Məhkəmə qərarları › İş №e-2-2(113)-1557/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1557/2023

01.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1557/2023 01.05.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh nümayəndəsi (direktoru) X1, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs ləğv prosesində olan Maraqlı şəxs Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı xx.xx.2015-ci il tarixli sazişə əsasən xx.xx.2012-ci il tarixli 17AV/F20-12 saylı kredit müqaviləsi və xx.xx.2013-cü il tarixli 63AV/F20-13 saylı kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı xx.xx.2015-ci il tarixli sazişə əsasən xx.xx.2012-ci il tarixli 17AV/F20-12 saylı kredit müqaviləsi və xx.xx.2013-cü il tarixli 63AV/F20-13 saylı kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2015-ci il tarixdə “Zamin” adlandırılacaq Cavabdeh direktoru X2 ilə aralarında saziş bağlayaraq, imzaları ilə təsdiq etmişlər. Bağlanmış sazişin predmeti üzrə Maraqlı şəxs ASC-nin 20 saylı filialı ilə arasında bağlanmış xx.xx.2012-ci il tarixli 17 AV/F20-12 saylı Kredit Müqaviləsi üzrə yaranmış borcun “Zamin” tərəfindən ödənilməsi müqabilində həmin Kredit Müqaviləsinin təminatı olaraq, xx.xx.2012-ci il tarixli 17İP/F20-12 saylı İpoteka Müqaviləsinə əsasən Bankın xeyrinə ipoteka ilə yüklü edilmiş 3 ədəd “İsuzu Ecobus” markalı (Q/N-90NP133, Tip-Vaqon 22+1 yer,Ban –NNAMOB5LL02016791,mühərrik -941966, Buraxılış ili -2012, Rəngi –Ağ ), (Q/N -90NP131,Tip – Vaqon 22+1 yer, Ban – NNAMO5LL02016834 mühərrik – 993768, Buraxılış ili – 2012, Rəngi-Ağ) və (Q/N – 90NP161, tip –Vaqon 22+1 yer, Ban – NNAMOB5LL02016835,mühərrik – 993739, Buraxılış ili – 2012, Rəngi – Ağ) avtobusların “Zaminin” mülkiyyətinə verilməsi və Maraqlı şəxs ASC-nin 20 saylı filialı ilə aralarında bağlanmış 19 iyul 2013-cü il tarixli 63AV/F20-13 saylı Kredit Müqaviləsi üzrə yaranmış borcun “Zamin” tərəfindən ödənilməsi müqabilində həmin Kredit Müqaviləsinin təminatı olaraq, 19 iyul 2013-cü il tarixli 63İP/F20-13 saylı İpoteka Müqaviləsinə əsasən Bankın xeyrinə ipoteka ilə yüklü edilmiş 1 ədəd “İsuzu SAZ NP37” markalı (Q/N - 90MZ462,TİP- Vaqon 19+1 yer, Ban-NSANPR66P8S101370, mühərrik – 612802,Buraxılış ili – 2008, Rəngi – Ağ) avtobusun “Zaminin” mülkiyyətinə verilməsi öhdəliyini qəbul etmişdir və “ipoteka predmetlərini” saziş imzalandığı gün istifadəyə qəbul etmişdir. 2020-ci ilin əvvəlinə qədər Cavabdeh xx.xx.2015-ci il tarixdə aralarında imzalanmış sazişin şərtlərini pozduğuna görə Maraqlı şəxs ASC-nin 20 saylı filialına 147.891,66 manat borcu yaranmışdır. Bu səbəbdən də, ləğv prosesində olan Maraqlı şəxs ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə borc pulun qaytarılması ilə barədə məhkəməyə müraciət etmişdir. Bakı Kommersiya Məhkəməsi Əmanətlərin Sığortalanması Fondunun tələbini qismən təmin edərək, xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə ümumillikdə 89278.08 manat məbləğində, xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə 40275,33 manat məbləğində pul vəsaitinin iddiaçıdan alınaraq, Əmanətlərin Sığortalanması Fondunun xeyrinə tutulmasını qət etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 19 noyabr 2020-ci il tarixli, 2-2(103)-540/2020 saylı qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 09 mart 2021-ci il tarixli 2-2(102)-103/2021 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 19 noyabr 2020-ci il tarixli, 2-2(103)-540/2020 saylı qətnaməsi birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması hissəsində qismən – birinci instansiya məhkəməsinin qətnaməsində cavabdehdən 25 may 2012-ci il tarixli kredit müqaviləsinə əsasən müəyyən edilmiş, “cəmi 89.278,02 manat məbləğində” ifadəsi “cəmi 92.683,90 manat məbləğində”, həmçinin 19 iyul 2013-cü il tarixli kredit müqaviləsinə əsasən “cəmi 40.275,33 manat məbləğində” ifadəsi “ cəmi 55.207,76 manat” pul vəsaitinin iddiaçının xeyrinə tutulması ifadələrinə dəyişdirilməsi qərara alınmışdır. Yuxarıda qeyd edilmiş, öhdəliyin keçməsi haqqında xx.xx.2015-ci il tarixli saziş üzrə ləğv prosesində olan Maraqlı şəxs ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 09 mart 2021-ci il tarixli 2-2(102)-103/2021 saylı qərarı ilə öhdəniləcək 147.891,66 manat pul vəsaiti cavabdeh tərəfindən ödənilməlidir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi (direktoru) X3 məhkəmə iclasında iddianı etiraf edərək, izahatında bildirdi ki, iddiaçı hər şeyi düqzgün qeyd etmişdir. maşınlar dayandığı üçün pulu ödəyə bilmir, hazırda səlahiyyətləri dayandırılmışdır. Sonda cavabdehin nümayəndəsi (direktoru) iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X8 məhkəmə iclasında iddiaya etiraz edərək, izahatında bildirdi ki, iddiaçı müqaviləni filialda bağlamışdır, özü də iştirak etmişdir. Hesab edir ki, iddia əsassız iddiadır. Sonda müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: İddiaçı ilə cavabdeh arasında bağlanmış 29 aprel 2015-ci il tarixli Sazişdən görünür ki, Maraqlı şəxs ASC-nin 20 saylı filialı ilə İddiaçı arasında bağlanmış 25 may 2012-ci il tarixli 17AV/F20-12 saylı Kredit Müqaviləsi üzrə yaranmış borcun cavabdeh tərəfindən ödənilməsi müqabilində həmin Kredit Müqaviləsinin təminatı olaraq, 25 may 2012-ci il tarixli 17İP/F20-12 saylı İpoteka Müqaviləsinə əsasən Bankın xeyrinə poteka ilə yüklü edilmiş 3 ədəd “İsuzu Ecobus” markalı (Q/N- 90NP133, Tip-Vaqon 22+1 yer, Ban - NNAMOB5LL02016791, mühərrik - 941966, Buraxılış ili - 2012, Rəngi - Ağ), (Q/N- 90NP131, Tip-Vaqon 22+1 yer, Ban - NNAMOB5LL02016834, mühərrik - 993768, Buraxılış ili - 2012, Rəngi - Ağ) və (Q/N- 90NP161, Tip-Vaqon 22+1 yer, Ban - NNAMOB5LL02016835, mühərrik - 993739, Buraxılış ili - 2012, Rəngi - Ağ) avtobusları, Maraqlı şəxs ASC-nin 20 saylı filialı ilə İddiaçı arasında bağlanmış 19 iyul 2013-cü il tarixli 63AV/F20-13 saylı Kredit Müqaviləsi üzrə yaranmış borcun “Zamin” tərəfindən ödənilməsi müqabilində həmin Kredit Müqaviləsinin təminatı olaraq, 19 iyul 2013-cü il tarixli 63İP/F20- 13 saylı İpoteka Müqaviləsinə əsasən Bankın xeyrinə poteka ilə yüklü edilmiş 1 ədəd “İsuzu SAZ NP37” markalı (Q/N- 90MZ462, Tip-Vaqon 19+1 yer, Ban - NSANPR66P8S101370, mühərrik - 612802, Buraxılış ili - 2008, Rəngi - Ağ) avtobusları iddiaçı cavabdehin mülkiyyətinə verməyi, cavabdeh isə Kredit Müqavilələri üzrə yaranmış borcu müqavilələrin bitdiyi tarixədək, yəni 17AV/F20-12 saylı Kredit Müqaviləsi üzrə xx.xx.2016-cı il tarixədək və 63AV/F20-13 saylı Kredit Müqaviləsi üzrə xx.xx.2017-ci il tarixədək tam ödəməyi öhdələrinə götürmüşlər. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-386/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, iddia tələbinin qismən təmin edilməsi, İddiaçı xx.xx.2012-ci il tarixli, 17 AV/F20-12 nömrəli kredit müqaviləsinə əsasən əsas borc üzrə 77648.41 manat, faiz borcu üzrə 3405.88 manat, kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən illik 5% hesablanmaqla məhkəməyə müraciət olunan tarixə qədər ümumilikdə 88778.02 manat və 500 manat cərimə olmaqla, cəmi 89278.02 manat məbləğində pulun ləğv prosesində olan "Bank of Azerbaijan” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tutmanın girov predmeti olan, İddiaçı mülkiyyətində olan və kredit vəsaiti hesabına alınan şassi N° NNAMOB5LL02016791, buraxılış ili 2012-ci il, nömrə nişanı **-NP-***, şassi N NNAMOB5LL02016831, buraxılış ili 2012-ci il, nömrə nişanı **-NP-***, şassi N NNAMOB5LL02016834, buraxılış ili 2012-ci il, nömrə nişanı **-NP-***, şassı N NNAMOB5LL02016835, buraxılış ili 2012-ci il, nömrə nişanı 90-NP- 161 olan sərnişin daşıma avtobuslarına yönəldilməsi, həmin avtobusların açıq hərracda satılması, satışdan əldə edilmiş pul vəsaitinin hesabına cavabdehin ləğv prosesində olan "Bank of Azerbaijan” Açıq Səhmdar Cəmiyyətinə olan borcun ödənilməsi, İddiaçı xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 184790.16 manat, faiz borcu üzrə 40243.19, kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən illik 5% hesablanmaqla məhkəməyə müraciət olunan tarixə qədər ümumilikdə 242511.41 manat və 50 manat cərimə olmaqla, cəmi 242561.41 manat məbləğində pulun ləğv prosesində olan "Bank of Azerbaijan” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tutmanın girov predmeti olan, İddiaçı mülkiyyətində olan və kredit vəsaiti hesabına alınanşassi N KL5UK42HEDU005723, buraxılış ili 2012-ci il, nömrə nişanı **-VS-***, şassi N KL5UK42HEDU005854, buraxılış ili 2012-ci il, nömrə nişanı **-VS-***, şassi N° KL5UK42HEDU005847, buraxılış ili 2012-ci il, nömrə nişanı **-VS-***, şassi N KL5UK42HEDU005875, buraxılış ili 2012-ci il, nömrə nişanı 90-VS- 438, şassi N KL5UK42HEDU005859, buraxılış ili 2012-ci il, nömrə nişanı **- VS-*** olan sərnişin daşıma avtobuslarına yönəldilməsi, həmin avtobusların açıq hərracda satılması, satışdan əldə edilmiş pul vəsaiti hesabına cavabdehin "Bank of Azerbaijan” Açıq Səhmdar Cəmiyyətinə olan borcun ödənilməsi, İddiaçı xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 22606.28 manat, faiz borcu 14932.43, kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən illik 5% hesablanmaqla məhkəməyə müraciət olunan tarixə qədər ümumilikdə 39575.33 və 700 manat cərimə olmaqla, cəmi 40275.33 manat məbləğində pul, 20.10 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı ləğv prosesində olan "Bank of Azerbaijan” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tutmanın girov predmeti olan, İddiaçı mülkiyyətində olan və kredit vəsaiti hesabına alınan şassi N NSANPR66P8S101370, buraxılış ili 2008-ci il, nömrə nişanı **-MZ-*** olan sərnişin daşıma avtobusuna yönəldilməsi, həmin avtobusun açıq hərracda satılması, satışdan əldə edilmiş pul vəsaitinin hesabına cavabdehin "Bank of Azerbaijan” Açıq Səhmdar Cəmiyyətinə olan borcunun ödənilməsi, borc ödənildikdən sonra sərnişin daşıma avtobuslarının satışından artıq məbləğ qalarsa, həmin məbləğin İddiaçı qaytarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 145 manat məbləğində pulun İddiaçı tutulub X4, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0000003944 SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 19 noyabr 2020-ci il tarixli, 2-2(103)-540/2020 saylı qətnaməsindən görünür ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-386/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 09 mart 2021-ci il tarixli 2-2(102)-103/2021 saylı qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 19 noyabr 2020-ci il tarixli, 2-2(103)-540/2020 saylı qətnaməsi birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması hissəsində qismən - birinci instansiya məhkəməsinin qətnaməsində cavabdehdən 25 may 2012-ci il tarixli kredit müqaviləsinə əsasən müəyyən edilmiş “cəmi 89.278,02 manat məbləğində” ifadəsi “cəmi 92.683,9 (doxsan iki min altı yüz səksən üç manat doxsan qəpik) manat məbləğində”; cavabdehdən 27 may 2013-cü il tarixli kredit müqaviləsinə əsasən “cəmi 242.561,41 manat məbləğində” ifadəsi “cəmi 282.804,60 (iki min səksən iki min səkkiz yüz dörd manat altmış qəpik) manat”; cavabdehdən 19 iyul 2013-cü il tarixli kredit müqaviləsinə əsasən “cəmi 40.275,33 manat məbləğində” ifadəsi “cəmi 55.207,76 manat (əlli beş min iki yüz yeddi manat yetmiş altı qəpik) manat” pul vəsaitinin iddiaçının xeyrinə tutulması ifadələrinə dəyişdirilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının, cavabdehin və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndələrinin izahatlarını dinləyərək, sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında 29 aprel 2015-ci il tarixli Saziş bağlanmış və Sazişə əsasən Maraqlı şəxs ASC-nin 20 saylı filialı ilə İddiaçı arasında bağlanmış 25 may 2012-ci il tarixli 17AV/F20-12 saylı Kredit Müqaviləsi üzrə yaranmış borcun cavabdeh tərəfindən ödənilməsi müqabilində həmin Kredit Müqaviləsinin təminatı olaraq, 25 may 2012-ci il tarixli 17İP/F20-12 saylı İpoteka Müqaviləsinə əsasən Bankın xeyrinə poteka ilə yüklü edilmiş 3 ədəd “İsuzu Ecobus” markalı (Q/N- 90NP133, Tip-Vaqon 22+1 yer, Ban - NNAMOB5LL02016791, mühərrik - 941966, Buraxılış ili - 2012, Rəngi - Ağ), (Q/N- 90NP131, Tip-Vaqon 22+1 yer, Ban - NNAMOB5LL02016834, mühərrik - 993768, Buraxılış ili - 2012, Rəngi - Ağ) və (Q/N- 90NP161, Tip-Vaqon 22+1 yer, Ban - NNAMOB5LL02016835, mühərrik - 993739, Buraxılış ili - 2012, Rəngi - Ağ) avtobusları, Maraqlı şəxs ASC-nin 20 saylı filialı ilə İddiaçı arasında bağlanmış 19 iyul 2013-cü il tarixli 63AV/F20-13 saylı Kredit Müqaviləsi üzrə yaranmış borcun “Zamin” tərəfindən ödənilməsi müqabilində həmin Kredit Müqaviləsinin təminatı olaraq, 19 iyul 2013-cü il tarixli 63İP/F20-13 saylı İpoteka Müqaviləsinə əsasən Bankın xeyrinə poteka ilə yüklü edilmiş 1 ədəd “İsuzu SAZ NP37” markalı (Q/N- 90MZ462, Tip-Vaqon 19+1 yer, Ban - NSANPR66P8S101370, mühərrik - 612802, Buraxılış ili - 2008, Rəngi - Ağ) avtobusları iddiaçı cavabdehin mülkiyyətinə verməyi, cavabdeh isə Kredit Müqavilələri üzrə yaranmış borcu müqavilələrin bitdiyi tarixədək, yəni 17AV/F20-12 saylı Kredit Müqaviləsi üzrə xx.xx.2016-cı il tarixədək və 63AV/F20-13 saylı Kredit Müqaviləsi üzrə xx.xx.2017-ci il tarixədək tam ödəməyi öhdələrinə götürmüşlər. Eyni zamanda məhkəmə tədqiqatı zamanı müəyyən oundu ki, ləğv prosesində olan Maraqlı şəxs ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddiaçıya qarşı iddia ərizəsi ilə xx.xx.2012-ci il tarixli 17AV/F20-12 saylı və xx.xx.2013-cü il tarixli 63AV/F20-13 saylı kredit müqavilələri üzrə borcun tutulması və tutmanın ipoteka predmetlərinə yönəldilməsi ilə bağlı məhkəməyə müraciət etmiş, Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-386/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə ümumillikdə 89278.08 manat məbləğində, xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə 40275,33 manat məbləğində pul vəsaitinin iddiaçıdan alınaraq, Maraqlı şəxs ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə tutulması və tutmanın ipoteka predmetlərinə yönəldilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 19 noyabr 2020-ci il tarixli, 2-2(103)-540/2020 saylı qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 09 mart 2021-ci il tarixli 2-2(102)-103/2021 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 19 noyabr 2020-ci il tarixli, 2-2(103)-540/2020 saylı qətnaməsi birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması hissəsində qismən - birinci instansiya məhkəməsinin qətnaməsində cavabdehdən 25 may 2012-ci il tarixli kredit müqaviləsinə əsasən müəyyən edilmiş “cəmi 89.278,02 manat məbləğində” ifadəsi “cəmi 92.683,9 manat məbləğində”; cavabdehdən 27 may 2013-cü il tarixli kredit müqaviləsinə əsasən “cəmi 242.561,41 manat məbləğində” ifadəsi “cəmi 282.804,60 manat”; cavabdehdən 19 iyul 2013-cü il tarixli kredit müqaviləsinə əsasən “cəmi 40.275,33 manat məbləğində” ifadəsi “cəmi 55.207,76 manat manat” pul vəsaitinin iddiaçının xeyrinə tutulması ifadələrinə dəyişdirilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göründüyü kimi məhkəmə qətnamələri ilə iddiaçı ilə cavabdeh arasında bağlanmış 29 aprel 2015-ci il tarixli Sazişin predmeti olan xx.xx.2012-ci il tarixli 17AV/F20-12 saylı və xx.xx.2013-cü il tarixli 63AV/F20-13 saylı kredit müqavilələri üzrə öhdəliklərin icrası, yəni borcun ödənilməsi iddiaçının üzərinə qoyulmuşdur. İddiaçı isə hazırda məhkəmə qətnaməsinin icrası onun vəzifəsi olduğu halda həmin qətnamənin icrasını cavabdehin üzərinə qoyulmasını tələb edir. Eyni zamanda göstərilən Sazişlə cavabdehin mülkiyyətinə verilməsi nəzərdə tutulan ipoteka predmetlərinə də məhkəmə qətnamələri ilə tutma yönəldilmişdir ki, bu hal da həmin Sazişin icrasını mümkünsüz etmişdir. Bu baxımdan məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki iş üzrə, iddia tələbinin faktiki əsası (faktiki hallar), tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından iddia təmin oluna bilməz. Bundan başqa, məhkəmə cavabdehin nümayəndəsinin (direktoru) iddia tələbini etiraf etməsi ilə bağlı qeyd edir ki, yuxarıda qeyd olunanlardan göründüyü kimi 29 aprel 2015-ci il tarixli Sazişin həm iddiaçı, həm də cavabdeh tərəfindən icra edilməsi mümkünsüzdür ki, bu halda cavabdehin iddianı etiraf etməsi qanuna zidd olmaqla müstəqil tələb irəli sürməyən üçüncü şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmasına yönəldiyindən qəbul edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı xx.xx.2015-ci il tarixli sazişə əsasən xx.xx.2012-ci il tarixli 17AV/F20-12 saylı kredit müqaviləsi və xx.xx.2013-cü il tarixli 63AV/F20-13 saylı kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar