Sifarişçi tərəfindən xx.xx.2023-cü ildə tikintidə 4 ədəd monolit sütundan çıxarılmış beton silindrik karot nümunələrinin sınağa hazırlanması və yoxlanılması ГОСТ 28570-2019 və ГОСТ 10180-2020 standartlarının tələblərinə uyğun olaraq aparıldığı və sınaq nəticələri qeyd edilmişdir. xx.xx.2024-cü il tarixli **********7 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən hüquqi yardımın göstərilməsi üçün Bakı şəhəri 9 saylı Vəkil bürosunun hesabına 320 manat ödəniş edilmişdir. xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən dövlət büdcəsinə 540 manat dövlət rüsumu ödənilmişdir. İİİ. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Maddə 568.2. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. Maddə 586. Əşyanın keyfiyyətinin yoxlanması 586.1. Qanunvericilikdə, dövlət standartlarının məcburi tələblərində və ya alğı-satqı müqaviləsində əşyanın keyfiyyətinin yoxlanması nəzərdə tutula bilər. 586.2. Əgər bu Məcəllənin 586.1-ci maddəsinə uyğun olaraq əşyanın keyfiyyətinin yoxlanması qaydası müəyyənləşdirilməyibsə, əşyanın keyfiyyəti işgüzar dövriyyə adətlərinə və ya alğı-satqı müqaviləsi üzrə verilməli əşyanın yoxlanmasının adətən tətbiq edilən digər şərtlərinə müvafiq surətdə yoxlanılır. 586.3. Əgər qanunvericilikdə, dövlət standartlarının məcburi tələblərində və ya alğısatqı müqaviləsində satıcının alıcıya verilən əşyanın keyfiyyətini yoxlamaq vəzifəsi (sınama, analiz, müayinə və i.a.) nəzərdə tutulmuşdursa, satıcı əşyanın keyfiyyətinin yoxlanıldığına dair alıcıya sübutlar təqdim etməlidir. 586.4. İstər satıcı, istərsə də alıcı tərəfindən əşyanın keyfiyyətinin yoxlanmasının qaydası, habelə digər şərtləri eyni olmalıdır. Maddə 627.1. Göndərmə müqaviləsinə görə mal göndərən - sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. Maddə 634. Alıcı tərəfindən malların qəbul edilməsi 634.1. Alıcı (mal alan) göndərmə müqaviləsinə uyğun göndərilmiş malların qəbulunu təmin edən bütün zəruri hərəkətləri yerinə yetirməyə borcludur. 634.2. Malların qüsurlarını gözdən keçirməklə müəyyən etmək mümkün olmayan hallar istisna olmaqla, alıcı bildiriş vermədikdə, mal qəbul olunmuş hesab edilir. 634.3. Göndərilmiş malları nəqliyyat təşkilatından aldıqda alıcı (mal alan) malların nəqliyyat və müşayiət sənədlərində göstərilmiş məlumatlara uyğunluğunu yoxlamalı, habelə nəqliyyat təşkilatından bu malları nəqliyyatın fəaliyyətini tənzimləyən qanunvericilikdə nəzərdə tutulan qaydaları gözləməklə qəbul etməlidir. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. İV.Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. V. Məhkəmənin mövqeyi Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında malların göndərilməsi barədə alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, Cavabdeh MMC ilə İddiaçı MMC arasında 17 saylı, 06 fevral 2023-cü il tarixli Beton Alqı-Satqısı Müqaviləsinə əsasən satıcı Cavabdeh MMC alıcı İddiaçı MMC-yə müqaviləyə əlavə edilən Spesifikasiya(lar)da göstərilən M100=B7.5, M200=B15=C12/15, M350=B25=C25/30 siniflərə aid müvafiq həcmdə beton satmış, sonuncu isə satılan betona görə müvafiq ödənişlər etmişdir. İddiaçının iddia tələbinin əsasını cavabdeh tərəfindən satılmış beton məhsullarından “B25” sinfinə aid betonun həmin sinifə aid olmadığı, buna görə də ziyana düşərək həmin qüsurun aradan qaldırılması üçün əlavə 214203,74 manat xərc çəkməsi təşkil edir. Cavabdehin nümayəndəsinin etirazının əsasını isə, müqaviləyə əsasən alıcının nümayəndələrinin satıcının nümayəndələri ilə birlikdə mala baxış keçirmək, kəmiyyətini və keyfiyyətini yoxlamaq, o cümlədən malın keyfiyyətinin öz seçdiyi laboratoriyada yoxlanılmasını təmin etmək, maldan nümünə götürdükdən sonra beton tökümünə başlamaq şərtlərinin olması, həmçinin məhz cavabdehin istehsalı olan betonun üzərində sınaqların aparılmasına dair iddiaçının məhkəməyə hər hansı sübut təqdim etməməsi, eyni zamanda malın qüsurlarının iddiaçıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirmək vəzifəsinin məhz iddiaçının üzərinə düşməsi təşkil edir. Məhkəmə iş materiallarını araşdırıb, sübutları tədqiq edərək, iddiaçının nümayəndəsinin izahatını və cavabdehin nümayəndəsinin etirazını nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmamalıdır. İlk növbədə məhkəmə qeyd edir ki, tərəflər arasında imzalanmış 17 saylı, 06 fevral 2023-cü il tarixli müqavilənin 3.3-cü bəndinə əsasən Alıcının nümayəndələri Satıcının nümayəndələri ilə birlikdə Mala baxış keçirə, kəmiyyətini və keyfiyyətini yoxlaya bilər, laboratoriyada yoxlanılmasını təmin edə bilər, həmçinin 3.4-cü bəndinə əsasən Alıcı gətirilmiş mallardan nümunə aldıqdan sonra beton tökümü başlaya bilər, eyni zamanda 3.6-cı bəndinə əsasən malın təhvil-təsliminə dair Akt imzalandıqdan sonra Alıcı Malı qəbul etmiş sayılır. Mala mülkiyyət hüququ və Malın zədələnməsi, korlanması, itirilməsi və bütün digər risklər Alıcıya keçir və Alıcı Malın kəmiyyətinə dair etiraz edə bilməz. Göründüyü kimi müqavilədə, Mülki Məcəllənin 586.1-ci maddəsinə uyğun olaraq iddiaçının malın keyfiyyətinin laboratoriyada yoxlanılması, hətta nümunə aldıqdan sonra beton tökümünə başlaması nəzərdə tutulmuşdur. Eyni zamanda cavabdeh Mülki Məcəllənin 568.2 və 586.3-cü maddələrinə uyğun olaraq satdığı beton qarışıqlarının keyfiyyətinə dair iddiaçıya xx.xx.2022-ci il tarixli Uyğunluq Sertifikatı da təqdim etmişdir. İddiaçının nümayəndəsi beton alınmamışdan əvvəl iddiaçı tərəfindən yoxlanılması ilə bağlı məlumatı olmadığını bildirmişdir. Həmçinin iddiaçının nümayəndəsi beton təhvil verilərkən keyfiyyətinin yoxlanılmasının mümkün olmadığını, bərkidikdən sonra FHN tərəfindən aparılan yoxlamalar zamanı keyfiyyətin müəyyən olunduğunu bildirmişdir. Halbuki iddiaçı, Mülki Məcəllənin 586-cı maddəsinə və müqavilənin 3-cü bəndinə əsasən qanunvericilikdə və müqavilə üzrə nəzərdə tutulmuş hüququndan istifadə edərək cavabdehin satdığı betonun hər bir sinifi üzrə nümunələr götürüb laboratoriyada yoxlatdırmaqla satılan betonun keyfiyyətindən əmin ola bilərdi. Bundan başqa iddiaçı betonun keyfiyyətsizliyini aşkara çıxardığı vaxtdan, yəni 2023-cü ilin noyabr ayından ağlabatan müddətdə cavabdehə bu barədə bildiriş təqdim etməmiş, yalnız 1 ildən sonra, xx.xx.2024-cü il tarixdə pretenziya göndərmişdir. Bu isə, Mülki Məcəllənin 634-cü maddəsinə əsasən müqaviləyə uyğun betonun iddiaçı tərəfindən qəbul edildiyini təsdiq edir. Digər tərəfdən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 S.Ə.Dadaşov adında ETLKİM İnsitutuna laboratoriya sınağına təqdim edilmiş, 4 ədəd monolit sütundan çıxarılmış beton silindrik karot nümunələrinin tərkibinə hansı sinifdən olan beton əlavə olunması, həmin sınağın nəticəsində B25 sinfinə aid betonun öz sinifinə uyğun olmaması qeyd edilməmiş, sadəcə ölçüləri, sahəsi, sıxlığı, möhkəmliyi qeyd edilmişdir. İddiaçı cavabdehin B25 sinfinə aid betonunun keyfiyyətsiz olduğunu bildirsə də, həmin betonun qüsurlarının aradan qaldırılması üçün isə "xxxx" MMC-dən daha aşağı sinifli beton almışdır ki, bu da iddiaçının dəlillərini təkzib edir. Belə ki, əgər tikintinin sütunlarına B25 sinifli beton istifadə olunmuşdursa, həmin sütunlar sökülərək yenidən tikildikdə də eyni sinifli betondan istifadə olunmalı idi. Ancaq iddiaçının təqdim etdiyi elektron qaimələrdən "xxxx" MMC-dən B15 və B7.5 sinifinə aid beton alındığı görünür. İddiaçının nümayəndəsi qeyd edilən sınaq nəticələrinə və Fövqəladə Halları Nazirliyinin 18 oktyabr 2023-cü il tarixli qərarına əsasən B25 beton sinfinə uyğun olmadığını qeyd etsə də, məhz B25 beton sinfinə uyğun olmaması halının harada öz əksini tapması barədə məlumatı olmadığını bildirmişdir. Göstərilənləri ümumiləşdirərək məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən satılmış B25 sinifinə aid betonun keyfiyyətsiz olması, laboratoriya sınağına təqdim edilmiş nümunələrin aid olduğu sütünlara məhz B25 sinifinə aid betondan istifadə olunması, sınağın nəticələrində B25 sinifli betonun həmin sinifə uyğun olmamasının göstərilməsi, cavabdehin təqsiri nəticəsində iddiaçıya ziyan dəyməsi sübuta yetirilməmişdir. İddiaçı iddia tələbinin əsasın təşkil edən halları sübut edə bilməmiş, iddia tələbinin dəlillərini təsdiq edə biləcək sübutları məhkəməyə təqdim etməmiş, iddianın əsaslı olmasını sübuta yetirə bilməmişdir. Sübutların qiymətləndirilməsi prosesində sübutun məzmununu təşkil edən dəlillər və faktlar qiymətləndirilməlidir. Sübut o halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Heç bir sübutun əvvəlcədən sübutetmə qüvvəsi yoxdur. Ən mötəbər mənbədən alınmış sübuta da araşdırılıb, digər sübutlarla müqayisə edilərək, məcmu halda qiymət verilməlidir. Belə ki, Mülki–Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Ümumiyyətlə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçı tərəfindən cavabdehin təqsiri nəticəsində 214203,74 manat maddi ziyan dəydiyi bildirilmiş, bu barədə hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. Beləliklə, məhkəmə mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia tələbinin rədd edilməsi qənaətinə gəlir. Məhkəmə MPM-in 119-cu maddəsinə əsasən hesab edir ki, iddia rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Vİ. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddiası rədd edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-1550/2025
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1550/2025
12.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver