Məhkəmə qərarları › İş №e-2-2(113)-1558/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1558/2025

16.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1558/2025 16.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC -yə qarşı “müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: müqavilə, borc, və dövlət rüsumu) X2 Rövşən qızının sədrliyi, Nuriyeva Nigar Fikrət qızının katibliyi, İddiaçı MMC-nin Cavabdeh MMC -yə qarşı “pul” tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC -yə (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə İddiaçı MMC arasında bağlanmış 02 sentyabr 2021-ci il tarixli, 149/21 nömrəli Texniki təmir xidmətlərinin göstərilməsi haqqında Müqaviləyə əsasən yaranmış ƏDV daxil 5,781.00 (beş min yeddi yüzsəksən bir) manat məbləğində borcun, ödənişin gecikdirilməsinə görə illik 5 faiz dərəcəsi ilə hesablanmış 578.00 (beş yüz yetmiş səkkiz) manat faizin, ümumilikdə 6,359.00 (altı min üç yüzəlli doqquz) manat pulun, həmçinin ödənilmiş 84.00 manat məbləğində dövlət rüsumunun Cavabdehdən İddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (bundan sonra “İddiaçı”) ilə Cavabdeh MMC (bundan sonra “Cavabdeh”) arasında xx.xx.2021- ci il tarixli, 149/21 nömrəli Texniki təmir xidmətlərinin göstərilməsi haqqında Müqavilə (bundan sonra “Müqavilə”) imzalanmışdır. Həmin Müqaviləyə uyğun olaraq İddiaçı Cavabdeh tərəfindən göndərilmiş avtomobillərə texniki servis xidmətləri göstərməyi və ehtiyat hissələri təqdim etməyi, Cavabdeh isə İddiaçı tərəfindən göstərilmiş xidmətlərə və ehtiyat hissələrinə görə müəyyən edilmiş haqqı ödəməyi öhdəsinə götürmüşdür İddiaçı tərəfindən aşağıdakı xidmətlər göstərilmiş və ehtiyat hissələri təqdim edilmişdir: · xx.xx.2022-ci il tarixdə Borcluya məxsus Hyundai markalı (BAN: KMFVA17RPLC348015), model HD-35, qeydiyyat nömrəsi **-JY-*** olan avtomobilə ƏDV daxil 149.48 manat məbləğində xidmət göstərilmiş və Tələbkar tərəfindən Elektron qaimə Borcluya göndərilmişdir; · xx.xx.2022-ci il tarixdə Borcluya məxsus Hyundai markalı (BAN: KMFVA17RPLC348012), model HD-35, qeydiyyat nömrəsi **-JY-*** olan avtomobilə ƏDV daxil 163.12 manat məbləğində xidmət göstərilmiş və Tələbkar tərəfindən Elektron qaimə Borcluya göndərilmişdir; · xx.xx.2022-ci il tarixdə Borcluya məxsus Hyundai markalı (BAN: KMFVA17RPLC347902), model HD-35, qeydiyyat nömrəsi **-JY-*** olan avtomobilə ƏDV daxil 558.36 manat məbləğində xidmət göstərilmiş və Tələbkar tərəfindən Elektron qaimə Borcluya göndərilmişdir; · xx.xx.2022-ci il tarixdə Borcluya məxsus Hyundai markalı (BAN: KMFVA17RPLC347903), model HD-35, qeydiyyat nömrəsi **-JY-*** olan avtomobilə ƏDV daxil 327.36 manat məbləğində xidmət göstərilmiş və Tələbkar tərəfindən Elektron qaimə Borcluya göndərilmişdir; · xx.xx.2022-ci il tarixdə Borcluya məxsus Hyundai markalı (BAN: KMFVA17RPLC347897), model HD-35, qeydiyyat nömrəsi **-JY-*** olan avtomobilə ƏDV daxil 287.90 manat məbləğində xidmət göstərilmiş və Tələbkar tərəfindən Elektron qaimə Borcluya göndərilmişdir; · xx.xx.2022-ci il tarixdə Borcluya məxsus Hyundai markalı (BAN: KMFVA17RPLC348014), model HD-35, qeydiyyat nömrəsi **-JY-*** olan avtomobilə ƏDV daxil 206.65 manat məbləğində xidmət göstərilmiş və Tələbkar tərəfindən Elektron qaimə Borcluya göndərilmişdir; · xx.xx.2022-ci il tarixdə Borcluya məxsus Hyundai markalı (BAN: KMFVA17RPLC347901), model HD-35, qeydiyyat nömrəsi **-JY-*** olan avtomobilə ƏDV daxil 243.23 manat məbləğində xidmət göstərilmiş və Tələbkar tərəfindən Elektron qaimə Borcluya göndərilmişdir; · xx.xx.2022-ci il tarixdə Borcluya məxsus Hyundai markalı (BAN: KMFVA17RPLC348016), model HD-35, qeydiyyat nömrəsi **-JY-*** olan avtomobilə ƏDV daxil 151.49 manat məbləğində xidmət göstərilmiş və Tələbkar tərəfindən Elektron qaimə Borcluya göndərilmişdir; · xx.xx.2022-ci il tarixdə Borcluya məxsus Hyundai markalı (BAN: KMFVA17RPLC347897), model HD-35, qeydiyyat nömrəsi **-JY-*** olan avtomobilə ƏDV daxil 359.82 manat məbləğində xidmət göstərilmiş və Tələbkar tərəfindən Elektron qaimə Borcluya göndərilmişdir; · xx.xx.2022-ci il tarixdə Borcluya məxsus Hyundai markalı (BAN: KMFVA17RPLC348009), model HD-35, qeydiyyat nömrəsi **-JY-*** olan avtomobilə ƏDV daxil 346.93 manat məbləğində xidmət göstərilmiş və Tələbkar tərəfindən Elektron qaimə Borcluya göndərilmişdir; · xx.xx.2022-ci il tarixdə Borcluya məxsus Hyundai markalı (BAN: KMFVA17RPLC348017), model HD-35, qeydiyyat nömrəsi **-JY-*** olan avtomobilə ƏDV daxil 268.37 manat məbləğində xidmət göstərilmiş və Tələbkar tərəfindən Elektron qaimə Borcluya göndərilmişdir. Həmin məbləğdən 168.07 manat qalıq qalmışdır; · xx.xx.2022-ci il tarixdə Borcluya məxsus Hyundai markalı (BAN: KMFVA17RPLC348014), model HD-35, qeydiyyat nömrəsi **-JY- *** olan avtomobilə ƏDV daxil 47.26 manat məbləğində xidmət göstərilmiş və Tələbkar tərəfindən Elektron qaimə Borcluya göndərilmişdir; · xx.xx.2022-ci il tarixdə Borcluya məxsus Hyundai markalı (BAN: KMFVA17RPLC348016), model HD-35, qeydiyyat nömrəsi **-JY-*** olan avtomobilə ƏDV daxil 315.64 manat məbləğində xidmət göstərilmiş və Tələbkar tərəfindən Elektron qaimə Borcluya göndərilmişdir. Həmin məbləğdən 267.49 manat hissəsi ödənilib, 48.15 manat qalıq qalmışdır; · xx.xx.2022-ci il tarixdə Borcluya məxsus Hyundai markalı (BAN: KMFVA17RPLC348014), model HD-35, qeydiyyat nömrəsi **-JY-*** olan avtomobilə ƏDV daxil 217.12 manat məbləğində xidmət göstərilmiş və Tələbkar tərəfindən Elektron qaimə Borcluya göndərilmişdir; · xx.xx.2022-ci il tarixdə Borcluya məxsus Hyundai markalı (BAN: KMFVA17RPLC348017), model HD-35, qeydiyyat nömrəsi **-HV-*** olan avtomobilə ƏDV daxil 490.08 manat məbləğində xidmət göstərilmiş və Tələbkar tərəfindən Elektron qaimə Borcluya göndərilmişdir; · xx.xx.2022-ci il tarixdə Borcluya məxsus Hyundai markalı (BAN: KMFVA17RPLC347897), model HD-35, qeydiyyat nömrəsi **-HV-*** olan avtomobilə ƏDV daxil 454.09 manat məbləğində xidmət göstərilmiş və Tələbkar tərəfindən Elektron qaimə Borcluya göndərilmişdir; · xx.xx.2022-ci il tarixdə Borcluya məxsus Hyundai markalı (BAN: KMFVA17RPLC347902), model HD-35, qeydiyyat nömrəsi **-HV-*** olan avtomobilə ƏDV daxil 307.52 manat məbləğində xidmət göstərilmiş və Tələbkar tərəfindən Elektron qaimə Borcluya göndərilmişdir; · xx.xx.2023-cü il tarixdə Borcluya məxsus Hyundai markalı (BAN: KMFVA17RPLC348014), model HD-35, qeydiyyat nömrəsi **-HV-*** olan avtomobilə ƏDV daxil 376.70 manat məbləğində xidmət göstərilmiş və Tələbkar tərəfindən Elektron qaimə Borcluya göndərilmişdir; · xx.xx.2023-cü il tarixdə Borcluya məxsus Hyundai markalı (BAN: KMFVA17RPLC347904), model HD-35, qeydiyyat nömrəsi **-HV-*** olan avtomobilə ƏDV daxil 342.62 manat məbləğində xidmət göstərilmiş və Tələbkar tərəfindən Elektron qaimə Borcluya göndərilmişdir; · xx.xx.2023-cü il tarixdə Borcluya məxsus Hyundai markalı (BAN: KMFVA17RPLC348012), model HD-35, qeydiyyat nömrəsi **-HV-*** olan avtomobilə ƏDV daxil 535.55 manat məbləğində xidmət göstərilmiş və Tələbkar tərəfindən Elektron qaimə Borcluya göndərilmişdir. Qeyd edilən elektron qaimələr Cavabdeh tərəfindən təsdiq edilmiş, lakin Cavabdeh İddiaçı tərəfindən göstərilən xidmətlərin dəyəri olan ümumilikdə ƏDV daxil 5,781.00 manat borcunu bugünədək ödəməmişdir. Yaranmış borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə tərəfimizdən Cavabdehlə dəfələrlə əlaqə saxlanılmış və müraciətlər edilmiş, rəsmi pretenziya məktubu göndərilmişdir. Lakin, qeyd olunan müraciətlər heç bir müsbət nəticə verməmiş və borcun ödənilməsi istiqamətində heç bir tədbir görülməmişdir.

II. Tərəflərin mövqeləri:

3. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq iclasın onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir.

4. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

5. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

7. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

IV. Sübutların tədqiqi:

8. İddiaçı MMC (“icraçı”) ilə Cavabdeh MMC (“sifarişçi”) arasında bağlanmış xx.xx.2021ci il tarixli, 149/21 nömrəli Texniki təmir xidmətlərinin göstərilməsi haqqında müqaviləsinə əsasən: Həmin Müqavilənin - 1.1-ci bəndinə əsasən Sifarişçi bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan İ saylı Olavəsində göstərilən avtomobilə (avtomobillərə) texniki xidməti və təmir işlərinin (Xidmət) göstərilməsini İcraçıya sifriş verdi. İcraçı isə razılaşdırılmış xidmət haqqı müqabilində bu Xidməti yerinə yetirməyi öhdəsinə götürdü. - 1.2-ci bəndinə əsasən Xidmət İcraçının Bakı şəhəri, Z.BUnyadov prospekti 118, yaxud Abşeron rayonu, Hökməli qəsəbəsi, Şamaxı şosesi İS ünvanda yerləşən servis mərkəzində göstərilir. - 3.1-ci bəndinə əsasən Bu Müqavilə üzrə ödənişlər (ehtiyat hissələrinin qiyməti və xidmət haqqı) təqdim olunmuş hesab-fakturaya əsasən AZN-lə «tcraçı»nın bank hesabına köçürmə yolu ilə həyata keçirilir. Qanunvericiliklə qadağan edilməyən halda Ödəniş nağd qaydada da edilə bilər. - 3.2-ci bəndinə əsasən Əgər «Tərəflər» arasında (X1) tərtib olunubsa, ödəniş bu Protokol imzalandıqdan sonra həyata keçirilir. - 4.3.1-ci bəndinə əsasən Göstərilmiş xidmətin haqqını ödəmək sifarişninin vəzifəsidir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

9. Avtonəqliyyat xidmətlərinin göstərilməsi haqqında xx.xx.2021- ci il tarixli müqaviləyə 01 saylı Əlavədə icraçı tərəfindən sifarişçiyə göstərilən xidmətlərin siyahısı razılaşdırılmışdır.Əlavə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

10. Avtonəqliyyat xidmətlərinin göstərilməsi haqqında xx.xx.2021- ci il tarixli müqaviləyə 02 saylı Əlavəyə əsasən Avto Azərbaycan» MMC-nin Scrvis Mərkəzində təmir zəməm avtomobilə dəyişdirilmiş elektrik , mexaniki gövdə bölümünə aid ehtiyyat hissələrə, bu ehtiyyat hissələrdə yaranmış texniki nasazlıqlar birbaşa ehtiyat hissənin istehsal keyfiyyəti ilə bo£lı olduqda l il və ya 20 000 km (hansı tez bitərsə) zəmanət verilir.

11. İddiaçı tərəfindən verilmiş maliyyə arayışına əsasən göstərilmiş xidmətlərin ümumi cəmi: 47,271.07 manat,Cavabdeh MMC tərəfindən edilmiş ödənişlərin ümumi cəmi: 41,489.81 manat,borc məbləği: 5,781.00 manat təşkil edir.

12. İddiaçi tərəfindən cavabdehə EBBV 931044 nömrəli xx.xx.2024-cü il tarixli 149.48 manat, EBBW 192021 nömrəli xx.xx.2022-ci il tarixli 163.12 manat, EBBW 418762 nömrəli xx.xx.2022-ci il tarixli 327.36 manat, EBBW 418741 nömrəli xx.xx.2024-cü il tarixli 558.36 manat, EBBW 524997 nömrəli xx.xx.2022-ci il tarixli 287.90 manat, EBBW 712423 nömrəli xx.xx.2022-ci il tarixli 206.65 manat, EBBW 815232 nömrəli xx.xx.2022-ci il tarixli 243.23 manat, EBBX 370348 nömrəli xx.xx.2022-ci il tarixli 151.49 manat, EBBX 638278 nömrəli xx.xx.2022-ci il tarixli 359.82 manat, EBBX 638277 nömrəli xx.xx.2022-ci il tarixli 346.93 manat, EBCH 604750 nömrəli xx.xx.2022-ci il tarixli 47.26 manat, EBCİ 894282 nömrəli xx.xx.2022-ci il tarixli 217.12 manat, EBCM 086810 nömrəli xx.xx.2022-ci il tarixli 307.52 manat, EBCM 086809 nömrəli xx.xx.2022-ci il tarixli 454.09 manat, EBCM 086790 nömrəli xx.xx.2022-ci il tarixli 490.08 manat, EBCO 688298 nömrəli xx.xx.2023-cü il tarixli 376.70 manat, EBDA 151826 nömrəli xx.xx.2023-cü il tarixli 535.55 manat, EBDA 175284 nömrəli xx.xx.2023-cü il tarixli 342.62 manat, EBCİ 958681 nömrəli xx.xx.2022-ci il tarixli 315.64 manat məbləğində elektron qaimələr göndərilmişdir.

13. İddiaçı MMC tərəfindən Cavabdeh MMC -yə pretenziya məktubu ilə müraciət edilərək, xidmət müqaviləsi üzrə yaranmış 5781 manat məbləğində borcun 3 gün ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.

İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

8. AR Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 445.7-ci maddəsinə görə bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

14. MƏHKƏMƏNİN MÖVQEYİ

11. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir.

12. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2021-ci il tarixli, 149/21 saylı xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra edərək sifarişçinin sifarişi əsasında icraçı sifarişçinin əməkdaşlarına avtonəqliyyat xidmətlərini cavabdehə təqdim etmişdir. Cavabdeh isə iddiaçı tərəfindən göstərilən avtonəqliyyat xidmətlərinin dəyərini tam ödəməmişdir. Hal-hazırda Cavabdeh MMC -nin qeyd edilən müqavilə üzrə İddiaçı MMC-yə olan borcu 5781 manat təşkil edir. Tərəflərin məhkəmə iclaslarında verdiyi izahatlarla müəyyən edilmişdir ki, tərəflər arasında müqavilə münasibətlərinin olması, həmin müqaviləyə əsasən cavabdehin iddiaçıya borcunun qalması işin mübahisəsiz halıdır. Cavabdehin nümayəndəsi yalnız borcun məbləğinin nə qədər olduğunu müəyyən edə bilmədiklərini qeyd etmişdir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə cavabdehin xx.xx.2021-ci il tarixli, 149/21 saylı xidmət müqaviləsinə əsasən iddiaçıya 5781 manat borcunun olması məhkəmə iclasında tədqiq edilmiş sübutlarla, cavabdehin özü tərəfindən təsdiq edilmiş elektron qaimələr,maliyyə arayışı, müqavilə və s ilə öz təsdiqini tapır.

13. Belə olan halda məhkəmə cavabdehin müqaviləyə əsasən iddiaçı tərəfindən göstərilən xidmətlərin dəyərini – 5781 manat məbləğində pul vəsaitini - ödəməməklə müqavilə öhdəliklərini icra etmədiyini və iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququnun yarandığını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh MMC -dən 5781 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

14. Bundan başqa iddiaçı öz iddia tələbində müqavilə dəyərinin ödənilməsinin gecikməsinə görə illik 5%-lə hesablanmış 578 manatın da cavabdehdən tutulmasını tələb etmişdir.

15. Məhkəmə cavabdeh tərəfindən borcun ödənilməsinin gecikdirildiyi müddəti və 5781 manat əsas borc məbləğini nəzərə alaraq hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməli və 1 il üçün illik 5% ilə hesablanmış 578 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

16. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 84 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.

17. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən MPM-in 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 84 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

18. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 284-5.3, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh MMC-dən ümumilikdə 6359 ( altı min üç yüz əlli doqquz) manat olmaqla-ƏDV daxil 5781 (beş min yeddi yüz səksən bir) manat məbləğində əsas borc, ödənişin gecikdirilməsinə görə illik 5% dərəcəsi ilə hesablanmış 578 (beş yüz yetmiş səkkiz) manat faiz borcu, ödənilmiş 84 ( səksən dörd) manat məbləğində dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar